Məhkəmə qərarları › İş №2(007)-1797/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1797/2022

01.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1797/2022 01.07.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyət olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi əhəmiyyət olan faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi tələbini onunla əsaslandırdı ki, anası X7 uzun vaxt olardı ki, insultdan əziyyət çəkirdi. 28 aprel 2022-ci il tarixdə evdə olduqları vaxt X2 vəziyyəti pisləşdi. O, dərhal Təcili Yardıma zəng vurdu, lakin Təcili Yardım gələnə kimi anası rəhmətə getdi. X3 Tovuz rayonu, Aşağı Mülkülü kənd qəbirsanhgında dəfn etmişlər.4 saylı Bakı «ASAN xidmət» Mərkəzinin Qeydiyyat şöbəsinə anasının ölüm şəhadətnaməsinin alınması ilə müraciət etmişdir. Lakin həmin orqan ölüm faktını ləstiq edən tibbi şəhadətnamənin olmaması səbəbindən onun müraciətini təmin etməmişdir. Bu səbəbdən ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət elməsi ona məsləhət görülüb.X2 ölümünü təsdiq edən şəhadətnamə olmadığından sənədləşmə işlərində problemlərlə üzləşmişdir. Bu səbəbdən də məhkəməyə müraciət edir. Odur ki, qeyd olunanları nəzərə alıb 25 iyul 1952-ci il tarixdə anadan olmuş X4 28 aprel 2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs Bakı Şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasını vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin müddəalarını rəhbər tutaraq, maraqlı tərəf Bakı Şəhərində Nizami Rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş üzrə toplanmış digər sübutları araşdırarıb, onlara qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki,Ərizəçi anası X6r. 4 saylı “ASAN Xidmət” Mərkəzindən ərizəçiyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.200-cü tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının” 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətandaşın öımüş hesab edilməsi barədə məhkəmə qətnaməsi əsasında aparıla bilər.Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq sizin ərizənin təmin olunması mümkün deyil.X1 ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət olunması tövsiyyə olunur. İş materiallarında olan Tovuz rayonu, Aşağı Mülkülü İƏD-dən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.1952-ci il təvəllüdlü X7 xx.xx.2022-ci il tarixdə Mülkülü kənd qəbirstanlıqda dəfn olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Qeyd olunan Məcəllənin 308-ci maddəsində deyilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Beləliklə, məhkəmə zamanı ərizəçinin izahatı, eləcə də, məhkəməyə təqdim edilmiş sənədlərlə müəyyən olundu ki, həqiqətən də 25 iyul 1952-ci il tarixdə anadan olmuş X4 28 aprel 2022-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Qeyd olunan hüquqi əhəmiyyətli faktın müəyyən olunması ərizəçiyə anasının ölümü haqqında şədadətnma alınması üçün zəruridir. Həmin sənədin başqa qaydada alınması mümkün deyil. Məhkəmə iş üzrə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 25 iyul 1952-ci il tarixdə anadan olmuş X4 28 aprel 2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307.2.3, 308, 309, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 25 iyul 1952-ci il tarixdə anadan olmuş X4 28 aprel 2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətidə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti veriilə bilər. Hakim: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar