Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1595/2024 24.06.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxslər 7 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinə və Maraqlı şəxs1nə qarşı “ölüm faktının müəyyən edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs 7 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum X6 onun arvadıdır. Arvadı 1955ci ilin sentyabr ayında Ağcabədi rayonunda anadan olub. Onunla 11 oktyabr 1974-cü ildə nikahlarını Füzuli rayon Aybasanlı kənd sovetində rəsmi olaraq qeyd etdirməklə ailə qurublar. Həmin nikahdan 4 övladları olub. Füzulu rayonu ermənilər tərəfindən işğal olunana kimi ailəsi ilə birlikdə Füzuli rayonunun Horadiz qəsəbəsində yaşayıblar. 1993-cü ildə ermənilər Füzuli rayonun işğal edəndə, Füzuli rayonundan məcburi köçkün kimi ünvan 1 ünvanında yerləşən “Lalların” yataqxanasınında 712 saylı otaqda məskunlaşıblar. Mərhum arvadı X6 15 dekabr 2005-ci il tarixdə yaşadıqları ünvan 2 ünvanında yerləşən “Lalların” yataqxanasında, 712 saylı otaqda özünü pis hiss edib, təcili yardım çağırıblar. Lakin təcili yardım gələnə kimi arvadı rəhmətə gedib. Mərhum arvadı X3 qohumların və qonşuların iştirakı ilə 15 dekabr 2005-ci il tarixdə, Bakı şəhərində, Əmircan qəbiristanlığında dəfn ediblər. Həmin vaxt mərhum arvadı dəfni ilə məşğul olduğundan, vaxtında qeydiyyat şöbəsinə müraciət edə bilməyib və bu səbəbdən mərhum barədə ölüm haqqında şəhadətnamə ala bilməyib. Sonrakı dövrlərdə də mərhum arvadının ölüm haqqında şəhadətnaməsi lazım olmayıb. Hazırda mərhum arvadı X6 barədə ölüm haqqında şəhadətnamə onunla bağlanmış nikah qeyninin pozulması üçün lazımdır. 7 saylı Bakı “ASAN xidmət” Mərkəzinə ərizə ilə müraciət edərək, mərhum arvadı X6 barədə “Ölüm haqqında şəhadətnamə” verilməsini xahiş edib. Müraciətinə 7 saylı Bakı “ASAN xidmət” Mərkəzində Qeydiyyat şöbəsi 29 mart 2024-cü il tarixli məktubla cavab verib ki, X2 ölümünün qeydə alınması ilə bağlı 7 saylı Bakı “ASAN xidmət” Mərkəzi Qeydiyyat şöbəsi xx.xx.2024-cü il tarixli ərizənizə cavab olaraq bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq olunmuş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasının 8.5-ci bəndinə əsasən ölümün qeydiyyatı ölüm faktını təsdiq edən müəssisənin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənəd olmadığından, qeydiyyat şöbəsində ölümün qeydə alınması mümkün deyil. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edə bilər. Qeyd edir ki, mərhum arvadı X2 ölüm faktının müəyyən olunması onunla aralarında bağlanmış nikah qeydinin pozulması üçün lazımdır. Qeyd edilənlərə əsasən 1955-ci ilin sentyabr ayında anadan olmuş arvadı X2 15 dekabr 2005-ci il tarixdə rəhmətə getməsi faktını müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini və 7 saylı Bakı ''ASAN xidmət” Mərkəzində Qeydiyyat X1 adına ölüm haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı Maraqlı şəxs1 maraqlı şəxs kimi işə cəlb edilmişdir. Ərizəçi xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1955-ci il təvəllüdlü arvadı X2 xx.xx.2005-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin dəlillərini müdafiə edib, eyni məzmunlu izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs 7 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi məhkəməyə məlumat verərək, mövcud iş yükünün çoxluğunu nəzərə alaraq, işə qeydiyyat şöbəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Maraqlı şəxs1 nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Belə olan halda, məhkəmə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilən X4 ifadə verərək göstərdi ki, o, ərizəçini tanıyır, onunla qonşu olublar. Ərizəçinin arvadı xx.xx.2005ci ildə vəfat edib. Dəfn mərasimində qonşu kimi iştirak edib. Mərhum Qaraçuxur qəbiristanlığında dəfn edilib. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilən X9 ifadə verərək göstərdi ki, o, ərizəçini tanıyır, onunla qonşu olublar. Ərizəçinin arvadı xx.xx.2005ci ildə vəfat edib. Dəfn mərasimində qonşu kimi iştirak edib. Mərhum Qaraçuxur qəbiristanlığında dəfn edilib. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZE seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1955-ci ildə Füzuli rayonunda anadan olmuşdur, Füzuli rayonu, Horadiz qəsəbəsində qeydiyyata alınmışdır; - AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1947-ci ildə Ağcabədi rayonunda anadan olmuşdur, Füzuli rayonu, Horadiz qəsəbəsində qeydiyyata alınmışdır; - İ-ЖГ seriyalı, 263347 saylı nikah haqqında şəhadətnaməsinin surətindən görünür ki, Ərizəçi ilə X6 11 oktyabr 1974-cü il tarixdə nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 19 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Musayev, arvada İbrahimova soyadı verilmişdir; - Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X13 “Respublika Təcili və X8 Mərkəzi” X12 xx.xx.2024-cü il tarixli 18-1-88/2-862/2024 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 30 dekabr 2016-cı il tarixli 100 saylı əmrinə əsasən çağırış vərəqələri (AZS 110/Q) üçün saxlama müddəti 1 (bir) il müəyyənləşdirildiyi üçün vaxtaşırı həmin sənədlər aktlaşdırılıb silinir. Bu səbəbdən X2 adına xx.xx.2005-ci il tarixində Bakı Şəhər Təcili və X8 Stansiyasına çağırış daxil olması barədə məlumat verə bilmirlər; - 7 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-16-5/7-290-24 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənəd olmadığından, qeydiyyat şöbəsində ölümün qeydə alınması mümkün deyildir. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edə bilər” - Qaraçuxur Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 410 saylı arayışından görünür ki, X6 xx.xx.2005-ci il tarixində vəfat edib və Qaraçuxur qəsəbə qəbiristanlığında dəfn edilmişdir; - Məhkəməyə mərhum X2 qəbrinin yerləşdiyi yerin fotoşəkili təqdim edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi xx.xx.1955-ci ildə Füzuli rayonunda doğulmuş arvadı X6 xx.xx.2005-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Lakin ərizəçi ölüm faktını təsdiq edən tibbi şəhadətnamə almamışdır. Ərizəçi arvadının ölümünün qeydə alınaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölümün qeydə alınmasından imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göründüyü kimi, ərizəçi mərhumun ölümünü qeyd etdirə və bu haqda şəhadətnaməni başqa qaydada ala bilmədiyindən bununla bağlı məhkəməyə müraciət etmişdir. Ölümün qeyd edilməsi ərizəçiyə müvafiq sənədlərin hazırlanması üçün lazımdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1955-ci ildə Füzuli rayonunda doğulmuş arvadı X2 xx.xx.2005-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-cı maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə məcburi köçkünlərin dövlət rüsumu ödəməkdən azad olunduqlarını və ərizəçinin məcburi köçkün olmasını nəzərə alaraq, məhkəmə hesab edir ki, məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1955-ci ildə Füzuli rayonunda doğulmuş X2 xx.xx.2005-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-1595/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1595/2024
24.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver