Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1943/2025 28.04.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Ləman Faiq qızının katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: Ərizə və onun əsaslandırıldığı hallar: Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” haqqında ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında mediatorun iştirakı ilə bağlanmış xx.xx.2023-cü il tarixli MŞB/8/2023-01363 saylı "Barışıq Sazişi"-nin məhkəmə qaydasıda təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs ilə Bakı 8 saylı Mediasiya Təşkilatının MŞB/8/2023-01363 saylı xx.xx.2023-cü il tarixli "Barışıq Sazişi"nə əsasən Ərizəçi (Türkiyə Respublikası vətəndaşı, Bu saziş imzalandıqdan sonra cavabdeh həyat yoldaşı Maraqlı şəxs ilə Səadət sarayında (Bakı Nikah Evi xx.xx.1998-ci il tarixdə № 382 qeydi ilə bağlanan nikahın pozulmasına (ləğv edilməsinə) razıdır. Ərizəçi birgə nikahdan dünyaya gələn 26 may 2016-cı il təvəllüdlü X2 İkinci tərəf Maraqlı şəxs (ananın) yanında (himayəsində) qalmasına razıdır. Ərizəçi birgə nikahdan dünyaya gələn 26 may 2016-cı il təvəllüdlü övladı X4 ilə (uşağın mənafeyi nəzərə alınmaqla, təhsil müddəti və s. uşağın inkişafı ilə bağlı tədbirlər nəzərə alınmaqla) İkinci tərəf Maraqlı şəxs ilə qarşılıqlı razılaşması əsasında (vaxt gün və s.) ünsiyyətdə olacağına razıdır. Bu saziş imzalandıqdan sonra 10 gün) gün müddətində cavabdehlə Maraqlı şəxs ilə tərəflərin birgə nikah dövründə əldə olunan ve ona məxsus (Birinci tərəfin adında) olan (daşınmaz əmlakları) Abşeron rayonu, Xırdalan şəhərində yerləşən "xxxx" MMC tərəfindən (VÖEN **********) inşa edilmiş hündürmərtəbəli binanın 3 (üçüncü) mərtəbəsində yerləşən 2 (iki) ədəd 107.3 kv.metr və 101.9 kv.metr ümumi sahələri olan mənzilləri 26 may 2016-cı il təvəllüdlü övladı X2 adına keçirçəyinə və sənədləri (müqavilə və borcun olmaması barədə arayışı, bu əmlaklar dövlət qeydiyyatına alnıdıqda isə mənzillərə Çıxarış alacağına) Maraqlı şəxs təqdim edəcəyinə dair öhdəlik götürür. Bu əmlakları (mənzilləri) Maraqlı şəxs razılığı olmadan və X2 yetkinlik yaşına çatana kimi özgəninkiləşdirməyəcəyinə dair öhdəlik götürür. Bu saziş imzalandıqdan sonra 10 (on) gün müddətində cavabdehlə birgə nikah dövründə əldə olunan ona məxsus (Birinci tərəfin adında) olan (daşınmaz əmlak) Bakı şəhəri, Nərimanov rayonu, 2062-73 məhəllə, X7 prospekti 77F. Qapı-6 ünvanında yerləşən 63.5 kv.metr olan qeyri-yaşayış sahəsini 23 iyun 1998-ci il təvəllüdlü övladı X3 adına keçirçəyinə (Dövlət orqanı tərəfindən Çıxarış veriləcəyi ilə bağlı) və mülkiyyət hüququna dair sənədi Maraqlı şəxs qıızna təqdim edəcəyinə dair öhdəlik götürür. Bu əmlakla bağlı X1 vermək və gəlir əldə etməyinə maneə törətməyəcəyinə dair öhdəlik götürür. Bu saziş imzalandıqdan sonra 10 gün müddətində Ərizəçi (Türkiyə Respublikası vətəndaşı) cavabdeh Maraqlı şəxs ona təqdim etdiyi (4169 7388 5466 7874 Kapital Bank) kart hesabına 80000 (səksən min) AZN məbləğində birdəfəlik pul vəsaiti qoyacağına (keçirəcəyinə) dair öhdəlik götürür. Ərizəçi Bu sazişi imzalanmala təsdiq edir ki, Banklara və digər şəxslərə olan hər-hansı pul borcunun cavabdeh həyat yoldaşı Maraqlı şəxs hər hansı (heç bir) aidiyyəti yoxdur və bu yükdən onu azad edir. Tərəflər arasında nikahın pozulduqdan sonra cavabdehə qarşı bu sazişdə öz üzərinə götürdüyü tələblərlə bağlı (pul və əmlaklarla bağlı), habelə adında olan digər daşınmaz əmlaklarla bağlı hər hansı iddia tələbi qaldırmayacağına dair öz üzərinə öhdəlik götürür (iddia tələbi qaldırsa belə bu tələbin etibarsız olduğunu təsdiq edir). Ancaq ona məxsus qeyri-yaşayış sahələrinin üzərində sərəncam verə bilmir. Buna görə də "Barışıq Sazişi" təsdiq edilməlidir. Tərəflərin izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş ərizəçi və maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, gəlməmələri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 355-25.2-ci maddəsinin tələblərini nəzərə alaraq, onların iştirakı olmadan ərizənin baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halı: Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, Ərizəçi və Maraqlı şəxs rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Tərəflərin birgə nikahlarından 23 iyun 1998-ci il təvəllüdlü övladı X5 və 26 may 2016-cı il təvəllüdlü övladı X4 adlı uşaqları doğulmuşdur. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində Bakı 8 saylı Mediasiya təşkilatında xx.xx.2023-cü il tarixli MŞB/8/2023-01363 saylı barışıq sazişi bağlanmışdır. Barışıq sazişinə əsasən birinci tərəf Ərizəçi (Türkiyə Respublikası vətəndaşı) 1) Bu saziş imzalandıqdan sonra İkinci tərəf həyat yoldaşı Maraqlı şəxs ilə Sadət sarayında (Bakı Nikah Evi) xx.xx.1998-ci il tarixdə № 382 qeydi ilə bağlanan nikahın pozulmasına (ləğv edilməsinə) razıdır. 2) birgə nikahdan dünyaya gələn 26 may 2016-cı il təvəllüdlü X2 İkinci tərəf Maraqlı şəxs (ananın) yanında (himayəsində) qalmasına razıdır. 3) birgə nikahdan dünyaya gələn 26 may 2016-cı il təvəllüdlü övladı X4 ilə (uşağın mənafeyi nəzərə alınmaqla, təhsil müddəti və s. uşağın inkişafı ilə bağlı tədbirlər nəzərə alınmaqla) İkinci tərəf Maraqlı şəxs ilə qarşılıqlı razılaşması əsasında (vaxt gün və s.) ünsiyyətdə olacağına razıdır. 4) bu saziş imzalandıqdan sonra 10 (on) gün müddətində İkinci tərəflə Maraqlı şəxs ilə tərəflərin birgə nikah dövründə əldə olunan və ona məxsus (Birinci tərəfin adında) olan (daşınmaz əmlakları) Abşeron rayonu, Xırdalan şəhərində yerləşən "xxxx" MMC tərəfindən (VÖEN: **********) inşa edilmiş hündürmərtəbəli binanın 3 (üçüncü) mərtəbəsində yerləşən 2 (iki) ədəd 107.3 kv.metr və 101.9 kv.metr ümumi sahələri olan mənzilləri 26 may 2016-cı il təvəllüdlü övladı X2 adına keçirəcəyinə və sənədləri (müqavilə və borcun olmaması barədə arayışı, bu əmlaklar dövlət qeydiyyatına alındıqda isə mənzillərə Çıxarış alacağına) Birinci tərəf Maraqlı şəxs təqdim edəcəyinə dair öhdəlik götürür. Bu əmlakları (mənzilləri) Birinci tərəf Maraqlı şəxs razılığı olmadan və X2 yetkinlik yaşına çatana kimi özgəninkiləşdirməyəcəyinə dair öhdəlik götürür. 5) bu saziş imzalandıqdan sonra 10 (on) gün müddətində İkinci tərəflə birgə nikah dövründə əldə olunan ona məxsus (birinci tərəfin adında) olan (daşınmaz əmlak) Bakı şəhəri, Nərimanov rayonu, 2062-73 məhəllə, X7 prospekti 77F, Qapı-6 ünvanında yerləşən 63.5 kv.metr olan qeyri-yaşayış sahəsini 23 iyun 1998-ci il təvəllüdlü övladı X3 adına keçirəcəyinə (Dövlət orqanı tərəfindən Çıxarış veriləcəyi ilə bağlı) və mükliyyət hüququnu dair sənədi Birinci tərəf Maraqlı şəxs təqdim edəcəyinə dair öhdəlik götürür. Bu əmlakla bağlı X1 vermək və gəlir əldə etməyinə maneə törətməyəcəyinə dair öhdəlik götürür. 6) bu saziş imzalandıqdan sonra 10 (on) gün müddətində Birinci tərəf Ərizəçi (Türkiyə Respublikası vətəndaşı) İkinci tərəf Maraqlı şəxs ona təqdim etdiyi (4169 7388 5466 7874 Kapital Bank) kart hesabına 80000 (səksən min) AZN məbləğində birdəfəlik pul vəsaiti qoyacağına (keçirəcəyinə) dair öhdəlik götürür. 7) bu sazişi imzalamaqla təsdiq edir ki, Banklara və digər şəxslərə olan hər-hansı pul borcunun İkinci tərəf həyat yoldaşı Maraqlı şəxs hər-hansı (heç bir) aidiyyəti yoxdur və bu yükdən onu azad edir. Tərəflər arasında nikahın pozulduqdan sonra İkinci tərəfə qarşı bu sazişdə öz üzərinə götürdüyü tələblərlə bağlı (pul və əmlaklarla bağlı), habelə Birinci tərəfin adında olan digər daşınmaz əmlaklarla bağlı hər-hansı iddia tələbi qaldırmayacağına dair öz üzərinə öhdəlik götürür (iddia tələbi qaldırsa belə bu tələbin etibarsız olduğunu təsdiq edir.) 8) Bu mübahisənin məhkəmədən kənar qaydada, tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu və İkinci tərəfə qarşı digər tələblərinin olmadığını təsdiq edir. Nikahın pozulması (ləğv edilməsi) ilə bağlı aidiyyəti məhkəməyə müraciət edəcəyinə dair öhdəlik götürür. İkinci tərəf Maraqlı şəxs 1) bu sazişi imzalandıqdan sonra Birici tərəf həyat yoldaşı Ərizəçi (Türkiyə Respublikası vətəndaşı) ilə Səadət sarayında (Bakı Nikah Evi) xx.xx.1998-ci il tarixdə №382 qeydi ilə bağlanan nikahın pozulmasına (ləğv edilməsinə) razıdır. 2) birinci tərəf Ərizəçi ilə birgə nikahdan dünyaya gələn 26 may 2016-cı il təvəllüdlü X2 onun (ananın) yanında (himayəsində) qalmasına razıdır. 3) birinci tərəf Ərizəçila birgə nikahdan dünyaya gələn 26 may 2016-cı il təvəllüdlü övladı X4 ilə (uşağın mənafeyi nəzərə alınmaqla, təhsil müddəti və s. uşağın inkişafı ilə bağlı tədbirlər nəzərə alınmaqla) İkinci tərəf Maraqlı şəxs ilə qarşılıqlı razılaşma (gün vaxt və s.) əsasında ünsiyyətdə olacağına razıdır. 4) bu saziş imzalandıqdan sonra 10 (on) gün müddətində Birinci tərəf Ərizəçi ilə birgə nikah dövründə əldə olunan Birinci tərəf Ərizəçi məxsus olan (daşınmaz əmlakları) Abşeron rayonu, Xırdalan şəhərində yerləşən "xxxx" MMC tərəfindən (VÖEN: **********) inşa edilmiş hündürmərtəbəli binanın 3 (üçüncü) mərtəbəsində yerləşən 2 (iki) ədəd 107.3 kv.metr və 101.9 kv.metr ümumi sahələri olan mənzilləri 26 may 2016-cı il təvəllüdlü övladı X2 adına keçirəcəyinə və sənədi (müqavilə və borcun olmaması barədə arayışı verəcəyinə, əmlak dövlət qeydiyyatına alındıqda isə mənzillərə Çıxarış alacağına) Birinci tərəf Maraqlı şəxs təqdim edəcəyinə dair öhdəlik götürdüyü ilə razıdır. Bu əmlakları (mənzilləri) onun Birinci tərəf Maraqlı şəxs razılığı olmadan və X2 yetkinlik yaşına çatana kimi özgəninkiləşdirməyəcəyinə dair öhdəlik götürdüyü ilə razıdır. 5) bu saziş imzalandıqdan sonra 10 (on) gün müddətində Birici tərəf Ərizəçila Birgə nikah dövründə əldə olunan Birici tərəf Ərizəçi məxsus olan (daşınmaz əmlakı) Bakı şəhəri, Nərimanov rayonu, 2062-73 məhəllə, X7 prospekti 77F, Qapı-6 ünvanında yerləşən 63.5 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsini 23 iyun 1998-ci il təvəllüdlü övladı X3 adına keçirəcəyinə (Dövlət orqanı tərəfindən Çıxarış veriləcəyi ilə bağlı) və mülkiyyət hüququnu dair sənədi birinci tərəf Maraqlı şəxs təqdim edəcəyinə dair öz üzərinə götürdüyü öhdəliklə razıdır. Gələcəkdə Bu əmlakla bağlı X1 verəcəyinə və gəlir əldə etməyinə maneə törətməyəcəyinə dair öz üzərinə götürdüyü öhdəliklə razıdır. 6) bu saziş imzalandıqdan sonra 10 (on) gün müddətində Birinci tərəf Ərizəçi (Türkiyə Respublikası vətəndaşı) təqdim etdiyi ona məxsus olan (4169 7388 5466 7874 Kapital Bank) kart hesabına Birinci tərəf Ərizəçi 80000 (səksən min) AZN məbləğində birdəfəlik pul vəsaiti qoyacağına dair öz üzərinə götürdüyü öhdəliklə razıdır. 7) Bu sazişi imzalamaqla Birinci tərəf Ərizəçi Banklara və digər şəxslərə olan hər-hansı pul borcunun ona Maraqlı şəxs heç bir aidiyyətinin olmadığı və bu yükdən Birinci tərəfin onu azad etdiyi ilə razıdır. Tərəflər arasında nikahın pozulduqdan sonra Birinci tərəfin bu sazişdə öz üzərinə götürdüyü tələblərlə bağlı (pul və əmlaklarla bağlı), habelə onun İkinci tərəfin adında olan digər daşınmaz əmlaklarla bağlı hər-hansı iddia tələbi qaldırmayacağına dair öz üzərinə götürdüyü öhdəliklə (iddia tələbi qaldırsa belə bu tələbin etibarsız olduğunu təsdiq etdiyi ilə) razıdır. 8) Bu mübahisənin məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu və Birinci tərəfə qarşı qarşılıqlı tələblərinin olmadığını təsdiq edir. Nikahın pozulması (ləğv edilməsi) ilə bağlı Birinci tərəfin aidiyyəti məhkəməyə müraciət edəcəyi ilə razıdır və buna etiraz etmir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş materiallarını tədqiq edərək qeyd edir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci, 34.3-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddələrinin müddəalarına əsasən, ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsızlığı barədə iddianın mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 23 fevral 2024-cü il tarixli, 01\2024 nömrəli Qərardadı: “... Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- Mülki Məcəllə) 881.1-ci və 881.2-ci maddələrinə əsasən barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyrimüəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci madldəsinin tələbinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Normaların məzmunundan göründüyü kimi barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müracət etmək üçün 2 şərtdən biri mövcud olmalıdır: - barışıq sazişi könüllü qaydada icra edilməməlidir; - barışıq sazişinin könüllü icrasından imtina olunmalıdır. Hər 2 normanın mahiyyəti ondan ibarətdir ki, mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişinin məhkəmə tərəfindən xüsusi icraatda təsdiqlənməsi yalnız razılaşmanın məcburi icrasını təmin etmək məqsədi daşıyır. Ümumiyyətlə, barışıq sazişi tərəflərin mübahisəli münasibətlərinə dair yeni bir hüquqi nəticə - hüquq və öhdəliklər əmələ gətirmək məqsədilə bağladıqları qarşılıqlı ikitərəfli (çoxtərəfli) müqavilədir. Barışıq sazişi tərəflər arasındakı mübahisənin və ya fikir ayrılığına səbəb olma potensialı daşıyan qeyrimüəyyənliyin aradan qaldırılmasına yönəlir. Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin isə əsas cəhəti ondan ibarətdir ki, bu zaman tərəflərin iradə bəyanları məhkəməyə getmə potensialı olan mübahisənin tamamlanmasını təmin edir. Məhkəmə ilk öncə bildirir ki, ərizəçi ərizəsində barışıq sazişinin tam təsdiq edilməsini tələb etsə də, ərizədə qeyd olunanlara əsasən onun barışıq sazişinin təsdiq edilməsini ona məxsus qeyri-yaşayış sahələrinin üzərində sərəncam verə bilməməsi ilə əlaqələndirmişdir. Məhkəmə qeyd edir ki, Barışıq sazişinin mahiyyətindən görünür ki, sazişi üzrə ərizəçi müəyyən hərəkətləri görməyə, yəni ona məxsus olan əmlakları övladları Okuklu Süleymanın və Okuklu Uğurcanın adına keçirəcəyinə dair, mülkiyyət hüquqlarına dair sənədləri təqdim edəcəyinə, Banklara və digər şəxslərə olan hər-hansı pul borcunun Maraqlı şəxs heç bir aidiyyətinin olmadığına dair öhdəlik götürmüşdür. Göründüyü kimi barışıq sazişi üzrə maraqlı şəxsin barışıq sazişinin şərtlərini qanunla müəyyən edilmiş müddətdə könüllü şəkildə yerinə yetirməməsi, barışıq sazişinin icrasından yayınması halı məhkəmə tərəfindən müəyyən edilmir. Hansı ki, mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişi könüllü şəkildə icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, barışıq sazişi və ya onun bir hissəsi qanunazidd deyildirsə, mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanılmamışdırsa, məhkəmə qaydasında təsdiq edilə bilər. Lakin hazırda mübahisəli sazişin məhkəmə qaydasında təsdiq olunmasına (məcburi icraya) zərurətin nədən ibarət olmasına dair ərizəçinin göstərdiyi səbəb aydın deyildir və ərizəçi ərizəni bu istiqamətdə ümumiyyətlə əsaslandırmamışdır. Beləliklə, mediasiya prosesi nəticəsində bağlanmış həmin barışıq sazişinin şərtlərinə müvafiq olaraq maraqlı şəxsin əmlaklarla bağlı müəyyən hüquqi hərəkətləri icra etmək öhdəliyi omadığından, əksinə barışıq sazişi üzrə ərizəçi öz adına olan əmlaklara dair müəyyən hərəkətləri etməyə dair öhdəlik götürdüyündən məhkəmə hesab edir ki, Ərizəçi Maraqlı şəxs qarşı onunla Maraqlı şəxs arasında mediatorun iştirakı ilə bağlanmış xx.xx.2023-cü il tarixli MŞB/8/2023-01363 saylı "Barışıq Sazişi"-nin məhkəmə qaydasıda təsdiq edilməsindən imtina edilməlidir. Məhkəmə xərcləri: Məhkəmə Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsini, “Dövlət Rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci və 9.1-1-ci bəndlərini nəzərə alaraq qeyd edir ki, barışıq sazişinin təsdiq edilməsindən imtina edildiyi üçün iş üzrə ərizəçi tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ona aid edilməlidir. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 355-23-355-26, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizəçi Maraqlı şəxs qarşı onunla Maraqlı şəxs arasında mediatorun iştirakı ilə bağlanmış xx.xx.2023-cü il tarixli MŞB/8/2023-01363 saylı "Barışıq Sazişi"-nin məhkəmə qaydasıda təsdiq edilməsindən imtina edilsin. Məhkəmə xərcləri qismində ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-1943/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1943/2025
28.04.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver