Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2467/2024 22.07.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Cəfərova Ləman Faiq qızının katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi : Ərizə və onun əsaslandırıldığı hallar: Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” haqqında ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində xx.xx.2024-cü il tarixdə bağlanmış MŞB/8/2024-00631 saylı Barışıq Sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs arasında Bakı şəhəri 8 saylı Mediasiya Təşkilatı tərəfindən MŞB/8/2024-00631 saylı, xx.xx.2024-cü il tarixli Barışıq Sazişi bağlanılmışdır. Barışıq sazişinin şərtlətinə əsasən ikinci tərəf Maraqlı şəxs xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmasından ötrü hər uşağa hər ay 235 manat olmaqla, cəmi 470 manat məbləğində aliment pulunu ödəməsini öhtəsinə götürmüşdür. Sazişin bağlanmasından 3 ay keçməsinə baxmayaraq, indiyə qədər maralı şəxs barışıq sazişinin şərtlərinə əməl etməmiş və müəyyən edilmiş aliment məbləğini ödəməmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Ərizəçi Maraqlı şəxs məhkəmə iclasına gəlməmişdir. Ərizəçi xx.xx.2024-cü il tarixdə ərizə verərək yas yerində olacağı üçün məhkəmə iclasına gələ bilməyəcəyini qeyd edərək, onun iştirakı olmadan baxıb yekunlaşdırılmasını və ərizənin təmin edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş telefonoqramdan görünür ki, Maraqlı şəxs (055)-235- 04-03 mobil telefon nömrəsi ilə əlaqə saxlanılmış və maraqlı şəxs məhkəmə iclasında iştirak edə bilməyəcəyini və ümumi hər iki uşaq üçün 386 manat aliment ödədiyini bildirmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 355-25.2-ci maddəsinin tələblərini nəzərə alaraq, tərəflərin iştirakı olmadan ərizənin baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halı: Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, Ərizəçi və Maraqlı şəxs rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Tərəflərin birgə nikahlarından xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X3 adlı uşaqları doğulmuşdur. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində Bakı 8 saylı Mediasiya təşkilatında MŞB/8/2024-00631 nömrəli, xx.xx.2024-cü il tarixli barışıq sazişi bağlanmışdır. Barışıq sazişinə əsasən, Birinci tərəf: Ərizəçi 1) İkinci tərəf Maraqlı şəxs ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Ərizəçi xx.xx.2024-cü il tarixdən başlayaraq hər növbəti ayın 20-dək hər uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla, ümumilikdə 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment ödəyəcəyinə dair öz üzərinə götürdüyü öhdəliklə razıdır. Bu aliment məbləğinin Maraqlı şəxs təqdim edəcəyi və ona məxsus olan bank hesabına (kartına) ödəniləcəyinə dair ikinci tərəfin götürdüyü öhdəliklə razıdır. 2) Bu mübahisənin məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edir. İkinci tərəf Maraqlı şəxs öz üzərinə götürdüyü öhdəliklərini pozduqda aidiyyəti məhkəməyə müraciət etmək hüququnu öz üzərində saxlayır. Həmçinin, İkinci tərəf Maraqlı şəxs 1) Birinci tərəf: Ərizəçi ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Ərizəçi xx.xx.2024-cü il tarixdən başlayaraq hər növbəti ayın 20-dək hər uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla, ümumilikdə 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment ödəyəcəyinə dair öhdəlik götürür. Bu aliment məbləğinin Ərizəçi ona təqdim edəcəyi bank hesabına (kartına) ödəniləcəyinə dair öhdəlik götürür. 2) Bu mübahisənin məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edir. Öz üzərinə götürdüyü öhdəliklərini pozduqda Ərizəçi aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olduğu ona məlumdur və buna etiraz etmir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş materiallarını tədqiq edərək qeyd edir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü, 34.1-ci, 34.3-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci, 355-23.1-ci, 355-26-cı maddələrinin müddəalarına əsasən, ərizə təmin edilməlidir. Məhkəmə ilk öncə qeyd edir ki, sözügedən xx.xx.2024-cü il tarixli barışıq sazişi MPMnin 355-26-cı maddəsinə və “Mediasiya haqqında” AR Qanununun 3.3-cü maddəsinə zidd deyildir və mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanmamışdır. Hazırda Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Barışıq sazişinin aliment hissəsində təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Barışıq sazişinin 6-cı və 8-ci bəndlərinə əsasən Sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, saziş imzalandığı gündən Tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə Tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 təqvim günü müddətində könüllü icra olunmalıdır. Sazişin könüllü icrasından imtina olunsa, tərəf sazişin məcburi icrası ilə məhkəməyə müraciət edə bilər. Lakin qeyd olunan barışıq sazişinin aliment hissəsi ilə bağlı şərtləri maraqlı şəxs tərəfindən qanunla müəyyən edilmiş müddət ərzində icra edilməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş telefonoqram ilə də maraqlı şəxsin sazişdə qeyd olunan aliment məbləğini tam ödəmədiyi və nəticədə onun tərəfindən sazişin şərtlərinin pozulması öz təsdiqini tapmışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi Azərbaycan Respublikası Azərbaycan Respublikası MPM-nin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin aliment hissəsində təsdiq edilməsi barədə mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, qətnamə alimentin alınmasına dair hissədə Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən dərhal icra olunmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağanmış xx.xx.2024-cü il tarixli, MŞB/8/2024-0631 saylı barışıq sazişi təsdiq edilməlidir. Məhkəmə xərcləri: AR MPM-nin 119.2-ci və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci və 9.1.2-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ərizəçi tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu maraqlı şəxsdən tutularaq ərizəçiyə ödənilməlidir. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 355-23-355-26, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağanmış xx.xx.2024cü il tarixli, MŞB/8/2024-0631 saylı barışıq sazişi aliment ödənilməsi hissəsində aşağıdakı məzmunda təsdiq edilsin: - Birinci tərəf: Ərizəçi- İkinci tərəf Maraqlı şəxs ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Ərizəçi xx.xx.2024-cü il tarixdən başlayaraq hər növbəti ayın 20-dək hər uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla, ümumilikdə 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment ödəyəcəyinə dair öz üzərinə götürdüyü öhdəliklə razıdır. Bu aliment məbləğinin Maraqlı şəxs təqdim edəcəyi və ona məxsus olan bank hesabına (kartına) ödəniləcəyinə dair ikinci tərəfin götürdüyü öhdəliklə razıdır. - Birinci tərəf: Ərizəçi- bu mübahisənin məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edir. İkinci tərəf Maraqlı şəxs öz üzərinə götürdüyü öhdəliklərini pozduqda aidiyyəti məhkəməyə müraciət etmək hüququnu öz üzərində saxlayır. - İkinci tərəf Maraqlı şəxs - Birinci tərəf: Ərizəçi ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Ərizəçi xx.xx.2024-cü il tarixdən başlayaraq hər növbəti ayın 20-dək hər uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla, ümumilikdə 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment ödəyəcəyinə dair öhdəlik götürür. Bu aliment məbləğinin Ərizəçi ona təqdim edəcəyi bank hesabına (kartına) ödəniləcəyinə dair öhdəlik götürür. - İkinci tərəf Maraqlı şəxs- bu mübahisənin məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edir. Öz üzərinə götürdüyü öhdəliklərini pozduqda Ərizəçi aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olduğu ona məlumdur və buna etiraz etmir. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Ərizəçi tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu Maraqlı şəxs tutulub ərizəçiyə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-2467/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2467/2024
22.07.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver