Məhkəmə qərarları › İş №2(007)-1881/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-1881/2024

07.05.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-1881/2024 07.05.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi ilə, Ərizəçi Maraqlı şəxs qarşı olan “mediasiya prossesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizənin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi :

1. Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prossesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi”na dair ərizə ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən mediator X1 tərəfindən keçirilmiş mediasiya sessiyasında Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış 18 dekabr 2023-cü il tarixli barışıq sazişini təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq :

2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :

35.1. qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 40.1. Ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.3. əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.4. iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir.

Məhkəmənin mövqeyi :

4. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qeyd edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.

5. Belə ki, mülki prosessual qanunvericiliyə əsasən “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer üzrə məhkəmədə baxılmalıdır.

6. Ərizə və ona əlavə edilmiş sənədlər öyrənilərkən müəyyən edilmişdir ki, ərizəçi tərəfindən ərazi aidiyyətinə dair mülki prosessual qanunvericiliyin tələbləri pozulmaqla hazırkı iddia tələbi ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edilmişdir.

7. İddia ərizəsinə əsasən müəyyən edilmişdir ki, Ərizəçi Gəncə şəhəri, Nizami rayonu, H.Əliyev PR. ev 147, mənzil 56 ünavnında qeydiyyatda olmaqla faktiki olaraq ünvan 1 ünvanında yaşayır.

8. Mülki prossesual qanunvericiliyə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, ərizə və ona əlavə edilmiş sənədləri geri qaytarılmalıdır.

9. Belə olan halda, məhkəmə qeyd edir ki, ərizəçi hazırki ərizə ilə yaşadığı yer üzrə aidiyyəti məhkəməyə müraciət edə bilər.

Nəticə :

10. Beləliklə, məhkəmə qeyd edir ki, ərazi aidiyyətinə dair mülki prosessual qanunvericiliyin tələbinə əməl olunmadığı üçün Ərizəçi Maraqlı şəxs qarşı olan “mediasiya prossesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır.

11. Ərizəçi hazırki ərizə ilə ərizəçinin yaşadığı yer üzrə aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah edilməlidir.

12. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35, 40, 152, 263-264, 355-23-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara Aldı:

Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prossesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizəsi ona əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, hazırki ərizə ilə ərizəçinin yaşadığı yer üzrə aidiyyəti məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar