Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2073/2025 12.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X1 Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Leyla Mirfazil qızının katibliyi, Ərizəçi MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi MMC-nin Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi MMC Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB\4\2024-00056 nömrəli barışıq sazişinin məcburi icrası üçün barışıq sazişi (2-ci bəndinə Maraqlı şəxs tərəfindən əməl olunmadığı üçün) “Tərəflər etiraf edir ki, ikinci Tərəf vurulmuş 53000 (Əlli üç min) AZN ziyana görə Ərizəçi MMC-yə borcu qalmışdır, ikinci Tərəf hər hansı ayın ödənişini ödəməzsə və ya gecikdirərsə, Birinci Tərəf dərhal məhkəməyə müraciət edərək ikinci Tərəfdən borcunu tam şəkildə ödəməyi tələb edəcəkdir. Maraqlı şəxs 53000 (Əlli üç min) Azn pul, həmçinin ödənilmiş 100 manat dövlət rüsumunun Maraqlı şəxs tutularaq Ərizəçi MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi MMC ilə Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixli, MŞB\4\2024-00056 nömrəli barışıq sazişi imzalanmışdır. Həmin barışıq sazişinə əsasən, Tərəflər etiraf edir ki, İkinci Tərəf vurulmuş 53000 (Əlli üç min) AZN ziyana görə Ərizəçi MMC-yə xx.xx.2024-cü il tarixdək 2000 AZN ödəniş edəcək yerdə qalan borcu 45 ay ərzində xx.xx.2027-ci ilədək hər ayın 10-dan gec olmayaraq aylıq 1133,33 AZN olmaqla ödəyəcəkdir. İkinci Tərəf hər hansı ayın ödənişini ödəməzsə və ya gecikdirərsə, Birinci Tərəf dərhal məhkəməyə müraciət edərək ikinci Tərəfdən borcunu tam şəkildə ödəməyi tələb edəcəkdir. Eyni zamanda Sazişin imzalanması eyni mübahisə predmetinə aid əvvəllər mövcud olan razılaşmalara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq mübahisə predmeti ilə əlaqədar Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. Sazişin imzalanması sadəcə bu Sazişlə əhatə olunan məsələlərə aiddir və Tərəflər arasında digər irad və tələblərə aid edilmir. Bu Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, Tərəflər hazırkı mübahisə ilə əlaqədar birbirini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə azad edirlər. Saziş, əgər Sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən Tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə Tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 (on) təqvim gün müddətində könüllü şəkildə icra olunmalıdır. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB\4\2024-00056 nömrəli barışıq sazişi Maraqlı şəxs tərəfindən icra edilmir. Maraqlı şəxs tərəfindən aylıq ödənişlər könüllü şəkildə icra edilmədiyi üçün barışıq sazişinin 2-ci bəndi əsas götürülməklə borc məbləğinin tam şəkildə ödəməsi şərti ilə saziş təsdiq edilməlidir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi Nümayəndə ərizənin dəlillərini müdafiə edib, barışıq sazişinin təsdiq edilməsi barədə qətnaməni qəbul edilməsini xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə Maraqlı şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunarsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.17-ci maddəsinə müvafiq olaraq, məhkəmə xüsusi icraat qaydasında “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında” işə baxır. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Ərizəçi MMC ilə Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixdə mediasiya prosesində barışıq sazişi bağlanmışdır və barışıq sazişi əsasında müəyyən edilmişdir ki: “Veysəloğlu" MMC, (bundan sonra 1-ci Tərəf adlanacaq) Maraqlı şəxs, (bundan sonra 2-ci Tərəf adlanacaq) həmin müəssisədə işlədiyi dövr ərzində iş yerində intizam xətasına yol verməsini və aparılmış yoxlamalar nəticəsində 2-ci Tərəfin müəssisəyə 53.000 manat məbləğində zərər vurmasını bəyan edir, 2-ci Tərəf isə bu bəyanı etiraf və qəbul edir. Tərəflər aralarında əmək münasibətlərindən əmələ gələn mübahisəni qarşılıqlı razılıqla, aşağıdakı şərtlərlə barışıqla həll etmək niyyətindədirlər: 1) Maraqlı şəxs Ərizəçi MMC-yə olan ümumi borcdan (53.000 manat) ilkin ödəniş kimi 2000 (iki min) manat məbləği 10 fevral 2024-cü il tarixində ödəməyi öhdəsinə götürür. 2) Qalıq məbləğ olan 51.000 (əlli bir min) manat borcu isə 10 mart 2024-cü il tarixdən başlayaraq hər ayda 1133,33 (min yüz otuz üç manat 33 qəpik) manat ödəmək şərtilə, 45 (qırx beş) ay müddətində ödəməyi öhdəsinə götürür. Son ödəniş tarixi xx.xx.2027-ci il tarixidir. 3) Aylıq ödənişlər hər növbəti ayın 10-u tarixinədək müvafiq hesaba ödənilməlidir. 4) Maraqlı şəxs üzrsüz səbəbdən 2 (iki) ay ardıcıl olaraq ödəniş etməzsə və ya ödənişi gecikdirərsə bu Sazişin müddəalarının pozulması kimi qiymətləndiriləcək və İ tərəf aidiyyatı üzrə müvafiq orqanlarına müraciət edəcək. Hazırda ərizəçi xx.xx.2024-cü il tarixli, MŞB/4/2024-00056 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş edir. Məhkəmə hesab edir ki, Ərizəçi MMC Azərbaycan Respublikası Azərbaycan Respublikası MPM-nin 305.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi MMC ilə Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixində, mediasiya prosesində bağlanmış barışıq sazişi təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.6-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə vəkillərə etdikləri kömək üçün ödənilən xərclər daxildir. Məhkəmə hesab edir ki, ərizə təmin edildiyindən və ərizəçi tələb etdiyindən ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi Maraqlı şəxs Ərizəçi MMC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Veysəloğlu” MMC (Saziş üzrə Birinci Tərəf) ilə Maraqlı şəxs (Saziş üzrə İkinci Tərəf) arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/4/2024- 00056 saylı barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: “1. Maraqlı şəxs Ərizəçi MMC-yə olan ümumi borcdan (53.000 manat) ilkin ödəniş kimi 2000 (iki min) manat məbləği 10 fevral 2024-cü il tarixində ödəməyi öhdəsinə götürür.
2. Qalıq məbləğ olan 51.000 (əlli bir min) manat borcu isə 10 mart 2024-cü il tarixdən başlayaraq hər ayda 1133,33 (min yüz otuz üç manat 33 qəpik) manat ödəmək şərtilə, 45 (qırx beş) ay müddətində ödəməyi öhdəsinə götürür. Son ödəniş tarixi xx.xx.2027-ci il tarixidir.
3. Aylıq ödənişlər hər növbəti ayın 10-u tarixinədək müvafiq hesaba ödənilməlidir.
4. Maraqlı şəxs üzrsüz səbəbdən 2 (iki) ay ardıcıl olaraq ödəniş etməzsə və ya ödənişi gecikdirərsə bu Sazişin müddəalarının pozulması kimi qiymətləndiriləcək və 1 tərəf aidiyyatı üzrə müvafiq orqanlarına müraciət edəcək.”. Dövlət rüsumu qismində ödənilmiş 100 manat pul məbləğinin əvəzi Maraqlı şəxs tutularaq Ərizəçi MMC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Rauf Əhmədov