Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-2042/2024 28.06.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Tələb:
1. Ərizəçi Abbaslı X2 Asif Vasif oğlu maraqlı şəxs qismində cəlb edilməklə “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 8 saylı Mediasiya Təşkilatında Maraqlı şəxs ilə aralarında bağlanmış MŞB/8/2024-00631 saylı, xx.xx.2024-cü il tarixli Barışıq Sazişinin təsdiq edilməsi; xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmasından ötrü hər uşağa hər ay 235 manat olmaqla cəmi 470 manat məbləğində aliment pulunun Maraqlı şəxs tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Ərizənin məhkəmə icraatı mümkün hesab edilmiş və iş üzrə hazırlıq iclası təyin edilmişdir.
İşdə iştirak edən tərəflər:
3. Məhkəmə iclasında Ərizəçi ərizə verərək ərizənin ona əlavə edilmiş sənədlərlə birlikdə baxılmadan geri qaytarılmasını xahiş etmişdir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq maraqlı şəxs məhkəmə iclasında iştirak etməmişdir.
5. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254-cü, 255-ci, 161.0.1-261.0.3-cü və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.2-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. 170.3-cü maddəsinin tələbinə görə 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər.
7. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 24 dekabr 2021-ci il tarixli Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun Qərarı:
“Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarında dəyişiklik edilərək, qərarın 5.1.2ci bəndinə əsasən məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.
Məhkəmə baxışının hədləri:
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir.
Məhkəmənin mövqeyi:
9. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır.
Nəticə:
10. Beləliklə, məhkəmə hesab edir ki, işin məhkəmə baxışına hazırlanması mərhələsi olduğundan ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinin tələbinə görə geri qaytarılmalıdır.
11. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci, 263-264-cü və 267-ci maddələrini rəhbər tutaraq, Qərara aldı:
Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Nizami Rayon məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Ülkər Yusifova