Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2382/2025 31.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Ləman Faiq qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: Ərizə və onun əsaslandırıldığı hallar: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1954-cü il təvəllüdlü X4 xx.xx.2025-ci il tarixində Bakı şəhərində ölməsi faktının məhkəmə tərəfindən müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, əri X6 xx.xx.2025-ci il tarixində evdə ölmüşdür. Belə ki, mərhum son dövrdə xəstəlikdən əziyyət çəkirdi, amma həkimə getməkdən imtina edirdi. Aprel ayının 27-dən 28-ə keçən gecə vəziyyəti pisləşmişdir. Təcili yardıma zəng etmişlər, lakin mərhum həkim gələnə kimi artıq rəhmətə getmişdir. Beləliklə 28 aprel 2025ci il tarixdə, saat 01.30-da xx.xx.1954-cü il təvəllüdlü X6 Bakı şəhərində yaşadıqları mənzildə rəhmətə getdi. Bakı şəhəri X16 X5 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli (saat 01:30) arayışda kişi cinsi, həkimə qədər ölüm halı qeyd edilmişdir. Bakı şəhəri Yasamal Rayonu 3 Nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 18-1-1-1/2- M-108-xx-xx/2025 nömrəli məktuba əsasən mərhuma ölüm haqqında həkim şəhadətnaməsi verilməsindən imtina edilmişdir. Mərhum artıq tərəflərindən dəfn edilmişdir. Buna baxmayaraq, hələ də ölüm haqqında şəhadətnamə ala bilmirlər. Belə ki, onlara ölüm haqqında tibbi şəhadətnamə verilmədiyi üçün müraciət etdikləri 3 saylı Bakı ASAN Xidmət Mərkəzinin Qeydiyyat Şöbəsi də imtina məktubu vermişdir. xx.xx.1954-cü il təvəllüdlü X4 xx.xx.2025-ci il tarixində Bakı şəhərində ölməsi faktının məhkəmə tərəfindən tanınması, onun ölümünün qeydiyat şöbəsində qeydə alınması üçün əsas olacaqdır. Tərəflərin izahatları: Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək mərhumun onun həyat yoldaşı olduğunu, mərhum həyat yoldaşının qanunauyğun şəkildə ölüm faktının sistemdə qeyd edilməsini və onun ölüm faktını təsdiq edən tibbi şəhadətnaməni almaq istədiyini bildirərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında X7 şahid qismində ifadə verərək göstərdi ki, mərhum onun dayısıdır, X1r, o da dünyasını dəyişmişdir. xx.xx.2025-ci il tarixdə, saat 00:30-da dayısının vəfat etməsi barədə ona zəng gəlmiş, o da mərhumun evinə getmiş, o gedəndə artıq X16 gəlib getmişdir. Dəfndə, üç və qırx mərasimlərində iştirak etmiş və mərasimlər Təzəpir Məscidində baş tutmuşdur. Mərhumu Günəşli qəsəbəsində yerləşən qəbristanlıqda dəfn ediblər. Ana nənəsi, digər dayısı da həmi qəbristanlıqda dəfn olunmuşdur. Məhkəmə iclasında X10 şahid qismində ifadə verərək göstərdi ki, mərhum onun dayısıdır, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə keçəndə dayısının ölüm xəbərini dayısının həyat yoldaşı olan ərizəçidən almış, həmin vaxt anası xəstə olduğu üçün o orada olmamışdır, ona sonradan birinci olaraq məlumat vermişlər. Ancaq o artıq gələndə mərhum dünyasını dəyişmiş, mərhumu mətbəxdə uzandırmış, üzünü örtmüşdürlər. Onlar gələndə artıq X16 ölümü təsdiqləyib getmişdirlər. Mərhum dayısını səhəri gün dəfn etmişlər, o da dəfndə iştirak etmişdir. X17 qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn edilmişdir. Mərhumun öz oğlu da həmin qəbiristanlıqda dəfn edilmişdir. Mərhumun üç və qırx mərasimləri Təzəpir Məscidində baş tutmuş, o da keçirilən mərasimlərdə iştirak etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olanda məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan ərizənin baxılmasını mümkün hesab etmişdir. İşin mübahisəsiz halları: İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1954-cü il tarixdə anadan olmuşdur. - Təcili və X2 xx.xx.2025-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xəstə X4 həkimə qədər ölüm, kişi cinsli meyit olması müəyyən edilmişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 3 Saylı Bakı “Asan Xidmət” X8 tərəfindən ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı ölüm haqqında tibbi şəhadətnamə ilə təsdiq olunmalıdır. Ölüm haqqında tibbi şəhadətnamə tərəflərindən təqdim edilmədiyindən və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülmüş məlumatlar arasında şəxsinölümünə dair məlumatlar aşkar edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması imkanları xaricindədir. - Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X18 "Bakı Baş Səhiyyə Mərkəzi" X18 3 Nömrəli şəhər Poliklinikası tərəfindən ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.1954-cü il təvəllüdlü X4 ölümü qəfləti və səbəbi məlum olmadığından Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli 05 №-li Qərarı ilə təsdiq edilmiş "Ölüm haqqında şəhadətnamə” nin verilmə qaydasının 4.4.5 bəndinə əsasən tərəflərindən mərhumun adına “Ölüm haqqında tibbi şəhadətnamə” verilməsi mümkün deyildir. - Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli, 299 saylı arayışdan görünür ki, X6 28 aprel 2025-ci il tarixində vəfat etmiş və Qaraçuxur qəsəbə (İ.Musayev küçəsi) qəbristanlığında dəfn edilmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş materiallarını tədqiq edərək, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1ci, 307.2.8-ci, 308-ci, 309.1-ci və 311-ci maddələrinin müddəalarına əsasən, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, Ərizəçi həyat yoldaşı X6 28 aprel 2025-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Lakin mərhumun ailə üzvləri ölüm faktını təsdiq edən tibbi şəhadətnamə almamışlar. Ərizəçi mərhumun ölümünü qeyd etdirə və bu haqda şəhadətnaməni başqa qaydada ala bilmədiyindən bununla bağlı məhkəməyə müraciət etmişdir. Ölümün qeyd edilməsi ərizəçiyə müvafiq sənədlərin hazırlanması üçün lazımdır. Ərizəçi atasının ölümünün qeydə alınaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün Qeydiyyat Şöbəsinə müraciət etmiş, ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölümün qeydə alınmasından imtina edilmişdir. Göründüyü kimi, ərizəçi mərhumun ölümünü qeyd etdirə və bu haqda şəhadətnaməni başqa qaydada ala bilmədiyindən bununla bağlı məhkəməyə müraciət etmişdir. Ölümün qeyd edilməsi ərizəçiyə müvafiq sənədlərin hazırlanması üçün lazımdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, X4 28 aprel 2025-ci il tarixdə vəfat etməsi faktı müəyyən edilməlidir. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərcləri: Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş 100 manat dövlət rüsumu Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ərizəçiyə aid edilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. 18 may 1954-cü il təvəllüdlü X4 28 aprel 2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərclərinə aid olan ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-2382/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2382/2025
31.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver