Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1652/2025 19.03.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxs cəlb olunmaqla mülki iş üzrə (Açar sözlər: “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs cəlb olunmaqla “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Tələb
1. Ərizəçi Maraqlı şəxs cəlb olunmaqla “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, mediassiya sessiyasında Maraqlı şəxs ilə Ərizəçi arasında bağlanmış barışıq sazişinin təsdiq olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Ərizənin əsaslandırıldığı hallar:
2. Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs Əlövsot oğlu ilə 17 may 2012-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan 3 övladları var. xx.xx.2013cü il təvəllüdlü X4, xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X6. Aralarında baş vermiş narazılıqlar nəticəsində nikahlarının pozulması ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 iyun 2024cü il tarixli, 2(007)-1084/2024 saylı qətnamə ilə aralarında olan nikah pozulmuşdur. Aliment məbləğinin müəyyən edilməsi həlli məqsədi ilə Mediasiya Şurasının Bakı 8 saylı Mediasiya Təşkilatına müraciət etdi və onun əsasında Təşkilatın mediatoru X9 vasitəsi ilə Maraqlı şəxs ilə onun arasında 28 yanvar 2025-ci il tarixli Barışıq Sazişi bağlanmışdır. Mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri: 1.2 Bu sazişin ikinci tərəfi Maraqlı şəxs Birinci tərəf Ərizəçi ilə birgə nikahdan olan övladları xx.xx.2013-cü il təvəllüdlü X1, xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün 01 fevral 2025-ci il tarixdən başlayaraq Ərizəçi hər uşağa görə hər ay 100 (yüz) manat, cəmi 300 (üç yüz) manat alimentin bank kartına köçürülməsi yolu ilə ödənilməsinə dair öhdəlik götürür. Alimentin məbləği hər ayın birindən ayın beşinə qədər tam ödənilməlidir. Birinci aliment ödənişi 2025-ci ilin fevral ayının birindən ayın beşinə kimi olunmalıdır. 1.3. Tərəflər təsdiq edirlər ki, bu saziş bağlandığı vaxta qədər yuxarıda göstərilən əmlak girov qoyulmamışdır, həbsdə deyil və hər hansı digər öhdəliklərə yüklənməmişdir. Tərəflər arasında qeyd edilən şərtlərlə barışıq sazişinin imzalanmasına baxmayaraq, Maraqlı şəxs sazişin aliment hissəsində göstərilən öhdəliklərini bu günədək icra etməmişdir.
Tərəflərin izahatları:
3. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin dəlillərinə uyğun şəkildə izahat verərək bildirdi ki, Maraqlı şəxs ilə onun arasında 28 yanvar 2025-ci il tarixdə barışıq sazişi bağlanmışdır. Maraqlı şəxs 5, 10 manat aliment ödəyib. Cəmi 100-150 manat ödəyib. Halbuki, 300 manat ödəməli idi. Barışıq sazişinə əsasən aliment ödənişi 2025-ci ilin fevral ayının birindən ayın beşinə kimi olunmalı idi. Fevralı da, martı da tam ödəməyib. Odur ki, ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.
4. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir.
5. Belə olan halda, məhkəmə maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
İş materialları:
6. Ərizəçi və Maraqlı şəxs arasında bağlanmış 28 yanvar 2025-ci il tarixli, MŞB/8/2025-00107 saylı nömrəli barışıq sazişinin 1.2-ci bəndinə əsasən Bu sazişin ikinci tərəfi Maraqlı şəxs Birinci tərəf Ərizəçi ilə birgə nikahdan olan övladları xx.xx.2013-cü il təvəllüdlü X4, xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün 01 fevral 2025-ci il tarixdən başlayaraq Ərizəçi hər uşağa görə hər ay 100 (yüz) manat, cəmi 300 (üç yüz) manat alimentin bank kartına köçürülməsi yolu ilə ödənilməsinə dair öhdəlik götürür. Alimentin məbləği hər ayın birindən ayın beşinə qədər tam ödənilməlidir. Birinci aliment ödənişi 2025-ci ilin fevral ayının birindən ayın beşinə kimi olunmalıdır”.
7. Qəbzin surətindən görünür ki, Ərizəçi 50 manat ödəniş etmişdir.
İşin faktiki halları:
8. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında 28 yanvar 2025-ci il tarixli, MŞB/8/2025-00107 saylı barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin 1.2-ci bəndinə əsasən Bu sazişin ikinci tərəfi Maraqlı şəxs Birinci tərəf Ərizəçi ilə birgə nikahdan olan övladları xx.xx.2013-cü il təvəllüdlü X4, xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün 01 fevral 2025-ci il tarixdən başlayaraq Ərizəçi hər uşağa görə hər ay 100 (yüz) manat, cəmi 300 (üç yüz) manat alimentin bank kartına köçürülməsi yolu ilə ödənilməsinə dair öhdəlik götürür. Alimentin məbləği hər ayın birindən ayın beşinə qədər tam ödənilməlidir. Birinci aliment ödənişi 2025-ci ilin fevral ayının birindən ayın beşinə kimi olunmalıdır”. Lakin Maraqlı şəxs barışıq sazişinin şərtlərinə əməl etmir və Ərizəçi barışıq sazişinin təsdiq edilməsini xahiş edir.
Tətbiq edilən hüquq:
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. 355-26.1.1-ci maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda. 355-26.1.2-ci maddəsinə əsasən barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda.
10. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun:
34.1-ci bəndinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır.
Məhkəmənin mövqeyi:
11. Məhkəmə, ərizəçinin izahatını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə təmin edilməldir.
12. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişlər, lakin maraqlı şəxs barışıq sazişinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Göründüyü kimi, tərəflər arasında 28 yanvar 2025-ci il tarixdə mediator tərəfindən təsdiqlənmiş barışıq sazişi maraqlı şəxs tərəfindən pozulmuşdur. Belə ki, həm barışıq sazişində, həm də qanunvericilikdə barışıq sazişinin könüllü icra olunması üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin Maraqlı şəxs barışıq sazişinin şərtlərinə əməl etməmiş və xx.xx.2013-cü il təvəllüdlü X1, xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün üzərinə götürdüyü alimenti ödəməmişdir.
13. Məhkəmə barışıq sazişinin icra olunması müddətini nəzərə alaraq hesab edir ki, alimentin tutulması barışıq sazişində nəzərdə tutulmuş tarixdən, yəni 01 fevral 2025-ci il tarixdən başlayaraq hesablanmalıdır.
Məhkəmə baxışının hədləri:
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
234-cü maddəsinə müvafiq olaraq şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-25.4-ci maddəsinə əsasən qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir.
15. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun:
9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
Məhkəmə xərcləri:
16. İddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən məhkəmə hesab edir ki, ödənilməli olan 50 manat dövlət rüsumu cavabdehdən tutulub dövlət büdcəsinə ödənilməlidir.
Nəticə:
17. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış 28 yanvar 2025-ci il tarixli MŞB/8/2025-00107 saylı barışıq sazişi təsdiq olunmalıdır.
18. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119cu, 216-220-ci, 307-311-ci, 355-23-355-26-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi:
Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış 28 yanvar 2025-ci il tarixli MŞB/8/2025- 00107 saylı barışıq sazişi təsdiq edilsin. Məhkəmə xərclərinə aid olan 50 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Ülkər Yusifova