Məhkəmə qərarları › İş №2(007)-2492/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2492/2022

10.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2492/2022 10.10.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X3 Mirzəyevin sədrliyi, X1 Qurbanovun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbi onunla əsaslandırdı ki, 2012-ci ilin may ayından 2020-ci ilin iyul ayının sonuna kimi Daxili İşlər Nazirliyinin X4 polis nəfəri kimi işləmişdir. Polisdə işlədiyi müddətdə Daxili İşlər Nazirliyinin 2 saylı poliklinikasında özünü polis serjantı kimi təqdim edən Cavabdeh ilə tanış olmuş və həmin vaxtdan cavabdehlə aralarında səmimi münasibətlər yaranmışdır. Cavabdeh özünü Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşı kimi təqdim etdiyi üçün onun daxili işlər orqanından xaric olunandan sonra polisə yenidən düzəldə biləcəyini bildirmişdir. Cavabdeh onu işə bərpa etməyin müqabilində 3500 manat pul istəmişdir.O, Cavabdeh dediklərinə inanaraq bu işə razılıq vermişdir. 2020-ci ilin sentyabr ayında ünvan 1 ünvanda yaşadığı evin qarşısında cavabdehə 3500 manat pul vermişdir.Mirhəşimlə danışdığı zaman işin nə yerdə olduğunu soruşanda, o hər şeyin yolunda getdiyini 5-6 aya onu iş yerinə bərpa edəcəyini bildirmişdir.Mirhəşimlə həmin vaxtlar münasibətləri yarandığından cavabdeh ona maşın alqı-satqısı ilə məşğul olmağı təklif etdi. Əvvəl buna razı olmasa da, cavabdeh bu işdə yaxşı pul olduğunu deyərək onu razı saldı. Cavabdeh 1998-ci ilin "Mercedes E290" markalı avtomaşını tapdı və bir yerdə maşına baxıb almağa razılıq verdilər.O, həmin avtomobilin alınması üçün 7000 manat pul verdi və avtomobili cavabdehin adına rəsmiləşdirdilər. Mirhəşim bildirdi ki, həmin aldığı maşına 2250 manat pul xərcləyib. Bir müddət maşın onda qalsa da, sonradan müştəriyə göstərmək üçün cavabdeh avtomobili ondan götürdü. 2021-ci ilin fevral ayında Mirhəşim ona zəng edərək avtomobili 6500 manata satdığını bildirdi. 01 mart 2021-ci il tarixdə onun yanına gələrək 4000 manat pul verib qalan pulu da 1 aya qaytaracağını dedi. O, maşını alan şəxsin qazi olduğunu eşitdikdə onunla razılaşdı. Daha sonra Mirhəşim avtoyuma məntəqəsi icarəyə götürdüyünə görə 500 manat pul lazım olduğunu bildirdikdə ona 500 manat pul verdi. Sonradan ona məlum oldu ki, Cavabdeh polisdə işləmir. Cavabdeh onun zənglərinə cavab vermədiyindən 102 xidmətinə zəng edərək bu barədə şikayət etdi. Polisə verdiyi izahatında da cavabdeh bütün deyilənlərin doğru olduğunu izahatı ilə təsdiq etdi və tez bir zamanda pulu ödəyəcəyini bildirdi. Ona görə də şikayətimi geri götürdü. Nəticədə 29 may 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar çıxarıldı.Bundan sonra Mirhəşim işə düzəltmək adı ilə ondan aldığı 3500 manatdan 1000 manat pul qaytardı və qalanını tez bir zamanda ödəyəcəyini bildirsə də yenidən ödəməkdən yayındı. Cavabdeh pulu ödəməkdən yayındığı üçün 29 may 2021ci il tarixli qərardan prokurorluğa şikayət verdi. Şikayət əsasında qərar ləğv olundu və yenidən baxılması üçün Nərimanov Rayon Polis İdarəsinə göndərildi.Polis idarəsində verdiyi izahatında cavabdeh izahatını dəyişərək ona borclu olduğunu və o borcu hissəhissə qaytaracağını bildirdi. Buna görə də Nərimanov Rayon Polis İdarəsində cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul edildi. Polis tərəfindən ona məsləhət görüldü ki, şikayət ərizəsində göstərilənlər cinayət hadisəsinin tərkib əlamətlərini yaratmadığından mülki qaydada məhkəməyə müraciət olunmalıdır.Cavabdehin ona borclu olduğunu onun səs yazıları, yazışmaları və polisdə verdiyi izahatları da təsdiq edir.Qeyd olunanlara əsasən cavabdehin onun xeyrinə 3353 manat pulun və 54 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı tam olaraq qəbul etdiyini bildirdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib,iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə cavabdehin iddianı etiraf etdiyini nəzərə alaraq hesab edir ki,iddia təmin olunmalı, Cavabdeh 3353 manat pulun və 54 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin olunsun. Cavabdeh 3353 manat pul və 54 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar