Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1852/2024 01.07.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, anası X9 01 avqust 1940-cı il tarixdə Xocavənd rayonunda anadan olub. Anası 25 mart 2024-cü il tarixdə Bakı şəhərində vəfat etmiş və həmin tarixdə Qaradağ rayonu, Ümumşəhər (Qurd qapısı) qəbristanlığında dəfn edilib. O, bununla bağlı Bakı şəhər İcra Hakimiyyəti MKTD Əhaliyə Vətəndaşlıq Xidməti Trestindən 23 aprel 2024-cü il tarixdə arayış əldə edib. Bu fakt təqdim etdiyi qəbiristanlıq arayışında öz əksini tapıb. X1 adına ölüm haqqında şəhadətnamənin alınması ilə əlaqədar Bakı şəhər Nizami rayon Qeydiyyat Şöbəsinə müraciət edib. Maraqlı şəxs 04 aprel 2024-cü il tarixdə imtina məktubu verərək bildirib ki, ölüm haqqında tibb şəhadətnaməsi olmadığına görə X7 aid ölüm haqqında akt qeydi aparıla bilməz, ona görə də, məhkəməyə müraciət etməlidir. Ölüm haqqında şəhadətnamə olmadığından anasının pensiya kartını Sosial Mtildafiə Fonduna qaytara bilmir, eyni zamanda vəfatı ilə bağlı müəyyən sənədləşmə məsələlərinin həllini həyata keçirə bilmir. Ölüm haqqında şəhadətnaməni başqa yolla əldə edə bilmir. Buna görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. O, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2 saylı mənzilində yaşayır. Qeyd edilənlərə əsasən, 01 avqust 1940-cı il tarixdə Xəcavənd rayonunda anadan olmuş X4 25 mart 2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməsini, ölümün qedə alınmasının Maraqlı şəxsnə həvalə olunması xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin dəlillərini müdafiə edib, eyni məzmunlu izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Belə olan halda, məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilən X3 ifadə verərək göstərdi ki, o, ərizəçini tanıyır, onunla qonşudurlar. Mərhum xx.xx.2024-cü ildə səhər saatlarında Bakı şəhərində vəfat edib. O, yas mərasimində iştirak edib. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilən X8 ifadə verərək göstərdi ki, o, ərizəçinin atası, mərhum isə arvadıdır. Mərhum arvadı xx.xx.2024cü ildə Bakı şəhərində vəfat edib. O, yas və dəfn mərasimlərində iştirak edib. Mərhum Qurd qapısı adlanan qəbiristanlıqda dəfn edilib. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZE seriyalı, 06559498 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.1940-cı ildə ünvan 3 ünvanında qeydiyyata alınmışdır; - AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1970-ci ildə Bakı rayonunda anadan olmuşdur, ünvan 4 küçəsi, ev 71, İnzibati bina ünvanında qeydiyyata alınmışdır; - AЗ seriyalı, ******* saylı doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, Ərizəçi xx xxx 1970-ci Bakı şəhərində anadan olmuşdur. X13, anası X5; - Bakı şəhəri Təcili və X6 Stansiyasının xx.xx.2024-cü il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, saat 09:30-da Xırdalan şəhəri, H.Əliyev prospektində X4 yanına gəldikdə, qadın cinsli meyit, həkimə qədər ölüm müəyyən edilmişdir; - Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-16-5/7-791- 15/24 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinin tələblərinə əsasən “Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən rrıuəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 10.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.4-cü bəndinə əsasən ölüm haqqında məlumat Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyinə ölümün baş verdiyi və ya meyitin tapıldığı vaxtdan on gündən gec olmayaraq verilməlidir. Eyni zamanda bildirirlər ki, bu qaydaların 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göstərilənlərlə bağlı nəzərə çatdırırlar ki, ananı X9 ölüm faktını təsdiq edən sənədi təqdim edə bilmədiyindən ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur; - Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departementi Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin xx.xx.2024-cü il tarixli, 130 saylı arayışından görünür ki, X9 xx.xx.2024-cü il tarixində Qaradağ rayonu, Ümumşəhər (Qurd qapısı) qəbiristanlığında Ərizəçi tərəfindən dəfn edilmişdir; - Məhkəməyə mərhum X4 qəbrinin yerləşdiyi yerin fotoşəkilləri təqdim edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi xx.xx.1940-cı ildə Xocavənd rayonunda doğulmuş anası X9 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Lakin ərizəçi ölüm faktını təsdiq edən tibbi şəhadətnamə almamışdır. Ərizəçi anasının ölümünün qeydə alınaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölümün qeydə alınmasından imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göründüyü kimi, ərizəçi mərhumun ölümünü qeyd etdirə və bu haqda şəhadətnaməni başqa qaydada ala bilmədiyindən bununla bağlı məhkəməyə müraciət etmişdir. Ölümün qeyd edilməsi ərizəçiyə müvafiq sənədlərin hazırlanması üçün lazımdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1940-cı ildə Xocavənd rayonunda doğulmuş anası X4 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1940-cı ildə Xocavənd rayonunda doğulmuş X4 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-1852/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1852/2024
01.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver