Məhkəmə qərarları › İş №2(007)-1635/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1635/2024

16.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1635/2024 16.05.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Cəfərova Ləman Faiq qızının katibliyi ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: Ərizə və onun əsaslandırıldığı hallar: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1973-cü il təvəllüdlü Ermənistan Respublikası, Zəngibasar rayonunda anadan olmuş qardaşı X3 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1973-cü il təvəllüdlü qardaşı X6 xx.xx.2024cü il tarixində, axşam saat 19:00 radələrində öz şəxsi avtomobilində vəziyyəti pisləşmiş və avtomobildə hərəkətsiz vəziyyətdə qalmışdır. Ailə üzvləri dəfələrlə əlaqə saxlamağa çalışsa da, bu mümkün olmamışdır. Daha sonra qardaşı oğlu avtomobilin yerini müəyyən etdikdən sonra həmin yerə gediblər. Qardaşının vəziyyəti pis olmuş, dərhal Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi yardım stansiyası ilə əlaqə saxlayaraq təcili tibbi yardım çağırmışlar. Təcili Tibbi yardımın köməkliyi ilə qardaşı X8 çatdırılsa da, artıq rəhmətə getmişdir. O, tibbi şəhadətnamənin alınması ilə xəstəxanaya və poliklinikaya müraciət etsə də tibbi şəhadətnamə ala bilməmişdir. Hal-hazırda ölüm haqqında şəhadətnamə ondan tələb olunduğundan ölümün qeydiyyata alınması üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin ona xx.xx.2024-cü il tarixli məktubla ona bildirilmişdir ki, ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alındığı üçün hazırki halda ərizənin icrası qeyri-mümkündür. Tərəflərin izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş ərizəçi və maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Ərizəçi xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclaslarına onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olanda məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan ərizənin baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında X2 şahid qismində ifadə verərək göstərdi ki, Ərizəçi qayınanasının əmisi oğludur. Bir-birləri ilə sıx şəkildə ailəvi münasibətləri vardır. 29 fevral 2024-cü il tarixdə Familin həyat yoldaşı zəng vurub Familin vəfat etməsini demişdir. Familin maşında halı pisləşmiş, təzyiqi qalxmış, ürəyi tutmuşdur. X8 çatdırılsa da onun həyatını xilas etmək mümkün olmamışdır. Bu barədə hamıya məlumat verilmiş, qohumların hamısı dəfində iştirak etmiş, axşam tərəfi o və həyat yoldaşı işdən çıxanda getmişlər. Onlar gedəndə mərhum artıq Qaraçuxur qəbiristanlığında dəfn edilmiş, adamların çoxu da dağılışmışdır. Mərhumun iki qızı və bir oğlu vardır. Familin uşaqlarına Rövşən ata kimi baxıb yanında saxlamışdır. Famil özü usta olmuş, bəzən işlə əlaqədar uşaqlara nəzarət edə bilməyəndə Rövşənə uşaqları gəlib aparmasını demişdir. Onlar əvvəllər də birlikdə yaşamışlar. Yas mərasimi ilə bağlı hər məsələni Rövşən həll etmişdir. Rövşən şəhadətnamə ala bilmədiyi üçün ölüm kağızını ala bilməmişdir. Məhkəmə iclasında X5 şahid qismində ifadə verərək göstərdi ki, ərizəçinin həyat yoldaşıdır. Famil 29 fevral 2024-cü il tarixdə vəfat etmişdir. O, gecə evə gəlməmiş, onu həyat yoldaşıgil axtarıb tapmışdır. İşdən çıxanda maşında olmuş, səhərə yaxın tapılmış, tapılan zaman Famil sağ olmuşdur. Bundan sonra Təcili yardım çağırmışlar, X8 gedəndə yolda təcili tibbi yardım maşınında dünyasını dəyişmişdir. O, yas mərasimlərində iştirak etmiş, yas mərasimləri onların evində keçirilmişdir. Famil Qaraçuxur qəbiristanlığında dəfn edilmişdir. Familin ailəsi vardır, onlar əvvəl birlikdə yaşamışlar. Ailəsi ilə hər hansı mübahisələri də yoxdur, Familin uşaqlarını elə özləri böyütmüşlər. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iştirak etmiş Maraqlı şəxs nümayəndəsi X7 ərizənin təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. İşin mübahisəsiz halları: İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1973-cü il tarixdə Ermənistan Respublikası, Zəngibasar rayonunda anadan olmuşdur. - Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5 bəndinə əsasən ölüm faktı ölüm haqqında tibbi şəhadətnamə ilə təsdiq olunmalıdır. Həmin sənəd olmadığına görə ölüm faktını müəyyən etmək üçün məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. - Təcili və X1 xx.xx.2024-cü il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xəstə X3 yanına xx.xx.2024-cü il tarixda, saat 08:52-də gəlinməsi, onun həkim yanında ölməsi, ölümün ilkin səbəbinin dəqiqləşdirilməməsi müəyyən edilmişdir. - Bakı şəhəri Suraxanı Rayonu Qaraçuxur Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 321 nömrəli arayışdan görünür ki, X6 xx.xx.2024-ci il tarixdə vəfat etmiş və Qaraçuxur qəsəbə qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, Ərizəçi qardaşı X6 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Lakin mərhumun ailə üzvləri ölüm faktını təsdiq edən tibbi şəhadətnamə almamışlar. İşin mübahisəli halları: Ərizəçi qardaşının ölümünün qeydə alınaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün Nizami Rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölümün qeydə alınmasından imtina edilmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş materiallarını tədqiq edərək və ərizəçinin izahatını dinləyərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci, 307.2.8-ci, 308-ci, 309.1-ci və 311-ci maddələrinin müddəalarına əsasən, ərizə təmin edilməlidir. Belə ki, ərizəçi mərhumun ölümünü qeyd etdirə və bu haqda şəhadətnaməni başqa qaydada ala bilmədiyindən bununla bağlı məhkəməyə müraciət etmişdir. Ölümün qeyd edilməsi ərizəçiyə müvafiq sənədlərin hazırlanması üçün lazımdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, X3 xx.xx.2024-cü il tarixdə vəfat etməsi faktı müəyyən edilməlidir. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərcləri: Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş 100 manat dövlət rüsumu Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ərizəçiyə aid edilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. xx.xx.1973-cü il təvəllüdlü Ermənistan Respublikası, Zəngibasar rayonunda anadan olmuş X3 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərclərinə aid olan ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar