Məhkəmə qərarları › İş №2(007)-2159/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2159/2022

30.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2159/2022 30.08.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, Ərizəçi vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, mərhum anası xx.xx.1957-ci il təvəllüdlü X4 xx.xx.2018-ci il tarixdə ünvan 1 ünvanında ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1957- ci il təvəllüdlü X2 anasıdır. 61 yaşında xx.xx.2018-ci il tarixdə saat 07:50 radələrində yaşadığı ünvan 1 ünvanında vəfat etmişdir. Dərhal hadisə yerinə Təcili və Təxirəsalmaz Tibbi yardım Stansiyası gəlmiş və anasının meyidi təhvil alınmışdır. Ölüm haqqında xəbərdarlıq-vərəqəsi ərizəsinə əlavə edilmişdir. Daha sonra anası elə həmin gün yəni xx.xx.2018-ci il tarixdə Nizami rayonunda yerləşən “8-ci Kilometr Qəbirstanlığında dəfn edilmişdir. Ölüm haqqında şəhadətnamənin verilməsi üçün mərhum anasının qeydiyyatda olduğu 26 saylı şəhər poliklinikasına da müraciət etməyinə baxmayaraq, müraciətinə bu günə kimi cavab verilməmişdir. Müraciəti xx.xx.2022-ci il tarixdə olmuşdur. Mərhum anasının ölüm haqqında şəhadətnaməsini almaq üçün Nizami rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin, xx.xx.2022-ci il tarixli 05Q/800/76 nömrəli imtina məktubu ilə ona bildirilmişdir ki, ölümün təsdiq edən sənədin olmaması üçün ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməlidir. Ölüm faktının müəyyən edilməsi mərhum anasının qeydiyyatda olduğu ünvan 2 ünvanlı evdən qeydiyyatdan çıxarılması üçün lazımdır. Ailə vəziyyəti ilə əlaqədar həmin mənzilin satılmasına zərurət yaranmışdır. Məhkəmə iclasında ərizəçinin vəkili və nümayəndəsi Vəkil ərizənin dəlillərini müdafiə edib, eyni məzmunlu izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, maraqlı şəxsin iştirakı olmadan ərizənin baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş X3 şahid qismində ifadə verərək göstərmişdir ki, X6 ilə qonşu olmuşlar. Nina rəhmətə gedəndən sonra onu maşın bazarının yanında 22-ci dalan qəbirsanlıqda dəfn etmişlər. 26 mart 2018-ci ildə axşam Nina rəhmətə getmişdir. Dəfndə qonşular da var idi, Nina yaşlı və xəstə idi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş X5 şahid qismində ifadə verərək göstərmişdir ki, o, Ərizəçi 8-9 ildir ki, tanıyır, Konstantin “Azan” filmdə qrafikçi işləyirdi, onu oradan tanıyır. İki ay idi ki, işləyirdi, anası rəhmətə getdi. Konstantinin anasının dəfninə onlar da getmişlər, tabutda aparırdılar. Konstantinin anası rəhmətə gedəndə təqribən martaprel ayları idi. Maşın bazarının yanında qəbirsanlıqda dəfn etmişlər. Konstantinin anası yataq xəstəsi idi. Məhkəmə ərizəçinin izahatını dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Təcili və X1 xx.xx.2018-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xəstə X4 həkimə qədər ölüm, qadın cinsli meyit olması müəyyən edilmişdir. - Maraqlı şəxs tərəfindən Ərizəçi göndərilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının 8.5 bəndinə əsasən ölüm faktı ölüm haqqında tibbi şəhadətnaməsi ilə təsdiq olunmalıdır. Həmin sənəd olmadığına görə ölüm faktını müəyyən etmək üçün məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. - Bakı şəhəri Nizami rayonu Bələdiyəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X6 xx.xx.2018-ci il tarixdə “8-ci Kilometr” qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi anası X6 xx.xx.2018-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Lakin mərhumun ailə üzvləri ölüm faktını təsdiq edən tibbi şəhadətnamə almamışlar. Ərizəçi anasının ölümünün qeydə alınaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölümün qeydə alınmasından imtina edilmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göründüyü kimi, ərizəçi mərhumun ölümünü qeyd etdirə və bu haqda şəhadətnaməni başqa qaydada ala bilmədiyindən bununla bağlı məhkəməyə müraciət etmişdir. Ölümün qeyd edilməsi ərizəçiyə müvafiq sənədlərin hazırlanması üçün lazımdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi anası X4 xx.xx.2018-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş 100 manat dövlət rüsumu Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1957-ci il təvəllüdlü X4 xx.xx.2018-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərclərinə aid olan ödənilmiş 100,0 manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar