Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2271/2021 02.06.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi izahat verərək bildirdi ki, o, hal-hazırda ünvan 1 ünvanında qeydiyyatdadır və ailəsi ilə birlikdə həmin mənzildə yaşıyır. Mərhum əri 18.10.1972-ci il təvəllüdlü X8 ürək ağrılarından əziyyət çəkirdi və müalicə olunurdu. 22 mart 2021-ci il tarixdə mərhum həyat yoldaşı X1 qəfildən pisləşib dərhal təcili tibbi yardım çağırıb. Təcili tibbi yardım stansiyasının həkimi ərinə tibbi yardım göstərmiş süni nəfəs və ürək masajı etsə də Məhsud yaşadığı ünvanda həkimin yanında vəfat etmişdir. Təcili tibbi yardımın həkimi X3 ölməsi barədə arayış verdi. O, ünvan 1 ünvanında qeydiyyatda olduğu üçün həmin ölüm haqqında arayışı Bakı Şəhər Nizami Rayonu Qeydiyyat Şöbəsində ölüm haqqında şəhadətnamə verilməsi üçün təqdim etmiş, lakin ölüm haqqında şəhadətnamə verilməmiş və imtina olunmuşdur. Mərhum əri 18.10.1972-ci il təvəllüdlü X8 ünvan 1 ünvanında vəfat etmişdir. Qeyd olunanlara əsasən 22.03.2021-ci il tarixdə Bakı şəhərində vəfat etmiş 18.10.1972-ci il təvəllüdlü mərhum əri X3 ölüm faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasını vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin müddəalarını rəhbər tutaraq, maraqlı tərəf Bakı şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid X7 ifadəsində bildirdi ki, mərhum X8 onun qardaşıdır. O, qardaşından ayrı yaşayır. Qardaşı ürək tutmasından vəfat etmişdir. Təcili yardım gəldi, lakin ona kömək edə bilmədi. Zabratda dəfn olunub. Məhkəmə iclasında şahid X11 ifadəsində bildirdi ki, ərizəçinin qonşusudur. Ərizəçi ilə yaxın münasibətdədir. 22 mart 2021-ci l tarixində Təcili yardım maşınını görmüş və ərizəçinin evinə getmişdir. Səidənin evinə gedəndə təcili yardımın həkimi qonşusu X2 nəfəs verdiyini və ürək masajı etdiyini görmüş. Qonşusu Məhsud ürək tutmasında rəhmətə getdiyini bilmişdir. Mərhum Zabrat qəsəbəsindəki qəbirstanlıqda dəfn olunub. 2021-ci ilin martın 22-də dəfndə iştirak etmişdir. Qırx mərasimində də iştirak edib. Məhkəmə ərizəçinin və şahidlərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan V-JQ seriyalı 397756 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 ilə X9 arasında Bakı şəhəri Lenin rayonu VVAQ şöbəsində 21.11.1990-cı il tarixdə nikah bağlanmış və 1642 nömrəsi ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra Yunisova Səidə “Piriyeva” soyadını qəbul etmişdir. İş materiallarında olan Təcili və X6 Stansiyasının 22.03.2021-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, X8 həkim yanında ölmüşdür. İş materiallarında olan AZE seriyalı 15905720 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 18.10.1972-ci il təvəllüdlü X8 Bakı şəhərində anadan olmuşdur. ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsi tərəfindən ərizəçiyə ünvanlanmış 05Q-727/15 saylı 20.04.2021-ci il tarixli məktubda göstərilir ki, X3 ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə ölüm faktını təsdiq edən tibb müəsisəsinin müvafiq sənədi olduqda qeydiyyat şöbəsi tərəfindən aparılır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarında olan 21.05.2021-ci il tarixli arayışından görünür ki, X8 22.03.2021-ci il tarixdə Zabrat qəsəbəsi, Xavər Əliyev küçəsində yerləşən 3 saylı qəbiristanlıqda dəfn edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 307.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göründüyü kimi, X10 22 mart 2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi təqdim olunmuş sənədlərlə və şahid ifadələri ilə tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, bu faktın təsdiq edilməsi X5 ölüm haqqında şəhadətnaməsinin alınması üçün tələb olunur. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 18 oktyabr 1972-ci il təvəllüdlü X5 22 mart 2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi barədə hüquqi fakt müəyyən edilməlidir. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin olunsun. 18 oktyabr 1972-ci il təvəllüdlü X5 22 mart 2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi barədə hüquqi fakt müəyyən edilsin. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərclərinə aid olan ödənilmiş 10,0 manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-2271/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2271/2021
02.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver