Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1907/2022 01.07.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, İddiaçı,onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehn nümayəndələri Nümayəndə2 və Nümayəndə1 iştirakı ilə İddiaçı Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin X18” X12 Cavabdeh X10rşı qarşı əmrin ləğvi,işə bərpa, məcburi iş buraxmağa görə əmək haqqının və mənəvi zərəin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrinin X18” Bakı şəhəri Baş Səhiyyə İdarəsinin 7 X14rşı əmrin ləğvi,işə bərpa, məcburi iş buraxmağa görə əmək haqqının və mənəvi zərəin ödənilməsi tələbinə dair İddiaçı X4 cavabdeh Azərbaycan Respublikası X1rşı əmrin ləğvi,işə bərpa, məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı əsl olmayan cavabdehin-İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrinin X18” Bakı şəhəri Baş Səhiyyə İdarəsinin 7 X21nin əsl cavabdehlə-Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin X18” X12 Cavabdeh X13 əvəz olunması barədə vəsatət vermiş və həmin vəsatət təmin olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbi onunla əsaslandırdı ki, xx.xx.1951-ci il tarixdə anadan olmuşdur. Zəngilan rayonunda yaşamış və orada da orta məktəbi qurtarmışdır. xx.xx.1971- ci il tarixdən xx.xx.1972-ci il tarixədək Zəngilan rayon Mincivan Dəmir yol Xəstəxanasında tibb bacısı işləmişdir. xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixə kimi Zəngilan rayon F.Əfəndiyev adına xəstəxanada tibb bacısı işləmişdir. xx.xx.1972-ci il tarixdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olmuş, xx.xx.1978-ci il tarixdə müalicə işi ixtisası üzrə tam kursu bitirmişdir.1978-ci ildən 01.0.1979-cu il tarixə kimi Əzizbəyov adına 1 saylı şəhər doğum evində həkim kimi internada olmuşdur. xx.xx.1980-ci il tarixdə Naxçıvan MSSR Culfa dəmir yol xəstəxanasına təyinatla ginekoloq vəzifəsinə təyin olunmuşdur və ailə qurduğu üçün xx.xx.1980-ci il tarixdə Zəngilan rayon Mincivan dəmir yol xəstəxanasına həmin vəzifəyə köçürülmüşdür.xx.xx.1980-ci il tarixdən xx.xx.1992-ci il tarixə kimi Zəngilan rayon Mincivan dəmir yol xəstəxanasında mamaginekoloq kimi işləmiş, Bakı şəhəri, Nizami 7 X20 köçürmə yolu ilə işdən azad olunmuşdur. xx.xx.2021-ci il tarixə kimi Bakı şəhəri, Nizami 7 X21ndə mama-ginekoloq vəzifəsində işləmişdir. Onunla bağlanmış xxxxxxx000105 saylı əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdən xitam verilmişdir.Əsas isə onu göstərmişlər ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin «b» bəndinə əsasənə əmək müqaviləsinin müddətinin bitmişdir. Bildirir ki, 1972-ci il tarixdə o, ADTU-nə 1-ci dəfədən imtahan verərək 5 qiymət alaraq medalist qrupuna daxil olan tələblərdən biri olmuşdur.Həmçinin institutu fərqlənmə ilə bitirən tələb olmuşdur.ADTU- nun rektoru olmuş Zəhra Quliyevanın və institutun müalicə profilaktikasının professoru Naza xanım Şəmsəddinskayanın təklifi ilə ən fəal tələbələr sırasından ona etimad göstərilmş və mama-ginekologiya iztisası üzrə namizədliyini vermişdilər. Elə subardinator və internaturanı həmin ixtisas üzrə də bitirmişdir.İşlədiyi müddətdə işdə hər hansı ciddi qüsurlara yol verməmişdir.O,Yeni Azərbaycan Partiyasının üzvüdür və bununla da fəxr edir.Həkimlərin sertiikasiyasından yüksək balla keçərək mama-ginekologiya itisası üzrə praktik fəaliyyətlə məşğul olmağa ona icazə verilmişdiir (şəhadətnamə AH 000003; AH 020398). Həmçinin ona Azərbaycan Respublikası Reproduktiv Sağlamlıq və X9 Proqramı çərivəsində keçirilən «Ailə Planlaması» kursunu da bitirməyi barədə sertifikat da verilmişdir.Həmçinin «X11 Bayramı» günü və X5 X6 Münasibəti ilə X3 İttifaqı Nizami Rayon X7 tərəfindən xx.xx.2011-ci il tarixdə təşəkkürnamə ilə təltif olunmuşdur.Lakin bütün bu naliyyətlərini nəzərə almadan onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş və müddəti uzadılmamışdır.Bildirir ki, 7 X21nin baş həkimi Leyla Seyidbəyova onu xəbərdar edərək, işdən çıxmaq barədə ərizə yazmağı təklif etsə də, bu təkliflə razılaşmamış və bu günə qədər də razı deyil.O, 7 X21ndə vicdanla çalışmışdır, ora onun evi kimidir, oranın işçi kollektivinə öz doğmaları kimi öyrəşmişdir.Bundan sonra isə hər hansı bir yerdə işləmək ona çox çətindir.Bildirir ki, həyat yoldaşı uzun ilərdir ki, rəhmətə getmişldir və bu günə kimi özü evdə həm kişi, həm də qadın, evdə tək işləyən olmuşdur.Hazırda da eyni vəziyətdir. Evi dolandırmağa məcburdur.Bildirir ki, işdən çıxma əmrini xx.xx.2022-ci il tarixdə almışdır.Möhtərəm Prezident «İşçilərin ixtisar edilməməsi çağırışım nəzər alınmalıdır» çıxış edərək, Azərbaycan sahibkarlarına müraciətində «işçiləri ixtisar etməmələri barədə» çağırış etmiş, «İxtisar edilən hər bir iş yeri bir ailəni çörəksiz qoyur» qeyd etməsinə baxmayaraq, Prezidentin çağırışma «7 X21» tərəfindən heç bir məhəl qoyulmamışdır. Hesab edir ki, Prezidentin çağırışına birmənalı olaraq əməl olunmalıdır. Prezidentin çağırışna əməl olunmalı, heç bir halda işçilər işdən çıxarılmamalı, onların fəaliyyəti təmin edilməlidir.İşçilərə qarşı humanist davranılmalıdır.Hesab edir ki, «7 X21»-nin onun işdən çıxarılması barədə əmri ləğv edilməli, «7 X20 işə bərpa edilməli və həmin müddət əmək stajıma aid edilməli, xx.xx.2021-ci il tarixdən məhkəmə qətnaməsi qüvvəyə minən vaxta qədər olan müddət ərzində əmək haqqı hesablanaraq ona ödənilməli, işdən azad edilməsi ilə əlaqədar ona vurulmuş 10.000 manat məbləğində mənəvi ziyan ödənilməlidir. Onu xx.xx.2021-ci il tarixdən işdən azad ediblər.Uzun illər həmin xəstəxanala işləməsi, işimdə qüsursuz və fəal həkim olmasına baxmayaraq, bunların heç biri nəzərə alınmamış və onu qnanunsuz olaraq işdən çıxarmışlar.Qeyd olunanlara əsasən onun işdən çıxarılması barədə 552-k saylı əmrin ləğv olunması,əvvəlki işinə bərpa edilməsi, həmin müddətin onun əmək stajına aid edilməsi, xx.xx.2021-ci il tarixdən məhkəmə qətnaməsi qüvvəyə minən vaxta qədər olan müddət ərzində əmək haqqının hesablanaraq ona ödənilməsi, işdən azad edilməsi ilə əlaqədar ona vurulmuş 10.000 manat məbləğində mənəvi ziyanın cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə etdi əlavə olaraq bildirdi ki, iddiaçının işdən çıxarılması barədə əmr 05 may 2022-ci il tarixdə ona təqdim olunub və onlar həmin tarixdən mediasiya xidmətinə müraciət etmişlər, bundan sonra da, məhkəməyə müraciət etmişlər. Odur ki, qeyd olunanları nəzərə alıb, xahiş edir ki, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılsın. Cavabdehin nümayəndəsi Nümayəndə2 iddianı qəbul etmədi və izahat verərək göstərdi ki,qanunvericilyin tələbinə uyğun olaraq pensiya yaşına çatmış şəxslə xəstəxana arasında bağlanan müqavilənin müddəti bitib, müddət bitikdən sonra müqaviləyə xitam veriləcəyi barədə qarşı tərəfə həm şifahi həm də rəsmi olaraq məlumat verilib. Bundan sonra isə müqaviləyə xitam verilərək iddiaçının işdən azad olunması ilə bağlı 26 noyabr 2022-ci il tarixli əmr çıxarılıb. Bundan əlavə onu da, qeyd edir ki, qarşı təfər iddia müddətini ötürməklə məhkəməyə müraciət edib, 26 noyabr 2021-ci il tarixdə çıxarılmış əmrlə bağlı iddia 19 may 2022-ci il tarixdə məhkəməyə təqdim olunub. Odur ki,qeyd olunanları nəzərə alıb, xahiş edir ki, iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılsın. Cavabdehin nümayəndəsi Nümayəndə1 da eyni məzmunlu izahat verərək iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. İş materiallarında olan: Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Dövlət Agentliyinin “Tibbi Ərazi Bölmələrinin X18” X12 27 aprel 2021-ci il tarixli 08 saylı protokolundan görünür ki, Cavabdeh X19 yaradılmış və 7 nömrəli Doğum Evi Cavabdeh X17 strukturuna daxil edilmişdir. İddiaçı tərəfindən işəgötürənə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizənin məzmunundan görünür ki, iddiaçı onunla bağlanmış əmək müqaviləsinin müddətinin 3 ay uzadılmasını xahiş etmişdir. “Tibbi Ərazi Bölmələrinin X18” Bakı şəhəri Baş Səhiyyə İdarəsinin 7 X21 üzrə verilmiş 03 avqust 2021-ci il tarixli əmrdən görünür ki, 7 nömrəli Doğum Evinin doğum şöbəsinin həkim mama-ginekoloqu İddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti 3 ay uzadılmışdır. İşəgötürən tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd olunur ki, “Sizinlə bağlanmış 03 avqust 2021-ci il tarixli müddətli əmək müqaviləsinin müddəti 03 noyabr 2021-ci il tarixdə bitmişdir.Lakin 01 noyabr 2021-ci il tarixdən 21 noyabr 2021-ci il tarixə qədər ambulator müalicədə olduğunuzu təsdiq edən sənədi (xəstəlik vərəqəsini) təqdim etdiyinizə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73.2-ci maddəsinə əsasən müddətli əmək müqaviləsinə xitam verilməsinə dair bildirişin göndərilməsi hüququ 22 noyabr 2021-ci il tarixdən yaranmışdır. Qeyd etmək istəyirik ki,sözügedən müqavilənin müddəti tərəfimizdən uzadılmayacaqdır. Odur ki, doğum evi ilə aranızda bağlanmış 03 avqust 2021-ci il tarixli müddətli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “B” bəndinə əsasən xitam veriləcəyi diqqətinizə çatdırılır” X8 Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrinin X18” Bakı şəhəri Baş Səhiyyə İdarəsinin 7 X21 üzrə verilmiş xx.xx.2021-ci il tarixli əmrə əsasən 7 nömrəli Doğum Evinin doğum şöbəsinin həkim mama-ginekoloqu İddiaçı ilə bağlanmış xxxxxxx000105 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ”B” bəndinə (əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar) xitam verilmişdir. 0321949 saylı “əmək qabiliyyətinin olmaması vərəqəsindən” görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ambulator müalicədə olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin aşağıda sadalanan maddələrinə əsasən: Maddə 45. Əmək müqaviləsinin müddəti
1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.
2. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir.
3. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz.
4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.
5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Maddə 73. Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası;
1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. İşin hallarından görünür ki,tərəflər arasında qanunla müəyyən olunan qaydada müddətli əmək müqaviləsi bağlanmışdır.Sonuncu əmək müqaviləsinin müddəti 3 ay müəyyən olunmuş və 03 avqust 2021-ci il tarixdən 03 noyabr 2021-ci il tarixinə olan dövrü əhatə etmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ambulator müalicədə olduğundan əmək müqaviləsinə o,işə çıxdıqdqan sonra bir həftə ərzində xx.xx.2021-ci il tarixdə xitam verilmişdir. Məhkəmə hesab edir ki,iddiaçı ilə bağlanan əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin pozuntusu hallarına yol verilməmişdir.Belə ki,müqaviləyə müddət tamam olduqdan sonra(ambulator müalicədən qayıtdıqdan sonra) bir həftə keçməmiş xitam verilmişdir. Bundan başqa,Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən:
1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.
2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə xitam verilmiş,onun əmək kitabçası və son haqq-hesabı qanunla müəyyən olunan müddət ərzində ona təqdim olunmuşdur.Belə ki,məhkəmə iclasında verilən suallara cavab olaraq iddiaçı qeyd etmişdir ki,əmrin surəti ona gec verilsə də əmək kitabçası vaxtında vertilmişdir və xx.xx.2021-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə məlumatlandırılmışdır. Buna baxmayaraq iddiaçı qanunla müəyyən olunan 1 aylıq prosessual müddəti açıqaşkar ötürməklə 19 may 2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh isə mübahisəyə iddia müddətinin tətbiq olunmasına dair ərizə vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıda istinad edilən maddələrinə əsasən: 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.1. Ümumi iddia müddəti on il təşkil edir. 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb,sübutları qiymətləndirərək hesab edir ki,iddiaçının təqdim etdiyi sübutlar iddianın tam və ya qismən təmin olunması üçün yetərli deyil. İddiaçı öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Bundan başqa,iddia ərizəsi iddia müddəti ötürülməklə verilmişdir. Qeyd olunanlara əsasən işdən çıxarılma barədə 552-k saylı əmrin ləğv olunması,əvvəlki işinə bərpa edilməsi, həmin müddətin onun əmək stajına aid edilməsi, xx.xx.2021-ci il tarixdən məhkəmə qətnaməsi qüvvəyə minən vaxta qədər olan müddət ərzində əmək haqqının hesablanaraq ona ödənilməsi hissəsində iddia təmin olunmamalıdır. 10000 mənəvi ziyanın tutulmasına dair tələb əsas tələblə əlaqəli olduğundan həmin hissədə də iddia təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin X18” X12 Cavabdeh X10rşı qarşı əmrin ləğvi,işə bərpa, məcburi iş buraxmağa görə əmək haqqının və mənəvi zərəin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Fikrət Mirzəyev