Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2378/2024 11.07.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixində bağlanmış MŞB/8/2024-01166 nömrəli barışıq sazişinin şərtlərinin təsdiq edilməsinə və barışıq sazişinin məcburi icra edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onunla Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixində bağlanmış MŞB/8/2024-01166 nömrəli barışıq sazişinin şərtlərinə əsasən ikinci tərəf Maraqlı şəxs Bu Sazişi imzalandıqdan sonra Birinci tərəf (həyat yoldaşı) X2 ilə birgə nikah dövründə Birinci tərəfin adına "xxxx" ASC-nin Neftçilər filialından xx.xx.2024-cü il taixdə aldıqları 3 (üç) ödəniş xətindən ibarət olan kredit borcu öz şəxsi məqsədlərinə istifadə etdiyini təsdiq və etiraf edir. Reallıqda ona İkinci tərəfə aid olan Bu kredit borcunun banka ödənilməmiş qalan 5500 AZN hissəsinin tam bağlanması üçün xx.xx.2024-cü il tarixdən etibarən Birinci tərəf X1 (tərəflər arasında nikah münasibətlərinə xitam verildiyi təqdirdə belə) hər ayın 3-dək (üçünədək) (borc məbləği tam bağlanılanadək) hər ay 300 (üç yüz) AZN pul ödəyəcəyinə dair öz üzərinə öhdəlik götürür. Bu pul vəsaitinin Birinci tərəfin ona təqdim edəcəyi bank kartı hesabına hər ay ödəyəcəyinə dair öz üzərinə öhdəlik götürür. 2. İkinci tərəf Maraqlı şəxs Bu mübahisənin məhkəmədən kənar qaydada, tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edir. Öz üzərinə götürdüyü öhdəliklərini pozduğu təqdirdə Birinci tərəfin aidiyyəti məhkəməyə müraciət etmək (bu sazişi təsdiq etdirmək və məcburi icraya yönəltmək) hüququnu öz üzərində saxladığı ona məlumdur və buna etiraz etmir. Lakin qeyd edilən saziş bağladıqdan sonra, Maraqlı şəxs qanunsuz hərəkətsizlik göstərərək üzərinə götürdüyü aylıq ödənişin icrasından qərəzli şəkildə yayınmağa başlamışdır. Bundan sonra tərəfindən Maraqlı şəxs öhdəliyini könüllü qaydada ödənilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli təklif məktubu ünvanlansa da, maraqlı şəxs onunla telefon əlaqəsi saxlayarq ona ümumiyyətlə ödəniş ödəməyəcəyinə dair fikir bildirmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin dəlillərini müdafiə edib, eyni məzmunlu izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə tərəfləri iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunarsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM-nin): 305.1.17-ci maddəsinə müvafiq olaraq, məhkəmə xüsusi icraat qaydasında “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında” işə baxır. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində 30 may 2024-cü il tarixli barışıq sazişi bağlanmış və barışıq sazişi əsasında tərəflər birgə nikah dövründə "xxxx" ASC-nin Neftçilər filialından xx.xx.2024-cü il taixdə alınmış 3 (üç) ödəniş xətindən ibarət olan kredit borcunun ikinci tərəf Maraqlı şəxs tərəfindən öz şəxsi məqsədlərinə istifadə etdiyini təsdiq və etiraf etdiyi ilə və reallıqda ona ikinci tərəfə aid olan bu kredit borcunun banka ödənilməmiş qalan 5500 AZN hissəsinin tam bağlanması üçün xx.xx.2024-cü il tarixdən etibarən hər ay ona (tərəflər arasında nikah münasibətlərinə xitam verildiyi təqdirdə belə) birinci tərəfə X1 hər ayın 3-dək (üçünədək) (borc məbləği tam bağlanılanadək) hər ay 300 (üç yüz) AZN pul ödəyəcəyinə dair öz üzərinə götürdüyü öhdəliklər, bu pul vəsaitinin ikinci tərəfin ərizəçiyə məxsus olan bank kartı hesabına hər ay ödəyəcəyi barədə razılıq əldə etmişlər. Barışıq Sazişinin 6-cı bəndində qeyd edilmişdir ki, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən saziş tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 təqvim gün müddətində könüllü icra olunmalıdır. Lakin barışıq sazişinin şərtləri maraqlı şəxs tərəfindən qanunla müəyyən edilmiş müddət ərzində icra edilməmişdir. Hazırda ərizəçi 30 may 2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş edir. Məhkəmə ilk öncə qeyd edir ki, sözügedən 30 may 2024-cü il tarixli barışıq sazişi MPM-nin 355-26 maddəsinə və “Mediasiya haqqında” AR Qanununun 3.3 maddəsinə zidd deyildir və mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanmamışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi Azərbaycan Respublikası Azərbaycan Respublikası MPM-nin 305.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağanmış 30 may 2024-cü il tarixli barışıq sazişi təsdiq edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mediasiya xidmətinə görə 110 manat məbləğində pulun ödənilməsi səbəbindən ərizəçi iddia ərizəsinin verilməsi üçün ödəməli olduğu dövlət rüsumundan azad edilməli və məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi (birinci tərəf) ilə Maraqlı şəxs (ikinci tərəf) arasında mediasiya prosesi nəticəsində bağanmış 30 may 2024-cü il tarixli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin. Birinci tərəf: X2:
1. Bu Sazişi imzalandıqdan sonra İkinci tərəf (həyat yoldaşı) Maraqlı şəxs ilə birgə nikah dövründə "xxxx" ASC-nin Neftçilər filialından xx.xx.2024-cü il taixdə aldığı 3 (üç) ödəniş xətindən ibarət olan kredit borcunun İkinci tərəf Maraqlı şəxs tərəfindən öz şəxsi məqsədlərinə istifadə etdiyini təsdiq və etiraf etdiyi ilə və reallıqda ona İkinci tərəfə aid olan bu kredit borcunun banka ödənilməmiş qalan 5500 AZN hissəsinin tam bağlanması üçün xx.xx.2024-cü il tarixdən etibarən hər ay ona (tərəflər arasında nikah münasibətlərinə xitam verildiyi təqdirdə belə) Birinci tərəfə X1 hər ayın 3-dək (üçünədək) (borc məbləği tam bağlanılanadək) hər ay 300 (üç yüz) AZN pul ödəyəcəyinə dair öz üzərinə götürdüyü öhdəliklə razıdır. Bu pul vəsaitinin İkinci tərəfin ona məxsus olan bank kartı hesabına hər ay ödəyəcəyinə dair öz üzərinə götürdüyü öhdəliklə razıdır.
2. Bu mübahisənin məhkəmədən kənar qaydada, tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edir. İkinci tərəf öz üzərinə götürdüyü öhdəliklərini pozduğu təqdirdə aidiyyəti məhkəməyə müraciət etmək (bu sazişi təsdiq etdirmək və məcburi icraya yönəltmək) hüququnu öz üzərində saxlayır. İkinci tərəf: Maraqlı şəxs:
1. Bu Sazişi imzalandıqdan sonra Birinci tərəf (həyat yoldaşı) X2 ilə birgə nikah dövründə Birinci tərəfin adına "xxxx" ASC-nin Neftçilər filialından xx.xx.2024-cü il taixdə aldıqları 3 (üç) ödəniş xətindən ibarət olan kredit borcu öz şəxsi məqsədlərinə istifadə etdiyini təsdiq və etiraf edir. Reallıqda ona İkinci tərəfə aid olan Bu kredit borcunun banka ödənilməmiş qalan 5500 AZN hissəsinin tam bağlanması üçün xx.xx.2024-cü il tarixdən etibarən Birinci tərəf X1 (tərəflər arasında nikah münasibətlərinə xitam verildiyi təqdirdə belə) hər ayın 3-dək (üçünədək) (borc məbləği tam bağlanılanadək) hər ay 300 (üç yüz) AZN pul ödəyəcəyinə dair öz üzərinə öhdəlik götürür. Bu pul vəsaitinin Birinci tərəfin ona təqdim edəcəyi bank kartı hesabına hər ay Ödəyəcəyinə dair öz üzərinə öhdəlik götürür.
2. Bu mübahisənin məhkəmədən kənar qaydada, tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edir. Öz üzərinə götürdüyü öhdəliklərini pozduğu təqdirdə Birinci tərəfin aidiyyəti məhkəməyə müraciət etmək (bu sazişi təsdiq etdirmək və məcburi icraya yönəltmək) hüququnu öz üzərində saxladığı ona məlumdur və buna etiraz etmir.
Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Qumru Əliyeva