Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1943/2023 02.10.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı1, onun vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “mənzildən çıxarılma və mənzilə köçürülmə” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “mənzildən çıxarılma və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanında yerləşən binanın 36 saylı mənzilindən çıxarılması və İddiaçı1, İddiaçı2, X3, X4 ünvan 1 ünvanında yerləşən binanın 36 saylı mənzilinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1961-ci ildə Şəki rayonunda anadan olmuşdur. 1977-ci ildə Şəki rayonunda orta məktəbi bitirmişdir. 1984-cü ildə Bakı şəhərinə gələrək "Bakelektrik İşıq" İstehsalat Birliyində işə qəbul olunmuş və həmin zavodun, ünvan 2 ünvanında yerləşən "Ümumi Yataqxanasının" 36 saylı mənzilində yaşayış yeri ilə təmin olunmuşdur. 2008-ci ildə İddiaçı2 ilə faktiki olaraq ailə qurub ər-arvad münasibətinə daxil olmuşdur. Həmin ailə münasibətindən xx.xx.2009-cu ildə X12 adlı oğulları, xx.xx.2011-ci ildə X6 adında qızları anadan olmuşdur. 18 yanvar 2014-cü ildə Şəki Şəhər İcra Hakimiyyəti Başçısının Qudula Kənd İcra Nümayəndəliyində nikahlarını rəsmi olaraq qeyd etdirmişlər. Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının Mənzil-Kommunal Təsərrüfat Departamentinin xx.xx.2011-ci il tarixli, 190/b Saylı Sərəncamı ilə Bakı şəhəri, Kamil Balakişiyev küçəsi, 6/10 saylı evin 36-cı mənzilinə İddiaçı1 adına icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, o, Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsində yerləşən 6/10 saylı evin, yaşayış sahəsi 18,0 kv.m olan 1 otaqlı 36 saylı mənzilinin icarədarı hesab olunur. O, həyat yoldaşı İddiaçı2, oğlu X7 və qızı X6 həmin ünvanda qeydiyyatdadırlar. Bildirir ki, cavabdeh X1 təqribən 2000-ci illərdən tanıyır. Həmin vaxt o, sözü gedən mənzildə qeydiyyatda olmaqla yaşayırdı. X5 ilə tanış olandan sonra, onun yanına gəlirdi və bəzən bir neçə gün onun mənzilində qalırdı. Eyni zamanda qeyd edir ki, cavabdeh onun mənzilinə gələndə özü ilə heç bir əmlak gətirməmişdir. Bir müddətdən sonra, o, cavabdehə bildirdi ki, o, ailə qurmuş, ailəsini yaşadığı mənzilə gətirmək istəyir və buna görə onun mənzilinə gəlməməsini xahiş etdi. Cavabdeh onunla mübahisə edərək, mənzildən çıxmayacağını, Füzuli rayonundan məcburi köçkün olduğuna görə mənzilin onun olduğunu və əgər o, özü mənzildən çıxıb getməsə, onu şərləyərək tutduracağı ilə hədələməyə başladı və bir neçə dəfə ondan polisə şikayət etdi. Cavabdehin mənzildən çıxarılması üçün bir neçə dəfə müvafiq orqanlara müraciət etsə də, bildirdilər ki, Füzuli rayonu işğaldan azad olanda onu mənzildən çıxardacaqlar. O. cavabdehi mənzildən çıxarda bilmədiyi üçün 4 nəfərlik ailə üzvləri ilə kirayə mənzillərdə yaşayır. Ömürlük olaraq gözdən birinci qrup əlildir. Əmək qabiliyyəti yoxdur. İşləmir, 4 nəfərlik ailəsi 1-ci qrup əlilliyə görə təyin olunmuş təqaüdlə yaşayırlar və həmin təqaüddən mənzil kirayə pulunu da ödəyir. Həyat yoldaşı işləmir, iki övladı yetkinlik yaşına çatmayıblar. Ailəsi ilə birlikdə qeydiyyatda olduğu ünvan 2 saylı binanın 36 saylı mənzilə köçüb həmin mənzildə yaşamaq istəyirlər. İddiaçı1 ərizə verərək mülki işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1 iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı1 vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı2 və Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə İddiaçı2 və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və onun vəkili və nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışından görünür ki, İddiaçı1, İddiaçı2, X8 və X6 Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, 6/10 saylı evin, 36 saylı mənzilində qeydiyyatdadırlar. - Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfat Departamentinin xx.xx.2011-ci il tarixli, 190/8 Saylı Sərəncamının surətindən görünür ki, Bakı şəhəri, Kamil Balakişiyev küçəsi, 6/10 saylı evin 36-cı mənzilinə İddiaçı1 adına icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, o, Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsində yerləşən 6/10 saylı evin, yaşayış sahəsi 18,0 kv.m olan 1 otaqlı 36 saylı mənzilinin icarədarı hesab olunur. - AZ-lİ seriyalı 658038 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2009-cu il tarixdə, Bakı şəhərində anadan olmuşdur. Atası İddiaçı1, anası İddiaçı2dır. - AZ-lV seriyalı 421152 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2011-ci il tarixdə, Bakı şəhərində anadan olmuşdur. Atası İddiaçı1, anası İddiaçı2dır. - AZ-İ seriyalı 915635 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 ilə X2 xx.xx.2014-cü ildə il tarixdə Şəki şəhəri İ.H.B.-nın Qudula Kənd İcra Nümayəndəliyində nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 01 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvad “Məmmədova” soyadını qəbul etmişdir. - 141 saylı MKİS tərəfindən verilən 1115 nömrəli, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsində yerləşən 6/10 saylı evin 36 saylı mənzili İddiaçı1 31.10.11 tarixli 190/8 nömrəli sərəncama əsasən mənzilin kirayəçisidir və ailəsi ilə birlikdə qeydiyyatdadır. Həyat yoldaşı İddiaçı2, oğlu X8, qızı X6. Hal-hazırda həmin ünvanda Füzuli rayonundan məcburi köçkün kimi Cavabdeh qeydiyyatsız yaşayır. - 035901 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı1 İ qrup gözdən əlildir. - xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı1 məhkəməyə iddia ərizə ilə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdeh məhkəməyə gəlmədiyi, gəlməməsinin səbəbi barədə məlumat vermədiyi üçün işə qiyabi icraat qaydasında baxılmış, bu zaman yalnız iddiaçının təqdim etdiyi sübutlar tədqiq edilmiş və nəzərə alınmışdır. Məhkəmə iclasında müəyyən olundu ki, Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfat Departamentinin xx.xx.2011-ci il tarixli, 190/8 Saylı Sərəncamı ilə Bakı şəhəri, Kamil Balakişiyev küçəsi, 6/10 saylı evin 36-cı mənzilinə İddiaçı1 adına icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, o, Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsində yerləşən 6/10 saylı evin, yaşayış sahəsi 18,0 kv.m olan 1 otaqlı 36 saylı mənzilinin icarədarı hesab olunur. Qeyd olunan mənzildə İddiaçı1 və onun ailə üzvləri qeydiyyatdadırlar. Cavabdeh isə qeydiyyatsız olaraq həmin mənzildə yaşayır. İddiaçı dəfələrlə mənzili boşaltmasını bildirsə də cavabdeh mənzildən çıxmamışdır. İddia tələbinin “Cavabdeh ünvan 1 ünvanında yerləşən binanın 36 saylı mənzilindən çıxarılması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, sadalananlara əsasən iddia tələbi bu hissədə əsaslıdır və təmin edilərək Cavabdeh ünvan 1 ünvanında yerləşən binanın 36 saylı mənzilindən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını, yalnız bundan sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu müəyyən edildikdən sonra, həmin hüququn pozulmasının məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsi Plenumunun 27 avqust 2012-ci il il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Belə ki, göründüyü kimi ünvan 1 ünvanında yerləşən binanın 36 saylı mənzilinə dair Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfat Departamentinin xx.xx.2011-ci il tarixli, 190/8 Saylı Sərəncamı ilə İddiaçı1 adına icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, o, Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsində yerləşən 6/10 saylı evin, yaşayış sahəsi 18,0 kv.m olan 1 otaqlı 36 saylı mənzilinin icarədarı hesab olunur. Cavabdehin həmin mənzil üzərində heç bir hüququ yoxdur. Beləliklə, yuxarıda qeyd olunan tələblərə görə iddiaçının iddia qaldırmaq üçün subyektiv hüququ vardır. Məhkəmə iddia tələbinin “İddiaçı1, İddiaçı2, X3, X4 ünvan 1 ünvanında yerləşən binanın 36 saylı mənzilinə köçürülməsi” hissəsinə münasibətdə qeyd edir ki, yuxarıda sadalanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının mübahisə predmetinə daxil olan mənzilə qanunla nəzərdə tutulmuş qaydada hüququ olduğu üçün iddiaçının sözügedən iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilməklə iddia tələbi bu hissədə təmin edilməlidr. İş materialları ilə və məhkəmə iclasında müəyyən olunduğu kimi iddiaçının ailə üzvləri ilə birlikdə köçürülmələrini tələb etdiyi mənzilin icarədarı İddiaçı1dur. Eyni zamanda sərəncamdan görünür ki, İddiaçı1 1987-ci ildən pasport qeydiyyatında olmaqla qeyd olunan ünvanda tək yaşamışdır. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 ilə İddiaçı2 xx.xx.2014-cü il tarixində nikahlarını rəsmiləşdirmişlər. X11 Nazirliyinin ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışı ilə müəyyən olunur ki, İddiaçı1, İddiaçı2, X8 və X6 Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, 6/10 saylı evin, 36 saylı mənzilində rəsmi qeydiyyatdadırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malikdir. Maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil: burada araşdırılmalı məqam işin təfərrüatlarının ərizəçinin həmin müddəada nəzərdə tutulan hüquqa aidiyyəti olubolmamasıdır. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” o halda qanunidir ki, o hər hansı qanunvericilik müddəasına və ya mübahisə obyektinə dair hüquqi sənədə əsaslansın. Göründüyü kimi İddiaçı1 Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, 6/10 saylı evin, 36 saylı mənzilinə ağlabatan və “qanuni gözləntisi” var. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyinə uyğun olaraq, mübahisə obyektinə dair hüquqi sənədə əsasən yəni Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfat Departamentinin xx.xx.2011-ci il tarixli, 190/8 Saylı Sərəncamı ilə İddiaçı1 qanuni “gözlənti” hüququ yaranmışdır. Həmçinin iddiaçı və ailə üzvləri mübahisəli mənzildə rəsmi qeydiyyata alınmışlar. Bundan başqa iddiaçı cavabdehin qanunsuz hərəkəti nəticəsində qeyd olunan mənzili özəlləşdirərək mülkiyyət hüququnu əldə edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 965.2.2-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İV hissəsinə, 35-ci maddəsinin Vİ hissəsinə və 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadəsinin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır (Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə 27 may 2010-cu il tarixli Qərar, № 18768/05, § 103). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı iddia tələbində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasını tələb etmədiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh ünvan 1 ünvanında yerləşən binanın 36 saylı mənzilindən çıxarılmalı, İddiaçı1, İddiaçı2, X7, X6 ünvan 1 ünvanında yerləşən binanın 36 saylı mənzilinə köçürülməlidirlər. Məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ünvan 1 ünvanında yerləşən binanın 36 saylı mənzilindən çıxarılsın. İddiaçı1, İddiaçı2, X7, X6 ünvan 1 ünvanında yerləşən binanın 36 saylı mənzilinə köçürülsünlər. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-1943/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(007)-1943/2023
02.10.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver