Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2378/2023 12.10.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, iyun ayının 12-dən həyat yoldaşı X8 özünü pis hiss edirdi. Buna baxmayaraq, o həkimə müraciət etməkdən imtina edirdi. Onun mədə-bağırsaq problemi və qarın boşluğu yırtığı vardı. 2002-ci ildə Moskva şəhərindən Bakıya qayıdıb və bundan sonra poliklinikada qeydiyyatda olmayıb. Cari ilin 19 iyun tarixində səhər saat 06:30-da təcili tibbi yardım çağırılıb və həkim gəlib həyat yoldaşının ölüm faktını təsdiq edib. Həkim gələnə qədər yoldaşı rəhmətə gedib. Bu faktı təsdiq edən təcili və X2 stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsinin surətini ərizəyə əlavə edir. Həmin vərəqədə ölümün ilkin səbəbi kimi həkimə qədər ölüm qeyd olub. Bununla əlaqədar ona ölüm şəhadətnaməsi verilməyib və bu səbəbdən o, məhkəməyə müraciət edir. Bildirmək istəyir ki, Şirvan Şəhər Bələdiyyəsinin 10 iyul 2023-cü il tarixli aktı ilə təsdiq olunur ki həqiqətən də mərhum yoldaşı X8 xx.xx.2023-cü ildə Şirvan Şəhər Qəbiristanğında dəfn olunub və dəfn mərasimi ilə bağlı bütün xərcləri özü çəkib. Həmin aktın surətini ərizəyə əlavə edir. Qeyd edi ki, adıçəkilən sənədlərlə yanaşı mərhum həyat yoldaşının qəbrinin fotoşəkili də ərizəyə qoşma kimi əlavə olunur. Qeyd edilənlərə əsasən mərhum həyat yoldaşı X4 19 iyun 2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1960-cı il təvəllüdlü X4 19 iyun 2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin dəlillərini müdafiə edib, eyni məzmunlu izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Belə olan halda, məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilən X1 ifadə verərək göstərdi ki, ərizəçi onun anası, mərhum isə atasıdır. Mərhum xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Onlar birlikdə yaşayırdılar. Təcili Tibbi yardım gələndə artıq atası vəfat etmişdir. O, dəfn və yas mərasimində iştirak etmişdir. Atası Şirvan qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilən X3 ifadə verərək göstərdi ki, ərizəçi onun qonşusudur. Mərhum xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. O, yas mərasimində iştirak etmişdir. Mərhum Əli-Bayramlı şəhərində dəfn olunmuşdur. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZE seriyalı, 09437664 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.1960-cı ildə Əli-Bayramlı şəhərində anadan olmuşdur, ünvan 1 ünvanında qeydiyyata alınmışdır; - AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1967-ci ildə Əli-Bayramlı şəhərində anadan olmuşdur, ünvan 2 ünvanında qeydiyyata alınmışdır; - V-ЖГ seriyalı, 307025 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X8 ilə X5 xx.xx.1989-cu il tarixdə nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 324 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Qəmbərov”, arvada “Qəmbərova” soyadı verilmişdir; - Bakı şəhəri Təcili və X2 Stansiyasının 6 saylı Bölməsinin xx.xx.2023-cü il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, saat 07:22-də B.Nuriyev küçəsi, ev 16, mənzil 47 ünvanında X4 yanına gəldikdə, kişi cinsli meyit, həkimə qədər ölüm müəyyən edilmişdir; - Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-16-5/7-1615-15/23 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinin tələblərinə əsasən “Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.4-cü bəndinə əsasən ölüm haqqında məlumat Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyinə ölümün baş verdiyi və ya meyitin tapıldığı vaxtdan on gündən gec olmayaraq verilməlidir. Eyni zamanda bildirirlər ki, bu qaydaların 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göstərilənlərlə bağlı nəzərə çatdırırlar ki, yoldaşı X4 ölüm faktını təsdiq edən sənədi təqdim edə bilmədiklərindən ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur; - 6 nömrəli Şəhər Poliklinikasının xx.xx.2023-cü il tarixli 147 saylı məlumatından görünür ki, Xətai rayon 6 nömrəli şəhər polikl nikasının rəhbərliyi "Ölüm haqqında tibbi şəhadətnamə" nin verilməsi qaydasına dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 52 nömrəli əmrinə əsasən ünvan 4 ünvanında qeydiyyatda olmuş və ünvan 5mış xx.xx.1960-cı il təvəllüdlü X6 6 nömrəli şəhər poliklinikası xəstəliyi ilə əlaqədar heç bir müraciəti olmamışdır. Bu səbəbdən məhruma tərəflərindən ölüm haqqında sənəd (f-a - 106) verilə bilmir; - Şirvan Bələdiyyəsinin rəhbərliyi və mərhumun ailə üzvləri tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, X8 xx.xx.2023-cü il tarixdə vəfat etmiş və Şirban şəhər qəbiristanlığında dəfn olunmuşdur; - Məhkəməyə mərhum X4 qəbrinin yerləşdiyi yerin fotoşəkilləri təqdim edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi xx.xx.1960-cı ildə Əli-Bayramlı şəhərində doğulmuş əri X8 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Lakin ərizəçi ölüm faktını təsdiq edən tibbi şəhadətnamə almamışdır. Ərizəçi ərinin ölümünün qeydə alınaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölümün qeydə alınmasından imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göründüyü kimi, ərizəçi mərhumun ölümünü qeyd etdirə və bu haqda şəhadətnaməni başqa qaydada ala bilmədiyindən bununla bağlı məhkəməyə müraciət etmişdir. Ölümün qeyd edilməsi ərizəçiyə müvafiq sənədlərin hazırlanması üçün lazımdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1960-cı ildə Əli-Bayramlı şəhərində doğulmuş əri X4 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1960-cı ildə Əli-Bayramlı şəhərində doğulmuş X4 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-2378/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2378/2023
12.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver