Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2083/2021 19.05.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, X8 oğlunun katibliyi, Ərizəçi Ərizəçi Vasif oğlunun iştirakı ilə, Ərizəçi Vasif oğlunun maraqlı şəxs 5 Saylı Bakı “Asan Xidmət”Mərkəzinə qarşı şəxsin vəfat etmə faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi Vasif oğlu maraqlı şəxs 5 Saylı Bakı “Asan Xidmət”Mərkəzinə qarşı şəxsin vəfat etmə faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçi ərizəni onunla əsaslandırdı ki, atası X4 27.11.2020-ci il tarixdə vəfat edib. Onu Zabrat qəsəbəsində yerləşən qəbristanlıqda dəfn etmişlər. Hüquqi savadı olmadığı üçün ölüm haqqında şəhadətnaməni vaxtında ala bilməmişdir. Bununla bağlı 5 saylı Bakı ASAN Xidmət Mərkəzinin Qeydiyyat Şöbəsinə müraciət etmişdir.Lakin onlar imtina məktubu verərək məhkəməyə müraciət etməyi tövsiyyə ediblər. O, bu sənədi başqa qaydada əldə edə bilmir. Buna görə də, xahiş edirəm tələbim təmin edilsin. Ona görə də atası atası X2 27.11.2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi barədə hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair qətnamə qəbul olunmasını xahiş edir. Maraqlı şəxs 5 Saylı Bakı “Asan Xidmət”Mərkəzi məhkmə iclasını vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin müddəalarını rəhbər tutaraq, maraqlı tərəf Suraxanı Rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan: 12 saylı MİS-dən verilmiş 05.01.2021-ci il tarixli arayışdan görünür ki, , Ərizəçi Vasif oğlu Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsindəki ev 81A ünvanda yaşayır. Doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi Vasif oğlu xx.xx.1979-cu il tarixdə Cəbrayıl rayonunda anadan olub. Atası X4,anası X3r. Təcili və təxirəsalınmaz X5 27.11.2020-ci il tarixli xəbərdarlıq vərəqəsindən görünür ki, X4 27.11.2020-ci il tarixdə saat 05-35-də vəfat etmişdir. Bakı Şəhər İcra Hakimiyyəti MKTB-nin Əhaliyə Vətəndaşlıq Xidməti Rrestindən verilmiş 17 fevral 2021-ci il tarixli arayışdan görünür ki, X4 27.11.2020-ci il tarixdə Sabunçu rayonu Zabrat 3(İstixana) qəbrəstanlığında dəfn olunmuşdur. 5 saylı Bakı ASAN Xidmət Mərkəzinin Qeydiyyat Şöbəsindən ərizəçiyə ünvanlanmış 05.01.2021-ci il tarixli məktubun məzmunundan görünür ki,ərizəçinin ölüm faktı barədə şəhadətnamə verilməsinə dair xahişindən imtina olunmuş və ona məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, X2 27.11.2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi təqdim olunmuş sənədlərlə tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, bu faktın təsdiq edilməsi X2 ölümü haqqında şəhadətnamənin alınması üçün zəruridir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 17 avqust 1954-cü il tarixdə Cəbrayıl rayonunda anadan olmuş X2 27.11.2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi barədə hüquqi fakt müəyyən edilsin. Qətnamədən, rəsmi təqdim edildiyi gündən etibarən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-2083/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2083/2021
19.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver