Məhkəmə qərarları › İş №2(007)-1768/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1768/2021

26.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1768/2021 26.04.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Babək Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əlcanova Əfsanə Fərhad qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” haqqında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, 20.01.1933cü ildə Şəki şəhərində anadan olmuş ünvan 2-də qeydiyyatda olan X8 23 oktyabr 2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onun atası X12 20.01.1933-cü ildə Şəki şəhərində anadan olmuş və Bakı şəhəri Lökbatan qəsəbəsi, B.Niftəliyev küçəsi, ev 45, mənzil 15-də qeydiyyatda olmuşdur. Atası uzun müddət ürək çatışmazlığından əziyyət çəkdiyindən 23 oktyabr 2020-ci il tarixdə saat 14:00 radələrində yaşadığı və ünvan 2-də ürək çatışmazlığından vəfat etmişdir. X16a mərhum atasının adına çağırış edilmiş, lakin 14:10 radələrində həkim gələnə qədər atası X12 vəfat etmişdir. Atası poliklinikada qeydiyyatda olmadığından, ölüm haqqında həkim şəhadətnaməsi ala bilməmişdir. Mərhum atasının adına ölüm haqqında şəhadətnamə almaq üçün 5 saylı Bakı Asan Xidmət Mərkəzində qeydiyyat şöbəsinə müraciət etsə də qeydiyyat şöbəsi imtina məktubunda göstərmişdir ki, ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Məhkəmə iclasında ərizəçi ərizənin dəlillərinə uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində X5 ifadə verərək göstərdi ki, ərizəçi onun əridir, rəhmətə gedən X12 isə onun qayınatasıdır. X1 23.10.2020ci il tarixdə rəhmətə getmişdir. Rəhmətə gedən vaxt o, orda olmamış, ona zəng edib demişlər ki, halı pisdir. O da Nizami rayonundan Qaradağ rayonuna getmiş, lakin çatana kimi X12 artıq rəhmətə getmişdir. Mərhum rəhmətə getdiyi gün Lökbatan qəsəbə qəbiristanlığında dəfn olunmuşdur. Yas mərasimləri Lökbatanda qaynının evində olmuşdur, pandemiya ilə əlaqədar ancaq yaxın qohumlar iştirak etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində X7 ifadə verərək göstərdi ki, Lökbatan qəsəbəsində yaşayır. Ərizəçi onun qaynıdır, rəhmətə gedən X12 isə onun qayınatasıdır. X1 23.10.2020-ci il tarixdə saat 13-14 radələrində rəhmətə getmişdir. Qaynatam yaşlı idi, Təcili Tibbi X2 rəhmətə gedəndən sonra gəlmişdi və buna dair də sənəd təqdim etmişdir. Mərhum rəhmətə getdiyi gün Lökbatan qəsəbə qəbiristanlığında dəfn olunmuşdur. Yas mərasimləri Lökbatanda onların evində olmuşdur, pandemiya ilə əlaqədar ancaq yaxın qohumlar iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Asan 2 tərəfindən 28.08.2013-cü il tarixdə verilmiş AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1962-ci il tarixdə Şəki şəhərində anadan olmuşdur. ünvan 1 ünvanında qeydiyyatdadır. - 12.11.1962-ci il tаriхdə vеrilmiş АЗ № 318748 saylı doğum haqqında şəhаdətnаmənin surətindən görünür ki, Ərizəçi xx.xx.1962-ci il tarixdə Nuxa şəhərində anadan olmuş, atası X12, anası X3r. - Qaradağ RPİ tərəfindən 28.03.2005-ci il tarixdə verilmiş AZE seriyalı, 02515635 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X12 20.01.1933-cü il tarixdə Şəki şəhərində anadan olmuşdur. ünvan 2 ünvanında qeydiyyatdadır. - Təcili və X4 Stansiyası Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, ünvan 3 ünvanında kişi cinsinə mənsub X9 qoyulan diaqnoz həkimə qədər ölümdür. - Bakı şəhər Baş Səhiyyə İdarəsi 19 nömrəli şəhər poliklinikasının 02.11.2020-ci il tarixli 587 nömrəli məktubundan görünür ki, 20.01.1933-cü il təvəllüdlü 23.10.2020-ci il tarixdə vəfat etmiş X12 19 saylı Birləşmiş Şəhər Xəstəxanasında ölümə səbəb olan diaqnozla dispanser qeydiyyatda olmadığı üçün ölüm haqqında tibbi şəhadətnamə verilməsi tərəflərindən mümkün olmamışdır. - Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsinin Ərizəçi ünvanlanmış 14.01.2021-ci il tarixli 05Q-62/15 nömrəli məktubundan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasının 8.5-ci bəndinə əsasən ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində onun ərizəsinin təmin edilməsi mümkün deyil. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. - Azərbaycan Respublikası Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbə məscidi dini icmasının 04.11.2020-ci il tarixli 11 № arayışından görünür ki, X12 23.10.2020-ci il tarixdə vəfat etmiş və Qaradağ rayonu Lökbatan qəsəbə qəbiristanlığında dəfn olunmuşdur. - Məhkəməyə təqdim edilmiş mərhum X8 qəbrinin fotoşəkilindən görünür ki, qəbrin üstündə X12 20.01.1933-23.10.2020 yazıları qeyd edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi atası 20.01.1933-cü il tarixdə, Şəki şəhərində anadan olmuş mərhum X12 23.10.2020-ci il tarixdə yaşadığı ünvan 2 ünvanında vəfat etmişdir. Lakin mərhumun ailə üzvləri ölüm faktını təsdiq edən tibbi şəhadətnamə almamışlar. Ərizəçi atasının ölümünün qeydə alınaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölümün qeydə alınmasından imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göründüyü kimi, ərizəçi mərhumun ölümünü qeyd etdirə və bu haqda şəhadətnaməni başqa qaydada ala bilmədiyindən bununla bağlı məhkəməyə müraciət etmişdir. Ölümün qeyd edilməsi ərizəçiyə müvafiq sənədlərin hazırlanması üçün lazımdır. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 20.01.1933-cü ildə Şəki şəhərində anadan olmuş ünvan 2-də qeydiyyatda olan X8 23 oktyabr 2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 20.01.1933-cü ildə Şəki şəhərində anadan olmuş ünvan 2-də qeydiyyatda olan X8 23 oktyabr 2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərclərinə aid olan ödənilmiş 10,0 manat dövlət rüsumu X6 aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar