Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2118/2021 27.05.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Babək Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əlcanova Əfsanə Fərhad qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsinə qarşı “hüquqi faktının müəyyən edilməsi” haqqında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsinə qarşı “hüquqi faktının müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, 23.01.2021-ci ildə Bakı Şəhərində vəfat etmiş 01.07.1987-ci il təvəllüdlü mərhum qızı X4 ölüm faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, hal-hazırda ünvan 2-da qeydiyyatdadır və ailəsi ilə birlikdə həmin mənzildə yaşıyırlar. Mərhum qızı 01.07.1987-ci il təvəllüdlü X8 baş ağrılarından əziyyət çəkirmiş və müalicə olunurmuş. Mərhum qızı X8 23.01.2021-ci ildə ildə yaşadıqları ünvanda vəfat etmişdir. Həmin dəqiqə növbətçi həkimi çağırmışlar və həkim gələnəcən mərhum qızı X8 artıq keçinmişdir. Növbətçi həkim bunun əsasında onun ölməsi barədə arayış vermişdir. O, hal-hazırda ünvan 2-da qeydiyyatda olduğu üçün həmin ölüm haqqında arayışı Bakı Şəhər Nizami Rayonu Qeydiyyat Şöbəsində ölüm haqqında şəhadətnamə verilməsi üçün təqdim etmiş, lakin ölüm kağızı verməmişlər və imtina etmişlər. Mərhum qızı 01.07.1987-ci il təvəllüdlü X8 ünvan 1 ünvanında vəfat etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib ərizənin dəlillərinə uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində X7 ifadə verərək göstərdi ki, ərizəçi onun qonşusudur. Ərizəçi ilə münasibəti yaxşıdır. Ərizəçinin üç uşağı vardır və qızı Günel 23.01.2021-ci ildə vəfat etmişdir. Günel də ərizəçinin evində yaşamışdır. Gecə ilə məlumatları olmuşdur ki, Günel ölmüşdür. Bundan sonra isə təcili yardım gəlmişdir. Dəfndə iştirak etmişdir. Ərizəçinin qızı Razində yerləşən qəbiristanlığından dəfn olunmuşdur. Məhkəmə ərizəçinin izahatını, şahidin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 15 iyul 1987-ci il tаriхdə vеrilmiş Xİİ-ЖГ № 345985 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 01 iyul 1987-ci il tаriхdə Zərdab rayonunun Gəlmə kəndində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 15 iyul 1987-ci il tarixdə 50 № ilə qeyd edilmişdir. X13, anası Ərizəçidır. - Bakı-Nizami RPİ tərəfindən 26.03.2013-cü il tarixdə verilmiş AZE seriyalı, 13222444 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 01 iyul 1987-ci il tarixdə Zərdab rayonunun Gəlmə kəndində anadan olmuşdur. ünvan 2 ünvanında qeydiyyatdadır. - Təcili və X6 Stansiyası Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, ünvan 2 ünvanında qadın cinsinə mənsub X5 qoyulan diaqnoz həkimə qədər ölümdür. - Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsinin Ərizəçi ünvanlanmış 10.04.2021-ci il tarixli 05Q-660/15 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31.10.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində sizin ərizənizin təmin edilməsi mümkün deyil. X8 ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. - Azərbaycan Respublikası Sabunçu Bələdiyyəsinin 27.05.2021-ci il tarixli 46 № arayışından görünür ki, X9 bacısı 1987-ci il təvəllüdlü X8 həqiqətən 23.01.2021-ci il tarixində Sabunçu qəsəbəsi “Müsəlman Qəbiristanlığı”nda dəfn olunmuşdur. - 18 nömrəli BŞX-nin Poliklinika Şöbəsinin qısa epikrizindən görünür ki, X1, ev 24, mənzil 9-da yaşamışdır. Xəstəlik üzrə 18 nömrəli poliklinikaya müraciət etməmişdir. - Məhkəməyə mərhum X4 qəbrinin fotoşəkili təqdim edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi mərhum qızı 01 iyul 1987-ci il tаriхdə Zərdab rayonunun Gəlmə kəndində anadan olmuş X8 23 yanvar 2021-ci il tarixdə tarixdə yaşadığı ünvan 2 ünvanında vəfat etmişdir. Lakin mərhumun ailə üzvləri ölüm faktını təsdiq edən tibbi şəhadətnamə almamışlar. Ərizəçi qızının ölümünün qeydə alınaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölümün qeydə alınmasından imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göründüyü kimi, ərizəçi mərhumun ölümünü qeyd etdirə və bu haqda şəhadətnaməni başqa qaydada ala bilmədiyindən bununla bağlı məhkəməyə müraciət etmişdir. Ölümün qeyd edilməsi ərizəçiyə müvafiq sənədlərin hazırlanması üçün lazımdır. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 01 iyul 1987-ci il tаriхdə Zərdab rayonunun Gəlmə kəndində doğulmuş X4 23 yanvar 2021-ci il tarixdə ünvan 2 ünvanında vəfat etməsi faktı müəyyən edilməlidir. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 01 iyul 1987-ci il tаriхdə Zərdab rayonunun Gəlmə kəndində doğulmuş X4 23 yanvar 2021-ci il tarixdə ünvan 2 ünvanında vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərclərinə aid olan ödənilmiş 10,0 manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №2(007)-2118/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2118/2021
27.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver