Məhkəmə qərarları › İş №2(007)-2197/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2197/2023

31.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2197/2023 31.08.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Quluzadə Emil Mirələm oğlunun katibliyi, Ərizəçi Məmmədli oğlunun iştirakı ilə, Ərizəçi Məmmədli oğlunun Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Məmmədli oğlu Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1957-ci il tarixində Ermənistan Respublikasının Qafan şəhərində anadan olub və hal-hazırda Nizami rayonu, Çobanzadə küçəsi, ev 9/1, mənzil 7 ünvanında yaşayır. Mərhum onun oğludur. Mərhum oğlu X2 xx.xx.1985-cı il tarixində Bakı şəhərində anadan olub. Mərhum oğlu 21 iyun 2023-ci il tarixində yaşadıqları Nizami rayonu, Çobanzadə küçəsi, ev 9/1, mənzil 7 ünvanında xəstəlikdən vəfat edib. Hətta həkim çağırıblar və gələnə kimi oğlu vəfat edib. Onu da qeyd edir ki, mərhum X2 21 iyun 2023-ci il tarixində qohum-qonşunun iştirakı ilə Hövsan qəbiristanlığında dəfn edilib. Bir müddət sonra o, mərhum oğlunun ölüm haqqında şəhadətnaməsini almaq üçün Maraqlı şəxsnə ərizə ilə müraciət edib və onlar rəsmi olaraq imtina edərək məhkəməyə müraciət etməyini məsləhət görüblər. O isə bu səbəbdən mərhum oğlunun ölüm faktının müəyyən edilərək məhkəmə qərarı ilə şəhadətnamə alınması üçün faktiki yaşadığı Nizami Rayon Məhkəməsinə müraciət etməli olub. Qeyd edilənlərə əsasən, xx.xx.1985-cı il təvəllüdlü mərhum oğlu X1 21 iyun 2023-ci il tarixində ünvan 1 ünvanında xəstəlikdən ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi Məmmədli oğlu ərizənin dəlillərini müdafiə edib, eyni məzmunlu izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Belə olan halda, məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilən X3 ifadə verərək göstərdi ki, ərizəçi onun qardaşı, mərhum isə ərizəçinin oğludur. Mərhum xəstə idi, qaraciyərində problem var idi. O, yas mərasimində iştirak etmişdir, mərhum Dədə Qorqurd qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilən X6 ifadə verərək göstərdi ki, ərizəçi onun qonşusudur. Mərhum ərizəçinin oğludur. Mərhum xəstəsi idi. O, dəfn və yas mərasimində iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Məmmədli oğlu xx xxxxxxx 1957-ci ildə Ermənistan Respublikasının Qafan şəhərində şəhərində anadan olmuşdur, ünvan 1 ünvanında qeydiyyata alınmışdır; - X-ЖГ seriyalı 475242 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 24 iyun 1985-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Ərizəçi Məmmədli oğlu, anası X4r; - Maraqlı şəxs tərəfindən Ərizəçi Məmmədli oğluna ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-16-5/715-1466/23 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinin tələblərinə əsasən “Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.4-cü bəndinə əsasən ölüm haqqında məlumat Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyinə ölümün baş verdiyi və ya meyitin tapıldığı vaxtdan on gündən gec olmayaraq verilməlidir. Eyni zamanda bildirirlər ki, bu qaydaların 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göstərilənlərlə bağlı nəzərə çatdırırlar ki, oğlu X1 ölüm faktını təsdiq edən sənədi təqdim edə bilmədiyindən ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur; - Bakı şəhəri Təcili və X7 Stansiyasının 6 saylı Bölməsinin 21 iyun 2023-cü il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, saat 07:35-də Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsində yerləşən ünvanında X1 yanına gəldikdə, kişi cinsli meyit, həkimə qədər ölüm müəyyən edilmişdir; - 44 nömrəli Şəhər Poliklinikasının 25 iyun 2023-cü il tarixli 325 saylı arayışından görünür ki, 1985-ci il təvəllüldü X1 44 nömərli ŞP-da müraciəti olmadığı üçün ona ölüm haqqında şəhadətnamə (forma 106) verilməmişdir. - Bakı şəhəri Suraxanı rayonu Zığ Bələdiyyəsiin 06 iyul 2023-cü il tarixli, 282 saylı arayışından görünür ki, Ərizəçi Məmmədli oğlunun mərhum oğlu X2 21 iyun 2023-cü il tarixdə vəfat etmiş, Zığ qəsəbəsi Dədə Qorqurd qəbiristanlığında dəfn olunmuşdur; - Məhkəməyə qəbrlərin yerləşdiyi yerin fotoşəkili təqdim edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi Məmmədli oğlunun 24 iyun 1985-ci il tarixdə Bakı şəhərində doğulmuş oğlu X2 21 iyun 2023-cü ildə Bakı şəhərində vəfat etmişdir. Lakin ərizəçi ölüm faktını təsdiq edən tibbi şəhadətnamə almamışdır. Ərizəçi övladının ölümünün qeydə alınaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölümün qeydə alınmasından imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göründüyü kimi, ərizəçi mərhumun ölümünü qeyd etdirə və bu haqda şəhadətnaməni başqa qaydada ala bilmədiyindən bununla bağlı məhkəməyə müraciət etmişdir. Ölümün qeyd edilməsi ərizəçiyə müvafiq sənədlərin hazırlanması üçün lazımdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi Məmmədli oğlunun övladı olan 24 iyun 1985-ci il tarixdə Bakı şəhərində doğulmuş X1 21 iyun 2023-cü Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 24 iyun 1985-ci il tarixdə Bakı şəhərində doğulmuş X1 21 iyun 2023-cü Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamələrin verilməsi üçün əsasdır. Məhkəmə xərclərinə aid olan ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi Məmmədli oğluna aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar