Məhkəmə qərarları › İş №2(007)-1815/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1815/2022

30.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1815/2022 30.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək ərizəni təmin edib, 11 avqust 1947-ci il təvəllüdlü X5 01 may 2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, qayınatası X5 01 may 2022-ci il tarixdə evdə olduqları vaxt ürəyini tutub yıxılmış və vəziyyəti pisləşmişdir. O, dərhal Təcili Yardıma zəng vurmuş, lakin Təcili Yardım gələnə kimi qayınatası rəhmətə getmişdir. X7 Bakı şəhəri, Şərifzadə küçəsində yerləşən Dağüstü 1 qəbirisanlığında dəfn etmişlər. Maraqlı şəxsnə qayınatası X5 ölüm şəhadətnaməsinin alınması ilə bağlı müraciət etmişdir. Lakin müvafiq orqan ölüm faktını təstiq edən tibbi şəhadətnamənin olmaması səbəbindən onun müraciəti təmin olunmamışdır. Bu səbəbdən ölüm faktının nüəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyini məsləhət görülmüşdür. X5 ölümünü təsdiq edən şəhadətnamə olmadığından sənədləşmə işlərində problemlərlə üzləşir. Bu səbəbdən də məhkəməyə müraciət edir. Məhkəmə iclasında Ərizəçi ərizənin dəlillərini müdafiə edib, eyni məzmunlu izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilən X9 ifadə verərək göstərdi ki, mərhum X10 onun ögey atasıdır. Mərhum onunla qalırdı. Marketdən qayıtdıqdan sonra mərhumun yerdə uzandığını görmüşdür. Mərhum onun çağırışlarına cavab vermədiyi və göyərdiyi üçün öldüyünü anlamışdır. Təcili tibbi yardıma zəng etsə də, onlar bir saat sonra gəlmişlər. Mərhumun heç bir xəstəliyi yox idi, amma vəfat etməmişdən iki gün əvvəl özünü yaxşı hiss etmədiyini demişdir. Mərhum 01 may 2022-ci il tarixdə vəfat etmişdir. Onun dəfn mərasimində iştirak etmişdir. Mərhumun “qırx” mərasimi təzəlikcə olmuşdur. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilən X11 ifadə verərək göstərdi ki, mərhum X10 onun babasıdır. Mərhumun xəstəliyi yox idi. O, məşqdə olarkən qohumlarından ona zənglər gəlirdi. Evə çatanda babası artıq vəfat etmişdir. Bir saat sonra isə təcili tibbi yardım gəlmişdir. O, dəfn mərasimində iştirak etmişdir. Mərhumun dəqiq nə vaxt vəfat etdiyini bilmir, lakin onun qırx” mərasimi təzəlikcə olmuşdur. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxx 1975-ci ildə Gəncə şəhərində anadan olmuşdur, Bakı şəhəri, K.Balakişiyev küçəsi, ev 46A, mənzil 26 ünvanında qeydiyyata alınmışdır; - AZE seriyalı, 18458946 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 11 avqust 1947-ci ildə ünvan 1 ünvanında qeydiyyata alınmışdır; - Vİİ-ЖГ seriyalı 306972 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə X8 12 oktyabr 1996-cı il tarixdə Bakı şəhəri Səadət sarayında nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 1818 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Rzayev, arvada Rzayeva soyadı verilmişdir; - 18 oktyabr 2013-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 28 sentaybr 2013-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 18 oktyabr 2013-cü il tarixdə 748 nömrəsi ilə qeyd edilmişdir. - 05 iyun 2015-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 30 may 2015-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 05 iyun 2015-ci il tarixdə 354 nömrəsi ilə qeyd edilmişdir. - “Bakı şəhəri Təcili və X6 Stansiyası” PHŞ Sahə Həkimi xəbərdarlıq vərəqəsindən görünür ki, 01 may 2022-ci il tarixdə saat 18:30-da ünvan 2 ünvanında X5 yanına gəldikdə, kişi cinsli meyit, həkimə qədər ölüm müəyyən edilmişdir; - Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2021-ci il tarixli, 05/Q-938/15 saylı məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydalarının 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasənda qeydə alına bilər. Mərhumun oğlu və həyat yoldaşı vəfat etmişdir. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində Ərizəçi ərizəsinin təmin edilməsi mümkün deyil. X5 ölüm faktının müəyyən edilməsi üçün aiddiyəti üzrə məhkəməyə müracət edilməsi tövsiyyə olunmuşdur; - Bakı şəhəri Yasamal Bələdiyyəsinin arayışından görünür ki, xx.xx.1947-ci il təvəllüdlü X1 yerləşən Dağüstü 1 qəbiristanlığında xx.xx.2022-ci il tarixində Ərizəçi tərəfindən dəfn edilmişdir; - Məhkəməyə mərhum X5 qəbrinin yerləşdiyi yerin fotoşəkili təqdim edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi 11 avqust 1947-ci il tarixdə Bakı şəhərində doğulmuş qayınatası X10 01 may 2022-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Lakin mərhumun ailə üzvləri ölüm faktını təsdiq edən tibbi şəhadətnamə almamışlar. Ərizəçi qayınatasının ölümünün qeydə alınaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölümün qeydə alınmasından imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göründüyü kimi, ərizəçi mərhumun ölümünü qeyd etdirə və bu haqda şəhadətnaməni başqa qaydada ala bilmədiyindən bununla bağlı məhkəməyə müraciət etmişdir. Ölümün qeyd edilməsi ərizəçiyə müvafiq sənədlərin hazırlanması üçün lazımdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi 11 avqust 1947-ci il tarixdə Bakı şəhərində doğulmuş əri X5 01 may 2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 11 avqust 1947-ci il tarixdə Bakı şəhərində doğulmuş X5 01 may 2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərclərinə aid olan ödənilmiş 102,0 manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar