Məhkəmə qərarları › İş №2(007)-2399/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2399/2024

04.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2399/2024 04.09.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Cəfərova Ləman Faiq qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs nümayəndəsi X2 iştirakları ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: Ərizə və onun əsaslandırıldığı hallar: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1960-cı il təvəllüdlü Mingəçevir şəhərində anadan olmuş atası X3 xx.xx.2024-cü il tarixində Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, atası X3 xx.xx.2024-cü il tarixində, saat 20:55 radələrində evdə olarkən qəflətən halı pisləşmiş, ürək tutmasından vəfat etmişdir. Təcili tibbi yardım briqadası çağırılsa da, təcili tibbi yardım gələnə qədər atası artıq ölmüşdür. Onu Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi qəbirastanlığında dəfn etmişlər. Bakı şəhəri, Nizami rayonunda yerləşən 26 saylı poliklinikaya müraciət etsə də ölüm haqqında tibbi şəhadətnamə ala bilmir. Bu səbəbdən hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ölüm faktının müəyyən edilməsi ailə üzvlərinə mərhuma dair sənədlərin həll edilməsi üçün zəruridir. Tərəflərin izahatları: Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, atası poliklinikada uçotda olmadığı üçün ölüm şəhadətnaməsini ala bilməmişlər. Təcili tibbi yardım gələndə atası artıq vəfat etmişdi. Oraya polis də gəlmişdir və onlara ölüm haqqında şəhadətnamənin yalnız məhkəmə qaydasında əldə edə biləcəkləri bildirilmişdir. Qeyd olunanlara əsasən, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi X5 ərizənin təmin edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında X6 şahid qismində ifadə verərək göstərdi ki, ərizəçi onun baldızıdır. xx.xx.2024-cü il tarixində axşam vaxtı işdən gələndə ona zəng gəldi ki, mərhumun halı pisdir. Onlar mərhumun evinə gedəndə artıq vəfat etmişdi. Oraya Təcili tibbi yardım və polis gəlmişdi. Mərhumu Buzovna qəbiristanlığında dəfn etmişlər O, həyat yoldaşı, uşaqları dəfndə iştirak etmişlər. Məhkəmə iclasında X4 şahid qismində ifadə verərək göstərdi ki, ölüm faktı müəyyən edilən şəxs onun atası, ərizəçi isə bacısıdır. xx.xx.2024-cü il tarixində, axşam saat 9-10 radələrində atasının vəziyyəti pisləşmişdir. Həmin vaxt o, öz evində olmuş, Milana ilə telefon danışıqlarından yarım saat sonra Milana ona zəng etmiş və həyəcanlı şəkildə atalarının vəziyyətinin ağır olduğunu bildirmişdir. O da təcili tibbi yardıma zəng etmiş və ünvanı bildirmişdir. O, 15 dəqiqəyə həmin ünvana çatmış, lakin gələndə atası artıq vəfat etmişdir. Mərhumun yas mərasimi olmuş və yas mərasimlərində iştira etmişdir. Atasını Buzovna qəbiristanlığında dəfn etmişlər. İşin mübahisəsiz halları: İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5 bəndinə əsasən ölüm faktı ölüm haqqında tibbi şəhadətnamə ilə təsdiq olunmalıdır. Həmin sənəd olmadığına görə ölüm faktını müəyyən etmək üçün məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. - Təcili və X1 xx.xx.2024-cü il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xəstə X3 həkimə qədər ölüm, kişi cinsli meyit olması müəyyən edilmişdir. - Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin müdiri F.Ə.Məlikov tərəfindən verilmiş ərizədən görünür ki, X7 xx.xx.2024-cü il tarixində Buzovna qəbiristanlığında dəfn edilmişdir. - Qəbir daşının fotoşəkilindən görünür ki, X7 xx.xx.1960-cı il tarixdə anadan olmuş, xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, Ərizəçi atası xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Lakin mərhumun ailə üzvləri ölüm faktını təsdiq edən tibbi şəhadətnamə almamışlar. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş materiallarını tədqiq edərək, ərizəçinin və maraqlı şəxsin izahatlarını, şahidlərin ifadələrini dinləyərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci, 307.2.8-ci, 308-ci, 309.1-ci və 311-ci maddələrinin müddəalarına əsasən, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, Ərizəçi atası X7 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Lakin mərhumun ailə üzvləri ölüm faktını təsdiq edən tibbi şəhadətnamə almamışlar. Ərizəçi mərhumun ölümünü qeyd etdirə və bu haqda şəhadətnaməni başqa qaydada ala bilmədiyindən bununla bağlı məhkəməyə müraciət etmişdir. Ölümün qeyd edilməsi ərizəçiyə müvafiq sənədlərin hazırlanması üçün lazımdır. Ərizəçi atasının ölümünün qeydə alınaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölümün qeydə alınmasından imtina edilmişdir. Göründüyü kimi, ərizəçi mərhumun ölümünü qeyd etdirə və bu haqda şəhadətnaməni başqa qaydada ala bilmədiyindən bununla bağlı məhkəməyə müraciət etmişdir. Ölümün qeyd edilməsi ərizəçiyə müvafiq sənədlərin hazırlanması üçün lazımdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli X3 xx.xx.2024-cü il tarixdə vəfat etməsi faktı müəyyən edilməlidir. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərcləri: Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş 100 manat dövlət rüsumu Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ərizəçiyə aid edilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. xx.xx.1960-cı il təvəllüdlü X3 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərclərinə aid olan ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar