Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2343/2024 26.08.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı olan “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. Tələb :
1. Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən 20 sentyabr 1947ci il təvəllüdlü X6 16 sentyabr 2022-ci il tarixdə Ağstafa rayonunda vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Ərizənin əsaslandırıldığı hallar :
2. Ərizə onunla əsaslandırılmışdır ki, 16 sentyabr 2022-ci il tarixdə evdə olduqları vaxt X1 vəziyyəti pisləşmişdir. Onlar dərhal Təcili Yardıma zəng vurmuş, lakin Təcili Yardım gələnə kimi anası rəhmətə getmişdir. X2 Qala kənd qəbərəstanlığında dəfn etmişlər. Maraqlı şəxsnə anasının ölüm şəhadətnaməsinin alınması ilə bağlı müraciət etmişdir. Lakin müvafiq orqan tərəfindən ölüm faktını təsdiq edən tibbi şəhadətnamənin olmaması səbəbindən onun müraciəti təmin olunmamışdır. Bu səbəbdən ölüm faktının müəyyən edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət etməsini məsləhət görülmüşdür. X1 ölümünü təsdiq edən şəhadətnamə olmadığından sənədləşmə işlərində problemlərlə üzləşirlər. Bu səbəbdən də məhkəməyə müraciət etmişdir.
İş materialları :
3. Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 3-16-5/7-271/15-23 saylı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının 8.5-ci bəndinə əsasən ölüm faktı ölüm haqqında tibbi şəhadətnamə ilə təsdiq olunmalıdır. Ölüm faktını təsdiq edən sənəd təqdim edilmədiyindən ölüm faktını müəyyən etmək mümkün olmamışdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmaqdıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilməsi qeyd edilərək, məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur.
4. AZ-T seriyalı, 023839 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1947-ci ildə Ağstafa rayonunda doğulmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1947-ci il tarixdə 31 nömrə ilə qeyd edilmişdir. X3, anası X5r.
5. 305759 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçixx.xx.1985-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1985-ci il tarixdə 1853 nömrə ilə qeyd edilmişdir. X4, anası X8r.
6. Ağstafa rayon Mərkəzi xəstəxanası X16 Konsultativ Poliklinikası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 4714 nömrəli arayışdan görünür ki, xx.xx.2022-ci il saat 19:28-də Ağstafa RMX-nın təcili tibbi yardım şöbəsinə çağırış verilmişdir. Həkim briqadası 757 saylı çağırışla həmin ünvana getmiş və meyit aşkar etmişdir. Ətrafdakıların deməsinə görə meyit Bakı şəhəri, Nizami rayonu sakini, 1947-ci il təvəllüdlü X9 məxsusdur.
7. Ağstafa rayon Mərkəzi xəstəxanası X16 Konsultativ Poliklinikası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 4866 nömrəli arayışdan görünür ki, xx.xx.2022-ci il saat 20:20-də Ağstafa RMX-nın təcili tibbi yardım şöbəsinə çağırış verilmişdir. Həkim briqadası 757 saylı çağırışla həmin ünvana getmiş və meyit aşkar etmişdir. Ətrafdakıların deməsinə görə meyit X9 məxsusdur.
8. Azərbaycan Respublikası Bakı şəhəri icra hakimiyyəti nəzdində 124 nömrəli Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Ərizəçi anası X10 vəfat etdiyi xx.xx.2022-ci il tarixinə qədər Q.Qarayev küçəsi,126-cı evin 125 nömrəli mənzilində yaşamışdır.
9. İş materiallarına X6 qəbir daşının fotoşəkli əlavə edilmişdir.
10. xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, Ərizəçi tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödənilmişdir.
Tərəflərin izahatları :
11. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, vəfat edən şəxs onun anasıdır. Anası 16 sentyabr 2023-cü il tarixində Ağstafa rayonunda vəfat etmişdir. Anası vəfat edən zaman o Bakı şəhərində olmuşdur. Anası onunla birlikdə Bakı şəhərində yaşayır, yay aylarında isə rayona gedir. Onun anasının vəfat xəbərini eşitdikdən sonra həmin gün axşamı, yəni 16 sentyabr 2023-cü il tarixində Ağstafa rayonuna getmişdir. Mərhumu 17 sentyabr 2023-cü il tarixində Bakı şəhərində dəfn etmişlər. Mərhum anası vəfat etdiyi zaman onun qardaşı və həyat yoldaşı yanında olmuşdur. O, həmçnin qeyd etmişdir ki, hazırki ərizə ilə məhkəməyə müraciət edilməsinin səbəbi onların sənədləşmə işlərində rastlaşdıqları çətinliklər ilə bağlıdır. Belə ki, qaz, su işiq, telefon xətti mərhumun adındadır. Hər hansı problem olduqda ölüm haqqında şəhadətnaməni onlardan tələb edirlər.
12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir.
Şahid ifadələri:
13. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 izahatında bildirmişdir ki, vəfat edən şəxs onun qayınanasıdır. O, 16 sentyabr 2024-cü il tarixində vəfat etmişdir. Qayınanası onlarla birlikdə yaşayırdı. O, yay aylarında dincəlmək üçün rayona, Ağstafa rayonuna gedirmiş. Mərhum meyvə toplamaq üçün ağaca çıxıb, ehtimal edir ki, təzyiqi qalxdığına görə yıxılmışdır. Həkimlər tərəfindən gəlib meyitə baxılmış və qeyd etmişlər ki infaky keçirtmişdir. Həmin vaxt evdə qaynı və onun həyat yoldaşı olmuşdur. Mərhumun vəfat etməsi haqqında onlara 16 sentyabr 2024-cü il tarixdə saat 19:00-da məlumat verildikdən sonra onlar rayona getmişdir. Həmin gecə səhər meyitə baxış keçirildikdən sonra səhər 9-10 radələrində meyiti gətirib Bakıda dəfn etmişlər. Mərhum öz yoldaşının yanında dəfn edilmək istədiyi üçün onu Bakıda dəfn etmişlər.
14. Məhkəmə iclasında whatsapp sosial tətbiq vasitəsilə dindirilən Şahid2 izahatında bildirmişdir ki, o, ərizəçinin qardaşıdır. Mərhum onun anasıdır. O, 16 sentyabr 2023-cü il tarixində onun yanında, Ağstafa rayonunda vəfat etmişdir. Mərhum vəfat etdikdən sonra Bakıya gətirib Bakıda dəfn etmişlər.
Tətbiq edilən hüquq :
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :
14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının;
308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.
311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
16. Azərbaycan Respublikası Ailə Məcəlləsi :
158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 164.4. Vətəndaşlıq vəziyyəti aktının qeyd olunduğu haqqında ərizə verən şəxslərə müvafiq şəhadətnamə verilir. 164.5. Vətəndaşlıq vəziyyəti akt qeydi “Elektron məhkəmə” informasiya sistemindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülmüş məhkəmə qətnaməsindən çıxarışa əsasən aparıldıqda, akt qeydi üzrə şəhadətnamə və ya arayış barəsində akt qeydi tərtib edilmiş şəxs müraciət etdikdə verilir.
193. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 194.2. Ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 195.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndi: Ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.
18. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının:
1.2. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.3. Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. 4.8. Ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur.
İşin faktiki halı :
19. xx.xx.1947-ci il təvəllüdlü X10 xx.xx.2022-ci il tarixdə Ağstafa rayonunda təcili tibbi yardım gələnədək vəfat etmiş və “Qala Kənd” qəbirstanlığında dəfn edilmişdir.
20. X6 ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı) olmadığı üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən ölüm barədə akt qeydinin aparılmasından imtina edilmişdir.
21. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, X6 ölməsi faktının məhkəmədən kənar müəyyən edilməsi mümkün deyil və ərizəçi həmin faktı təsdiq edən sənədi başqa qaydada ala bilməz.
22. Məhkəmə qeyd edir ki, xx.xx.1947-ci il təvəllüdlü X6 xx.xx.2022-cu il tarixdə Ağstafa rayonunda ölməsinə dair hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir.
Məhkəmənin mövqeyi :
23. Məhkəmə ərizəçinin izahatını dinləyib, şahid ifadələrini, iş materiallarını tədqiq edərək, eyni zamanda işdə olan sübutları qiymətləndirərək qeyd edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir.
24. Belə ki, xx.xx.1947-ci il təvəllüdlü X6 xx.xx.2022-cu il tarixdə Ağstafa rayonunda vəfat etməsi faktı iş materialları, şahid ifadələri ilə öz təsdiqini tapmışdır.
25. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, qərarının 4.8-ci bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur.
26. Mülki işin materiallarından da görünür ki, Ərizəçi qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ölüm faktını təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə olmaması səbəbindən ölüm haqqında akt qeydinin aparılması mümkün olmamışdır.
27. Belə ki, Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən verilmiş 3-16-5/7-2715/15-23 saylı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, X6 ölüm faktını təsdiq edən sənəd təqdim edilmədiyindən ölüm akt qeydinin aparılmasından imtina edilmiş və ölüm faktını müəyyən etmək üçün məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Buna görə də ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etmişdir.
28. Hazırkı halda ölüm faktının məhkəmədən kənar qaydada müəyyən edilməsi və ərizəçinin həmin faktı təsdiq edən sənədi başqa qaydada alması mümkün olmadığından ərizəçi haqlı olaraq məhkəməyə müraciət etmiş və onun anasının ölüm faktı məhkəmə qaydasında müəyyən olunmalıdır.
Nəticə :
29. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, ərizə təmin edilməli və xx.xx.1947-ci il təvəllüdlü X6 xx.xx.2022-ci il tarixdə Ağstafa rayonunda ölməsi faktı müəyyən edilməlidir.
30. Məhkəmə qeyd edir ki, ərizənin verilməsinə görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir.
31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdi :
Ərizə təmin edilsin. xx.xx.1947-ci il təvəllüdlü X6 xx.xx.2022-ci il tarixdə Ağstafa rayonunda ölməsi faktı müəyyən edilsin. Qətnamə ölüm barədə akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ərizənin verilməsinə görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Starə Əliyeva