Məhkəmə qərarları › İş №2(007)-1767/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1767/2021

22.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1767/2021 22.06.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ № 2(007)-1767/2021 Azərbaycan Respublikası adından Qətnamə 22 iyun 2021-ci il Bakı şəhəri Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, X20 Qurbanovun katibliyi Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə işə baxılarkən ərizəçi tələbinin dəqiqdirilməsi barədə ərizə vermişdir. Məhkəmə iclasında Ərizəçi tələbini onunla əsaslandırdı ki, Kərimova (Bayraməliyeva) Fatma Hüseyn qızı onun anasının bibisidir. O, 16 oktyabr 2015-ci ildə vaft edib. O, ərdə olmasına baxmayaraq onun övladı olmayıb. Vəfat etdikdən sonra onun ünvan 1 ünvanında mənzili qalıb.Ölümündən sonra mərhumun mirasını faktiki olaraq o, qəbul etmişdir və bu müddət ərzində həmin mənzildə yaşayır. Mirasa ondan başqa heç bir iddiaçı yoxdur. Bütün kommunal xərcləri bibimisinin adından o, ödəyir.O, Fatma ilə qohumluğunu müəyyən etmək üçün Şərur rayon Qeydiyyat Şöbəsinə müraciət edərək anası Həşimova (Bayraməliyeva) Səkinə Məmməd qızının, bibisi Kərimova (Bayraməliyeva) Fatma Hüseyn qızının və babası X6 doğum haqqında şəhadətnamələrinin surətlərini almaq istəmişdir. Anasının və Fatma bibisinin doğum haqqında şəhadətnamələrinin surətlərini alsa da, 10 may 2016-ci il tarixdə Şərur rayon Qeydiyyat Şöbəsinin verdiyi 786 saylı arayışa əsasən 1928-ci ildə Şərur rayonunun Mahmudkənd kəndində doğulmuş X6 doğum haqqında akt qeydiyyatı tapılmamışdır. Ona görə də, Qeydiyyat Şöbəsindən babası X12 ilə nənəsi Bayraməliyeva Zeynəb əhməd qızının nikah haqqında şəhadətnaməsinin surətini almışdır. Bayraməliyeva Fatmanın anasının bibisi olmasını şahidlər də təsdiq edərlər.Qeyd olunanlara əsasən,onun Kərimova (Bayraməliyeva) Fatma Hüseyn qızının beşinci nğvbədən olan vərəsəsi olması barədə hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə ərizəçini dinləyib iş üzrə toplanmış digər sübutları araşdırarıb, onlara qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan: Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki,xx.xx.1970-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Şərur rayonunda anadan olan Ərizəçi oğlu hal hazırda Bakı şəhəri Naxçıvanski küçəsində 38 saylı evin 118 saylı mənzilində qeydiyyatdadır. Bakı şəhərindəki 19 saylı Notariat Ofisndən məhkəməyə ünvanlanmış 09 aprel 2021-ci il tarixli məktubda qeyd olunur ki, Kərimova (Bayraməliyeva) Fatma Hüseyn qızının əmlakı ilə bağlı mirasın qəbulu və vəsiyyətnamənin olub olmaması barədə “Elektron notariat” X1 hər hansı bir məlumat aşkar olunmamışdır. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivindən 22.04.2021-ci il tarixli 13/452 saylı arxiv arayışından görünür ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan X15 kəndinin 1951-1953-cü illərə dair 10 nömrəli təsərrüfat kitabında mərhum X7 ailə başçısı olmaqla aşağıdakı ailə üzvləri qeyd edilmişdir. X7-ailə başçısı,18887-ci il; X21-həyat yoldaşı,1890-cı il; X12-oğlu 1928-ci il; X32 oğlu-oğlu,1932-ci il; X13-gəlini,1932-ci il; X10-nəvəsi,1947-ci il; X11-nəvəsi,1950-ci il; X14-qızı1927-ci il. Doğum haqqında şəhadətnamədən görünür ki,X10 20.11.1948-ci il tarixdə anadan olub.X3,anası X16r. Doğum haqqında şəhadətnamədən görünür ki,Ərizəçi 01.94.1979-ci il tarixdə anadan olub.X9,anası X19r. Ölüm haqqında şəhadətnamənin çıxsrışından görünür ki, X14 28.10.2015-ci il tarixdə ölmüşdür. İşin hallarından görünür ki,hazırkı iş üzrə Ərizəçi oğlu 1947-ci ildə anadan olmuş X4 oğludur.1927-ci ildə anadan olmuş X14 isə ərizəçinin bibisidir.X8 övladı olmamışdır və ölümündən sonra yaxın qohumlarından heç kim ondan miras qalmış əmlakı nə vərəsəlik yolu ilə,nə də qanun üzrə vərəsə kimi qəbul etməmişdir.Ərizəçinin bildirdiyinə görə X5 Bakı şəhəri Yasamal rayonu Talıblı küçəsi ev 34, ünvandakı 25 nömrəli mənzil miras qalmışdır və ərizəçi həmin mənzildə yaşamaqla mirası faktiki olaraq qəbul etmişdir. İş materiallarında X8 ərizəçinin bibisi olmasını təkzib edən sübutlar mövcud deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıda sadalanan maddələrinə əsasən: 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. 1159.2. İkinci növbədə ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1159.3. Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın. 1159.4. Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər. 1159.5. Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları. X2 ərizəçi Ərizəçi bibisi olduğundan və mərhumun digər növbədən vərəsələri olmadığından Azərbaycan Respublikası MM-nin 1159.5-ci maddəsinə əsasən onun 5-ci növbədən olan vərəsəsidir. Azərbaycan Respublikası MPM-nin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması barədə işlərə baxa bilər. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən olunmasına dair işlərə baxa bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə zamanı ərizəçinin izahatı, eləcə də məhkəməyə təqdim edilmiş sənədlərlə müəyyən olundu ki, həqiqətən də X14 ərizəçi Ərizəçi bibisi olmaqla ərizəçi onun 5-ci növbədən olan vərəsəsidir. Məhkəmə hesab edir ki, qeyd olunan faktın hüquqi əhəmiyyəti olduğundan və ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən bu cür tələblə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə iş üzrə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli,Ərizəçi Yusif oğlu 1927-cil də anadan olmuş,16 oktyabr 2015ci il tarixdə vəfat etmiş Kərimova (Bayraməliyeva)Fatma Hüseyn qızının 5-ci növbədən olan vərəsəsi olması barədə hüquqi əhəmiyyətli fakt müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307.2.3, 308, 309, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi Yusif oğlu 1927-cil də anadan olmuş,16 oktyabr 2015-ci il tarixdə vəfat etmiş Kərimova (Bayraməliyeva) Fatma Hüseyn qızının 5-ci növbədən olan vərəsəsi olması barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilsin . Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətidə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti veriilə bilər. Hakim: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar