Məhkəmə qərarları › İş №2(007)-168/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-168/2020

21.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-168/2020 21.09.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi ilə, İddiaçı İKB ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması, ipoteka ilə yüklü edilmiş əmlaklara tutmanın yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İKB ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Adil qızından 14 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 116.980,15 ABŞ dolları məbləğində əsas borcun, 69.344,27 ABŞ dolları məbləğində faiz borcun və 6.757,9 ABŞ dolları məbləğində cərimə borcun, eləcə də, kredit müqaviləsi üzrə 14 oktyabr 2014-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 4273,75 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqloa, ümumillikdə cəmi 197.356,07 ABŞ dolları məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsümünün, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsümünün və 20 manat xidmət haqqının tutulması, həmin tutulmanın Cavabdeh1 məxsus olan Bakı şəhəri Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən 3 otaqlı 62,0 kv.metr ümumi sahədən ibarət 24 nömrəli evin 20 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun həmin mənzilinin hərracdan satışdan sonra əldə olunan vəsaitin hesabına İddiaçı İKB ASC-nə ödənilməsi, satışdan əldə olunan vəsait qətnamənin icrasına kifayət etmədiyi haldaqətnamənin qalan hissədə ümumimqaydada icra edilməsi, Cavabdeh1 məxsus Bakı şəhəri Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən 3 otaqlı 62,0 kv.metr ümumi sahədən ibarət 24 nömrəli evin 20 nömrəli mənzilinə tutm yönəldikdə və mənzil satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi , mənzilin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə bağlanmış 14 oktyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı İKB ASC-dən illik 20 faizlə 48 ay müddətinə 126.227,00 ABŞ dolları kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən 3 otaqlı 62,0 kv.metr ümumi sahədən ibarət 24 nömrəli evin 20 nömrəli mənzili 2014-cü ilin 14 oktyabr tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Bundan əlavə, Cavabdeh2 ilə 14 oktyabr 2014-cü il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmış və 05 iyul 2019-cu il tarixədək Cavabdeh1 banka həmin kredit müqaviləsi üzrə 116.980.15 ABŞ dolları məbləğində əsas borcu, 69344.27 ABŞ dolları məbləğində faiz borcu və 6757.9 ABŞ dolları məbləğində cərimə borcu, borcun xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək gecikdirilməsinə görə illik 5 faizlə hesablanmış 4273,75 ABŞ dolları olmaqla, cəmi 197.356,07 ABŞ dolları məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda Reyestr orqanına da, ərizə göndərilmişdir. Ərizə həmin orqanda qeydə alınmışdır. Cavabdeh bildirişə heç bir məhəl qoymamış və borcunu ödəməkdən yayınmışdır. İddiaçı İKB ASC məhkəməyə ərizə göndərərək, iddianı müdafiə etdiklərini bildirmiş və mülki işə onların iştirakı olmadan baxılıb qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclaslarına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 14 oktyabr 2014-cü il tarixli, 6- SMEGZ-1-0-2041-14 nömrəli kredit müqaviləsindən görünür ki, "Bank” tərəfindən “borcalan”a 48 ay müddətinə, illik 20 faiz olmaqla, 126.227,00 ABŞ dolları məbləğində pul ayrılmışdır. Cavabdeh1 oğlu həmin müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür; - İddiaçı İKB ASC ilə ipoteka qoyan borcalan Cavabdeh1 arasında bağlanmış 14 oktyabr 2014-cü il tarixli ipoteka müqaviləsindən görünür ki, ipoteka qoyan özünə məxsus olan Bakı şəhəri Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən 3 otaqlı 62,0 kv.metr ümumi sahədən ibarət 24 nömrəli evin 20 nömrəli mənzili (ipotka predmetinin bazar dəyəri 120.000,00 manat məbləğində qiymətləndirilməklə) kredit müqaviləsi üzrə ozünün, yəni Cavabdeh1 yaranmış öhdəliyinin təminatı kimi ipoteka qoymuşdur; - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX Seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən 3 otaqlı 62,0 kv.metr ümumi sahədən ibarət 24 nömrəli evin 20 nömrəli mənzili Cavabdeh1 adına xx.xx.2006-cı il tarixdə qeydiyyata alınmışdır. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX Seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən 3 otaqlı 62,0 kv.metr ümumi sahədən ibarət 24 nömrəli evin 20 nömrəli mənzili İddiaçı İKB ASC-nin xeyrinə yüklü edilərək xx.xx.2014-cüi il tarixdə qeydiyyata alınmışdır. - İddiaçı İKB ASC ilə ipoteka qoyan Cavabdeh2 arasında bağlanılmış xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 borcalan Cavabdeh1 14 oktyabr 2014-cü il tarixli, 6-SMEGZ-1-0-2041-14 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasına zamin durmuşdur. - xx.xx.2014-cü il tarixli kəssa məxaric orderinin surətindən görünür ki, Cavabdeh1 tərəfindən İddiaçı İKB ASC-dən 126.227,00 ABŞ dolları qəbul edilmişdir. - İddiaçı İKB ASC tərəfindən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə göndərilmiş ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair ərizə və ona əlavə olunmuş sənədlərdən görünür ki, bank tərəfindən bildirişin qeydə alınması üçün 10 manat dövlət rüsumu, 20 manat xidmət haqqı ödənilmişdir. - İddiaçı İKB ASC-nin 05.07. 2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 14 oktyabr 2014-cü il tarixli müqavilə üzrə 05.07. 2019-cu il tarixə əsas məbləğ üzrə 116.980,15 ABŞ dolları, faiz borcu üzrə 86.241,65 ABŞ dolları, cərimə borcu üzrə 6757,9 ABŞ dolları, əldən çıxmış fayda üzrə 4273,75 ABŞ dolları olmaqla, ümumilikdə 209.979,7 ABŞ dolları borcu vardır. - xx.xx.2019-cu il tarixli qəbzin surətindən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı İKB ASC tərəfindən 30,0 manat dövlət rüsumu ödənilmişdir; - Məhkəmənin qərardadına əsasən "xxxx" MMC tərəfindən ipoteka predmeti olan mənzilin qiymətləndirilməsi aparılmış, xx.xx.2020-ci il tarixli rəylə müəyyən edilmişdir ki, Bakı şəhəri Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən 3 otaqlı 62,0 kv.metr ümumi sahədən ibarət 24 nömrəli evin 20 nömrəli mənzilin hazırkı bazar qiyməti 148.800,00 (yüz qırx səkkiz min səkkiz yüz) manat təşkil edir; - Məhkəmənin qərardadı əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2020-ci il tarixli 969 nömrəli rəyindən görünür ki, Cavabdeh1 oğlunun 14 oktyabr 2014-cü il tarixli, 6-SMEGZ-1-0-2041-14 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə əsas borc üzrə 117.129,11 ABŞ dolları, faiz borcu üzrə 75.04,97 ABŞ dolları borcu vardır. - xx.xx.2019-cu il tarixli ********** saylı Azərbaycan Respublikasının Maliyyə bazarına nəzarət palatasının məktubunun məzmunundan görünür ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixinə 116.980,15 ABŞ dollarında əsas borcu vardır. Həmin məbləğ 10.000,00 ABŞ dollarından artıq olduğu üçün onunla İddiaçı İKB ASC arasında bağlanılmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli 551 saylı Fərmanının təsiri altına düşmür. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən, "Bank” tərəfindən “borcalan”a 48 ay müddətinə, illik 20 faiz olmaqla, 126.227,00 ABŞ dolları məbləğində pul ayrılmışdır. Cavabdeh1 həmin müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. Həmin kredit müqaviləsinin təminatı olaraq, İddiaçı İKB ASC ilə ipoteka qoyan borc alan Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən, ipoteka qoyan özünə məxsus olan Bakı şəhəri Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən 3 otaqlı 62,0 kv.metr ümumi sahədən ibarət 24 nömrəli evin 20 nömrəli mənzili kredit müqaviləsi üzrə özünün yaranmış öhdəliyinin təminatı kimi ipoteka qoymuşdur. İddiaçı İKB ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsinə əsasən, zamin Cavabdeh2 həmin tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün Cavabdeh1 ilə birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür; Lakin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müqavilə ilə üzərlərinə düşən öhdəliklərə əməl etməyərək ödənişləri tam həyata keçirməmiş, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehlərin iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilənlərlə müəyyən olundu ki, borclu Cavabdeh1 İddiaçı İKB ASC ilə bağladığı xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl etməyib, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh1 öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Bununla da müəyyən olundu ki, Cavabdeh2 Mülki Məcəllənin 470.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada Cavabdeh1 İddiaçı İKB ASC qarşısında öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti, habelə Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən borclu Cavabdeh1 oğlu zaminliklə təmin edilmiş öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə kreditor qarşısında borclu ilə birgə məsuliyyət daşımağı, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımağı üzərlərinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir; 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər; 449.2-ci maddəsinə əsasən bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən müqavilə müddətinin bitdiyi 14 oktyabr 2018-ci il tarixindən illik 5 faizlə hesablanmış 4273.75 ABŞ dolları məbləğində əldən çıxmış fayda tələbi əsaslıdır və iddia həmin hissədə də təmin edilməldir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış əsas borc məbləğini, ona hesablanmış faizləri, cəriməni və digər xərcləri ödəməlidir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən cavabdehlərdən 14 oktyabr 2014-cü il tarixli, 6-SMEGZ-1-0-2041-14 nömrəli kredit razılaşması üzrə 116.980,15 ABŞ dolları, faiz borcu üzrə 86.241,65 ABŞ dolları tələb edilsə də, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən, sözügedən kredit üzrə Cavabdeh1 iddiaçı banka həmin müqavilə üzrə 117.129,11 ABŞ dolları kredit borcu, 75.04,97 faiz borcunun olduğu müəyyən edilmişdir. Belə olan halda, məhkəmə ekspert rəyini mötəbər sübut növündə qəbul edərək borclulardan rəylə müəyyən edilmiş məbləğlərdə əsas və faiz borcunun tutulmasını məqsədə müvafiq hesab edir. Hakimin işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalı olması barədə Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələblərindən çıxış edərək məhkəmə hesab edir ki, 6-SMEGZ-1-0-2041-14 saylı kredit razılaşması üzrə ekspertiza rəyi ilə əsas borc qismində 117.129,11 ABŞ dolları, faiz borcu qismində 75.043,97 ABŞ dolları borc müəyyən edilsə də, cavabdehdən əsas borc qismində iddia tələbi həcmində 116.980,15 ABŞ dolları və faiz borcu qismində iddia tələbi həcmində - 69.344,27 ABŞ dolları borc tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər; 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir; “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır; 47.4-cü maddəsinə əsasən ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. 59.3.2-ci maddəsinə əsasən ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olduqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Məhkəmə qeyd edir ki, iş üzrə ipoteka predmetinin qiymətləndirilməsi aparılmış və ipoteka predmetinin hazırkı bazar dəyərinin 148.800,00 manat olması müəyyən edilmişdir. Belə olan halda, qiymətləndiricinin gəldiyi nəticə obyektiv, qərəzsiz və hərtərəfli hesab edilərək ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilərkən qiymətləndiricinin hesabat aktında göstərilənlər əsas götürülməlidir. Bununla da, müəyyən olundu ki, borclu Cavabdeh1 oğlu ona məxsus mənzili ipoteka qoyma yolu ilə təmin etdiyi kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirmədiyi üçün “İpoteka haqqında” Qanunun qeyd edilən maddələrinə və Mülki Məcəllənin 295-ci maddəsinə əsasən ipoteka saxlayan İddiaçı İKB ASC-nin tələbləri həmin ipoteka predmetinə yönəldilməli, ipoteka predmeti olan Bakı şəhəri Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən 3 otaqlı 62,0 kv.metr ümumi sahədən ibarət 24 nömrəli evin 20 nömrəli mənzilin hərracda ilkin satış qiyməti 148. 800,00 manat məbləğində müəyyən edilməli, iddia tələbi üzrə borc məbləği Mülki Məcəllənin 296.1-ci maddəsinə əsasən ipoteka predmeti olan mənzilin dəyərindən Mülki Məcəllənin 279-cu maddəsində nəzərdə tutulduğu qaydada borcun və digər xərclərin ödənilməsinə yönəldilməli, hərrac yolu ilə satıldıqdan sonra mənzil ən geci 1 ay ərzində boşaldılmalıdır. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, 6-SMEGZ-1-0-2041-14 nömrəli kredit razılaşması üzrə cərimə (dəbbə pulu) əsas borc məbləğinə münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbinin cavabdehlərin “mənzildən istifadə hüququnun itirilməsi” tələbi ilə bağlı qeyd edir ki, nə qədər ki, hazırkı iddiaçı mənzilin mülkiyyətçisi kimi qeydə alınmamışdır, belə tələb irəli sürməsi üçün əsaslar yoxdur. Ona görə iddia həmin hissələrdə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulması” ilə bağlı hissəsinə münasibətdə isə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilədə qeyd edilən hal nəzərdə tutulmamışdır. Həmçinin “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda ipoteka predmetinin satışından əldə olunan pul vəsaiti borcun ödənilməsi üçün kifayət etmədikdə, qalan borcun ümumi qaydada tutulması nəzərdə tutulmamışdır. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilə bilməz. Məhkəmə onu da qeyd edir ki, iddia tələbi üzrə ABŞ dolları ilə ifadə olunan borc məbləği qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla, cavabdehdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 nömrəli Qərarının 10-cu bəndində göstərilmişdir ki, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 14 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 116.980,15 ABŞ dolları məbləğində əsas borc, 69.344,27 ABŞ dolları məbləğində faiz borc və 2000,00 ABŞ dolları məbləğində cərimə borcu, eləcə də, kredit müqaviləsi üzrə 14 oktyabr 2014-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 4273,75 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumillikdə cəmi 192.598,17 ABŞ dolları məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsümu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsümu və 20 manat xidmət haqqı tutulmalı, həmin tutulma Cavabdeh1 məxsus olan Bakı şəhəri Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən 3 otaqlı 62,0 kv.metr ümumi sahədən ibarət 24 nömrəli evin 20 nömrəli mənzilinə yönəldilməli, həmin mənzil açıq hərracdan satılmalı və borc həmin mənzilinin hərracdan satışdan sonra əldə olunan vəsaitin hesabına İddiaçı İKB ASC-yə ödənilməli, mənzilin ilkin satış qiyməti 148.800,00 manat müəyyən edilməli və həmin mənzilin açıq hərracda satılmasından əldə olunacaq vəsait hesabına kredit borcu ödənilməli, satışdan götürülən və ya əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq məbləğ mülkiyyətçi Cavabdeh1 oğluna qaytarılmalı, ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən 3 otaqlı 62,0 kv.metr ümumi sahədən ibarət 24 nömrəli evin 20 nömrəli satıldıqdan 1 ay sonra mənzil Cavabdeh1 tərəfindən boşaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, Məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə sərf edilmiş 100,00 manat məbləğində xərc cavabdehlərə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 14 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə məhkəmə qətnaməsinin icra edildiyi günə ABŞ dolların manata məzənnəsi nəzərə alınmaqla 116.980,15 ABŞ dolları məbləğində əsas borc, 69.344,27 ABŞ dolları məbləğində faiz borc və 2000,00 ABŞ dolları məbləğində cərimə borcu, eləcə də, kredit müqaviləsi üzrə 14 oktyabr 2014-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 4273,75 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumillikdə cəmi 192.598,17 ABŞ dolları məbləğində və 30 manat ödənilmiş dövlət rüsümunun əvəzi, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsümu və 20 manat xidmət haqqının əvəzi tutularaq İddiaçı İKB ASC-y ə ödənilsin. Tutma ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən 3 otaqlı 62,0 kv.metr ümumi sahədən ibarət 24 nömrəli evin 20 saylı mənzilinə yönəldilsin, mənzilin ilkin satış qiyməti 148.800,00 manat müəyyən edilsin və həmin mənzil açıq hərracdan satılsın. Əldə olunacaq vəsait hesabına kredit borcu ödənilsin. Satışdan götürülən və ya əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq məbləğ mülkiyyətçi Cavabdeh1 qaytarılsın. İpoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən 24 nömrəli evin 20 saylı mənzil satıldıqdan 1 ay sonra Cavabdeh1 oğlu tərəfindən boşaldılsın. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə sərf edilmiş 100,00 manat pul Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: **********, Hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar