Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1617/2025 13.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Ləman Faiq qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: Ərizə və onun əsaslandırıldığı hallar: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, ərizəni təmin edib, 09 avqust 1970-ci il təvəllüdlü X2 21 fevral 2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 21 fevral 2025-ci il tarixdə evdə olduqları vaxt həyat yoldaşı X2 vəziyyəti pisləşmiş, o, dərhal Təcili Yardıma zəng vurmuş, lakin Təcili Yardım gələnə kimi həyat yoldaşı rəhmətə getmişdir. Həyat yoldaşı X3 Qaraçuxur qəsəbə qəbirsanlığnda dəfn etmişlər. Maraqlı şəxsnə həyat yoldaşının ölüm şəhadətnaməsinin alınması ilə bağlı müraciət etmiş, lakin müvafiq orqan ölüm faktını təstiq edən tibbi şəhadətnamənin olmaması səbəbindən onun müraciətini təmin olunmamışdır. Bu səbəbdən ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. Həyat yoldaşı X2 ölümünü təsdiq edən şəhadətnamə olmadığından sənədləşmə işlərində problemlərlə üzləşirlər. Bu səbəbdən də məhkəməyə müraciət edir. Tərəflərin izahatları: Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, mərhum onun həyat yoldaşıdır. Həyat yoldaşı hər gün həddindən artıq içki içirdi, ona görə də vəfat etmişdir. Mərhumun başı ağrıdığı üçün həkimə gedəndə həkim ona içki içməməyi məsləhət görmüşdür. Həddindən artıq içki içdiyi üçün oğlu ilə mübahisə edirdi. Həyat yoldaşı xəstəliyi ilə əlaqədar poliklinikada qeydiyyatda olmamışdır. Qeyd olunanlara əsasən, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında X5 şahid qismində ifadə verərək göstərdi ki, axşam saatlarında bibisi anasına yığıb atasının rəhmətə getdiyini bildirmiş, o da anası ilə birlikdə getmişdir. Atası deyəsən insult keçirmiş və gömgöy olmuşdur. O, hadisə yerinə gələndə təcili yardım getmiş, polis gəlmişdi. O, dəfndə və mərasimdə iştirak etməmiş, mərasim keçiriləndə işdə olduğu üçün iştirak edə bilməmişdir. Məhkəmə iclasında X6 şahid qismində ifadə verərək göstərdi ki, mərhum onun qardaşıdır və uzun müddətdir ki, onunla yaşayırdı. O, həddindən artıq içirdi, 4 həftənin 3 həftəsi içib 1 həftəsi özünə gəlirdi. Qardaşı 21 fevral 2025-ci ildə axşam saatlarında vəfat etmiş və həmin gün də içkili olmuşdur. Qardaşı içkili olan zaman ona toxunmurdu, həmin gün o, işdən gələndə sonra öz otağını yığışdırmuş, qardaşı da uzanıb televizora baxırdı. Saat 10-a işləyirdi, qardaşı yatmışdı. Qardaşının üstünü örtmək istəyəndə otağından səs gəldiyini görmüş, işığı yandırandan sonra gözü açıq qaldığını görmüş, nəfəsini yoxlamış, bundan sonra təcili tibbi yardım çağırmışdı. Təcili tibbi yardım gəlmiş və onun keçindiyini təsdiq etmiş, bundan sonra da polislər gəlmişdir. Qardaşını Qaraçuxurda dəfn etmiş, mərasimini vermişlər, mərasimə qohumları, iş yoldaşları da gəlmişdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olanda məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan ərizənin baxılmasını mümkün hesab etmişdir. İşin mübahisəsiz halları: İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZE seriyalı, 00184987 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 09 avqust 1970-ci il tarixdə, Bakı şəhərində anadan olmuşdur. - Təcili və X1 xx.xx.2025-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xəstə X2 həkimə qədər ölüm, kişi cinsli meyit olması müəyyən edilmişdir. - 26 nömrəli Şəhər Poliklinikasının xx.xx.2025-ci il tarixli arayışından görünür ki, 6 saylı TTYS tərəfindən verilmiş məlumata əsasən ünvan 1 ünvanında yaşamış, xx.xx.1970ci il təvəllüdlü X4 oğlu 21 fevral 2025-ci il tarixində vəfat etmişdir. Vəfat etmiş şəxsin 26 nömrəli Şəhər Poliklinikasına xəstəliyi ilə əlaqədar müraciət etmədiyinə və ölümünə səbəb olacaq xəstəlik haqqında heç bir tibbi sənəd təqdim etmədiyinə görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 nömrəli qərarına müvafiq olaraq poliklinika tərəfindən 106 nömrəli ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmamışdır. - Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5 bəndinə əsasən ölüm faktı ölüm haqqında tibbi şəhadətnamə ilə təsdiq olunmalıdır. Həmin sənəd olmadığına görə ölüm faktını müəyyən etmək üçün məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. - Qaraçuxur Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli, 142 saylı arayışdan görünür ki, X4 21 fevral 2025-ci il tarixində vəfat etmiş və Qaraçuxur qəsəbə qəbristanlığında dəfn edilmişdir. - Qəbir daşının fotoşəkilindən görünür ki, X4 xx.xx.1970-ci il tarixdə anadan olmuş, xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş materiallarını tədqiq edərək, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1ci, 307.2.8-ci, 308-ci, 309.1-ci və 311-ci maddələrinin müddəalarına əsasən, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, Ərizəçi həyat yoldaşı X4 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Lakin mərhumun ailə üzvləri ölüm faktını təsdiq edən tibbi şəhadətnamə almamışlar. Ərizəçi mərhumun ölümünü qeyd etdirə və bu haqda şəhadətnaməni başqa qaydada ala bilmədiyindən bununla bağlı məhkəməyə müraciət etmişdir. Ölümün qeyd edilməsi ərizəçiyə müvafiq sənədlərin hazırlanması üçün lazımdır. Ərizəçi atasının ölümünün qeydə alınaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölümün qeydə alınmasından imtina edilmişdir. Göründüyü kimi, ərizəçi mərhumun ölümünü qeyd etdirə və bu haqda şəhadətnaməni başqa qaydada ala bilmədiyindən bununla bağlı məhkəməyə müraciət etmişdir. Ölümün qeyd edilməsi ərizəçiyə müvafiq sənədlərin hazırlanması üçün lazımdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, X2 21 fevral 2025-ci il tarixdə vəfat etməsi faktı müəyyən edilməlidir. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərcləri: Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş 100 manat dövlət rüsumu Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ərizəçiyə aid edilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. 09 avqust 1970-ci il təvəllüdlü X2 21 fevral 2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərclərinə aid olan ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-1617/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1617/2025
13.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver