Məhkəmə qərarları › İş №2(007)-1903/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1903/2021

06.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1903/2021 06.05.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Suraxanı Rayon Qeydiyyat Şöbəsinə qarşı vəfat etmə faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Suraxanı Rayon Qeydiyyat Şöbəsinə qarşı vəfat etmə faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçi ərizəni onunla əsaslandırdı ki, atası X2 yaşadıqları ünvanda 02.12.2020-ci il tarixdə vəfat edib. Onu Türkan qəsəbəsində yerləşən qəbristanlıqda dəfn etmişlər. Hüquqi savadı olmadığı üçün ölüm haqqında şəhadətnaməni vaxtında ala bilməmişdir. Ölüm haqqında şəhadətnamə almaq üçün Suraxanı Rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir. lakin onlar imtina məktubu verərək məhkəməyə müraciət etmyi tövsiyyə ediblər. O, bu sənədi başqa qaydada əldə edə bilmir.Ona görə dəatası X1 02.12.2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi barədə hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair qətnamə qəbul olunmasını xahiş edir. Maraqlı şəxs Suraxanı Rayon Qeydiyyat Şöbəsii məhkmə iclasını vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin müddəalarını rəhbər tutaraq, maraqlı tərəf Suraxanı Rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan: Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi ı Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi ev 29 ünvandakı 53 saylı mənzildə yaşayır. Sədərək Xeyriyyə Cəmiyyəti tərəfindən verilmiş 12 fevral 2021-ci il tarixli,02/21 saylı arayışdan görünür ki,01 iyul 1932-ci il tarixdə Naxçıvan MR,Şərur rayonunun Sədərək kəndində anadan olmuş Ərizəçi 02 dekabr 2020-ci il tarixdə Bakı şəhərində vəfat etmiş,Bakı şəhəri Suraxanı rayonu Türkan Bələdiyyəsində yerləşən Sədərək Xeyriyyə Cəmiyyətinə məxsus qəbirstanlıqda dəfn olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhəri Suraxanı Rayon Qeydiyyat Şöbəsi tərəfindən ərizəçiyə ünvanlanmış 03.03.2021-ci il tarixli məktubun məzmunundan görünür ki,ərizəçinin ölüm faktı barədə şəhadətnamə verilməsinə dair xahişindən imtina olunmuş və ona məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, X1 02.12.2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi təqdim olunmuş sənədlərlə tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, bu faktın təsdiq edilməsi X1 ölüm haqqında şəhadətnamənin alınması üçün zəruridir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 01 iyul 1932-ci il tarixdə Naxçıvan MR,Şərur rayonunun Sədərək kəndində anadan olmuş Ərizəçi 02 dekabr 2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi barədə hüquqi fakt müəyyən edilsin. Qətnamədən, rəsmi təqdim edildiyi gündən etibarən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar