Məhkəmə qərarları › İş №2(007)-2220/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-2220/2021

02.09.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-2220/2021 02.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Hüseynova Bəturə Xaqani qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili- Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 Ağalı oğluna və Cavabdeh2 qarşı “əmlak” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 Ağalı oğluna və Cavabdeh2 qarşı “əmlak” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Mülki iş üzrə hazırlıq iclası keçirilmiş və məhkəmə baxışı təyin edilmişdir. Hazırlıq iclasında tərəflər iştirak etməmişlər. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, mülki iş aidiyyət qaydalarının pozulması ilə məhkəmənin icraatına qəbul edilmişdir. Belə ki, “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən əldə edilmiş şəxsiyyət vəsiqəsinə dair məlumatdan görünür ki, Cavabdeh1 Ağalı oğlu Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 718 ünvanında qeydiyyatdadır, 03 fevral 2021-ci il tarixdə adına şəxsiyyət vəsiqəsi verilmişdir. Bundan əlavə, Cavabdeh2 ünvan 2 ünvanında qeydiyyatdadır, 27 iyul 2014-cü il tarixdə adına şəxsiyyət vəsiqəsi verilmişdir. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi və vəkili Vəkil mülki işin aidiyyəti üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir; 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər; 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, mülki işin aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olunduğu üçün, hazırkı halda aidiyyət məsələsi həll edilməli və iddiaçının nümayəndəsi və vəkilinin xahişi nəzərə alınmaqla, mülki iş baxılması üçün Cavabdeh1 Ağalı oğlunun rəsmi qeydə alındığı yer üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 35.1, 44.2.2, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 Ağalı oğluna və Cavabdeh2 qarşı “əmlak” tələbinə dair 2(007)-2220/2021 saylı mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar