Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1700/2023 19.06.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Dadaşova Emina Bəhruz qızının katibliyi, Ərizəçi vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, mərhum həyat yoldaşı xx.xx.1973-cü il təvəllüdlü X3 xx.xx.2023-cü il tarixində Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, həyat yoldaşı xx.xx.1973-cü il təvəllüdlü X4 xx.xx.2023-cü il tarixində vəfat etmişdir. Bu barədə Təcili və X5 Stansiyası Ölüm haqqında Xəbərdarlıq vərəqəsi vermişdir (Çağırışın tarixi xx.xx.2023). Mərhum həyat yoldaşı Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsində yerləşən qəbirstanlıqda dəfn olunmuşdur. Mərhum həyat yoldaşının qeyd olunan qəbirstanlıqda dəfn edilməsi faktını təsdiqləyən şahidləri və Bakı şəhəri Sabunçu rayon Ramana bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayış vardır. O, Azərbaycan Respublikası "Təbib” X13 "Bakı Baş Səhiyyə X10 şəxs 44 nömrəli şəhər poliklinikasına tibb müəssisəsinin Forma N 106 arayışının verilməsi üçün ərizə ilə müraciət etmiş, hənin mərkəzdən ona mərhum həyat yoldaşının poliklinikaya xəstəliklə bağlı müraciəti olmadığına görə sahə həkimi tərəfindən ölüm şəhadətnaməsi (TQS-0106) təqdim edə bilmədiklərini xx.xx.2023-cü il tarixli 224 saylı məktubla bildirmişlər. Həmçinin Maraqlı şəxs tərəfindən ona xx.xx.2023-cü il tarixli məktubla tövsiyyə olunmuşdur ki, ölüm haqqında həkim şəhadətnaməsi olmadığına görə ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etsin. Mərhum həyat yoldaşı X3 ölüm faktının müəyyən olunması və qeydə alınması ona vərəsəlik məsələsi ilə əlaqədar lazım olan işlərin həlli üçün lazımdır. Məhkəmə iclasında ərizəçinin vəkili və nümayəndəsi Vəkil ərizənin dəlillərini müdafiə edib, eyni məzmunlu izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında X7 şahid qismində ifadə verərək göstərmişdir ki, o, vəfat etmiş şəxs Talehin ailəvi dostudur. Dəqiq vaxtını xatırlamasa da Taleh 4 ay bundan qabaq xəstəlikdən rəhmətə getmişdir. Onu mərhumun qardaşı Elvin zəng edərək çağırmışdır. O, oraya gedəndə təcili tibbi yardım getmişdir. Mərhumu Ramana qəbristanlığında dəfn etmişlər və o, yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında X6 şahid qismində ifadə verərək göstərmişdir ki, onun Talehgil ilə ailəvi dostluğu vardır. Yaxınlıqda yaşayır və taksi sürücüsüdür. Arada Talehgili də getməli olduqları yerə aparırdı. Taleh xəstə olmuşdur və bu ilin mart ayının 26-27 martının səhəri rəhmətə getmişdir. O, hadisə yerinə gələndə artıq təcili tibbi yardım gəlmiş və Taleh rəhmətə getmişdir. Mərhumu Ramana qəbristanlığında dəfn etmişlər və o, yas, dəfn mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan ərizənin baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: AZE seriyalı, 05501581 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.1973-cü il tarixdə Balakən rayonu, Tülü kəndində anadan olmuşdur. - AZ İ № 461938 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə Ərizəçi xx.xx.2009-cu il tarixində Maraqlı şəxsndə 110 nömrəli akt qeydi ilə rəsmi nikah bağlamışdır. - Təcili və X2 xx.xx.2023-cü il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xəstə X3 həkimə qədər ölüm, kişi cinsli meyit olması müəyyən edilmişdir. - Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının 8.5 bəndinə əsasən ölüm faktı ölüm haqqında tibbi şəhadətnaməsi ilə təsdiq olunmalıdır. Həmin sənəd olmadığına görə ölüm faktını müəyyən etmək üçün məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. - Bakı şəhəri Sabunçu rayon Ramana bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 55 nömrəli arayışından görünür ki, X1 xx.xx.2023-cü il tarixdə vəfat etmiş və Ramana qəsəbəsi, südçülük sovxozunda yerləşən qəbirstanlıqda dəfn olunmuşdur. - Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X13 “Bakı Baş Səhiyyə Mərkəzi” X13 44 nömrəli Şəhər Poliklinikasının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olmuş X4 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində yuxarıda qeyd olunan ünvanda vəfat etmişdir. X1 44 nömrəli şəhər poliklinikasına xəstəlik ilə bağlı müraciət etməmiş və ambulator karta poliklinika tərəfindən açılmamışdır. Mərhumun yaxınlarınnı dediyinə görə uzun illər Nərimanov rayonu 4 nömrəli şəhər poliklinikasında xəstəliklə əlaqədar dispanser qeydiyyatda olduğunu bildirmişlər. Bu səbəbdən 44 nömrəli şəhər poliklinikası mərhumun poliklinikaya xəstəliklə bağlı müraciət olmadığına görə sahə həkimi tərəfindən ölüm şəhadətnaməsi (TQS-0106) verilməmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi həyat yoldaşı X4 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Lakin mərhumun ailə üzvləri ölüm faktını təsdiq edən tibbi şəhadətnamə almamışlar. Ərizəçi həyat yoldaşının ölümünün qeydə alınaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün Nizami Rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölümün qeydə alınmasından imtina edilmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göründüyü kimi, ərizəçi mərhumun ölümünü qeyd etdirə və bu haqda şəhadətnaməni başqa qaydada ala bilmədiyindən bununla bağlı məhkəməyə müraciət etmişdir. Ölümün qeyd edilməsi ərizəçiyə müvafiq sənədlərin hazırlanması üçün lazımdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, X3 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş 100 manat dövlət rüsumu Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1973-cü il təvəllüdlü X3 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərclərinə aid olan ödənilmiş 100,0 manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-1700/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1700/2023
19.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver