Məhkəmə qərarları › İş №2(007)-1725/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1725/2022

13.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1725/2022 13.07.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölümün qeyd edilmə faktının müəyyən edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölümün qeyd edilmə faktının müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1930-cu il təvəllüdlü X3 xx.xx.2019cu il tarixdə Bakı şəhərində ölüm faktının müəyyən edilməsi və ölüm haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1930-cu il təvəllüdlü atası X9 xx.xx.2019-cu ildə fizioloji səbəbdən vəfat etmiş və Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən qəbristanlıqda dini qaydalara uyğun olaraq dəfn edilmişdir. Həmin vaxt atası ilə eyni ünvanda yaşamadığından onun səhhətində yaranmış hər hansı problem səbəbindən təcili və X5 briqadasına məlumat verilib-verilməməsi və ya hadisə yerinə hüquq mühafizə orqanının əməkdaşlarının gəlib-gəlməməsi barədə məlumatı olmamışdır. Ona görə də atasının ölümü haqqında şəhadətnamənin ailələrinin digər üzvləri tərəfindən əldə olunmasını ehtimal etmişdir. Bir müddət sonra atasının qanun üzrə vərəsəsi olduğundan aidiyyatı notariat orqanına müraciət edərkən ona məlum olmuşdur ki, hazırkı günədək zəruri sənədlər təqdim olunmadığından notariat kontorunda vərəsəlik işi açılmamışdır. xx.xx.2021-ci il tarixdə ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair xüsusi icraat qaydasında ərizə ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etsə də, həmin məhkəmənin 2(001)-7412/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə “Ərizəçi (Maraqlı şəxs) “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır. Onun vəkili tərəfindən ölüm haqqında şəhadətnamənin əldə olunması və ya həmin sənədin alınmasının mümkün olmaması barədə sorğular verilmiş sorğulara cavab olaraq məlum olmuşdur ki, atasının ölümü haqqında tibbi şəhadətnamənin verilməsi ilə bağlı hər hansı qeydiyyat yoxdur. Belə ki, Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə X10 X18 Bakı Baş Səhiyyə Mərkəzi X17 265 saylı, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Səhiyyə Nazirliyinin “Vətəndaşın elektron sağlamlıq kart sisteminndə Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində olan tibb müəssisələri tərəfindən mərhum X6 ölüm haqqında tibbi şəhadətnamənin verilməsi ilə bağlı qeydiyyat yoxdur. Həmçinin, Təbib Bakı şəhər Təcili və X5 stansiyası X17 08 saylı, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2016-cı il tarixli, 100 saylı əmrinə əsasən çağırış vərəqələri (AZS 110/Q) üçün saxlama müddəti 1 (bir) il müəyyənləşdirildiyi üçün vaxtaşırı həmin sənədlər aktlaşdırılıb silinir. Bu səbəbdən, xx.xx.1930-cu il təvəllüdlü X4 adına xx.xx.2019-cu il tarixində Bakı şəhər Təcili və X5 Stansiyasına çağırış daxil olması barədə məlumat verilə bilinmir. Atası faktiki olaraq canlı şəxs kimi Azərbaycan Respublikasının vətəndaşı kimi qeydiyyatdan keçməklə onun bank hesabına dövlət qulluqçusu kimi əmək pensiyası köçürülür. Faktiki olaraq sözügedən qanunsuzluğun aradan qaldırılması və atasının vərəsəsi kimi notariat xidmətinə müraciət edərək qanun üzrə vərəsəlik şəhadətnaməsinin alınması üçün atasının ölüm faktını təsdiq edən şəhadətnamənin əldə edilməsi zəruridir. Təəssüf ki, atasının ölümünü təsdiq edən zəruri tibbi sənədlər olmadığından ölüm haqqında şəhadətnamənin verilməsi müvafiq qeydiyyat şöbəsi tərəfindən mümkün deyil, bu səbəbdən də məhkəmə tərəfindən ölüm faktının qeydə alınması zəruridir. Məhkəmə iclasında Ərizəçi ərizənin dəlillərini müdafiə edib, eyni məzmunlu izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. O, əlavə olaraq atasının öz evində rəhmətə getdiyini, atası rəhmətə gedən vaxt evdə qardaşı, bacısı və onun olduğunu qeyd etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ünvanlayaraq ərizəyə etiraz etmədiklərini və işin həllini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, maraqlı şəxsin iştirakı olmadan iddia ərizəsini baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş ərizəçinin vəkili və nümayəndəsi Vəkil ərizənin dəlillərini müdafiə edib, eyni məzmunlu izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. O həmçinin qeyd etmişdir ki, ölüm haqqında şəhadətnamə alınmağı ərizəçiyə sonradan məlum olmuşdur. X9 vəfat etdikdən sonra dəfn mərasimi keçirilmiş, lakin ailə üzvlərindən heç kəs ölüm haqqında şəhadətnamənin alınması üçün müraciət etməmişdir. X3 ölümündən uzun müddət keçmişdir, ola bilsin həmin vaxt hər hansı bir arayış olub, amma həmin arayışdan ərizəçinin məlumatı olmamış və ərizəçi vaxtında müraciət etməmişdir. Ümumiyyətlə tibb müəssilərində çağırış qeydə alınmamışdır, o, bütün tibb məsələlərinə çağırışın olub-olmaması ilə bağlı müraciət etmiş, lakin belə bir çağırış daxil olmamışdır. X9 ölmüş şəxs kimi yox, yaşayan şəxs kimi sistemdə görünür və dövlət qulluqçusu kimi təqaüdü də kartına yüklənir, amma kartın vaxtı bitmişdir. X9 həmin vaxt ərizəçi ilə yaşamamışdır. Ərizəçi mirasla bağlı hüquqlarını həyata keçirə bilər, amma ümumiyyətlə ölüm şəhadətnaməsi olmalıdır. Miras predmeti var, ailə üzvləri arasında hal-hazırda mübahisə yoxdur. X3 adından etibarnamə var və o, canlı şəxs kimi göründüyündən etibarnamə istifadə olunur və bu qanunsuzluğunda qarşısını almaq üçün ölüm şəhadətnaməsi alınmalıdır. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş X7 şahid qismində ifadə verərək bildirmişdir ki, Ərizəçi ilə 3-4 il bundan öncə, 2019-cu ildə birlikdə işləmiş və ailəvi dost olmuşlar, bir-birlərinin evinə gedib-gəlirdilər. Hümbət müəllim Aygün xanımın atası idi. Hümbət müəllim pensiyaya çıxmışdı, ona Aygün xanım baxırdı. Bir neçə dəfə onlarda iş yoldaşları ilə Hümbət müəllimin yanına getmişlər. Hümbət müəllim rəhmətə gedəndə 2019-cu ilin payız ayları səhərə yaxın idi, Aygün xanım zəng etdi ki, atası rəhmətə gedib. O, Hikmət müəllimin üçündə, yeddisində və cümələrində onlara başsağlığına getmişdi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş X8 şahid qismində ifadə verərək bildirmişdir ki, o, Aygünün qayını Rövşən Budaqovun həyat yoldaşıdır. Hümbət müəllim xx.xx.2019-cu il tarixdə rəhmətə getmişdir. Hümbət müəllim Qurd qapısı adlı qəbiristanlıqda dəfn edilmişdir. Yas mərasimi, üçü və yeddisi “Göy məscid”də olmuşdur. Aygüngildə cümələrdə və qara bayramda olmuş və Aygünlə qəbir üstünə getmişdir. Əmlakla bağlı heç bir mübahisə yoxdur. Məhkəmə ərizəçinin izahatını dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı Şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi göndərilmiş xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının 8.5 bəndinə əsasən, ölüm faktı ölüm haqqında tibbi şəhadətnamə ilə təsdiq olunmalıdır. Həmin sənəd olmadığına görə ölüm faktını müəyyən etmək üçün məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. - X13 X18 2 nömrəli Poliklinika Şöbəsinin xx.xx.2022-ci il tarixli, 04 saylı məktubunun surətindən görünür ki, X3 vəfat etməsi ilə əlaqədar poliklinikaya müraciət olunmaması və poliklinika tərəfindən ölüm haqqında tibbi şəhadətnamə verilmədiyi müəyyən edilmişdir. - Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi Bakı şəhəri Təcili və X1 xx.xx.2022-ci il tarixli, 08 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2016-cı il tarixli, 100 saylı əmrinə əsasən çağırış vərəqələri (AZS 110/Q) üçün saxlama müddəti 1 (bir) il müəyyənləşdirildiyi üçün vaxtaşırı həmin sənədlər aktlaşdırılıb silinir. Bu səbəbdən, xx.xx.1930-cu il təvəllüdlü X4 adına xx.xx.2019-cu il tarixində Bakı şəhər Təcili və X5 Stansiyasına çağırış daxil olması barədə məlumat verilə bilinmir. - İcbari Tibbi Sığorta X15 “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” X18 "Bakı Baş Səhiyyə Mərkəzi” X17 xx.xx.2022-ci il tarixli, 265 saylı məktubundan görünür ki, Səhiyyə Nazirliyinin "Vətəndaşın elektron sağlamlıq kartı sistemi”ndə Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində olan tibb müəssisələri tərəfindən mərhum X2 ölüm haqqında tibbi şəhadətnamənin verilməsi ilə bağlı qeydiyyat yoxdur. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi atası X9 xx.xx.2019-cu il tarixdə Bakı şəhərində vəfat etmişdir. Lakin mərhumun ailə üzvləri ölüm faktını təsdiq edən tibbi şəhadətnamə almamışlar. Ərizəçi atasının ölümünün qeydə alınaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmiş, ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölümün qeydə alınmasından imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göründüyü kimi, ərizəçi mərhumun ölümünü qeyd etdirə və bu badərə şəhadətnaməni başqa qaydada ala bilmədiyindən bununla bağlı məhkəməyə müraciət etmişdir. Ölümün qeyd edilməsi ərizəçiyə müvafiq sənədlərin hazırlanması üçün lazımdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməli, Ərizəçi atası X3 xx.xx.2019-cu il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməli, ərizə ölüm haqqında şəhadətnamənin verilməsi hissəsində təmin edilməməlidir. Belə ki, qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. xx.xx.1930-cu il tarixdə Bakı şəhərində anadan olmuş X3 xx.xx.2019-cu il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərclərinə aid olan ödənilmiş 100,0 manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar