Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1942/2024 23.05.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Cəfərova Ləman Faiq qızının katibliyi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin aliment ödənilməsi hissəsində təsdiq edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: Ərizə və onun əsaslandırıldığı hallar: Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin aliment ödənilməsi hissəsində təsdiq edilməsi” haqqında ərizəsi ilə məhkəməyə müraciət edərək, himayəsində ikinci dərəcəli əlil azyaşlı uşağının olmasını nəzərə alaraq işə onun iştirakı olmadan baxılaraq ərizəni təmin etməklə, Maraqlı şəxs ilə aralarında bağlanmış MŞB/8/2023-01394 saylı, 17 iyul 2023-cü il tarixli barışıq sazişinin xx.xx.2024-cü ildən etibarən ödənilməsinin təmin edilməsinin təsdiq edilməsi və cavabdehin əmək haqqından və digər gəlirlərindən tutularaq onun AZ71RBTA******************** hesab nömrəsinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs ilə rəsmi olaraq xx.xx.2006-cı il tarixdə nikaha daxil olmuş, xx.xx.2006-cı il tarixli, 708 nömrəli qeyd ilə bağlanmış nikah Nizami Rayon Məhkəməsinin 13.11 2023-cü il tarixli, 2(007)-2842/2023 saylı qətnaməsi ilə pozulmuşdur. Onların birgə nikah dövründə xx.xx.2008-ci təvəllüdlü X8 və xx.xx.2012-ci il təvəllüdlü ismayılzadə Raul Mənsur oğlu adlı iki uşaqları olmuş və Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)-2842/2023 saylı qətnaməsi ilə həmin uşaqlar onun himayəmdə saxlanılmışlar, eyni zamanda hazırda da həmin uşaqlar onun himayəsindədirlər. Mediasiya mərhələsi zamanı cavabden Maraqlı şəxs ilə aralarında razılıq eldə edilmiş və MŞB/8/2023-01394 saylı, 17 iyul 2023-cü il tarixli barışıq sazişi bağlanmışdır. Baraşıq sazişinə əsasən “İkinci tərəf” Maraqlı şəxs Saziş imzalandıqdan sonra 10 iş günü ərzində “Birinci tərəf” X5 ilə birgə nikah münasibətlərindən dünyaya gələn və Birinci tərəf (ananın) yanında himayəsində qalacaq xx.xx.2012-ci il təvəllüdlü övladı X6 hər ay müalicəsi üçün ödənilməli olan 500 (beş yüz) AZN xərcin 50 faizini, yəni 250 (iki yüz əlli) AZN manat məbləğində vəsaiti xx.xx.2023-cü il tarixdən etibarən hər növbəti ayın 15-dək Birinci tərəfə ödəyəcəyini öhdəsinə götürür. “İkinci tərəf” Maraqlı şəxs Saziş imzalandıqdan sonra 10 iş günü ərzində “Birinci tərəf” X5 ilə birgə nikah münasibətlərindən dünyaya gələn və Birinci tərəf (ananın) yanında himayəsində qalan xx.xx.2012-ci il təvəllüdlü övladı X1 üçün xx.xx.2023-cü il tarixdən etibarən hər növbəti ayın 15-dək Birinci tərəf X4 əmək haqqının və başqa gəlirlərinin ¼ hissəsində aliment ödəyəcəyinə dair öz üzərinə öhdəlik götürür. MŞB/8/2023-01394 saylı, 17 iyul 2023-cü il tarixli barışıq sazişinin 7-ci bəndində göstərilir ki, tərəflər Sazişdən irəli gələn öhdəliklərinin pozulmasına görə, o cümlədən Sazişin könüllü icrasından boyun qaçırmaya görə əldən çıxmış fayda istisna olmaqla qarşı tərəfə vurulmuş real zərəri ödəməyə borcludurlar. Sazişin 8-ci bəndinə əsasən, sazişin könüllü icrasından imtina olunsa, Tərəf Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin sazişin 9-cu bəndində göstərilir ki. sazişin məcburi icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edən tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. Hazırki vəziyyətdə cavabdeh Maraqlı şəxs MŞB/8/2023-01394 saylı, 17 iyul 2023-cü il tarixli barışıq sazişinə 11 mart 2024-cü il tarixdən etibarən əməl etməkdən boyun qaçıraraq sazişin könüllü icrasından imtina edir. Cavabdeh Maraqlı şəxs "xxxx" MMC-də operator vəzifəsində işləməklə aylıq 961 manat əmək haqqı alır və müxtəlif əmək ödənişlərinə görə aylıq əmək haqqısı artmaqla dəyişir. Tərəflərin izahatları: Məhkəmə iclasında Maraqlı şəxs ərizəni qəbul etmədiyini bildirdi və ərizənin təmin edilməməsini məhkəmədən xahiş etdi. O əlavə olaraq qeyd etdi ki, birgə nikahdan iki uşaqları vardır və Mediasiya prosesində bağlanan barışıq sazişinə əsasən uşaqlardan biri onun yanında, digəri isə ərizəçinin yanında qalmışdır. Onlar arasında 17 iyul 2023-cü il tarixdə Barışıq sazişi bağlanılmış və tərəfindən xx.xx.2023-cü il tarixindən ödənişlər edilmişdir. Ərizəçi ilə aralarında aliment məbləğinin ayda 500 manat ödənilməi barədə razılaşmışlar. Barışıq sazişi üzrə qeyd olunan aliment məbləğini vaxtında, hətta artıqlaması ilə ödəmişdir və bununla bağlı ödəniş qəbzləri də mövcuddur. Onun xx.xx.2024-cü il tarixə kimi borcu yoxdur. Belə ki, borcunun qalmaması üçün hər ay 100- 200 manat artıq ödəniş etmiş və 10 ay üzrə 5000 manat aliment ödəmişdir. Belə olanda da artıq ödəmələri nəzərə alınan zaman onun ərizəçiyə borcu yoxdur. O, artıq ödəniş edilməsi barədə ərizəçiyə demiş, ərizəçi də razılaşmışdır. O, may ayının ödəniş vaxtı gələndə ərizəçiyə alimenti artıq ödədiyini demiş, ərizəçi də razılaşmamış və məhkəməyə müraciət edəcəyini bildirmişdir. Halbuki, o, barışıq sazişini pozmamış və barışıq sazişinin şərtlərinə əməl etmişdir. Lazım olanda artıq da pul vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Ərizəçi məhkəmə iclasına gəlməmiş, məhkəməyə barışıq sazişinin aliment hissəsində təsdiq edilməsi barədə ərizə verərkən himayəsində ikinci dərəcəli əlil azyaşlı uşağının olmasını nəzərə alaraq işə onun iştirakı olmadan baxılaraq ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 355-25.2-ci maddəsinin tələblərini nəzərə alaraq, ərizəçinin iştirakı olmadan ərizənin baxılmasını mümkün hesab etmişdir. İşin mübahisəsiz halları: Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, Ərizəçi və Maraqlı şəxs rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Tərəflərin birgə nikahlarından xx.xx.2012-ci il təvəllüdlü X9 və xx.xx.2008-ci il təvəllüdlü X10 doğulmuşdur. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində Bakı 8 saylı Mediasiya təşkilatında MŞB/8/2023-01394 saylı, 17 iyul 2023-cü il tarixli Barışıq sazişi bağlanmışdır. Barışıq sazişinə əsasən Birinci tərəf X5 razılığa gəlmişdir ki, Bu saziş imzalandıqdan sonra: 1) İkinci tərəf həyat yoldaşı Maraqlı şəxs ilə Bakı şəhəri Qaradağ rayon VVADQ şöbəsi xx.xx.2006-ci il tarixdə №708 qeydi ilə bağlanan nikahın iəğv edilməsinə (pozulmasına) razıdır. 2) İkinci tərəf Maraqlı şəxs ilə birgə nikah münasibətlərindən dünyaya gələn xx.xx.2008-ci il təvəllüdlü X7 İkinci trəf (atası) Maraqlı şəxs yanında (himayəsində) qalmasına, xx.xx.2012-ci il təvəllüdlü X6 isə onun Birinci tərəf (anası) X3 yanında (himayəsində) qalacağı ilə razıdır. 3) İkinci tərəf Maraqlı şəxs ilə birgə nikah münasibətlərindən dünyaya gələn və onun (ananın) yanında himayəsində qalacaq xx.xx.2012-ci il təvəllüdlü övladı X1 üçün ona xx.xx.2023-cü il tarixdən etibarən hər növbəti ayın 15-dək İkinci tərəf Maraqlı şəxs əmək haqqısının və başqa gəlirlərinin ¼ hissəsində aliment ödəyəcəyinə dair öz üzərinə götürdüyü öhdəliklə razıdır. Bu aliment məbləğini hər ay ona məxsus olan və ikinci tərəfə təqdim edəcək bank kartı hesabına ödəniləcəyi ilə razıdır. 4) İkinci tərəf Maraqlı şəxs ilə birgə nikah münasibətlərindən dünyaya gələn və onun (ananın) yanında himayəsində qalacaq xx.xx.2012-ci il təvəllüdlü övladı X6 hər ay müalicəsi üçün ödənilməli olan 500 (beş yüz) AZN xərcin 50%-ni yəni 250 (iki yüz əlli) AZN vəsaiti xx.xx.2023-cü il tarixdən etibarən hər növbəti ayın 15-dək ikinci tərəf Maraqlı şəxs öz üzərinə götürdüyü və ona ödəyəcəyi ilə bağlı öz üzərinə götürdüyü öhdəliklə razıdır. 5) İkinci tərəf Maraqlı şəxs ilə birgə nikah münasibətlərindən dünyaya gələn və İkinci tərəfin (atanın) yanında himayəsində qalan xx.xx.2008-ci il təvəllüdlü X2 üçün xx.xx.2023-cü il tarixdən etibarən hər növbəti ayın 15-dək İkinci tərəf Maraqlı şəxs əmək haqqının ¼ hissəsində aliment ödəyəcəyinə dair öz üzərinə öhdəlik götürür. Bu məbləği hər İkinci tərəfin ona təqdim ediləcək bank kartı hesabına ödəyəcəyinə dair öhdəlik götürür. 6) Bu saziş imzalanmaqla bu ailə mübahisəsinin məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılıq ilə həll olunduğunu təsdiq edir. Nikahın pozulması (ləğv edilməsi) hissəsində aidiyyəti məhkəməyə müraciət edəcəyəyinə dair öhdəlik götürür. Eyni zamanda, İkinci tərəf: Maraqlı şəxs razılığa gəlmişdir ki, Bu saziş imzalandıqdan sonra: 1) Birinci tərəf X5 ilə Bakı şəhəri Qaradağ rayon VVADQ şöbəsi 05 09.2006-ci il tarixdə № 708 qeydi ilə bağlanan nikahın ləğv edilməsinə (pozulmasına) razıdır. 2) Birinci tərəf X5 ilə birgə nikah münasibətlərindən dünyaya gələn xx.xx.2008-ci il təvəllüdlü övladı X7 onun İkinci tərəf (atasının) yanında (himayəsində) qalmasına, xx.xx.2012-ci il təvəllüdlü övladı X6 isə onun Birinci tərəf (anası) X3 yanında (himayəsində) qalacağı ilə razıdır. 3) Birinci tərəf X5 ilə birgə nikah münasibətlərindən dünyaya gələn və onun (atanın) yanında himayəsində qalacaq xx.xx.2008-ci il təvəllüdlü X2 üçün ona xx.xx.2023-cü il tarixdən etibarən hər növbəti ayın 15-dək Birinci tərəf X3 əmək haqqının ¼ hissəsində aliment ödəyəcəyinə dair öz üzərinə götürdüyü öhdəliklə razıdır. Bu aliment məbləğini hər ay ona məxsus olan və Birinci tərəfə təqdim edəcək bank kartı hesabına ödəniləcəyi ilə razıdır. 4) Birinci tərəf X5 ilə birgə nikah münasibətlərindən dünysya gələn və Birinci tərəf (ananın) yanında himayəsində qalacaq xx.xx.2012-ci il təvəllüdlü övladı X6 hər ay müalicəsi üçün ödənilməli olan 500 (beş yüz) AZN xərcin 50%-ni yəni, 250 (iki yüz əlli) AZN vəsaiti xx.xx.2023-cü il tarixdən etibarən hər növbəti ayın 15-dək öz üzərinə götürür və Birinci tərəfə ödəyəcəyinə dair öhdəlik götürür. 5) Bu saziş imzalandıqdan sonra Birinci tərəf X5 ilə birgə nikah münasibətlərindən dünyaya gələn və Birinci tərəf (ananın) yanında himayəsində qalan xx.xx.2012-ci il təvəllüdlü övladı X1 üçün xx.xx.2023- cü iİ tarixdən etibarən hər növbəti ayın 15-dək Birinci tərəf X4 əmək haqqının və başqa gəlirlərinin ¼ hissəsində aliment ödəyəcəyinə dair öz üzərinə öhdəlik götürür. Bu məbləği hər ay Birinci tərəfin ona təqdim ediləcək bank kartı hesabına ödəyəcəyinə dair öhdəlik götürür. 6) Bu saziş imzalanmaqla bu ailə mübahisəsinin məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılıqı ilə həll olunduğunu təsdiq edir. Nikahın pozulması (ləğv edilməsi) hissəsində Birinci tərəfin aidiyyəti məhkəməyə müraciət edəcəyəyinə dair öz üzərinə görürdüyü öhdəliklə razıdır və buna etiraz etmir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2842/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikahın pozulması və birgə nikahdan doğulmuş uşaqların analarının yanında qalması qət edilmişdir. Maraqlı şəxs tərəfindən iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli qəbz ilə 505 manat xx.xx.2023-cü il tarixli qəbz ilə 500 manat, xx.xx.2023-cü il tarixli qəbz ilə 300 manat, xx.xx.2023-cü il tarixli qəbz ilə 800 manat, xx.xx.2023-cü il tarixli qəbz ilə 500 manat, xx.xx.2023-cü il tarixli qəbz ilə 200 manat, xx.xx.2024-cü il tarixli qəbz ilə 500 manat, xx.xx.2024-cü il tarixli qəbz ilə 500 manat, xx.xx.2024-cü il tarixli qəbz ilə 700 manat, xx.xx.2024-cü il tarixli qəbz ilə 500 manat olmaqla ümumilikdə 5005 manat məbləğində alimentin ərizəçiyə ödənildiyi müəyyən edilmişdir. İşin mübahisəli halları: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, 17 iyul 2023-cü il tarixli barışıq sazişinin xx.xx.2024-cü ildən etibarən ödənilməsinin təmin edilməsinin təsdiq edilməsi və cavabdehin əmək haqqından və digər gəlirlərindən tutularaq onun AZ71RBTA******************** hesab nömrəsinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs isə borcunun olmamasını buna görə də sazişin şərtlərinin tərəfindən pozulmamasına görə barışıq sazişin məhkəmə qaydasında təsdiq olunmamasını xahiş etmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş materiallarını tədqiq edərək və maraqlı şəxsin izahatını dinləyərək qeyd edir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci, 34.3-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddələrinin müddəalarına əsasən, ərizə təmin edilməməlidir. Belə ki, mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişi könüllü şəkildə icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd deyildirsə, mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanılmamışdırsa, məhkəmə qaydasında təsdiq edilə bilər. İşin məhkəmə tərəfindən araşdırılan hallarından, maraqlı şəxsin izahatından müəyyən olundu ki, 17 iyul 2023-cü il tarixli Barışıq sazişinin ərizəçi tərəfindən mübahisələndirilən hissəsinin şərtinə əsasən maraqlı şəxs xx.xx.2023-cü il tarixdən etibarən növbəti ayın 15-dək, 250 manat vəsaitin və əmək haqqının və başqa gəlirlərinin ¼ hissəsində alimentin ödənilməsini öhdəsinə götürmüşdür. Maraqlı şəxs tərəfindən materiallara əlavə edilmiş qəbzlər ilə Maraqlı şəxs mediasiya prosesi nəticəsində bağlanmış MŞB/8/2023-01394 saylı, 17 iyul 2023-cü il tarixli Barışıq sazişinin şərtlərini qanunla müəyyən edilmiş müddətdə yerinə yetirdiyi müəyyən edilmişdir. Həmçinin ərizəçi tərəfindən barışıq sazişinin təsdiq edilməsi barədə ərizə məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olandan sonra maraqlı şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə 500 manat aliment məbləği ödənilmişdir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, maraqlı şəxs tərəfindən barışıq sazişi hər ay vaxtında könüllü şəkildə icra olunduğundan o, barışıq sazişinin icrasından yayınmadığından və qeyd olunan halların əksi ərizəçi tərəfindən sübuta yetirilə bilinmədiyindən Ərizəçi və Maraqlı şəxs arasında Bakı 8 saylı Mediasiya Təşkilatında bağlanmış MŞB/8/2023-01394 saylı, 17 iyul 2023-cü il tarixli barışıq sazişinin ərizəçiyə ödənilməli olan aliment hissəsinin təsdiq edilməsindən imtina edilməlidir. Məhkəmə xərcləri: Məhkəmə Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsini, “Dövlət Rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci və 9.1-1-ci bəndlərini nəzərə alaraq hesab edir ki, hazırda barışıq sazişinin təsdiq edilməsi qiymətləndirilməyən iddialara aid olduğundan və ərizə rədd edildiyindən ərizəçinin ödəməkdən azad olunduğu 100 manat dövlət rüsumu dövlət büdcəsinin vəsaitləri hesabına aid edilməlidir. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 355-23-355-26, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizəçi və Maraqlı şəxs arasında Bakı 8 saylı Mediasiya Təşkilatında bağlanmış MŞB/8/2023-01394 saylı, 17 iyul 2023-cü il tarixli barışıq sazişinin ərizəçiyə ödənilməli olan aliment hissəsində təsdiq edilməsindən imtina edilsin. Məhkəmə xərcləri Dövlət Büdcəsinin vəsaitləri hesabına aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-1942/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1942/2024
23.05.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver