Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1706/2021 02.06.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "Cavabdeh2" MMC-nə qarşı “mənzilin iddiaçının sahiblik və istifadəsinə verilməsi, öhdəliyin cavabdeh "Cavabdeh2" MMC-nə həvalə edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Süleymanlı Aytac İsrail qızına və "Cavabdeh2" MMC-nə qarşı “müqavilənin etibarsız hesab edilməsi mənzildən çıxarılma və mənzilin iddiaçının sahiblik və istifadəsinə verilməsi, tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 19 sentyabr 2012-ci il tarixdə Cavabdeh2 MMC ilə İddiaçı arasında 2347-48-ci məhəllədə yerləşən 149 saylı mənzili payçıya vermək, payçının isə həmin mənzili qəbul etməyi və müəyyənləşdirilmiş haqqı ödəməyi öhdəsinə götürməsi barədə müqavilə imzalanmışdır. Müqaviləyə əsasən mənzilin dəyəri olan 30000 (otuz min) manat payçı tərəfindən tam ödənilmişdir. "Cavabdeh2” MMC-yə ünvanlanmış 04.08.2017-ci il tarixli ərizə ilə İddiaçı tərəfindən mənzildə tikinti işləri aparmaq üçün Cəmiyyət tərəfindən razılıq verilməsi xahiş olunmuş, ərizə həmin tarixdə Cəmiyyət tərəfindən qəbul olunmuş, ərizəyə kommunal, işıq-su sayğaclarına ödəniş edilməsi barədə yazılı şəkildə qeyd də əlavə olunmuşdur. İddiaçı işləri ilə əlaqədar Rusiya Federasiyasında olduğundan ona məxsus olan mənzilin 5 iyun 2015-ci il tarixli başqa müqavilə ilə Süleymanlı Aytac İsrail qızına satılmasından xəbərsiz olmuşdur. Rusiya Federasiyasından Azərbaycana gələrkən ora məxsus Xətai rayonu, Telnov küçəsi, 2347- 48-ci məhəllədə yerləşən 149 saylı mənzilə getdikdə mənzilin qıfılının dəyişdiyini, qonşularla söhbətdən sonra isə evin artıq başqa şəxsə satıldığını öyrənmişdir. Süleymanlı Aytac İsrail qızı həmin mənzilə dair Nizami rayon məhkəməsinə müraciət edərək, mənzilin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Nizami rayon məhkəməsi tərəfindən iddia təmin edilmişdir. Tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin 29 iyul 2019-cu il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Qətnamədən narazı qalan iddiaçı tərəf kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 18.12.2019cu il tarixli qətnaməsi ilə Bakı Apelyasiya Məhkəməsinin 29 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd etmək lazımdır ki, cavabdeh tərəfin Cavabdeh2 MMC ilə imzaladığı 5 iyun 2015-ci il tarixli müqavilədə mənzilin nömrəsi göstərilməmiş, əvəzində 19 sentyabr 2012-ci il tarixdə Cavabdeh2 MMC ilə İddiaçı arasında imzalanan müqaviləyə nəzər saldıqda görünür ki, müqavilə məhz 2347-48-ci məhəllədə yerləşən 149 saylı mənzilə dair imzalanmışdır. Cavabdeh "Cavabdeh2" MMC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185ci maddəsinin tələbinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Süleymanlı Aytacın nümayəndəsi-vəkili Nümayəndə 27.05.2021-ci il tarixli məhkəmə iclasında ərizə təqdim edərək iddianı qismən qəbul etdiyini bildirdi. Tələbin müqavilənin etibarsız hesab olunması hissəsini qəbul etmədiyini digər hissəsini isə məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İzahatında bildirdi ki, "Cavabdeh2” MMC dələduzluqla məşğul olan şirkətdir. Cavabdeh1 və ailəsi Cavabdeh2 MMC-dən 2015-ci ildə 2 mənzil alıb və əvəzində nağd pul veriblər. İki il keçdikdən sonra Cavabdeh1 Cavabdeh2 MMC-dən mənzili tələb etdikdə Cavabdeh2 MMC-nin əməkdaşları Cavabdeh1 onların bəzilərinin həbs olunduğunu, bəzilərinin barəsində isə cinayət işi olduğunu bildirilib və “nə edirsiz edin, tutulan tutulub, mənzil yoxdur” deyilib. Bundan sonra Cavabdeh1 Cavabdeh2 MMC-yə qarşı məhkəmədə iddia qaldırmış və mənzilin ona təhvil verilməsini və ya ödənilən pul məbləğinin geri qaytarılmasını tələb etmişdir. Məhkəmə prosesində iştirak edən Cavabdeh2 MMC-nin nümayəndəsi mənzilin Cavabdeh1 təhvil verilməsinə etiraz etmədiyini bildirmişdir. Mübahisəsi gedən mənzil 2012-ci ildə İddiaçı, 2015-ci ildə isə Cavabdeh1 satılıb. Bu barədə məlumatı aldıqdan sonra İddiaçı məhkəməyə müraciət etmiş və Ali Məhkəmənin qanuni qüvvəyə minmiş Qərarına əsasən mübahisəli mənzil müqaviləsi daha əvvəl tarixdə bağlandığı üçün İddiaçı verildi. İddiaçı daha sonra iddia qaldıraraq Cavabdeh1 və Cavabdeh2 MMC arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi tələbini qoymuşdur. Əgər İddiaçı iddiası təmin olunarsa və Cavabdeh1 və Cavabdeh2 MMC arasında bağlanmış müqavilə etibarsız hesab edilərsə Cavabdeh1 Cavabdeh2 MMC-dən müqavilə üzrə ödədiyi pul məbləğini geri ala bilməyəcəkdir. Bundan əlavə bu iş üzrə İddiaçı Cavabdeh1la Cavabdeh2 MMC arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi tələb etmək hüququna malik deyildir. Buna iddiaçının subyektiv hüququ yoxdur. Bundan başqa Mülki Prosessual Məcəllənin 354-cü maddəsində etibarsız əqdlər üzrə müddətlər göstərilmişdir. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticəlrinin tətbiqi haqqında iddia onun icrasına başlandığı gündən bir il ərzində irəli sürə bilər. Göründüyü kimi iddiaçı 02.03.2021-ci il tarixdə məhkəməyə müraciət edib. Halbuki bildiyi vaxt Apelyasiya məhkəməsinə müraciət etdiyi vaxt idi yəni 29.07.2019-cu il tarixdən. İşin hallarından görünür ki, iddiaçı bu müddəti ötürmüşdür. İddiaçı nümayəndəsi-vəkili Vəkil məhkəməyə, İddiaçı cavabdeh "Cavabdeh2" MMCnə qarşı “mənzilin iddiaçının sahiblik və istifadəsinə verilməsi, öhdəliyin cavabdeh "Cavabdeh2" MMC-nə həvalə edilməsi” tələbinə dair iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim etmişdir. İddiaçının nümayəndəsi-vəkili iddia tələbini onunla əsaslandırdı ki, 19 sentyabr 2012ci il tarixdə Cavabdeh2 MMC (şəxsən Cəmiyyətin direktoru X3) ilə İddiaçı arasında Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 2347-48-ci məhəllədə yerləşən 149 saylı mənzili payçıya vermək, payçının isə həmin mənzili qəbul etməyi və müəyyənləşdirilmiş haqqı ödəməyi öhdəsinə götürməsi barədə müqavilə imzalanmışdır. Müqaviləyə əsasən mənzilin dəyəri olan 30000 (otuz min) manat payçı tərəfindən tam ödənilmişdir. Lakin məhkəməyə iş materialları üzrə məlum olan səbəblərdən mənzil mülkiyyətçiyə təhvil verilməmişdir. Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 2347-48-ci məhəllədə yerləşən 149 saylı mənzil 19 sentyabr 2012-ci il tarixli mənzili payçıya vermək, payçının isə həmin mənzili qəbul etməyi və müəyyənləşdirilmiş haqqı ödəməyi öhdəsinə götürməsi barədə müqaviləyə əsasən Cavabdeh2 MMC tərəfindən İddiaçı təhvil verilməlidir. İddiaçı nümayəndəsi-vəkili Vəkil məhkəməyə, İddiaçı cavabdeh "Cavabdeh2" MMC-nə qarşı “mənzilin iddiaçının sahiblik və istifadəsinə verilməsi, öhdəliyin cavabdeh "Cavabdeh2" MMC-nə həvalə edilməsi” tələbinə dair iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim etmişdir. İddiaçının nümayəndəsi-vəkili iddia tələbini onunla əsaslandırdı ki, 19 sentyabr 2012-ci il tarixdə Cavabdeh2 MMC (şəxsən Cəmiyyətin direktoru X3) ilə İddiaçı arasında Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 2347-48-ci məhəllədə yerləşən 149 saylı mənzili payçıya vermək, payçının isə həmin mənzili qəbul etməyi və müəyyənləşdirilmiş haqqı ödəməyi öhdəsinə götürməsi barədə müqavilə imzalanmışdır. Müqaviləyə əsasən mənzilin dəyəri olan 30000 (otuz min) manat payçı tərəfindən tam ödənilmişdir. Lakin məhkəməyə iş materialları üzrə məlum olan səbəblərdən mənzil mülkiyyətçiyə təhvil verilməmişdir. Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 2347-48-ci məhəllədə yerləşən 149 saylı mənzil 19 sentyabr 2012-ci il tarixli mənzili payçıya vermək, payçının isə həmin mənzili qəbul etməyi və müəyyənləşdirilmiş haqqı ödəməyi öhdəsinə götürməsi barədə müqaviləyə əsasən Cavabdeh2 MMC tərəfindən İddiaçı təhvil verilməlidir. Məhkəmə iddiaçının nümayəndəsi-vəkili Vəkil izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan iddiaçı Süleymanlı Aytac İsrail qızının Cavabdeh2 MMC-yə qarşı “müqavilə öhdəliklərinin icra edilməsi və müqavilə predmetinin təhvil verilməsi” tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin MK-nın 29.07.2019-cu il tarixli 2(103)- 9141/2019 saylı qətnaməsindən görünür ki, maraqlı şəxs İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 16.03.2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddiaçı Süleymanlı Aytac İsrail qızının iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 18.12.2019-cu il tarixli qərarından görünür ki, iddiaçı Süleymanlı Aytac İsrail qızının kassasiya şikayəti təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin MK-nın 29.07.2019-cu il tarixli 2(103)- 9141/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Cavabdeh2 MMC ilə İddiaçı arasında 19 sentyabr 2012-ci il tarixdə bağlanmış mənzil tikintisi haqqında müqavilədən görünür ki, Cavabdeh2 MMC Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 2347-48-ci məhəllədə yerləşən 149 saylı mənzili payçıya vermək, payçının isə həmin mənzili qəbul etməyi və müəyyənləşdirilmiş haqqı ödəməyi öhdəsinə götürməsi barədə müqavilə imzalanmışdır. Müqaviləyə əsasən mənzilin dəyəri olan 30000 (otuz min) manat İddiaçı tərəfindən tam ödənilmişdir. İddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakı ilə 01 iyun 2021-ci il tarixdə mübahisəli mənzilə baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında heç kəs yaşamır. Ev təmirsiz vəziyyətdədir və mənzil bağlı deyil. Qapının üzərində heç bir kilid yoxdur və qapı açıqdır. Bu haqda akt tərtib olunaraq, aktda qeyd olunan şəxslər tərəfindən imzalanmışdır. Baxış zamanı Cavabdeh2 MMC-nin nümayəndəsi olan X2 isə məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş təqdim olunmuşdur. Məhkəmə iclasında müəyyən olundu ki, 19 sentyabr 2012-ci il tarixdə Cavabdeh2 MMC (şəxsən Cəmiyyətin direktoru X3) ilə İddiaçı arasında Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 2347-48-ci məhəllədə yerləşən 149 saylı mənzili payçıya vermək, payçının isə həmin mənzili qəbul etməyi və müəyyənləşdirilmiş haqqı ödəməyi öhdəsinə götürməsi barədə müqavilə imzalanmışdır. Müqaviləyə əsasən mənzilin dəyəri olan 30000 (otuz min) manat payçı tərəfindən tam ödənilmişdir. Lakin Cavabdeh2 MMC tərəfindən mənzil mülkiyyətçiyə təhvil verilməmişdir. Məhkəmə tərəfindən 01.06.2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 2347- 48-ci məhəllədə yerləşən 149 saylı mənzilə əvvəlcədən təyin edilmiş yerli baxış keçirilərkən cavabdeh Süleymanlı (Mehmanzadə) Aytac İsrail qızının qeyd olunan mənzildə yaşamadığı məlum olmuşdur. Eyni zamanda mənzilin qapısının açıq olması, təmirsiz olması və mənzildə hər hansı təmir-tikinti işlərinin aparılmaması müşahidə olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gərçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin “Akimova Azərbaycana qarşı” 27 sentyabr 2007-ci il tarixli qərarında göstərilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, o, təkcə fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmır və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlak təşkil edən bəzi digər hüquqlar və maraqlar da mülkiyyət hüququ sayıla və bu maddənin məqsədləri üçün “mülkiyyət” kimi qəbul edilə bilər. Bu işdə məhkəmə qeyd edir ki, 25 noyabr 1995-ci ildə sözügedən mənzil iddiaçılara verilmişdir. Daha sonra mübahisəli mənzil 01 noyabr 2019-cu il tarixdə X1 adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyatdan keçmişdir. Belə olan halda məhkəmə razılaşır ki, iddiaçının mənzilə olan iddialarını 1 saylı Protokolun 1-ci maddəsinin tətbiq dairəsinə düşən “mülkiyyət” hesab etmək üçün kifayət qədər əsaslar var. Mahiyyət etibarı ilə mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif normadan ibarətdir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; nəhayət, ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafıq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır, buna görə də onlar birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 2347- 48-ci məhəllədə yerləşən 149 saylı mənzilin əmlakın müqavilə üzrə mülkiyyətçisi İddiaçı sahiblik və istifadəsinə verilməsi öhdəliyi Cavabdeh2nə həvalə edilməli, məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 2347-48-ci məhəllədə yerləşən 149 saylı mənzilin əmlak müqaviləsi üzrə mülkiyyətçisi İddiaçı sahiblik və istifadəsinə verilməsi öhdəliyi "Cavabdeh2" MMC-nə həvalə edilsin. Məhkəmə xərcləri cavabdehə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-1706/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1706/2021
02.06.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver