Məhkəmə qərarları › İş №2(007)-1958/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1958/2024

09.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1958/2024 09.07.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Cəfərova Ləman Faiq qızının katibliyi, Ərizəçi X4 iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: Ərizə və onun əsaslandırıldığı hallar: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1948-ci il təvəllüdlü Azərbaycan Respublikası, Gəncə şəhərində anadan olmuş atası X3 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1948-ci il təvəllüdlü atası X3 xx.xx.2024-cü il tarixində, axşam saat 00:30 radələrində yaşadıqları evdə anidən halının pisləşdiyini görüb dərhal Bakı şəhəri Təcili və X7 Stansiyası ilə əlaqə saxlayaraq təcili tibbi yardım çağırmışlar. Tibbi müayinələr aparılmış, həkimlərin dediyinə görə qan təzyiqi hədsiz düşmüş, ürək infaktı keçirmiş, nəticədə atası vəfat etmişdir. Atası vəfat etdikdən sonra tibbi şəhadətnamənin alınması ilə poliklinikaya müraciət etsə də tibbi şəhadətnamə ala bilməmişdir. Hal-hazırda ölüm haqqında şəhadətnamə ondan tələb olunduğundan ölümün qeydiyyata alınması üçün Maraqlı şəxsnə müraciət etsə də ona xx.xx.2024-cü il tarixli məktubla bildirilmişdir ki, ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alındığı üçün hazırki halda ərizənin icrası qeyri-mümkündür. Tərəflərin izahatları: Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, atasının 04 may 2024-cü il tarixində gecə saatlarında anidən vəziyyəti pisləşmişdir. Onlar dərhal təcili tibbi yardım çağırmışlar, lakin təcili tibbi yardımın əməkdaşları atasına heç bir kömək edə bilmədilər. Atasının təzyiqi artmış, ürək infaktı qeydə alınmışdır. Müayinələrlə bağlı poliklinikaya müraciət etmədikləri üçün onlara ölüm haqqında tibbi şəhadətnamə verə bilmədilər. Qeyd olunanlara əsasən, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında X2 şahid qismində ifadə verərək göstərdi ki, mərhumun həyat yoldaşıdır. 04 may 2024-cü il tarixində yoldaşıona özünü yaxşı hiss etmədiyini bildirmiş, onlar da fikir verməmişdir. Mərhum həkimə müraciət etmirdi, ağrılarını, problemlərini heç kəslə bölüşməyi sevmirdi, xəstəlikdən də əziyyət çəkmirdi. Fikrəddin axşam yerinə keçdikdən sonra ondan xırıltı səsi gəldiyini eşitmişlər. Təcili tibbi yardıma zəng edəndə artıq gec olmuşdur. Ramil, gəlini, nəvələri ilə birlikdə qaldıqları üçün o öləndəonlar yanında idilər. Yas mərasimi olmuş, mərhum həyat yoldaşını Suraxanı rayonunda Dədə Qorqud qəbiristanlığında dəfn etmişlər. Məhkəmə iclasında X8 şahid qismində ifadə verərək göstərdi ki, ərizəçinin həyat yoldaşıdır. Qayınatası rəhmətə gedəndə orada olmuşlar. Qayınatasının gün ərzində ağrısı olmuş, sonra ağrısı keçmiş, gecə yarısı otaqdan çıxıb onlarla söhbət etmiş, yenidən otağa qayıtmışdır. Otağından xırıltsı səsi gəlmiş, onlar da tez-tələsik təcili tibbi yardıma zəng etmişlər. Təcili tibbi yardım da gec gəlmiş gələndə artıq mərhum ürəktutmasından xx.xx.2024-cü il tarixdə keçinmişdir. Mərhumu Suraxanı rayonunda Dədə Qorqud qəbiristanlıqda dəfn edilmişlər. Yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olanda məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan ərizənin baxılmasını mümkün hesab etmişdir. İşin mübahisəsiz halları: İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5 bəndinə əsasən ölüm faktı ölüm haqqında tibbi şəhadətnamə ilə təsdiq olunmalıdır. Həmin sənəd olmadığına görə ölüm faktını müəyyən etmək üçün məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. - Təcili və X1 xx.xx.2024-cü il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xəstə X3 həkimə qədər ölüm, kişi cinsli meyit olması müəyyən edilmişdir. - Bakı şəhəri Suraxanı rayon Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X5 xx.xx.2024-cü il tarixində vəfat etmiş, X11 Qorqud qəbiristanlığında dəfn edilmişdir. - Qəbir daşının fotoşəkilindən görünür ki, X5 xx.xx.1948-ci il tarixdə anadan olmuş, xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, Ərizəçi atası xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Lakin mərhumun ailə üzvləri ölüm faktını təsdiq edən tibbi şəhadətnamə almamışlar. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş materiallarını tədqiq edərək, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1ci, 307.2.8-ci, 308-ci, 309.1-ci və 311-ci maddələrinin müddəalarına əsasən, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, Ərizəçi atası xx.xx.2024-cü il tarixdə tarixdə Bakı şəhərində vəfat etmişdir. Lakin mərhumun ailə üzvləri ölüm faktını təsdiq edən tibbi şəhadətnamə almamışlar. Ərizəçi mərhumun ölümünü qeyd etdirə və bu haqda şəhadətnaməni başqa qaydada ala bilmədiyindən bununla bağlı məhkəməyə müraciət etmişdir. Ölümün qeyd edilməsi ərizəçiyə müvafiq sənədlərin hazırlanması üçün lazımdır. Ərizəçi atasının ölümünün qeydə alınaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölümün qeydə alınmasından imtina edilmişdir. Göründüyü kimi, ərizəçi mərhumun ölümünü qeyd etdirə və bu haqda şəhadətnaməni başqa qaydada ala bilmədiyindən bununla bağlı məhkəməyə müraciət etmişdir. Ölümün qeyd edilməsi ərizəçiyə müvafiq sənədlərin hazırlanması üçün lazımdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli X3 xx.xx.2024-cü il tarixdə vəfat etməsi faktı müəyyən edilməlidir. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərcləri: Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş 100 manat dövlət rüsumu Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ərizəçiyə aid edilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. xx.xx.1948-ci il təvəllüdlü X3 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərclərinə aid olan ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar