Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1620/2025 19.03.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, mediator X1 tərəfindən keçirilmiş mediasiya sessiyasında Maraqlı şəxs ilə Ərizəçi arasında bağlanmış 06 may 2023-cü il tarixli barışıq sazişinin aliment hissəsinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Maraqlı şəxs ilə 27 yanvar 2015-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurub. Birgə nikahdan 31 iyul 2007-ci il təvəllüdlü X4, 22 iyul 2008-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X8 adlı üç övladı var. Aralarında baş vermiş narazılıqlar nəticəsində nikahlarının pozulması ilə bağlı iddia ərizsi ilə məhkəməyə müraciət edib. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 iyul 2023-cü il tarixli, 2(007)-1725/2023 saylı qətnamə ilə aralarında olan nikah pozulub. Aralarında şəxsi və ailə münasibətləri pozulduğuna görə nikahın pozulması və sair mübahisənin həlli məqsədi ilə Mediyasiya Şurasının Bakı 11 saylı Mcdiasiyya Təşkilatına etdiyi müraciət əsasında Təşkilatın mediatoru X1 vasitəsi ilə Maraqlı şəxs ilə onun arasında 06 may 2023-cü il tarixli başışıq sazişi bağlanıb. Mübahisənin həlli istiqamətində onların qəbul eldiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri: 1. Tərəflər aralarında xx.xx.2015-ci il tarixdə bağlanan Nizami Rayonu, Qeydiyyat Şöbəsində 79 nömrəli qeyd ilə rəsmiləşən nikahı məhkəmə qaydasında pozmağa razılaşdılar; 2. İkinci tərəf övladları xx.xx.2007-ci il təvəllüdlü X4, X6 və xx.xx.2019-cu il təvəllüdlü X2 Birinci Tərəfin himayəsinə keçməsinə etiraz etmir; 3. X10 Tərəfə övladları xx.xx.2007-ci il təvəllüdlü X4, X6 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ayın 30-nadək hər biri üçün ayda 220 manat olmaqla cəmi 660 manat olmaqla aliment ödəməyi öz öhdəsinə götürür;
4. Birinci tərəf övladları xx.xx.2007-ci il təvəllüdlü X4, X6 və xx.xx.2019-cu il təvəllüdlü X2 İkinci Tərəflə ünsiyyət qurmağına heç bir maneçilik yaratmamağı öz öhdəsinə götürür. Onlar arasında qeyd edilən şərtlərlə barışıq sazişinin imzalanmasına baxmayaraq, Maraqlı şəxs sazişin 3 bəndində göstərilən öhdəliklərini bu günədək icra etməyib. Məhkəmə iclasında Ərizəçi ərizənin dəlillərinə uyğun izahat verərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Maraqlı şəxs məhkəmə iclasına gəlməmişdir. Belə olan halda, məhkəmə maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunarsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM-nin): 305.1.17-ci maddəsinə müvafiq olaraq, məhkəmə xüsusi icraat qaydasında “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında” işə baxır. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Ərizəçi ilə Maraqlı şəxs rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar, onların xx.xx.2007-ci il təvəllüdlü X4, xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X8 adlı uşaqları var. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində xx.xx.2023-cü il tarixli barışıq sazişi bağlanmış və barışıq sazişi əsasında tərəflər aralarında xx.xx.2015-cü il tarixdə bağlanan Nizami rayon Qeydiyyat Şöbəsində 79 nömrəli qeyd ilə rəsmiləşən nikahın məhkəmə qaydasında pozulması, övladları xx.xx.2007-ci il təvəlüdlü X4, X6 və xx.xx.2019-cu il təvəllüdlü X2 ananın himayəsinə keçməsi, Maraqlı şəxs Ərizəçi övladları xx.xx.2007-ci il təvəllüdlü X4, X6 ve xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün xx.xx.2023-cü il tarixindən başlayaraq hər ayın 30-nadək hər biri üçün ayda 220 manat olmaqla, cəmi 660 manat olrqaqta aliment ödəməsi, Ərizəçi övladların Maraqlı şəxs ilə ünsiyyət qurmağa heç bir maneəçilik yaratmamağı öz öhdəsinə götürməsi barədə razılıq əldə edilmişdir. Barışıq Sazişinin 6-cı bəndində qeyd edilmişdir ki, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən saziş tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 təqvim gün müddətində könüllü icra olunmalıdır. Lakin barışıq sazişinin şərtləri maraqlı şəxs tərəfindən qanunla müəyyən edilmiş müddət ərzində icra edilməmişdir. Hazırda ərizəçi xx.xx.2023-cü il tarixli barışıq sazişinin aliment hissəsində təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş edir. Barışıq sazişinin alimentlə bağlı şərtləri 3-cü bəndində göstərilib. Məhkəmə ilk öncə qeyd edir ki, sözügedən xx.xx.2023-cü il tarixli barışıq sazişi MPM-nin 355-26 maddəsinə və “Mediasiya haqqında” AR Qanununun 3.3 maddəsinə zidd deyildir və mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanmamışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi Azərbaycan Respublikası Azərbaycan Respublikası MPM-nin 305.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi (birinci tərəf) ilə Maraqlı şəxs (ikinci tərəf) arasında mediasiya prosesi nəticəsində bağanmış xx.xx.2023cü il tarixli barışıq sazişi aliment hissəsində (3-cü bəndinə aid hissədə) aşağıdakı məzmunda təsdiq edilməlidir: X10 tərəfə övladları xx.xx.2007-ci il təvəllüdlü X4, X7 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün xx.xx.2023cü il tarixdən başlayaraq hər ayın 30-nadək hər biri üçün ayda 220 manat olmaqla, cəmi 660 manat aliment ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. Ərizəçi (birinci tərəf) ilə Maraqlı şəxs (ikinci tərəf) arasında mediasiya prosesi nəticəsində bağanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi aliment hissəsində (3-cü bəndinə aid hissədə) aşağıdakı məzmunda təsdiq edilsin: - X10 tərəfə övladları xx.xx.2007-ci il təvəllüdlü X4, X7 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ayın 30-nadək hər biri üçün ayda 220 manat olmaqla, cəmi 660 manat aliment ödəməyi öhdəsinə götürür.
Qətnamə dərhal icra edilsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Qumru Əliyeva