Məhkəmə qərarları › İş №2(007)-2264/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2264/2025

23.05.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2264/2025 23.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxs cəlb olunmaqla mülki iş üzrə (Açar sözlər: “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs cəlb olunmaqla “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, Tələb

1. Ərizəçi Maraqlı şəxs cəlb olunmaqla “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs arasında mediatorun iştirakı ilə bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/8/2024-00474 saylı "Barışıq Sazişi"-nin alimentə aid hissəsində təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Ərizənin əsaslandırıldığı hallar:

2. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs ilə Bakı 8 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli MŞB/8/2024-00474 saylı "Barışıq Sazişi"nə əsasən cavabdeh Maraqlı şəxs ilə xx.xx.2008-ci il tarixdə bağlanmış nikahın pozulmasına, xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X4 onun (ananın) yanında (himayəsində) qalmalarına razıdır. X5 cavabdeh həyat yoldaşı Maraqlı şəxs ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh Maraqlı şəxs ona xx.xx.2024-cü il tarixdən etibarən ona hər ayın 10-dək hər uşaq üçün 235 (iki yüz otuz beş) AZN olmaqla ümumilikdə 470 AZN məbləğində aliment ödəyəcəyinə dair öz üzərinə götürdüyü öhdəliklə razıdır. Bu vəsaitin cavabdeh təqdim edəcəyi və ona məxsus olan bank kartına ödəniləcəyi ilə razıdır. X1 tərəf həyat yoldaşı Maraqlı şəxs ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ödəyəcəyi aliment məbləğini gələcəkdə ölkə üzrə yaşayış minimumuna dəyişiklik edildiyi təqdirdə ona cavabdeh Maraqlı şəxs tərəfindən ödənilməli olan aliment məbləğini bu dəyişikliyə əsasən aparacağına dair öz üzərinə götürdüyü öhdəliklə razıdır. X5 cavabdeh həyat yoldaşı Maraqlı şəxs ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X4 uşaqların mənafeyi nəzərə alınmaqla (ananın iştirakı olmadan) vaxt məhdudiyyəti qoyulmadan cavabdeh (atası) Maraqlı şəxs ilə ünsiyyətdə olmasına şərait yaradacağına dair öhdəlik götürür. X2 Saziş imzalandıqdan sonra cavabdeh Maraqlı şəxs (onun və uşaqlarının) pasport qeydiyyatında olduğu ünvan 1 ünvanında yerləşən 1 (bir) mərtəbəli, 5 (beş) otaqlı, 110 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinə cavabdeh Maraqlı şəxs (3-cü şəxslərin hər hansı maraqlarına toxunmadığını təsdiq edərək) onun (yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə) istifadə və yaşamaq hüququnu tanıdığı ilə razıdır. Maraqlı şəxs barışıq sazişinin şərtlərinə əməl etməyərək alimenti vaxtlı-vaxtında ödəmir. Beləliklə hesab edir ki, onunla Maraqlı şəxs arasında mediatorun iştirakı ilə bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/8/2024-00474 saylı “Barışıq Sazişi”-nin məcburi icrası üçün həmin saziş məhkəmə qaydasında təsdiq edilməlidir.

Tərəflərin izahatları:

3. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin dəlillərinə uyğun şəkildə izahat verərək, ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.

4. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir.

5. Belə olan halda, məhkəmə maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

İş materialları:

6. Ərizəçi və Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/8/2024- 00474 saylı nömrəli barışıq sazişinin 3-cü və 4-cü bəndi “Mediasiya (mübahisə) tərəfləri qarşılıqlı razılığa gəldilər ki, “Birinci tərəf X1 tərəf həyat yoldaşı Maraqlı şəxs ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İkinci tərəf Maraqlı şəxs ona xx.xx.2024-cü il tarixdən etibarən ona hər ayın 10-dək hər uşaq üçün 235 (iki yüz otuz beş) AZN olmaqla ümumilikdə 470 AZN məbləğində aliment ödəyəcəyinə dair öz üzərinə götürdüyü öhdəliklə razıdır. Bu vəsaitin cavabdeh təqdim edəcəyi və ona məxsus olan bank kartına ödəniləcəyi ilə razıdır. Birinci tərəf X1 tərəf həyat yoldaşı Maraqlı şəxs ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ödəyəcəyi aliment məbləğini gələcəkdə ölkə üzrə yaşayış minimumuna dəyişiklik edildiyi təqdirdə ona cavabdeh Maraqlı şəxs tərəfindən ödənilməli olan aliment məbləğini bu dəyişikliyə əsasən aparacağına dair öz üzərinə götürdüyü öhdəliklə razıdır”.

7. Qəbzin surətindən görünür ki, Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərkən 100 manat dövlət rüsumu ödəmişdir.

8. AZE seriyalı, 12808146 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.2009-cu ildə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında Maraqlı şəxs, ana qrafasında Ərizəçi qeyd edilmişdir.

9. AZE seriyalı, 12808147 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.2012-ci ildə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında Maraqlı şəxs, ana qrafasında Ərizəçi qeyd edilmişdir.

İşin faktiki halları:

10. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında xx.xx.2024-cü il tarixli MŞB/8/2024-00474 saylı barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin 3-cü və 4-cü bəndi “Birinci tərəf X1 tərəf həyat yoldaşı Maraqlı şəxs ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İkinci tərəf Maraqlı şəxs ona xx.xx.2024-cü il tarixdən etibarən ona hər ayın 10-dək hər uşaq üçün 235 (iki yüz otuz beş) AZN olmaqla ümumilikdə 470 AZN məbləğində aliment ödəyəcəyinə dair öz üzərinə götürdüyü öhdəliklə razıdır. Bu vəsaitin cavabdeh təqdim edəcəyi və ona məxsus olan bank kartına ödəniləcəyi ilə razıdır. Birinci tərəf X1 tərəf həyat yoldaşı Maraqlı şəxs ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ödəyəcəyi aliment məbləğini gələcəkdə ölkə üzrə yaşayış minimumuna dəyişiklik edildiyi təqdirdə ona cavabdeh Maraqlı şəxs tərəfindən ödənilməli olan aliment məbləğini bu dəyişikliyə əsasən aparacağına dair öz üzərinə götürdüyü öhdəliklə razıdır”. Lakin Maraqlı şəxs barışıq sazişinin şərtlərinə əməl etmir və Ərizəçi barışıq sazişinin təsdiq edilməsini xahiş edir.

Tətbiq edilən hüquq:

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. 355-26.1.1-ci maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda. 355-26.1.2-ci maddəsinə əsasən barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda.

12. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun:

34.1-ci bəndinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır.

Məhkəmənin mövqeyi:

13. Məhkəmə, ərizəçinin izahatını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə təmin edilməldir.

14. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişlər, lakin maraqlı şəxs barışıq sazişinin 3-cü və 4cü bəndinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Göründüyü kimi, tərəflər arasında xx.xx.2024-cü il tarixdə mediator tərəfindən təsdiqlənmiş barışıq sazişinin 3-cü və 4-cü bəndinin şərtləri maraqlı şəxs tərəfindən pozulmuşdur. Belə ki, həm barışıq sazişində, həm də qanunvericilikdə barışıq sazişinin könüllü icra olunması üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin Ərizəçi oğlu barışıq sazişinin şərtlərinə əməl etməmiş və X4 və X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün üzərinə götürdüyü alimenti ödəməmişdir.

15. Məhkəmə barışıq sazişinin icra olunması müddətini nəzərə alaraq hesab edir ki, alimentin tutulması barışıq sazişində nəzərdə tutulmuş tarixdən, yəni xx.xx.2024-cü il tarixdən başlayaraq hesablanmalıdır.

Məhkəmə baxışının hədləri:

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

234-cü maddəsinə müvafiq olaraq şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-25.4-ci maddəsinə əsasən qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir.

17. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun:

9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

Məhkəmə xərcləri:

18. Ərizə təmin edildiyindən və ərizəçi tələb etmədiyindən ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir.

Nəticə:

19. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/8/2024-00474 saylı Barışıq sazişinin 3-cü və 4-cü bəndinin şərtləri təsdiq olunmalıdır.

20. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119cu, 216-220-ci, 307-311-ci, 355-23-355-26-cı maddələrini rəhbər tutaraq məhkəmə,

Qət etdi:

Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/8/2024- 00474 saylı barışıq sazişinin 3-cü və 4-cü bəndi “Birinci tərəf X1 tərəf həyat yoldaşı Maraqlı şəxs ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İkinci tərəf Maraqlı şəxs ona xx.xx.2024-cü il tarixdən etibarən ona hər ayın 10-dək hər uşaq üçün 235 (iki yüz otuz beş) AZN olmaqla ümumilikdə 470 AZN məbləğində aliment ödəyəcəyinə dair öz üzərinə götürdüyü öhdəliklə razıdır. Bu vəsaitin cavabdeh təqdim edəcəyi və ona məxsus olan bank kartına ödəniləcəyi ilə razıdır. Birinci tərəf X1 tərəf həyat yoldaşı Maraqlı şəxs ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ödəyəcəyi aliment məbləğini gələcəkdə ölkə üzrə yaşayış minimumuna dəyişiklik edildiyi təqdirdə ona cavabdeh Maraqlı şəxs tərəfindən ödənilməli olan aliment məbləğini bu dəyişikliyə əsasən aparacağına dair öz üzərinə götürdüyü öhdəliklə razıdır” təsdiq edilsin. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar