Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2001/2024 08.07.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı olan “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. Tələb :
1. Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən xx.xx.1980-ci il təvəllüdlü X4 06 may 2024-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Ərizənin əsaslandırıldığı hallar :
2. Ərizə onunla əsaslandırılmışdır ki, 06 may 2024-cü il tarixdə evdə olduqları vaxt X1 vəziyyəti pisləşmişdir. O, dərhal təcili yardıma zəng vurmuş, lakin təcili yardım gələnə kimi oğlu rəhmətə getmişdir. X2 Badamdar qəsəbə qəbirstanlığında dəfn etmişlər. Maraqlı şəxsnə oğlunun ölüm şəhadətnaməsinin alınması ilə müraciət etmişdir. Lakin müvafiq orqan ölüm faktını təsdiq edən tibbi şəhadətnamənin olmaması səbəbindən onun müraciəti təmin olunmamışdır. Bu səbəbdən ölüm faktının müəyyən edilməsi üçün aidyyatı üzrə məhkəməyə müraciət etməsi məsləhət görmüşlər. X1 ölümünü təsdiq edən şəhadətnamə olmadığından sənədləşmə işlərində problemlərlə üzləşirlər. Bu səbəbdən məhkəməyə müraciət etmişdir.
İş materialları :
3. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs “Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxs 26 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş 180 nömrəli 08 may 2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2024cü il tarixində 6 saylı BŞT və TTYS tərəfindən verilmiş məlumata əsasən ünvan 1 ünvanında qeydiyyatda olan, xx.xx.1980-ci il təvəllüdlü xx.xx.2024-cü il tarixdə vəfat etmiş X4 26 nömrəli şəhər poliklinikasına xəstəliyi ilə əlaqədar müraciət etmədiyinə və ölümünə səbəb olacaq xəstəlik haqqında heç bir tibbi səbəd təqdim edilmədiyinə görə ölümü haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmamışdır.
4. Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən verilmiş 3-16-5/7-1150-15/24 saylı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən olunur. Ölüm faktını təsdiq edən sənəd təqdim edilmədiyindən ölüm faktını müəyyən etmək üçün məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir.
5. AZE seriyalı 17210342 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1980-ci il tarixdə Ağdam şəhərində anadan olmuşdur.
6. Təcili və X3 Stansiyası Xəbərdarlıq vərəqəsindən görünür ki, X14 briqadasının tərkibi xx.xx.2024-ci il saat 12:40-da, çağırış əsasında ünvan 2 ünvanına gəlmiş, X4 həkiməqədər ölüm halı müəyyən edilmişdir.
7. Azərbaycan Respublikası Bakı şəhəri Badamdar Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 131 nömrəli arayışa əsasən müəyyən edilir ki, X7 xx.xx.2024-cü il tarixdə vəfat etmiş (06.052024-cü il tarixli ölüm haqqında xəstəlik vərəqəsi) və Badamdar qəsəbə qəristanlığında dəfn olunmuşdur.
8. Azərbaycan Respublikası Qaçqınların və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsi Nizami rayon Sektoru tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 44 nömrəli arayışından görünür ki, Ərizəçi Ağdam rayonundan məcburi köçkün düşüb və ünvan 3 ünvanda məcburi köçkün kimi qeydiyyatdadılar.
Tərəflərin izahatları :
9. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən ərizənin təmin edilməsini xahiş etmişdir.
10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında gəlməmişdir. Məhkəmə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Şahid ifadələri :
11. Məhkəmə iclasında şahid qismində dindirilən X6 izahatında bildirmişdir ki, o ərizəçinin qonşusudur. Belə ki, ərizəçi ilə eyni binada yaşayır, o, ikinci, ərizəçi isə beşinci mərtəbədə yaşayır. Mərhum 06 may 2024-cü il tarixində vəfat etmişdir. xx.xx.2024-cü il tarixində səhər saatlarında təxminən 11-12 radələrində o, pəncərədən çölə baxan zaman mərhumun anasının qışqıraraq qonşulardan kömək istəməsini eşitmişdir. O, cəld yuxarı mərtəbəyə qalxmış, mərhumun adını çağırsa və üzünə şillə vursa da, mərhum ona cavab verməmişdir. Elə İlqarın vəfat etdiyini anlamış və digər qonşuları da köməyə çağırmış və X12 zəng etmişdir. X14 gəldikdən və mərhuma baxdıqdan sonra mərhumun təxminən 30 dəqiqə əvvəl vəfat etdiyini bildirmişlər. X10 birlikdə 2 polis əməkdaşı da gəlmişdi. Mərhum yüksək təzyiqdən və ürək nahiyəsində olan ağrılardan əziyyət çəkirdi. Şahid mərhumun ürəyində olan narahatlıqla bağlı 5 nömrəli xəstəxanada müalicə aldığınıdan məlumatlı olduğunu bildirmişdir.
12. Məhkəmə iclasında dindirilən Şahid bildirdi ki, o, ərizəçinin həyat yoldaşıdır. Mərhum 06 may 2024-cü il tarixində vəfat etmişdir. O, səhər duranda övladını səsləsə də, övladı ona cavab verməmişdir. O, qonşuları köməyə çağırmışdır. X11 Yardıma da xəbər vermişlər. Həkim gəldikdə sonra bildirmişdir ki, mərhum artıq 35-40 dəqiqə əvvəl vəfat etmişdir. Oğlunun ürək nahiyəsində ağrılar olurmuş və buna görə də müalicə alırmış. Mərhum oğlu həyat yoldaşından boşanmışdır və həmin ailəsindən bir oğlu var.
Tətbiq edilən hüquq :
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi : 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının;
308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.
311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
14. Azərbaycan Respublikası Ailə Məcəlləsi :
158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 164.4. Vətəndaşlıq vəziyyəti aktının qeyd olunduğu haqqında ərizə verən şəxslərə müvafiq şəhadətnamə verilir. 164.5. Vətəndaşlıq vəziyyəti akt qeydi “Elektron məhkəmə” informasiya sistemindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülmüş məhkəmə qətnaməsindən çıxarışa əsasən aparıldıqda, akt qeydi üzrə şəhadətnamə və ya arayış barəsində akt qeydi tərtib edilmiş şəxs müraciət etdikdə verilir.
193. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 194.2. Ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 195.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndi: Ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.
İşin faktiki halı :
16. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, Ərizəçi müxtəlif sənədləşmə işləri apararkən ondan mərhum oğlunun ölüm haqqında şəhadətnaməsi tələb olunduğuna görə məhkəməyə müraciət etmişdir.
17. Ərizəçi oğlu- xx.xx.1980-ci il təvəllüdlü X7 xx.xx.2024-ci il tarixdə ünvan 2 ünvanında X14 gələnədək vəfat etmiş və Badamdar qəsəbə qəbiristanlığında dəfn edilmişdir.
18. X4 ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı) olmadığı üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən ölüm barədə akt qeydinin aparılmasından imtina edilmişdir.
19. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, X4 ölməsi faktının məhkəmədən kənar müəyyən edilməsi mümkün deyil və ərizəçi həmin faktı təsdiq edən sənədi başqa qaydada ala bilməz.
20. Məhkəmə qeyd edir ki, xx.xx.1980-ci il təvəllüdlü X4 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir.
Məhkəmənin mövqeyi :
21. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyib, iş materiallarını tədqiq edərək, eyni zamanda işdə olan sübutları qiymətləndirərək qeyd edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir.
22. Belə ki, xx.xx.1980-ci il təvəllüdlü X4 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı, iş materialları, ərizəçinin izahatı, şahid ifadələri ilə öz təsdiqini tapmışdır.
23. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, qərarının 4.8-ci bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur.
24. Mülki işin materiallarından da görünür ki, Ərizəçi qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ölüm faktını təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə olmaması səbəbindən ölüm haqqında akt qeydinin aparılması mümkün olmamışdır.
25. Belə ki, Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən verilmiş 3-16-5/7-1150-15/24 saylı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X4 ölüm faktını təsdiq edən sənəd təqdim edilmədiyindən ölüm akt qeydinin aparılmasından imtina edilmiş və ölüm faktını müəyyən etmək üçün məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Buna görə də ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etmişdir.
26. Hazırkı halda ölüm faktının məhkəmədən kənar qaydada müəyyən edilməsi və ərizəçinin həmin faktı təsdiq edən sənədi başqa qaydada alması mümkün olmadığından ərizəçi haqlı olaraq məhkəməyə müraciət etmiş və onun oğlunun ölüm faktı məhkəmə qaydasında müəyyən olunmalıdır.
Nəticə :
27. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, ərizə təmin edilməli və xx.xx.1980-ci il təvəllüdlü X4 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir.
28. Məhkəmə qeyd edir ki, “Dövlət rüsumu haqqında” qanunun 9.1.20-ci maddəsinə əsasən ərizənin verilməsinə görə məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
29. Belə olan halda, məhkəmə qeyd edir ki, iddiaçının ödəməkdən azad edildiyi məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir.
30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdi :
Ərizə təmin edilsin. xx.xx.1980-ci il təvəllüdlü X4 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə ölüm barədə akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Starə Əliyeva