Məhkəmə qərarları › İş №2(007)-1638/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1638/2023

08.05.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1638/2023 08.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Cəfərova Ləman Faiq qızının katibliyi, Ərizəçi vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, ərizəçi - Ərizəçi və maraqlı şəxs - Maraqlı şəxs arasında birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsünə dair mübahisə üzrə mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-cü il tarixli, MŞB/18/2023-00437 nömrəli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Maraqlı şəxs ilə xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Səadət Sarayında 2231 saylı akt qeydi ilə bağlanmış nikahla ailə qurmuşdur. Tərəflərin xasiyyətinin uyğunsuzluğu nəticəsində onlar arasındakı nikah Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-2876/2020 saylı qətnaməsi ilə pozulmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-4534/2021 nömrəli xx.xx.2021- ci il tarixli qətnaməsi ilə onun adına olan Gədəbəy rayonu, Zəhmət kəndində yerləşən fərdi yaşayış evi və **-XB-*** dövlət qeydiyyat nişanlı, VAZ 21074 markalı minik avtomobilə ½ hissədə Ərizəçi, ½ hissədə Maraqlı şəxs paylarının müəyyən edilməsi, eləcə də Maraqlı şəxs adına olan **-RM-*** dövlət qeydiyyat nişanlı "Seat Leon” minik markalı avtomobilə ½ hissədə Ərizəçi, ½ hissədə Maraqlı şəxs paylarının müəyyən edilməsi qət edilmişdir. O, bununla razılaşmayaraq həmin qətnamədən apellyasiya və kassasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1514/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3924/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə şikayətlər təmin edilməmişdir. Bundan sonra tərəflər birgə nikah dövründə əldə edilən əmlakın yeni hüquqi rejiminə dair ortaq razılığa gəlmişlər. Belə ki; onlar əmlak bölgüsü üzrə könüllü olaraq mediasiya müraciət etmiş və aşağıdakı şərtləri özündə əks etdirən xx.xx.2023-cü il tarixli, MŞB/18/2023-00437 nömrəli barışıq sazişi bağlamışlar. Barışıq sazişinin şərtlərinə əsasən birinci tərəf- Maraqlı şəxs öhdəsinə götürür ki, Gədəbəy rayonu, Zəhmət kəndində yerləşən fərdi yaşayış evi üzərindəki hüquqlarından tamamilə imtina edir və bununla da ikinci tərəf - Ərizəçi həmin fərdi yaşayış evi üzərindəki tam mülkiyyət hüququnu tanıyır. 2005-ci il buraxılışlı, **-XB-*** dövlət qeydiyyat nişanlı, "VAZ 21074” markalı minik avtomobili üzərindəki hüquqlarından tamamilə imtina edir və bununla da ikinci tərəf - Ərizəçi həmin nəqliyyat vasitəsi üzərindəki tam mülkiyyət hüququnu tanıyır. Birinci tərəfin indi bu daşınar və daşınmaz əşyalara dair heç bir iddiası yoxdur və gələcəkdə də olmayacaq. Bu barışıq sazişi imzalandıqdan sonra məhkəmədə xüsusi icraat qaydasında təsdiqlənən günə kimi sazişdəki bəndlərdən hər hansı səbəb olmadan imtina etməyəcək. Əgər bu hal baş verərsə, ikinci tərəfə - Ərizəçi 20.000 (iyirmi min) AZN məbləğində cərimə ödəyəcək. Ərizəçi isə öhdəsinə götürür ki, Birinci tərəfin Gədəbəy rayonu, Zəhmət kəndində yerləşən fərdi yaşayış evinə dair hüquqlarından imtina etməsi müqabilində o, birinci tərəf - Maraqlı şəxs bu barışıq sazişi imzalandığı gün mediasiya prosesi zamanı 20.000 (iyirmi min) AZN məbləğdə kompensasiyanı nağd və birdəfəlik şəkildə ödəyəcək. **-RM-*** dövlət qeydiyyat nişanlı "Seat Leon” minik markalı avtomobili üzərindəki hüquqlarından tamamilə imtina edir və bununla da birinci tərəf - Maraqlı şəxs həmin nəqliyyat vasitəsi üzərindəki tam mülkiyyət hüququnu tanıyır. İkinci tərəfin indi bu daşınar əşyaya dair heç bir iddiası yoxdur və gələcəkdə də olmayacaq. Hər iki tərəf öz öhdəsinə götürür və etiraf edir ki, tərəflər bu barışıq sazişini imzalamaqla Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(004)-4534/2021 saylı Qətnaməsinin icrasından könüllü olaraq imtina edirlər və bununla da birgə nikah dövründə əldə edilmiş əmlaka dair yeni hüquqi rejim müəyyən edirlər. Bu barışıq sazişi ilə tənzimlənən hüquq münasibətləri qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasından könüllü imtina edilməsi və tərəflərin birgə nikahı dövründə əldə edilmiş əmlakının hüquqi rejiminin müəyyən edilməsi, başqa sözlə dövlət qeydiyyatına alınmalı olan daşınmaz və daşınar əşyalarla bağlı olduğu üçün tərəflər arasında bağlanan bu barışıq sazişi məhkəmədə xüsusi icraat qaydasında təsdiqlənməlidir. Odur ki, tərəflər öhdələrinə götürürlər ki, bu barışıq sazişi imzalandıqdan sonra ən geci 5 (beş) gün ərzində Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 355-23-355-25-ci maddələrinin tələblərinə uyğun olaraq, ‘'mediasiya prosesi nəticəsində bağlanılmış bu Sazişin təsdiq edilməsi’nə dair ərizə ilə məhkəməyə müraciət ediləcək. Bu barışıq sazişinin təsdiq edilməsinə dair məhkəmənin qəbul etdiyi müvafiq qətnamə tərəflərin əmlak vəziyyətini tənzimləyən əsas sənəd hesab ediləcək. Bu barışıq sazişinin təsdiq edilməsinə dair məhkəmənin qəbul etdiyi müvafiq qətnamə, ikinci tərəf - Ərizəçi adına olan (1) Gədəbəy rayonu, Zəhmət kəndində yerləşən fərdi yaşayış evinə münasibətdə və (2) 2005-ci il buraxılışlı, **-XB-*** dövlət qeydiyyat nişanlı, "VAZ 21074” nəqliyyat vasitəsinə münasibətdə həmin əmlaklar barədə dövlət reyestri məlumatları üçün əsas və yekun sənəd, eləcə də birinci tərəf - Maraqlı şəxs adına olan **-RM-*** dövlət qeydiyyat nişanlı “Seat Leon" minik markalı nəqliyyat vasitəsinə münasibətdə həmin əmlak barədə dövlət reyestri məlumatları üçün əsas və yekun sənəd hesab ediləcək. Bu barışıq sazişi imzaladıqdan sonra onların bu sazişdə icrası nəzərdə tutulan tələblərdən başqa, birbirinə qarşı heç bir əmlak hüququ qalmır və gələcəkdə də əmlak bölgüsü tələbinə dair iddia qaldırmayacaqlar; Tərəflər bir-birinin şəxsi həyatına qarışmayacaq, hər hansı formada irad və ya təklif bildirməyəcək, narahatlığa səbəb olmayacaqlar. Tərəflər birbirinin şəxsi həyatı barədə onlara məlum olan məsələləri başqa şəxslərlə paylaşmayacaq, uşaqların həyatı və sağlamlığı barədə məsələlər istisna olmaqla, bir-biri ilə istənilən formada ünsiyyətdən çəkinəcəklər. Barışıq sazişində qeyd edilən ikinci tərəf Ərizəçi aid olan öhdəlik icra edilmiş və 20.000 (iyirmi min) AZN məbləğdə kompensasiya nağd və birdəfəlik şəkildə birinci tərəf Maraqlı şəxs qızma ödənilmişdir. Lakin birinci tərəf Maraqlı şəxs üzərinə götürdüyü öhdəliyi icra etməkdən imtina edir. Ona görə də xx.xx.2023-cü il tarixdə Maraqlı şəxs ərizə ilə müraciət edilərək 3 gün ərzində xx.xx.2023-cü il tarixli, MŞB/18/2023-00437 nömrəli barışıq sazişi üzrə üzərinə götürdüyü öhdəliyi könüllü qaydada icra etmək xahiş olunmuşdur. Lakin Maraqlı şəxs xx.xx.2023-cü il tarixdə cavab verərək tərəflər arasında fikir ayrılığı yarandığını bildirmiş və barışıq sazişinin könüllü icrasından imtina olunmuşdur. Bununla da barışıq sazişinin təsdiq edilməsi üçün ərizə ilə məhkəməyə müraciət edilməsi bildirilmişdir. Məhkəmə iclasında ərizəçinin vəkili və nümayəndəsi Vəkil ərizənin dəlillərini müdafiə edib, eyni məzmunlu izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, maraqlı şəxsin iştirakı olmadan ərizənin baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin vəkili və nümayəndəsinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunarsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM-nin): 305.1.17-ci maddəsinə müvafiq olaraq, məhkəmə xüsusi icraat qaydasında “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında” işə baxır. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Maraqlı şəxs və Ərizəçi xx.xx.2022-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, tərəflər arasında olan nikah Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2876/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsi ilə pozulmuş və birgə nikahdan xx.xx.2004-cü il tarixdə anadan olmuş X1 anası Maraqlı şəxs yanında saxlanması qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-4534/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə onun adına olan Gədəbəy rayonu, Zəhmət kəndində yerləşən fərdi yaşayış evi və **-XB-*** dövlət qeydiyyat nişanlı, VAZ 21074 markalı minik avtomobilə ½ hissədə Ərizəçi, ½ hissədə Maraqlı şəxs paylarının müəyyən edilməsi, eləcə də Maraqlı şəxs adına olan **- RM-*** dövlət qeydiyyat nişanlı "Seat Leon” minik markalı avtomobilə ½ hissədə Ərizəçi, ½ hissədə Maraqlı şəxs paylarının müəyyən edilməsi qət edilmişdir. Ərizəçi bununla razılaşmayaraq həmin qətnamədən apellyasiya və kassasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1514/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3924/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə şikayətlər təmin edilməmişdir. Daha sonra Ərizəçi ilə Maraqlı şəxs aralarında mediasiya prosesi nəticəsində xx.xx.2023-cü il tarixdə barışıq sazişi bağlanmış və barışıq sazişi əsasında birinci tərəf- Maraqlı şəxs öhdəsinə götürmüşdür ki, Gədəbəy rayonu, Zəhmət kəndində yerləşən fərdi yaşayış evi üzərindəki hüquqlarından tamamilə imtina edir və bununla da ikinci tərəf - Ərizəçi həmin fərdi yaşayış evi üzərindəki tam mülkiyyət hüququnu tanıyır. 2005-ci il buraxılışlı, **-XB-*** dövlət qeydiyyat nişanlı, "VAZ 21074” markalı minik avtomobili üzərindəki hüquqlarından tamamilə imtina edir və bununla da ikinci tərəf - Ərizəçi həmin nəqliyyat vasitəsi üzərindəki tam mülkiyyət hüququnu tanıyır. Birinci tərəfin indi bu daşınar və daşınmaz əşyalara dair heç bir iddiası yoxdur və gələcəkdə də olmayacaq. Bu barışıq sazişi imzalandıqdan sonra məhkəmədə xüsusi icraat qaydasında təsdiqlənən günə kimi sazişdəki bəndlərdən hər hansı səbəb olmadan imtina etməyəcək. Əgər bu hal baş verərsə, ikinci tərəfə - Ərizəçi 20.000 (iyirmi min) AZN məbləğində cərimə ödəyəcək. İkinci tərəf- Ərizəçi isə öhdəsinə götürmüşdür ki, Birinci tərəfin Gədəbəy rayonu, Zəhmət kəndində yerləşən fərdi yaşayış evinə dair hüquqlarından imtina etməsi müqabilində o, birinci tərəf - Maraqlı şəxs bu barışıq sazişi imzalandığı gün mediasiya prosesi zamanı 20.000 (iyirmi min) AZN məbləğdə kompensasiyanı nağd və birdəfəlik şəkildə ödəyəcək. **-RM-*** dövlət qeydiyyat nişanlı "SEAT LEON” minik markalı avtomobili üzərindəki hüquqlarından tamamilə imtina edir və bununla da birinci tərəf - Maraqlı şəxs həmin nəqliyyat vasitəsi üzərindəki tam mülkiyyət hüququnu tanıyır. İkinci tərəfin indi bu daşınar əşyaya dair heç bir iddiası yoxdur və gələcəkdə də olmayacaq. Hər iki tərəf öz öhdəsinə götürür və etiraf edir ki, tərəflər bu barışıq sazişini imzalamaqla Yasamal Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli, e-2(004)-4534/2021 saylı Qətnaməsinin icrasından könüllü olaraq imtina edirlər və bununla da birgə nikah dövründə əldə edilmiş əmlaka dair yeni hüquqi rejim müəyyən edirlər. Bu barışıq sazişi ilə tənzimlənən hüquq münasibətləri qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasından könüllü imtina edilməsi və tərəflərin birgə nikahı dövründə əldə edilmiş əmlakının hüquqi rejiminin müəyyən edilməsi, başqa sözlə dövlət qeydiyyatına alınmalı olan daşınmaz və daşınar əşyalarla bağlı olduğu üçün tərəflər arasında bağlanan bu barışıq sazişi məhkəmədə xüsusi icraat qaydasında təsdiqlənməlidir. Odur ki, tərəflər öhdələrinə götürürlər ki, bu barışıq sazişi imzalandıqdan sonra ən geci 5 (beş) gün ərzində Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 355-23-355-25-ci maddələrinin tələblərinə uyğun olaraq, ‘'mediasiya prosesi nəticəsində bağlanılmış bu Sazişin təsdiq edilməsi’nə dair ərizə ilə məhkəməyə müraciət ediləcək. Lakin barışıq sazişinin şərtləri maraqlı şəxs tərəfindən qanunla müəyyən edilmiş müddət ərzində icra edilməmişdir. ərizəçi tərəfindən Maraqlı şəxs barışıq sazişinin icrası barədə müraciət edilsə də, Maraqlı şəxs xx.xx.2023-cü il tarixdə cavab verərək tərəflər arasında fikir ayrılığı yarandığını bildirmiş və barışıq sazişinin könüllü icrasından imtina olunmuşdur. Bununla da barışıq sazişinin təsdiq edilməsi üçün ərizə ilə məhkəməyə müraciət edilməsi bildirilmişdir. Hazırda ərizəçi xx.xx.2023-cü il tarixli, MŞB/18/2023-00437 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş edir. Məhkəmə ilk öncə qeyd edir ki, sözügedən xx.xx.2023-cü il tarixli barışıq sazişi MPM-nin 355-26-cı maddəsinə və “Mediasiya haqqında” AR Qanununun 3.3-cü maddəsinə zidd deyildir və mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanmamışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi Azərbaycan Respublikası Azərbaycan Respublikası MPM-nin 305.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağanmış xx.xx.2023-cü il tarixli, MŞB/18/2023- 00437 saylı barışıq sazişi təsdiq edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərinə aid olan ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağanmış xx.xx.2023-cü il tarixli, MŞB/18/2023-00437 saylı barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin.

1. Maraqlı şəxs Gədəbəy rayonu, Zəhmət kəndində yerləşən fərdi yaşayış evi üzərindəki hüquqlarından tamamilə imtina edir və bununla da ikinci tərəf - Ərizəçi həmin fərdi yaşayış evi üzərindəki tam mülkiyyət hüququnu tanıyır. Birinci tərəfin indi bu daşınmaz əşyaya dair heç bir iddiası yoxdur və gələcəkdə də olmayacaq.

2. 2005-ci il buraxılışlı, **-XB-*** dövlət qeydiyyat nişanlı, "VAZ 21074” markalı minik avtomobili üzərindəki hüquqlarından tamamilə imtina edir və bununla da ikinci tərəf- Ərizəçi həmin nəqliyyat vasitəsi üzərindəki tam mülkiyyət hüququnu tanıyır. Birinci tərəfin indi bu daşınar əşyaya dair heç bir iddiası yoxdur və gələcəkdə də olmayacaq.

3. Bu barışıq sazişi imzalandıqdan sonra məhkəmədə xüsusi icraat qaydasında təsdiqlənən günə kimi sazişdəki bəndlərdən hər hansı səbəb olmadan imtina etməyəcək. Əgər bu hal baş verərsə, ikinci tərəfə - Ərizəçi 20.000 (iyirmi min) AZN məbləğində cərimə ödəyəcək.

4. Ərizəçi birinci tərəfin Gədəbəy rayonu, Zəhmət kəndində yerləşən fərdi yaşayış evinə dair hüquqlarından imtina etməsi müqabilində o, birinci tərəf- Maraqlı şəxs bu barışıq sazişi imzalandığı gün mediasiya prosesi zamanı 20.000 (iyirmi min) AZN məbləğdə kompensasiyanı nağd və birdəfəlik şəkildə ödəyəcək.

5. **-RM-*** dövlət qeydiyyat nişanlı, "Seat Leon” minik markalı avtomobili üzərindəki hüquqlarından tamamilə imtina edir və bununla da birinci tərəf - Maraqlı şəxs həmin nəqliyyat vasitəsi üzərindəki tam mülkiyyət hüququnu tanıyır. İkinci tərəfin indi bu daşınar əşyaya dair heç bir iddiası yoxdur və gələcəkdə də olmayacaq.

6. Hər iki tərəf öz öhdəsinə götürür və etiraf edir ki, tərəflər bu barışıq sazişini imzalamaqla Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(004)- 4534/2021 saylı Qətnaməsinin icrasından könüllü olaraq imtina edirlər və bununla da birgə nikah dövründə əldə edilmiş əmlaka dair yeni hüquqi rejim müəyyən edirlər.

7. Bu barışıq sazişi ilə tənzimlənən hüquq münasibətləri qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasından könüllü imtina edilməsi və tərəflərin birgə nikahı dövründə əldə edilmiş əmlakının hüquqi rejiminin müəyyən edilməsi, başqa sözlə dövlət qeydiyyatına alınmalı olan daşınmaz və daşınar əşyalarla bağlı olduğu üçün tərəflər arasında bağlanan bu barışıq sazişi məhkəmədə xüsusi icraat qaydasında təsdiqlənməlidir. Odur ki, tərəflər öhdələrinə götürürlər ki, bu barışıq sazişi imzalandıqdan sonra ən geci 5 (beş) gün ərzində Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 355-23-355-25-ci maddələrinin tələblərinə uyğun olaraq, “mediasiya prosesi nəticəsində bağlanılmış bu Sazişin təsdiq edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət ediləcək.

8. Bu barışıq sazişinin təsdiq edilməsinə dair məhkəmənin qəbul etdiyi müvafiq qətnamə, ikinci tərəf - Ərizəçi adına olan (1) Gədəbəy rayonu, Zəhmət kəndində yerləşən fərdi yaşayış evinə münasibətdə və (2) 2005-ci il buraxılışlı, **-XB-*** dövlət qeydiyyat nişanlı, "VAZ 21074" nəqliyyat vasitəsinə münasibətdə həmin əmlaklar barədə dövlət reyestri məlumatları üçün əsas və yekun sənəd, eləcə də birinci tərəf - Maraqlı şəxs adına olan **-RM-*** dövlət qeydiyyat nişanlı "Seat Leon" minik markalı nəqliyyat vasitəsinə münasibətdə həmin əmlak barədə dövlət reyestri məlumatları üçün əsas və yekun sənəd hesab ediləcək.

9. Bu barışıq sazişi imzaladıqdan sonra onların bu sazişdə icrası nəzərdə tutulan tələblərdən başqa, bir-birinə qarşı heç bir əmlak hüququ qalmır və gələcəkdə də əmlak bölgüsü tələbinə dair iddia qaldırmayacaqlar.

10. Tərəflər bir-birinin şəxsi həyatına qarışmayacaq, hər hansı formada irad və ya təklif bildirməyəcək, narahatlığa səbəb olmayacaqlar;

11. Tərəflər bir-birinin şəxsi həyatı barədə onlara məlum olan məsələləri başqa şəxslərlə paylaşmayacaq, uşaqların həyatı və sağlamlığı barədə məsələlər istisna olmaqla, bir-biri ilə istənilən formada ünsiyyətdən çəkinəcəklər. Məhkəmə xərcləri qismində ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar