Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-210/2022 11.02.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, İddiaçı,onun vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh MMC-nə qarşı əmək müqaviləsinə xitam verilməsi, ödənilməmiş əmək haqqının və digər vəsaitlərin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-nə qarşı əmək müqaviləsinə xitam verilməsi, ödənilməmiş əmək haqqının və digər vəsaitlərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə işə baxılarkən iddiaçı iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə vermişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini onunla əsaslandırdı ki, 19 sentyabr 2019-cu il tarixindən etibarən "xxxx" MMC-də "satış təmsilçisi" vəzifəsi üzrə çalışmışdır. 2020-ci ilin noyabr ayında isə "bölgə müdiri” vəzifəsinə təyin edilmişdir. Çalışdığı müddət ərzində öz vəzifəsini lazımi qaydada realizə etmişdir. 2021-ci ilin iyun ayının 15-də Cəmiyyətlə onun arasında bağlanılan əmək müqaviləsinə xıtam verilməsi üçün ərizə ilə müraciət etsə də, bu günə qədər əmək münasibətlərinə xitam verilməmişdir. Əmək mübahisəsi ilə əlaqədar olaraq Cəmiyyətə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə müraciət etsə də mübahisə öz həllini tapmamışdır. Hətta tərəfindən mediasiya üçün təklif göndərilsə də, cavabdeh mübahisənin həllində maraqlı olmamış və cavab məktubu göndərməmişdir. Belə olduğu təqdirdə pozulan hüüquqlarının bərpa edilməsi məqsədilə əmək müqaviləsinə xitam verilməsi uçun tərəfindən verilən ərizə əsasında "xxxx" MMC ilə onun arasında bağlanılan əmək müqaviləsinə xitam verilməsini, eyni zamanda əmək müqaviləsinin bağlanılmasına və əmək müqaviləsinə xitam verilməsinə dair bildirişin surətinin, əmək kitabçaaının rəsmi qaydada ona təqdim olunmasını, son haqq-hesabın, yəni iyun ayı ərzində çalışdığı günlərə müvafiq olaraq yarım aylıq əmək haqqı olan 277.50 manal məbləğimlə pul vəsaitinin, 2019-cu ilin sentyabr ayının 19-dan 2020-ci ilin iyun ayının 15-dək istifadə olunmamış məzuniyyət müddəti orta əmək haqqına müvafiq olaraq hesablanaraq ona əvəzinin, amartizasiya xərcləri üçün nəzərdə tutulmuş ödənilməmiş 300 manat məbləğində pul vəsaitinin və eyni zamanda onun tərəfindən həyata keçirilən umumi satışdan əldə olunan məbləğin 2%-i miqdarında pul vəsaitinin ona ödənilməsi üçün əmək mubahisələri üzrə mediatora müraciət etsə də mübahisənin həllinə nail olunmamışdır.İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış da ərizəyə əlavə edilib. Yuxarıda qeyd olunanlara əsasən, cavabdeh “Food Plaza" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən pozulan hüquqlarnın bərpası, yəni əmək müqaviləsinə xitam verilməsi, eyni zamanda əmək müqaviləsinin bağlanılmasına və əmək müqaviləsinə xitam verilməsinə dair bildirişlərin (əmək müqaviləsinə xitam verilməsinə dair əsaslar göstərilməklə) surətlərinin, əmək kitabçasının rəsmi qaydada ona təqdim olunması, son haqq-hesabının, yəni əmək müqaviləsinə xitam verilməsinə dair ərizə verdiyi 25.06.2021-ci il tarixdən qətnamə qəbul edilən günədək aylıq əmək haqqı olan 600 manat pul vəsaitinin hesablanaraq ona verilməsi, 2019-cu ayın sentyabr ayının 19-dan 2021-ci ilin iyun ayının 15-dək istifadə olunmamış məzuniyyət müddəti orta əmək haqqına müvafiq olanaraq hesablanıb ona verilməsi,amartizasiya xərcləri üçün nəzərdə tutulmuş və ödənilməmiş 300 manat pul vəsaitinin,eyni zamanda tərəfindən həyata keçirilmiş ümumi satışdan əldə olunan məbləğin 2%-i miqdarında pul vəsaitinin Cavabdeh MMC-dən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasnı xahiş edir. İddiaçının nümayəndəsi-vəkili Vəkil1 da eyni məzmunlu izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddianı qəbul etmədi və izahat verərək göstərdi ki, İddiaçı Cavabdeh MMC-yə qarşı əmək müqaviləsinə xitam verilməsi, ödənilməmiş əmək haqqının və digər vəsaitin ödənilməsi, amartizasiya xərclərinin ödənilməsi və.s tələblərə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edib. Eyni tələblərlə iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X3 Xidməti Bakı şəhər İdarəsinə müracət edib, lakin əmək müfəttişi həmin tələbləri qanunsuz və əsasslz hesab edərək həmin tələblərdən yalnız əmək haqqının düzgün hesablanmamasını müəyyən edərək müəssisəni Azərbaycan Respublikası İXM-nin 192.4cü maddəsi ilə təqsirli bilib. Azərbaycan Respublikası İXM-nin 192.4-ci maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulan müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.Göründüyü kimi əmək müfəttişliyi tərəfindən aparılan icraat zamanı işəgötürənin işçini vəzifəsindən kənarlaşdırması qanuni və əsaslı hesab edilib, əmək haqqı hesablanıb ödənilməsində yol verilən nöqsana münasibətdə məsuliyyətə cəlb edilib. Hesab edir ki, iddia tələbi tam qanunsuz və əsassızdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci bəndində göstərilib ki, işçi cinayət tərkibi olan ictimai-təhlükəli əməllər törətdikdə işəgötürən mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədi ilə işçini müvafiq iş vaxtı ərzində işdən kənar edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin 3-cü bəndində göstərilib ki, işdən kənar edilən vaxt ərzində işçiyə əmək haqqı verilmir. İşəgötürənin işçinin işdən kənar edilməsi üçün işçi tərəfindən cinayət tərkibi olan ictimai-təhlükəli əməllər törədilməsi əsas olub, işdən kənar edilən vaxt ərzində işçiyə əmək haqqı verilməməsi də qanunvericiliyin tələblərinə uyğun olub. Məhkəməyə təqdim etdiyikləri səs yazısından da, göründüyü kimi İddiaçı hüquqazidd hərəkətlərə yol verib və bu fakt üzrə də Bakı Şəhəri Nizami Rayon prokurorluğu tərəfindən araşdırma aparılır. Bundan başqa, Bakı şəhəri, Nizami rayonu, 8-ci köndələn, küşə 1 ünvanında fəaliyyət göstərən “Food Plaza’ MMC-də satış nümayəndəsi vəzifəsində işləyən X5 və bölgə müdri vəzifəsində çalışan İddiaçı tərəfindən törədilən mənimsəmə cinayəti nəticəsində şirkətə 10889,40 manat məbləğində zərər vurulub. X5 ilə yanaşı həmin şirkətdə fəaliyyət göstərən Mustafayev Əlövsət, Hümbətov Kənan, Həsənov Xəyal və Həsənov Şahin İddiaçı ilə birləşərək qabaqacadan əlbir olan bir qrup şəxs qismində mənimsəmə cinayətini törədərək cavabdehə külli miqdarda maddi zərər vurub. Bundan başqa şirkətdə bölgə müdri vəzifəsində işləyən İddiaçı oğu vəzifə təlimatına uyğun olaraq tabeliyində olan şəxslərin xidməti fəaliyyətinə nəzarət edərək, baş verən hüquqazidd hərəkətlər barəsində rəhbərliyə vaxtında məlumat vermək, törədilən mənimsəmə faktının qarşısını almaq vəzifəsi daşımasına baxmayaraq, bunları etməyib, əksinə hüquqazidd hərəkətlərin törədilməsini gizlətməklə cinayət əməlinin davamlı törədilməsində maraqlı olmasını nümayiş etdirərək qabaqcadan əlbir olduğu qrup üzvlərinə köməklik göstərib. Bu isə qanunvericiliklə nəzərdə tutulan qaydada mülki və cinayət məsuliyyəti yaradır. Belə ki, şikayətə əlavə edilən 24.06.2021-ci il tarixli audit prosedurunun aparılmasına dair AKT-dan görünür ki, Cavabdeh MMC-nin satış nümayəndəsi X1 öhdəsində ərazi üzrə 10889,40 manat çatışmazlıq müəyyən edilib. Bundan başqa, şikayətə əlavə edilən 26.03.2021-ci il tarixli AKT-dan görünür ki, X5 bölgə müdri İddiaçı ilə qabaqcadan bir qrup şəxs qismində əlbir olaraq satılan məhsulların pulunu şirkətə qaytarmamaqla 4223,99 manat, satılan məhsullar üçün ona bonus verilməsi üçün mağazalar tərəfindən tələb edilən miqdarda artıq məhsul verməklə, həmçinin satılmamış məhsulları isə satılan kimi qeyd etməklə satış üçün bonus almaq məqsədi ilə süni qaydada satışın məbləğini artıraraq, məhsulları yararasız vəziyyətə gətirərək təhvil verə bilməməsi nəticəsində 4003,34 manat məbləğində, sayım nəticəsində aşkar olan kəsirlə bağlı 2486,07 manat məbləğində, həmçinin avtomobilin ban hissəsinin zədələməsi nəticəsində 70 manat, yol hərəkəti qaydalarını pozduğuna görə ödənilməyən cəriməyə görə 70 manat, şirkətə məxsus “Samsung Galaxy” A10 markalı mobil telefonun ekranın yararsız vəziyyətə salınması nəticəsində 30 manat, ümumilikdə 10889,40 manat məbləğində zərər vurub. Bundan başqa, Cavabdeh MMC-də bölgə müdri vəzifəsində işləyən İddiaçı imzaladığı 11.11.2020ci il tarixli bölgə müdrinin vəzifə Təlimatının tələblərinə əməl etməmiş həmin təlimatla üzərinə götürdüyü vəzifələrini layiqincə yerinə yetirməmişdir. Onun tərəfindən cəmiyyətə dəyən ziyan Azərbaycan Respublikasının qanunvericiliyində və Cəmiyyətin Normativ Sənədlərində nəzərdə tutulan qaydada ödənilməlidir. Yuxarıda sadalananlardan da, göründüyü kimi bölgə müdiri vəzifə təlimatına uyğun olaraq vəzifələrini icra etməyib, əksinə tabeliyində olan şəxslərlə birlikdə müəssisəyə külli miqdarda zərər vurub. Hazırda qeyd edilən cinayət əməllərinin törədilməsi barədə şikayət prokurorluğun icraatındadır və araşdırma aparılır. Buna görə də, işəgötürən haqlı olaraq qarşı tərəfi tutduğu vəzifəsindən kənarlaşdırıb, qanunvericiliyin təkblərinə əsasən kənarlaşdırmada olan işçiyə isə əmək haqqı ödəmək məcburiyyətində deyil. Bundan başqa nəzərə almaq lazımdır ki, qarşı tərəf amartizasiya xərci, eləcə də, onun fəaliyyəti dövründə ümumi satışdan əldə olunun gəlirin 2 faizini tələb etsə də, cavabdehin iddiaçı qarşısında belə bir öhdəliyinin olması müqavilə üzrə nəzərdə tutulmayıb, tələb həmin hissədə sübuta yetirilməyib. Odur ki, qeyd olunanları nəzərə alıb iddianın rədd olunmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edib hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: İşəgötürən Cavabdeh MMC ilə işçi İddiaçı arasında bağlanmış 19.09.2019-cu il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı əsas satış nümayəndəsi vəzifəsinə təyin olunmuşdur.Aylıq əmək haqqı 543.02 manat müəyyən olunmuşdur. 11.11.2020-ci il tarixli,əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, əmək haqqı 600 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmədinin Bakı Şəhər İdarəsindən İddiaçı ünvanlanmış 04.10.2021-ci il tarixli,**********4 saylı məktubun məzmunundan görünür ki,Cavabdeh MMC-nin rəhbərliyi tərəfindən əmək haqqının hesablanmasında qanun pozuntusuna yol verilməsi və Food Plaza” MMC-nin vəzifəli şəxsi barədə Azərbaycan respublikası İXM-nin 192.4-cü maddəsinə əsasən inzibati tənbeh verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı Şəhər İdarəsindən İddiaçı ünvanlanmış 14.10.2021-ci il tarixli,**********4 saylı məktubda qeyd olunur ki, “Sizin Cavabdeh MMC-də əmək hüquqlarınızın pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmədinə ünvanladığınız müraciətə Xidmətin Bakı şəhər Ərazi İdarəsində baxılmışdır.Araşdırma zamanı Cavabdeh MMC-nin rəhbərliyi tərəfindən təqdim olunmuş sənədlərdən məlum olmuşdur ki,Sizinlə Cəmiyyət arasında 19.09.2019-cu il tarixdə əmək müqaviləsi bağlanaraq bölgə müdiri vəzifəsinə qəbul edildiyiniz və həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” alt sisteminə tərəfimizdən baxış keçirilərkən Sizinlə müəssisəyə dair bildirişin qüvvədə olduğu müəyyən edilmişdir.Eyni zamanda Cavabdeh MMC rəhbərliyinin X3 Xidmədinin Bakı Şəhər İdarəsinə təqdim etdiyi məktubda işlədiyiniz dövr ərzində vəzifə öhdəliklərinə səhlənkar yanaşmağınız barədə əsaslı şübhələr yarandığından tabeçiliyinizdə olan və bilavasitə nəzarətinizə cavabdeh olan işçilərin xidmət etdiyi ərazi üzrə,satış nöqtələrində müvafiq yoxlamalar aparılarkən hərəkətsizliyiniz ucbatından Cəmiyyətə xeyli miqdarda maddi ziyan vurulduğunun aşkar edildiyi və həmin yoxlamaların nəticəsi olaraq,Siz və tabeçiliyinizdə olan işçilər barədə aidiyyəti üzrə hüquq mühafizə orqanlarına müraciət edildiyi və eləcə də əmək intizamına və müəssisədəki intizam qaydalarına tərəfinizdən əməl edilmədiyinə görə Sizə töhmət verildiyi,əmək müqaviləsinə xitam verilməsi haqqında müəssisəyə ərizə ilə müraciət etməyiniz barədə iddianızın tam əsassız və böhtan xarakterli olduğu bildirilmişdir. Bildiririk ki, araşdırma zamanı X3 Xidmədinin Bakı Şəhər İdarəsinə Cavabdeh MMC-nin rəhbərliyi tərəfindən təqdim olunmuş sənədlərdən əmək haqqınızın hesablanmasında və ödənilməsində qanun pozuntusuna yol verildiyi müəyyən olmuşdur.Nəzərinizə çatdırırıq ki, əmək haqqınızın hesablanmasında və ödənilməsində qanun pozuntusuna yol verildiyindən Food Plaza” MMC-nin vəzifəli şəxsi Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur.Qeyd olunanları nəzərə alaraq Sizə ödənilməmiş əmək haqqınızın Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinin uyğun olaraq ən qısa zamanda hesablanaraq ödənilməsinin təmin edilməsi barədə müəssisənin ünvanına məktub göndərilmişdir. Razılaşmadığınız təqdirdə məhkəməyə müraciət edə bilərsiniz” Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmədinin Bakı Şəhər İdarəsinin 01 oktyabr 2021-ci iol tarixli,1064120 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh MMC-nin vəzifəli şəxsi Azərbaycan respublikası İXM-nin 192.4-cü maddəsi ilə təqsirli bilinmişdir. Cavabdeh MMC-nin 16 iyun 2021-ci il tarixli 03/1 saylı əmrinə əsasən təşkilatın əmək intizamının pozulmasını nəzərə alınmaqla,iş yerində vəzifə öhdəliklərinə səhlənkar yanaşması ilə əlaqədar və hərəkətsizliyi ucbatından tabeçiliyində olan işçilər tərəfindən müəssisəyə xeyli miqdarda ziyan vurmaqla Əmək Məcəlləsinin 10.ç bəndinə əsaslanaraq, bölgə müdiri vəzifəsində çalışan İddiaçı oğlunun vəzifə səlahiyyətləri alınmışdır. Cavabdeh MMC-nin 16 iyun 2021-ci il tarixli 03/1 saylı əmrinə əsasən Cavabdeh MMC-nin bölgə müdiri İddiaçı Vaqif oğluna təhkim edilmiş müştərilər üzrə borc qalıqları yoxlanılarkən borc qalıqlarında uyğunsuzluq aşkar edilmişdir.Baş vermiş hadisənin araşdırılması və dəymiş ziyanın müəyyən edilməsi məqsədi ilə komissiya yaradılması qərara alınmışdır. İşin hallarından görünür ki, İddiaçı ilə "xxxx" MMC arasında 19 sentyabr 2019-cu il tarixdə əmək müqaviləsi bağlanmış və İddiaçı həmin tarixdən “satış təmsilçisi" vəzifəsinə təyin olunmuş, 2020-ci ilin noyabr ayında isə "bölgə müdiri” vəzifəsinə keçirilmişdir. İddiaçı 2021-ci ilin iyun ayının 15-də Cəmiyyətlə onun arasında bağlanılan əmək müqaviləsinə xıtam verilməsi üçün ərizə ilə müraciət etdiyini bildirir. Lakin işəgötürən "xxxx" MMC-nin məhkəmədə iştirak edən nümayəndəsi iddiaçı tərəfindən belə bir ərizənin verilmədiyini qeyd etmiş və İddiaçı 16 iyun 2021-ci il tarixli əmrlə vəzifədən kənarlaşdırıldığını bildirmişdir. “Vətəndaşların müraciəti haqqında” Azərbaycan Respublikası qanunun 7.1-ci maddəsinə əsasən müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri bu Qanunla müəyyən edilmiş qaydada verilən yazılı müraciətləri mütləq qəbul etməli, qeydiyyata almalı və onlara baxılmasını təmin etməlidirlər. Bu Qanunun tələblərinə uyğun olaraq verilən müraciəti qəbul etməkdən imtina qadağandır. Məhkəmə işin hallarını tam, hərtərəfli və obyektiv araşdırıb,işçinin əmək müqaviləsinə xitam verilməsi barədə ərizə verib-vermədiyini araşdırmaq məqsədi ilə cavabdehin nümayəndəsi Vəkil2 "xxxx" MMC-də saxlanılan ərizə və müraciətlərin qeydiyyatı jurnalının məhkəməyə təqdim olunmasını tələb etmişdir. Lakin nümayəndə həmin jurnalı təqdim etməmişdir. Belə olan halda Məhkəmə Azərbaycan Respublikası MPM-nin 202.1-ci i maddəsinə əsasən (Məhkəməyə gətirilə bilməyən və ya gətirilməsi çətin olan maddi və yazılı sübutlar, olduqları və ya saxlandıqları yerdə müayinə və tədqiq edilir. Məhkəmə, yerində müayinə aparılması haqqında qərardad çıxarır) sübutların yerində müayinəsi barədə qərar qəbul etmiş və işdə iştirak edən şəxslərlə birlikdə Bakı şəhəri, Nizami rayonu, 8-ci köndələn, küşə 1 ünvanında fəaliyyət göstərən "xxxx" MMC-nə getmişdir.Həmin müəssisədə özünü kommersiya direktoru kimi təqdim edən X4 müəssisədə ərizə və müraciətlərin qeydiyyatı jurnalının olmadığını İddiaçı isə əmək müqaviləsinə xitam verilməsi barədə ərizə ilə işəgötürənə müraciət etmədiyini bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 106.2-ci maddəsinə əsasən digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq,eləcə də iddiaçının qeyd etdiyi 15 iyun 2021-ci il tarixinin səhərisi günü 16 iyun 2021-ci il tarixdə işəgötürən tərəfindən İddiaçı “səlahiyyətlərinin alınması” barədə əmr imzalandığını nəzərə alaraq hesab edir ki,həqiqətən də İddiaçı tərəfindən işəgötürənə əmək müqaviləsinə xitam verilməsi barədə ərizə təqdim olunmuşdur. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, "xxxx"MMC-nin direktoru S.Y.Sarıyev tərəfindən imzalanmış 16 iyun 2021-ci il tarixli,03/İ saylı əmr tamamilə qanunsuz və əsassızdır. Belə ki,həmin əmrdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin “ç”bəndinə istinad olunmuşdur.Həmin maddəyə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindən biri də işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaqdır. Göründüyü kimi,qeyd olunan maddə işəgötürənlə işçi arasında qarşılıqlı münasibətlərin prinsipini müəyyən edir və bu maddəyə istinad edərək işçinin “səlahiyyətlərini almaq”əmək qanunvericiliyinə ziddir.Ümumiyyətlə əmək qanunvericiliyində işçinin “səlahiyyətlərini almaq” anlayışı yoxdur. Cavabdeh qeyd olunan əmrlə 16 iyun 2021-ci il tarixdən İddiaçı qeyri-müəyyən müddətə işdən kənarlaşdırmış,həmin müddətdən başlayaraq ona əmək haqqı verməmiş və məzuniyyət hüququnu təmin etməmişdir. Halbuki,işçinin işdən kənarlaşdırılması Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 62-ci maddəsi ilə tənzimlənir.
1. İşəgötürən aşağıdakı hallarda mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədi ilə işçini müvafiq iş vaxtı ərzində işdən kənar edə bilər: a) işçi alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəldikdə, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olduqda; b) bu Məcəllənin 226-cı maddəsi ilə müəyyən edilmiş hallarda işçi icbari tibbi müayinə olunmaqdan boyun qaçırdıqda və ya keçirilmiş müayinələrin nəticələrinə əsasən həkim komissiyalarının verdikləri tövsiyələri yerinə yetirmədikdə; c) iş vaxtı ərzində işçi bilavasitə iş yerində müvafiq səlahiyyətli orqanın qərarı ilə təsdiqlənən inzibati xətaları və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllər törətdikdə; ç) insanın immunçatışmazlığı virusu ilə yaşayan şəxslərin işləməsinə yol verilməyən peşə və vəzifələrdə işləyən işçi vaxtaşırı insanın immunçatışmazlığı virusuna mütləq tibbi müayinədən imtina etdikdə. 2. İşçinin işdən kənar edilməsi hər bir konkret halda müvafiq sübutlar (həkim rəyi, işçilərin izahatları, arayışlar və digər rəsmi sənədlər) toplanılaraq sənədləşdirilməlidir.
3. İşdən kənar edilən vaxt ərzində işçiyə əmək haqqı verilmir. Üzrlü səbəbdən icbari ilkin və ya vaxtaşırı tibbi müayinədən keçməyən işçilər işdən kənarlaşdırıldıqda, onlara işdən kənar edildiyi vaxt ərzində boşdayanma qaydasında əməkhaqqı ödənilir. İşəgötürən iddiaçının işdən kənarlaşdırılmasını onunla əsaslandırır ki,onun tabeçiliyində olan işçilər tərəfindən mənimsəmə hallarına yol verilmişdir və bununla şirkətə külli miqdarda ziyan dəymişdir.ona görə də hal-hazırda müvafiq hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır və həmin araşdırmanın nəticəsindən asılı olaraq onunla bağlanmış əmək müqaviləsinə xitam verilib-verilməməsi məsələsinə baxılacaq. Lakin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 62-ci maddəsinin məzmunundan da görünür ki,işdən kənarlaşdırma konkret müddət ərzində olmalıdır və həmin müddət əmrdə göstərilməlidir. İddiaçı 16 iyun 2021-ci il tarixdən işdən kənarlaşdırılmışdır.8 aya yaxındır ki,işləmək hüqqundan məhrum edilmişdir.Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində “işləyən şəxs”kimi qeydiyyatda olduğundan onun başqa bir müəssisə ilə əmək müqaviləsi bağlaması imkanını məhdudlaşdırılmışdır. Bu müddət ərzində onun işdən kənarlaşdırılmasına səbəb olan halların araşdırılması başa çatmamışdır. Nə vaxt başa çatacağı məlum deyil.Barəsində məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi yoxdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin aşağıda sadalanan maddələrinə əsasən: 68.1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.
2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqqhesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. 87.1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
3. İşdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) verilir. 143.1. Müvafiq iş ilinin (illərinin) məzuniyyətindən istifadə etməmiş işçi ilə, bu Məcəllənin 70-ci maddəsinin «a» və «ç» bəndlərində nəzərdə tutulmuş əsaslarla işdən çıxarılma halları istisna olmaqla qalan hallarda əmək müqaviləsinə xitam verilərkən işçinin arzusu ilə həmin iş ili (illəri) üçün ona məzuniyyət verilir və işdənçıxma tarixi məzuniyyətin son günü hesab edilir.
2. İşçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə ona bu Məcəllənin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir. 172.4. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir.
6. İşçinin əmək kitabçasının bu Məcəllənin 87-ci maddəsinin üçüncü hissəsi ilə müəyyən edilmiş vaxtda verilməsi işəgötürənin təqsiri üzündən ləngidildikdə, işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqı ödənilməlidir. 195.(d) işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işçiyə vurduğu ziyana görə maddi məsuliyyət daşıyər. Göründüyü kimi işəgötürən Cavabdeh MMC özünün 16 iyun 2021-ci il tarixli qanunsuz və əsassız əmri ilə,işçi İddiaçı qeyri müəyyən müddətə işdən kənarlaşdırmış, onu işləmək hüqundan məhrum etmiş, İddiaçı 15 iyun 2022-ci il tarixli ərizəsinə uyğun olaraq 1 aydan gec olmayaraq onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.1-ci maddəsi ilə xitam verməli olduğu halda bunu etməmiş,nəticədə onun konstitusion əmək hüquqlarını pozmuşdur.Ona görə də Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 195-ci maddəsinin “d”bəndinə uyğun olaraq işçi qarşısında maddi məsuliyyət daşıyır. Beləliklə,məhkəmə iş üzrə tolanmış sübutları qiymətləndərib qeyd olunan maddi və prosessual hüquq normalarına istinad edərək hesab edir ki,iddia qismən əsaslıdır. Belə ki,Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış Əmək müqaviləsinə xitam verilməli,əmək müqaviləsinə xitam verilməsinə dair bildirişin (əmək müqaviləsinə xitam verilməsinə dair əsaslar göstərilməklə) surəti və əmək kitabçası İddiaçı rəsmi qaydada təqdim olunmalı,15.06.2021-ci il tarixdən 11.fevral 2021-ci il tarixinədək ödənilməmiş əmək haqqı hər ay 600 manat olmaqla, (7 ay 26 gün x 600 manat-4727 manat) cəmi 4727 manat Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulmalı, istifadə olunmayan məzuniyyətə görə kompensasiya Cavabdeh MMC tərəfindən hesablanaraq İddiaçı verilməlidir. İddia tələbi amartizasiya xərcləri üçün nəzərdə tutulmuş və ödənilməmiş 300 manat pul vəsaitinin,eyni zamanda tərəfindən həyata keçirilmiş ümumi satışdan əldə olunan məbləğin 2%-i miqdarında pul vəsaitinin Cavabdeh MMC-dən alınaraq ona verilməsi hissəsində əsasız olduğundan rədd olunmalıdır.Belə ki,tərəflər arasında bağlanmış əmək müqaviləsində bu cür razılaşmalar yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış Əmək müqaviləsinə xitam verilsin. Əmək müqaviləsin xitam verilməsinə dair bildirişin (əmək müqaviləsinə xitam verilməsinə dair əsaslar göstərilməklə) surəti və əmək kitabçası İddiaçı rəsmi qaydada təqdim olunsun. 15.06.2021-ci il tarixdən 11 fevral 2021-ci il tarixinədək ödənilməmiş əmək haqqı hər ay 600 manat olmaqla, (7 ay 26 gün x 600 manat-4727 manat) cəmi 4727 manat Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulsun. İstifadə olunmayan məzuniyyətə görə kompensasiya Cavabdeh MMC tərəfindən hesablanaraq İddiaçı verilsin. Qalan hissədə iddia təmin olunmasın. Qətnamədən 1 ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Fikrət Mirzəyev