Məhkəmə qərarları › İş №2(007)-1918/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1918/2021

23.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1918/2021 23.04.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qzının sədrliyi, Abasova Aygün Faiq qızının katibliyi, Ərizəçi X6 iştirakı ilə, Ərizəçi X6 maraqlı şəxs Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi X10 məhkəməyə müraciət edərək, atası 05 dekabr 1952-ci il təvəllüdlü X11 25 mart 2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi ilə əlaqədar hüquqi faktın müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi X10 izahat verərək bildirdi ki, o xx.xx.1984-cü il tarixdə Gürcüstan Respublikası Bolnisi rayonunda anadan olmuşdur. 25.03.2021-ci il tarixdə atası “Ağır şəkərli diabet və sol qolda qırıq sonrası 2 il sağalmayan yara” xəstəliyindən vəfat emişdir. X12 çağırmışlar və onlar tərəfindən şəxsin vəfat etməsi barədə arayış vermişlər. X3 25.03.2021-ci il tarixdə Bakı şəhəri Sabunçu rayonunda yerləşən qəbirstanlıqda dəfn olunmuşdur. X2 adına ölüm haqqında şəhadətnamənin alınması üçün Nizami rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Onu 5 saylı Bakı “ASAN xidmət” mərkəzinə göndərmişlər. 29.03.2021-ci il tarixdə №05/75-452 saylı məktubla ona imtina məktubu göndərilmişdir. Ölüm haqqında şəhadətnamə ona görə lazımdır ki, həm atasının qeydiyyatda olduğu ünvandan çıxarılmasına, həm də Miqrasiya Xidmətinə təqdim etmək üçün lazımdır. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən 05 dekabr 1952-ci il təvəllüdlü X7 25 mart 2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi barədə hüquqi fakt müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasını vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin müddəalarını rəhbər tutaraq, maraqlı tərəf Bakı şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid Cəmilə X1 onun qaynatası olmasını bildirdi. Uzun müddətdir ki, xəstə idi “Ağır şəkərli diabet və sol qolda qırıq sonrası 2 il sağalmayan yara” diaqnozu qoyulmuşdur. Maştağa qəsəbəsində yerləşən qəbirstanlıqda dəfn olunub. Rəhmətə gedəndə mərhumun qardaşı, digər oğlu, mən və başqa yaxın qohumlar var idi. Məhkəmə ərizəçinin və şahidin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan “Uzmanlar“ Tibb Mərkəzinin 30.03.2021-ci il tarixli arayışından görünür ki, X11 27.01.2021-cil il tarixində mərkəzdə “Ağır şəkərli diabet və sol qolda qırıq sonrası 2 il sağalmayan yara” diaqnozu ilə ambulator müayinə olunmuş və müvafiq müalicə təyin edilmişdir. İş materiallarında Vİİ-Tİ seriyalı 264403 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1984-cü il tarixdə Gürcüstan Respublikası Bolnisi rayonunda anadan olmuşdur. Ata qrafasında X11 qeyd olunmuşdur. İş materiallarında olan Təcili və X5 Stansiyasının 25.03.2021-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, 68 yaşlı X4 cinsli meyit (həkimə qədər) aşkar olunub. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsi tərəfindən ərizəçi X8 ünvanlanmış 05/75-452 saylı 29.03.2021-ci il tarixli məktubda göstərilir ki, X6 ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə ölüm faktını təsdiq edən tibb müəsisəsinin müvafiq sənədi olduqda qeydiyyat şöbəsi tərəfindən aparılır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarında olan “xxxx” MMC tərəfindən verilmiş 30.03.2021-ci il tarixli arayışından görünür ki, X11 25.03.2021-ci il tarixdə Zabrat-Maştağa yolunun şimal hissəsində yerləşən “xxxx” MMC-nin istifadəsində olan ərazidə (qəbristanlıqda) dəfn edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 307.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göründüyü kimi, X11 25 mart 2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi təqdim olunmuş sənədlərlə tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, bu faktın təsdiq edilməsi X7 ölüm haqqında şəhadətnaməsinin alınması üçün tələb olunur. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 05 dekabr 1952-ci il təvəllüdlü X7 25 mart 2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: Ərizə təmin olunsun. 05 dekabr 1952-ci il təvəllüdlü X7 25 mart 2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi barədə hüquqi fakt müəyyən edilsin. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərclərinə aid olan ödənilmiş 10,0 manat dövlət rüsumu X8 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar