Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2347/2025 03.06.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Teymurov Ayaz Yunus oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi : İddia tələbi :
1. Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizə ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən mediator X2 tərəfindən keçirilmiş mediasiya sessiyasında Maraqlı şəxs ilə Ərizəçi arasında bağlanmış 25 iyun 2024-cii il tarixli barışıq sazişinin aliment hissəsinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Ərizənin əsaslandırıldığı hallar :
2. Ərizə onunla əsaslandırılmışdır ki, o, X3 cavabdeh Maraqlı şəxs ilə 01 sentyabr 2012-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə nikahdan 25 oktyabr 2012-ci il tarixdə X7 anadan olmuşdur. Aralarında baş vermiş narazılıqlar nəticəsində nikahlarının pozulması ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 oktyabr 2024-cü il tarixli, e-2(007)-2616/2024 saylı qətnamə ilə aralarında olan nikah pozulmuşdur. Aliment məbləğinin müəyyən edilməsi həlli məqsədi ilə mediyasiya şurasının Bakı 6 saylı Mediasiya Təşkilatına etdiyi müraciət etmiş və onun əsasında təşkilatın mediatoru X2 vasitəsi ilə Maraqlı şəxs ilə onun arasında 25 iyun 2024-cü il tarixli Barışıq Sazişi bağlanmışdır. Mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri: 2.1 Tərəflər kimi çıxış edən X3 və Maraqlı şəxs xx.xx.2012-ci il tarixdə, №1114 nömrə ilə qeydə alınmış nikahın məhkəmədə qaydasında pozulmasına etiraz etmirlər. 2.2 İkinci tərəf kimi çıxış edən Maraqlı şəxs övladı xx.xx.2012-ci il təvəllüdlü X4 anası Ərizəçi himayəsində qalmasına etiraz etmir. 2.3. İkinci tərəf kimi çıxış edən Maraqlı şəxs övladı xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 AZN aliment haqqını birinci tərəf kimi çıxış edən X1 adına olan bank hesabına ödəməyi öhdəsinə götürür. 2.4 Birinci tərəf kimi çıxış edən X3 övladı xx.xx.2012-ci il təvəllüdlü X4 atası Maraqlı şəxs ilə sərbəst ünsiyyətinə (görüşünə) etiraz etmir. Tərəflər arasında qeyd edilən şərtlərlə barışıq sazişinin imzalanmasına baxmayaraq, Maraqlı şəxs sazişin aliment hissəsində göstərilən öhdəliklərini bu günədək icra etməmişdir. İş materialları :
3. “Mediasiya Şurası” Bakı 6 saylı Mediasiya təşkilatının MŞB/6-01158 nömrəli xx.xx.2024-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər kimi çıxış edən Ərizəçi və Maraqlı şəxs xx.xx.2012-ci il tarixdə, №1114 nömrə ilə qeydə alınmış nikahın məhkəmə qaydasında pozulmasına etiraz etməmələri, ikinci tərəf kimi çıxış edən Maraqlı şəxs övladı xx.xx.2012-ci il təvəllüdlü X4 anası Ərizəçi himayəsində qalmasına etiraz etməmələri, ikinci tərəf kimi çıxış edən Maraqlı şəxs övladı xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 (iki yüz otuz beş) manat aliment haqqını birinci tərəf kimi çıxış edən X1 adına olan bank hesabına ödəməsini öhdəsinə götürməsi, birinci tərəf kimi çıxış edən X3 övladı xx.xx.2012-ci il təvəllüdlü X4 atası Maraqlı şəxs ilə sərbəst ünsiyyətinə (görüşünə) etiraz etməməsi barədə razılığa gəlmişlər.
4. “Mediasiya Şurası” Bakı 6 saylı Mediasiya təşkilatının MŞB/6-01158 nömrəli xx.xx.2024-cü il tarixli “mediasiya prosesinə xitam verilməsi haqqında” protokoldan görünür ki, mediasiya prosesinə mübahisə tərəflərin qarşılıqlı razılaşması ilə həllinin mümkünsüzlüyü mediator tərəfindən müəyyən edildiyindən xitam verilmişdir. Ərizəçi tərəfindən mediasiya xərcinin əvəzi olaraq 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
5. AZ-İ seriyalı, 520772 nömrəli “nikahın pozulması haqqında şəhadətnamə”nin surətindən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi arasında bağlanılmış nikah Nizami Rayon Məhkəməsinin qətnaməsinə əsasən xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixdə 452 nömrə ilə qeyd edilmişdir.
6. AZ-İİİ seriyalı, 004170 nömrəli “doğum haqqında şəhadəntamə”nin surətindən görünür ki, X8 xx.xx.2012-ci il tarixində doğulmuş və bu barədə Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən doğum haqqında akt qeydləri kitabında xx.xx.2012-ci il tarixdə 3671 nömrə ilə qeyd edilmişdir.
7. AZE seriyalı 18213414 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.2012-ci il tarixdə anadan olmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidir.
8. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(007)-2616/2024 saylı qətnaməsindən görünür ki, iddianın təmin edilməsi, Maraqlı şəxs ilə Ərizəçi arasında Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsində bağlanmış və 01 sentyabr 2012-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1114 nömrə ilə qeyd edilmiş nikahın pozulması qət edilmişdir.
9. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, ərizəçi tərəfindən məhkəməyə müraciət etmək üçün 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
10. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, ərizəçi tərəfindən məhkəməyə müraciət etmək üçün 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
Tərəflərin izahatları :
11. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, barışıq sazişi bağlansa da, cavabdeh həmin vaxtdan indiyə qədər aliment ödəməmişdir. Cavabdeh fotoqraf kimi işləyir və hazırda ölkədədir.
12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
13. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq :
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :
14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 234.2.1. Şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. 305.1.17. məhkəmə xüsusi icraat qaydasında “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında” işə baxır. 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun.
15. Azərbaycan Respublikası Ailə Məcəlləsi:
75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 75.5. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir.
16. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu:
3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. 26.1. Ailə münasibətlərindən irəli gələn aşağıdakı mübahisələr bu Qanuna uyğun olaraq mediasiya vasitəsilə həll oluna bilər: 26.1.1. nikahın davam etdirilməsi şərtləri; 26.1.2. valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası; 26.1.3. uşağın yaşayış yerinin müəyyən edilməsi; 26.1.4. uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası; 26.1.5. ailə münasibətlərindən irəli gələn digər mübahisələr. 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur.
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarı : Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
18. “Uşaq Hüquqları haqqında” Qanun :
5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 19-cu maddəsinin 1-ci bəndinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. İşin faktiki halı :
19. Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, Ərizəçi və Maraqlı şəxs xx.xx.2012-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Tərəflərin birgə nikahlarından xx.xx.2012-ci il təvəllüdlü X7 doğulmuşdur.
20. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində MŞB/6-01158 nömrəli xx.xx.2024-cü il tarixli barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin 2.3-cü bəndinə əsasən Maraqlı şəxs övladı xx.xx.2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat aliment haqqını birinci tərəf kimi çıxış edən Ərizəçi adına olan bank hesabına ödəməyi öhdəsinə götürmüşdür.
21. Maraqlı şəxs qeyd edilən barışıq sazişinin şərtlərini yerinə yetirmədiyindən Ərizəçi 25 iyun 2024-cü il tarixli barışıq sazişinin alimentə dair hissəsinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Məhkəmənin mövqeyi :
22. Məhkəmə iş materiallarını tədqiq edərək, işdə olan sübutları qiymətləndirərək və iddiaçının izahatını dinləyərək qeyd edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir.
23. Belə ki, ailə qanunvericiliyə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar və uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Mediasiya haqqında qanunvericiliyə əsasən isə ailə münasibətlərindən irəli gələn mübahisələr, o cümlədən uşağın saxlanılması qaydası mediasiya vasitəsilə həll oluna bilər. Valideynlər mediasiya prosesində barışıq sazişi bağlamaqla alimentin miqdarını və ödənilmə qaydasını müəyyən edə bilərlər.
24. Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişi könüllü şəkildə icra edilmədikdə və barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd deyildirsə, mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanılmamışdırsa, məhkəmə qaydasında təsdiq edilə bilər.
25. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, Maraqlı şəxs mediasiya prosesi nəticəsində bağlanmış MŞB/6-01158 nömrəli xx.xx.2024-cü il tarixli barışıq sazişinin alimentə dair hissəsinin şərtlərini qanunla müəyyən edilmiş müddətdə yerinə yetirməmişdir.
26. Məhkəmə qeyd edir ki, sözügedən MŞB/6-01158 nömrəli xx.xx.2024-cü il tarixli mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin alimentə dair hissəsi qanuna zidd deyildir və mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmur.
27. Sadalanan xüsusatlara əsasən məhkəmə qeyd edir ki, Ərizəçi Azərbaycan Respublikası MPM-nin 305.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə hazırki ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır.
Nəticə :
28. Beləliklə məhkəmə qeyd edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/6-01158 saylı barışıq sazişi alimentə dair hissəsdə təsdiq edilməlidir.
29. Məhkəmə qeyd edir ki, Ərizəçi tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun əvəzi Maraqlı şəxs tutularaq ərizəçiyə ödənilməlidir.
30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 355-23-355-26, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdi : Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında Bakı 6 saylı Mediasiya Təşkilatında bağlanmış MŞB/6-01158 saylı, xx.xx.2024-cü il tarixli barışıq sazişi alimentə dair hissədə aşağıdakı məzmunda təsdiq edilsin: “Maraqlı şəxs birgə nikahdan dünyaya gələn xx.xx.2012-ci il təvəllüdlü övladı X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat alimenti Ərizəçi adına olan bank hesabına ödəyəcəyinə dair öhdəlik götürür”. Ərizəçi tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Maraqlı şəxs tutularaq ərizəçiyə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir
Hakim Starə Əliyeva