Məhkəmə qərarları › İş №2(007)-2498/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2498/2021

15.11.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2498/2021 15.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı, Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cəlb edilməklə Cavabdeh qarşı "əmlakın qeyri-qanuni sahiblikdən geri götürülməsi və mülkiyyət hüququnun müdafiəsi" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi Cavabdeh qarşı "əmlakın qeyri-qanuni sahiblikdən geri götürülməsi və mülkiyyət hüququnun müdafiəsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tam mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, ünvan 1i küçəsində istifadədə olan 0,00816 ha torpaq sahəsində yerləşən 9A nömrəli 67.2 kv.m əsas sahədən ibarət bir mərtəbəli qeyri-yaşayış binası (avtoyuyucu) cavabdeh tərəfindən qeyri qanuni olaraq zəbt olunmuşdur. Cavabdeh 2015-ci ildə həmin qeyri-yaşayış sahəsinin haqqı ödənilməklə istifadə edilməsinə dair onunla razılığa gəlmiş, lakin öhdəliyini pozaraq bu günə qədər nə icarə haqqı ödəmiş, nə də ki, mülkiyyətindən çıxmamışdır. Əksinə həmin qeyri-yaşayış sahəsini sökərək öz ərazisinə qatmışdır. Bununla bağlı cavabdehə dəfələrlə müraciətlər etsə də, cavabdeh ona məxsus qeyri-yaşayış sahəsini bərpa etməmiş və mülkiyyətini boşaltmamışdır. Cavabdehlə aralarında əlavə mübahisələrin yaranmaması üçün ona müxtəlif həll variantları təklif etsə də cavabdeh qəbul etməmiş və qanunsuz hərəkətlərindən əlçəkməmişdir. Məhkəməyə müraciət etməmək üçün xeyli gözləsə də, mübahisənin dostcasına həlli üçün cavabdeh heç bir addım atmadığından nəticədə məhkəməyə müraciət etmişdir. Cavabdeh onun xüsusi mülkiyyətini mənimsəmiş, mülkiyyətində olan obyektini qanunsuz olaraq sökmüş ona küllü miqdarda ziyan vurmuşdur, həmçinin öhdəliyini pozaraq razılaşdığı hər ay üçün 2500 (iki min beş yüz) manat icarə haqqı ödəməyərək obyektdən əvəzsiz olaraq istifadə etmişdir. Keçən altı il ərzində obyektindən əvəzsiz istifadə etməyi nəticəsində ona əldən çıxmış fayda qismində 180.000 manat məbləğində maddi ziyan dəymişdir. Eyni zamanda keçən müddət ərzində mülkiyyətini geri almaq üçün cavabdehlə apardığı danışıqlar prosesində, cavabdehin ona təzyiqləri nəticəsində mənəvi cəhətdən ailəvi olaraq olduqca böyük sarsıntılar keçirmiş və maddi baxımdanda ailəvi olaraq çox pis vəziyyətdə qalmışdır. Cavabdeh isə avtoyuyucunu sökərək öz ərazisinə qatmış və oradan pullu dayanacaq kimi istifadə edərək qazanc əldə etməkdədir. Göründüyü kimi, cavabdeh onun mülkiyyətini kobud şəkildə mənimsəmişdir. Buna görə də, cavabdeh mülkiyyətindən məcburi qaydada çıxan malı və ona məxsus olan obyekti texniki pasportda göstərilən qaydada bərpa etmək vəzifəsi üzərinə qoyulmalıdır. Cavabdeh ona məxsus olan mülkiyyətini qaytarmaq əvəzinə oranı sökərək pullu dayanacaq kimi istifadə edərək pul qazanır ki, bu da onun qanunla qorunan mülkiyyət hüququnun birbaşa pozuntusudur və cavabdeh əsassız varlanma hesabına onun hesabına pul əldə edir. Qeyd olunanlara əsasən Bakı şəhəri, Nizami rayonu, ünvan 1i küçəsində istifadədə olan 0,00816 ha torpaq sahəsində yerləşən 9A nömrəli 67.2 kv.m əsas sahədən ibarət bir mərtəbəli qeyri-yaşayış binasının (avtoyuyucunun) istifadədə olan torpq sahəsi ilə birlikdə boşaldılaraq qaytarılması, cavabdehin qanunsuz sahibliyindən alınmasını, həmin qeyri-yaşayış binasının (avtoyuyucunun) çıxarışda və texniki pasportda göstərilən qaydada bərpa etmək vəzifəsinin və bununla bağlı bütün xərclərin cavabdehin üzərinə qoyulması, vurulmuş maddi ziyana və əldən çıxmış faydaya görə 180.000 (bir yüz səksən min) manat məbləğində pulun, vurulmuş mənəvi ziyana görə 100.000 (bir yüz min) manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cəlb edilməklə, Cavabdeh qarşı "əmlakın qeyri-qanuni sahiblikdən geri götürülməsi və mülkiyyət hüququnun müdafiəsi" tələbinə dair iddia tələbinin dəqiqləşməsi ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, ünvan 1i küçəsində yerləşən İddiaçı məxsus 0,00816 ha torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyindən alınaraq qanuni sahibinə qaytarılması, cavabdeh tərəfindən sökülmüş 9A nömrəli 67.2 kv.m əsas sahədən ibarət bir mərtəbəli qeyri-yaşayış binasının (avtoyuyucunun) çıxarışda və texniki pasportda göstərilən qaydada bərpa etmək vəzifəsinin və bununla bağlı bütün xərclərin cavabdehin üzərinə qoyulması, vurulmuş maddi ziyana və əldən çıxmış faydaya görə 180.000 (bir yüz səksən min) manat məbləğində pulun, vurulmuş mənəvi ziyana görə 100.000 (bir yüz min) manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, izahatında bildirdi ki, Fərdinin atası Yaşarla uzun illər dost olmuş və bir yerdə işləmişdir. Əvvəl "xxxx" MMC “AQAS” firması idi və bütün sənədlər onun adına idi təsisçi o, idi. Yaşarla şərik idi. Fərdinin təxminən 13 yaşı vardı. O, ayrılandan sonra Fərdi təsisçi olub, Cəmiyyətin təmsilçisidir. Əslində ora böyük idi “Neptun”, “Altun saray” şadlıq saraylarının ərazisi də ora daxildi. Torpağı ayrı-ayrı adamlara satmışdır. İndiki "xxxx" MMC-nin ərazisi isə “AQAS”-ın ərazisi idi. Onun avtoyuyucusu da qardaşının adına idi. 2 ildən sonra öz adına keçirmişdir. Həmin avtoyuyucu "xxxx" MMC-nin yan tərəfində yerləşirdi. Hazırda həmin sahə pullu dayanacaq kimi istifadə olunur. 2015-ci ildə avtoyuyucunun sökülərək avtodayanacağın ərazisinə qatılmasına şifahi razılıq vermişdir. Cavabdeh isə başqa yerdən ona uyğun obyekti verməyi ya da icarə haqqını verçəyi öhdəsinə götürmüşdür. Lakin hələ də nə başqa obyekt nə də pulunu ala bilməmişdir. Məhkəmənin 30.07.2021-ci il tarixli iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iddia tələbinin məzmununa uyğun izahat verərək bildirdi ki, İddia tələbini müdafiə edir. Bildirir ki, tam mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan Bakı şəhəri, Nizami rayonu, ünvan 1i küçəsində istifadədə olan 0,00816 ha torpaq sahəsində yerləşən 9A nömrəli 67,2 kv.m əsas sahədən ibarət bir mərtəbəli qeyri-yaşayış binası (avtoyuyucu) cavabdeh tərəfindən qeyri qanuni olaraq sökülmüşdür. Cavabdeh 2015-ci ildə həmin qeyriyaşayış sahəsinin haqqı ödənilməklə istifadə edilməsinə dair onunla şifahi razılığa gəlmişdir, lakin cavabdeh öhdəliyini pozaraq bu günə qədər nə icarə haqqı ödəmiş, nədə ki, mülkiyyətindən çıxmamışdır. Əksinə həmin qeyri-yaşayış sahəsini sökərək öz ərazisinə qatmışdır. Bununla bağlı cavabdehə dəfələrlə müraciətlər etsələrdə, cavabdeh iddiaçıya məxsus qeyri-yaşayış sahəsini nə bərpa etməmişdir nə də dəyərini ödəməmişdir. Cavabdehlə aralarında əlavə mübahisələrin yaranmaması üçün ona müxtəlif həll variantları təklif etsə də cavabdeh qəbul etməmiş və qanunsuz hərəkətlərindən əlçəkməmişdir. Cavabdeh onun xüsusi mülkiyyətini mənimsəmiş, mülkiyyətində olan obyektini qanunsuz olaraq sökmüş ona küllü miqdarda ziyan vurmuşdur, həmçinin öhdəliyini pozaraq razılaşdıqları hər ay üçün 2500 manat icarə haqqını ödəməyərək obyektdən əvəzsiz olaraq istifadə etmişdir. Keçən altı il ərzində obyektindən əvəzsiz istifadə etməsi nəticəsində İddiaçı əldən çıxmış fayda qismində 180.000 manat məbləğində maddi ziyan dəymişdir. Eyni zamanda keçən müddət ərzində mülkiyyətini geri almaq üçün cavabdehlə apardığı danışıqlar prosesində, onun iddiaçıya təzyiqləri nəticəsində mənəvi cəhətdən böyük sarsıntılar keçirmişdir və maddi baxımdan da ailəvi olaraq çox pis vəziyyətdə düşmüşdürlər. Cavabdeh isə avtoyuyucunu sökərək öz ərazisinə qatmış və oradan pullu dayanacaq kimi istifadə edərək qazanc əldə etməkdədir. Göründüyü kimi cavabdeh iddiaçının mülkiyyətini kobud şəkildə mənimsəmişdir. Buna görə də cavabdehin üzərinə obyekti texniki pasportda göstərilən qaydada bərpa etmək vəzifəsi qoyulmalıdır. Cavabdehin hərəkətləri İddiaçı qanunla qorunan mülkiyyət hüququnun birbaşa pozuntusudur və cavabdeh əsassız varlanma hesabına onun hesabına pul əldə edir. Buna görə də, Bakı şəhəri Nizami rayonu ünvan 1i küçəsində yerləşən İddiaçı məxsus 0,00816 ha torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyindən alınaraq qanuni sahibinə qaytarılmasını, cavabdeh tərəfindən sökülmüş 9A nömrəli 67,2 kv.m əsas sahədən ibarət bir mərtəbəli qeyri-yaşayış binasının (avtoyuyucunun) çıxarışda və texniki pasportda göstərilən qaydada bərpa etmək vəzifəsinin və bununla bağlı bütün xərclərin cavabdehin üzərinə qoyulmasını, vurulmuş maddi ziyana və əldən çıxmış faydaya görə 180.000 manat məbləğində pulun, vurulmuş mənəvi ziyana görə 100.000 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrimə tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək izahatında bildirdi ki, avtoyuyucu Neolit MMC-nin ərazisinə düşmür. Oranın müdiri Cavabdehdur. Torpaq sahəsinin ölçülərinə gəldikdə heç bir dəyişiklik yoxdur. “AQAS”-ın sahəsi ilə eynidir. "xxxx" MMC 2015-ci ildə yaranıb. Ora pullu avtodayanacaq deyil. "xxxx" MMC-nin sənədində avtoyuyucu olmayıb və sənəddə də yoxdur. Eyni zamanda etiraz və mülahizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, X1 Fərdi Yaşar oğluna qarşı, “əmlakın qeyri-qanuni sahiblikdən geri götürülməsi və mülkiyyət hüququnun müdafiəsi” barədə məhkəmədə iddia qaldırıb, Bakı şəhəri Nizami rayonu, ünvan 1i küçəsində yerləşən İddiaçı məxsus 0,00816 ha. torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyindən alınaraq qanuni sahibinə qaytarılması, cavabdeh tərəfindən sökülmüş 9A nömrəli 67,2 kv.m. əsas sahədən ibarət bir mərtəbəli qeyri-yaşayış binasının (avtoyuyucunun) çıxarışda və texniki pasportda göstərilən qaydada bərpa etmək vəzifəsinin və bununla bağlı bütün xərclərin cavabdehin üzərinə qoyulması, vurulmuş maddi ziyana və əldən çıxmış faydaya görə 180.000 (bir yüz səksən min) manat məbləğində pulun, vurulmuş mənəvi ziyana görə 100.000 ( bir yüz min) manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Adı çəkilən iddia hazırda Nizami rayon məhkəməsinin icraatında baxılır və məhkəmənin növbəti iclası 30.07.2021-ci il tarixə təyin edilmişdir. İddia tələbinin əsası kimi “mülkiyyət hüququ ilə ona məxsus Bakı şəhəri, Nizami rayonu, ünvan 1i küçəsində istifadəsində olan 0,00816 ha. torpaq sahəsində yerləşən 9A nömrəli 67,2 kv.m. əsas sahədən ibarət bir mərtəbəli qeyri-yaşayış binasını (avtoyuyucu) 2015-ci ildə haqqı ödəməklə istifadə edilməsinə dair Cavabdehla razılaşdığı, ona verdiyini, lakin cavabdeh ona haqq ödəməmiş, həmin binanı söküb, torpaq sahəsini öz ərazisinə qatıb və oradan pullu dayanacaq kimi istifadə edərək qazanc əldə etməkdə” olduğuna istinad etmişdir. Məhkəmədə iddia tələbi ilə bağlı izahatında və bununla bağlı suallara cavabında iddiaçı eyni mövqedə çıxış edərək bildirmişdir ki, Cavabdehla qarşılıqlı razılaşıb, adı çəkilən qeyri-yaşayış sahəsinin aylıq 2500 manat qazanc verən yeni tikilən binanın birinci mərtəbəsində yerləşən obyekt və ya 300,000 - 350.000 manat müqabilində, ona məxsus adı çəkilən 0,00816 ha.torpaq sahəsini və üzərində yerləşə avtoyuyucu kimi işlədilən bir mərtəbəli 67,2 kv.m. qeyri-yaşayış sahəsini 25 avqust 2015-ci il tarixdə cavabdehə təhvil vermişdir. Cavabdeh həmin obyekti təhvil götürdüyü gün söküb, "xxxx" MMC-nin ərazisinə qatmışdır. Lakin indiyə kimi ona vəd etdiyi obyekti və ya pulu verməmişdir. Həmçinin adı keçən 67,2 kv.m. qeyri-yaşayış sahəsini 2004-cü ildə öz vəsaiti hesabına tikdiyini, obyektin inşa etdiyi 0,00816 ha. torpaq sahəsini isə AQAS firmasından notariat qaydada alqı-satqı yolu ilə əldə etdiyini, həmin sahənin AQAS fırmasindan "xxxx" MMC-yə keçən torpaq sahəsinə heç bir aidiyyəti olmamış, ondan kənarda yerləşdiyini, cavabdeh tərəfindən söküləndən sonra “Neolit’ MMC-yə məxsus torpaq sahəsinə qatıldığını və həmin vaxtdan pullu dayanacaq kimi istifadə edildiyini bildirmişdir. Xatırlatmaq istəyir ki, “Neolit’ MMC-yə məxsus əmlak kompleksi Mikayıl Əliyev küçəsi 9 ünvanda yerləşir. ünvan 1i küçəsi 9A ünvanında ona məxsus əmlak yoxdur. Hazırda "xxxx" MMC-yə məxsus əmlak kompleksinin illər üzrə axım ardıcıllığı bu şəkildə olmuşdur. ünvan 2 ünvanında istifadədə olan 4,1052 ha. torpaq sahəsində yerləşən 7553,6 kv.m. ümumi sahədən İbarət əmlak kompleksi paylı mülkiyyət hüququ ilə “Aqas” firmasına məxsus olmuşdur. “Aqas” firması 1994-cü ildə dövlət qeydiyyatından keçmiş və qeyd olunan ünvanda fəaliyyətə başlamışdır. Həmin ünvanda mövcud əsas tikililər də 1994-1996-cı illərdə inşa edilmişdir. İnşa edilmiş tikililərin yerləşdiyi tikinti altı və tikinti ətrafı mövcud olan 4,1052 ha. torpaq sahəsi “Aqas” firmasına Bakı şəhər İcra Hakimiyyəti Başçısının 21.02.2003-cü il tarixli 87 saylı və Nizami rayon İcra Hakimiyyəti Başçısının 02.01.2004-cü il tarixli 03 saylı Sərəncamları əsasında “İaşə obyektinin tikintisi” üçün icarəyə ayrılıb verilmişdir. Verilmiş hüquq Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X14 kitabında 08,05.2007-ci il tarixdə, 713 nömrə ilə uçota alınıb, bu barədə A N: 003733 seriyalı torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Daha sonra da mülkiyyətçilər arasında paylarına uyğun bölgüsü aparılmaqla ayrılmışdır. Bölgüdən sonra “Aqas” firması ona qalmış 19708,2 kv.m. (1,97082 ha.) torpaq sahəsini dövlətdən satın almış və bu barədə onun adına 19,05.2009-cu il tarixdə, Reyestr kitabında 001936 nömrəli qeydiyyat aparılmış və həmin tarixdə onun adına bu haqqında Şəhadətnamə verilmişdir. “Aqas” firması alqı-satqı ilə qeyd olunan 1,97082 ha. torpaq sahəsinə və onun üzərində mövcud 7.255 kv.m. tikiliyə əldə etdiyi mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində 29.09.2009-cu il tarixdə qeydə alınmış və bu barədə həmin tarixdə MH seriyalı, ******* nömrəli Çıxarış verilmişdir. “Aqas” firmasının hüquqi varisi olmuş "xxxx" MMC-nin adına Əmlakın Dövlət Reyestrində 27.03.2014-cü il tarixdə qeydə alınmış və bu barədə həmin tarixdə onun adına verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən 1,97082 ha. torpaq sahəsi və üzərində olan 7255 kv.m. tikili, əmlak kompleksi kimi onun xüsusi mülkiyyətindədir. Daha sonra "xxxx" MMC-nin adı dəyişdirilərək "xxxx" MMC-yə çevrilmişdir. Bu dəyişikliklə bağlı sonuncunun nizamnaməsi 11 noyabr 2015-ci il tarixdə ********** nömrə ilə Dövlət Reyestrində qeydə alınmışdır. Əmlaklarla bağlı "xxxx" MMC-nin adına Daşınmaz Əmlakın Dövlət Reyestrində 14.11.2015-ci il tarixdə qeydə alınmış və bu barədə həmin tarixdə onun adına verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən 1,97082 ha. torpaq sahəsi və üzərində olan 7255 kv.m. tikili, əmlak kompleksi kimi onun xüsusi mülkiyyətindədir. Göründüyü kimi paylı mülkiyyətin ayrılmasından sonra “Aqas” firmasına aid edilmiş və onun xüsusi mülkiyyətində olan əmlak kompleksi kimi 1,97082 ha. torpaq sahəsi və onun üzərində mövcud olmuş 7.225 kv.m. tikinti sahəsi 29.05.2009-cu il tarixdən, 14.11.2015-ci il tarixə kimi dəyişməz qalmışdır. İddiaçı tərəfin iddiasına görə onun istifadəsində olmuş 0,00816 ha. torpaq sahəsi, və onun üzərində olan tikili cavabdehə təhvil verdiyi 25.08.2015-ci il tarixdə, tikili cavabdeh tərəfindən sökülmüş və "xxxx" MMC-nin ərazisinə qatmışdır. Belə olan halda 14.11.2015-ci il tarixdə "xxxx" MMC-nin adına verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Çıxarışında əlavə 0,00816 ha. istifadədə olan torpaq sahəsi və ya texniki sənədində 0,00816 ha. artıq torpaq sahəsinin mövcudluğu qeyd olunmalı idi. Lakin bununla bağlı hər hansı sübut mövcud deyildir. Tam əksinə mülkiyyət hüququ ilə qeyd olunan 1,97082 ha. torpaq sahəsi “Aqas” firmasından gəldiyi kimi yerləşdiyi Mikayıl Əliyev küçəsi 9 ünvanı və mərzləri hazıra kimi dəyişməmiş qalmışdır. İddiaçı tərəfin ona məxsus əmlakın yerləşdiyini qeyd etdiyi ünvan 1i küçəsi 9A ünvanında keçmişdə “Aqas” firmasına, daha sonra onun hüquqi varisi olan "xxxx" MMC-yə, hazırda adı dəyişdirilməklə çevrilmiş "xxxx" MMC-yə məxsus əmlak mövcud olmamış və yoxdur. Göründüyü kimi iddiaçının ona məxsus ünvan 1i küçəsi 9A ünvanında mövcud olmuş və 2015-ci ilin avqust ayının 25-də sökülmüş 672 kv.m. tikilinin yerləşdiyi 0,00816 ha. torpaq sahəsinin cavabdeh tərəfindən "xxxx" MMC-yə məxsus əraziyə qatdığına dair göstərdikləri, formal mülahizə olmaqla, həqiqəti əks etdirmir. Məhkəmənin nəzərinə çatdırmaq lazımdır ki, 11 noyabr 2015-ci il tarixdə "xxxx" MMC-nin nizamnaməsi qeydiyyata alınanda, yeganə təsisçisi hazırkı iş üzrə cavabdeh olan Cavabdeh olmuşdur. İddiaçı tərəf “Aqas” firmasının hüquqi varisi olan "xxxx" MMC-ni ona məxsus olduğunu və Cavabdeh tərəfindən alqı-satqı ilə əldə edildiyini, həmçinin mübahisəli 0,00802 ha. torpaq sahəsini də “Aqas” firmasından əldə etdiyini izah etmişdir. Yuxarıda qeyd etdiyi kimi “Aqas” firmasına məxsus torpaq və tikililər Mikayıl Əliyev küçəsi 9 ünvanında yerləşməklə, 4,1052 ha. torpaq sahəsini hələ 2003-cü il tarixdə əldə etmişdir və 08.05.2007-ci il tarixdə həmin torpaq sahəsinin mərzlər boyu çizgiləri qeyd edilməklə eyni ölçüdə onun adına X9 qeydiyyata alınmışdır. Yəni bu müddətlər ərzində torpaq sahəsinin ölçüsü dəyişməmişdir. Lakin iddiaçının məhkəməyə təqdim etdiyi Bakı şəhəri Nizami Bələdiyyəsinin 05 nömrəli, 26.04.2006-cı il tarixli qərarın məzmunundan görünür ki, onun iddia etdiyi obyektin altında yerləşdiyi torpaq sahəsi 0,01005 ha. olmaqla bələdiyyə mülkiyyətindədir və ona icarəyə verilmişdir. Bəlli məsələdir ki, eyni torpaq sahəsi eyni zamanda həm “Aqas” firmasının mülkiyyətində və həm də Bələdiyyənin və ya Dövlətin mülkiyyətində olması mümkün deyildir. Bununla da iddiaçı tərəfin iddia etdiyi torpaq sahəsinin onun istifadəsinə keçməsindən əvvəl “Aqas” firmasına məxsus torpaq sahəsinə aid olduğuna dair göstərdiklərinin də həqiqətə uyğun olmadığını göstərir. Lakin iddiaçı tərəf iddiasının əsası kimi istinad etdiyi “ona məxsus və 25.08.2015-ci ildə sökülmüş tikilini 2004-cü ildə inşa etdiyi, həmin tikilinin inşa etdiyi 0,00816 ha. torpaq sahəsinin əvvəllər “Aqas” firmasına məxsus olduğu və sonuncudan əldə edib, üzərindəki əmlakı sökülmüş 0,00816 ha. torpaq sahəsinin "xxxx" MMC-yə məxsus torpaq sahəsinə qatıldığı” halların sübutuna dair dəlil təqdim edə bilməmişdir. Sübut üçün təqdim etdiyi sənədlər isə qeyd etdiklərinin tam əksini göstərir. Bu da iddia tələbinin əsassız olduğuna dəlalət edir. Ona görə də məhkəmədən iddia ərizəsinə baxılarkən, qeyd olunanları nəzərə alınmasını və iddianın rədd edilməsini xahiş edir. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, ünvan 1i küçəsi 9A ünvanında yerləşən qeyri-yşayış binası İddiaçı xüsusi mülkiyyətindədir. Əmlak dövlət qeydiyyatına ********** qeydiyyat nömrəsi ilə iddiaçının adına 17.11.2014-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı Şəhəri Nizami Bələdiyyəsinin 26.04.2006-cı il tarixli 05 nömrəli qərarından görünür ki, Bakı şəhəri, Nizami rayonu, ünvan 1i küçəsi 2405-ci məhəllədə yerləşən 25.04.2006-cı tarixli H-107 saylı cizgidə göstərilən“ Avtomobillərə texniki xidmət” obyekti vətəndaş İddiaçı adına rəsmiləşdirilərək obyektin altında yerləşən 6,7m x 15m ölçüdə torpaq sahəsi üçün onunla icarə müqaviləsi bağlanması, obyektdən təyinatı üzrə istifadə etməsi, ətraf ərazinin abadlığına və sanitariya normalarına əməl etməsi, obyektin yerləşdiyi torpaq sahəsinə görə 10 (on) gün müddətində Nizami Bələdiyyəsi ilə icarə müqaviləsi bağlanması, obyektin altında yerləşən torpaq sahəsini, Nizami Bələdiyyəsinin razılığı olmadan başqa şəxslərə satmaq, bağışlamaq, icarəyə vermək qadağan edilməsi vətəndaş İddiaçı tapşırılmışdır. Qərarın surəti müvafiq MİS-ə, RPİ-nə, nəzarət üçün X5 Daimi Komissiyasına və vətəndaş İddiaçı göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının DƏDRX-nın Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, ünvan 1i küçəsi 9A nömrəli, 67.2 kv.m ümumi, 67.2 kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası (avtoyuyucu) tam mülkiyyət hüququ üzrə X2 adına daşınmaz əmlakın dövlət reyestrində 16 nömrəli reyestr kitabının 1484 nömrəli vərəqində 22.05.2008-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının DƏDRX-nin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* nömrəli çıxarışdan görünür ki, ünvan 2də istifadədə olan 0.39421 ha torpaq sahəsində yerləşən 7553.6 kv.m ümumi, 4069 kv.m əsas, 3484.6 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi kimi müəssisə tam mülkiyyət hüququ üzrə “AQAS” firmasının adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 102 nömrəli vərəqində 28.12.2006-cı il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsi 9, 2404-cü məhəllədə mülkiyyətdə olan 1.97082 ha torpaq sahəsində yerləşən 7255 kv.m ümumi, 3710.6 kv.m əsas, 3544.4 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi kimi müəssisə tam mülkiyyət hüququ üzrə “AQAS” firmasının adına daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 464 nömrəli vərəqində 29.09.2009-cu il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin **********17-12301 reyestr nömrəli daşınmaz əmlak olan qeyri yaşayış binasının texniki pasportundan görünür ki, ünvan 3 ünvanının hüquqi subyekti “AQAS” firmasıdır. İş materiallarında olan Azərbaycan Respublikası Prezidentinin 28.02.2007-ci il tarixli 536 nömrəli Fərmani ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin A№ 003733 nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, ünvan 2 “AQAS” firmasına Bakı şəhər İcra Hakimiyyəti Başçısının 21.02.2003cü il tarixli və Nizami rayon İcra Hakimiyyəti Başçısının 02.01.2004-cü il tarixli 03 saylı Sərəncamları ilə 41052 kv.m iaşə obyektinin tikintisi üçün icarəyə ayrılan torpaq sahəsi ilə bağlı tərtib edilərək, X15 kitabında 08.05.2007-ci il tarixdə, 713 nömrə ilə uçota alınıb. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, ünvan 3 ünvanı ümumi sahəsi 7255 kv.m olan, 1.97082 ha torpaq sahəsi olan əmlak kompleki kimi müəssisə "xxxx" MMC-nin xüsusi mülkiyyətindədir. Əmlak dövlət qeydiyyatına "xxxx" MMC-nin adına 27.03.2014-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin daşınmaz əmlakın qeyri yaşayış binası olan avtoyuyucunun 23.05.2008-ci il tarixdə tərtib olunmuş texniki pasportundan görünür ki, Bakı şəhəri, Nizami rayonu, 8-ci km y/sahəsi, ünvan 1i küçəsi 9A ünvanının hüquqi subyekti X3r. İş materiallarında olan İddiaçı, Vəkil, Nümayəndə, DƏDRX-nın 1 saylı Bakı Şəhər Ərazi İdarəsinin mütəxəssisləri mühəndis X12 və Quliyev Mahir tərəfindən imzalanmış 13.10.2021-ci il tarixli yerli baxış keçirilməsi barədə aktdan görünür ki, 13.10.2021-ci il tarixdə mütəxəssislərin iştirakı ilə DƏDRX-nın 1 saylı Bakı Ərazi İdarəsinin sorğuya verdiyi cavab əsasında koordinatlar (GPS Trimble TSC3) cihazı vasitəsilə naturada müəyyən olunmuşdur. Baxış zamanı müəyyən olundu ki, 23.05.2008-ci il tarixli korrektə edilmiş Daşınmaz Əmlakın Texniki pasportunda qeyd olunmuş qeyri-yaşayış sahəsi olan avtoyuyucunun və torpaq sahəsi müəyyən olundu. Avtoyuyucu “Şərq Sarayı” şadlıq evinin ərazisinə, torpaq sahəsi isə bir hissəsi “Şərq Sarayı” şadlıq evinin digər hissəsi, "xxxx" Hall (Neolit MMC-nin) sahəsinə düşdüyü müəyyən olundu. Avtoyuyucunun koordinatları aşağıdakı kimi müəyyən olundu: X 409045,4700; 409056,3714; 409059,2138; 409048,312. Y 4473639,7700; 4473644,7860; 4473638,6086; 4473633,593. İş materiallarında olan DƏDRX-nın 1 saylı Bakı Şəhər Ərazi İdarəsinin İddiaçı ünvanlanmış 13.09.2021-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nizami rayonu, ünvan 1i küçəsi, 9A ünvanında yerləşən əmlakın koordinatlarının naturada müəyyən edilməsi barədə ********** nömrəli, 02.09.2021-ci il tarixli ərizənizə baxılmışdır. Müraciət ilə əlaqədar olaraq bildirilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, ünvan 1i küçəsi, 9A ünvanında yerləşən İddiaçı mülkiyyətində olan qeyri-yaşayış binası sökülmüşdür. Arxiv və elektron bazada olan koordinatlara əsasən yerində sözügedən qeyri-yaşayış binasının döngə nöqtələri sizə göstərildi. Bakı şəhəri, Nizami rayonu, ünvan 1i küçəsi, 9A ünvanında yerləşən əmlakın koordinatları X 409073,784; 409065,854; 409062,837; 409071,026. Y 4473647,041; 4473643,248; 4473648,420; 4473652,385. İş materiallarında olan DƏDRX-nın 1 saylı Bakı Şəhər Ərazi İdarəsinin məhkəməyə ünvanlanmış 21.10.2021-ci il tarixli **********66 nömrəli məktubundan görünür ki, qeyriyaşayış binası faktiki olaraq sökülmüşdür. Arxiv sənədlərinə (bölgü sxemi) və əvvəlki illərin ortofoto görüntülərinə əsaslanaraq sökülmüş qeyri- yaşayış binasının döngə nöqtələrinin koordinatları təqdim olunur. X 409045.470; 409056.371; 409059.214; 409048.312; Y 4473639,770; 4473644,786; 4473638,609; 4473633,593. İş materiallarında olan DƏDRX-nin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinin məhkəməyə ünvanlanmış 06.08.2021-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nizami rayonu, ünvan 1i küçəsi ünvanında yerləşən 0.00816 ha torpaq sahəsi və üzərində inşa edilmiş 9A nömrəli 67.2 kv.m qeyri-yaşayış sahəsinin mülkiyyətçisi barədə məlumat, əmlaka dair çıxarışın və texniki pasportun surətlərinin təqdim edilməsi barədə müraciəti ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq, Bakı şəhəri, Nizami rayonu, ünvan 1i küçəsi, 9A saylı ünvanda yerləşən 67.2 kv.m qeyri-yaşayış binası İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Sorğu ilə əlaqədar olaraq müvafiq çıxarışın surətini göndərilmişdir. Həmçinin, sözügedən qeyri-yaşayış binasına dair tərtib edilmiş texniki pasportun arxiv nüsxəsi İdarənin arxivində saxlanılmamışdır. İş materiallarında olan DƏDRX-nin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinin "xxxx" MMC-yə ünvanlanmış 02.09.2021-ci il tarixli məktubundan görünür ki, ünvan 12 və Bakı şəhəri Nizami rayonu, ünvan 1i küçəsi 9A ünvanların koordinatlarının araşdırılması ilə bağlı ********** nömrəli 12.08.2021-ci il tarixli ərizəyə baxılmışdır. Müraciət ilə əlaqədar olaraq bildirilir ki, təqdim olunmuş çıxarışda göstərilən "xxxx" MMC-yə məxsus M.Əliyev küçəsi 9 ünvanında yerləşən əmlak kompleksi (torpaq sahəsi 1.97082 ha) ilə M.Əliyev küçəsi 9A ünvanının (torpaq sahəsi 0.00816 ha) koordinatları üst-üstə düşmür. İş materiallarında olan Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi Şəhər Ərazisinin Tikinti-Planlaşdırma İdarəsinin İddiaçı ünvanlanmış 07.04.2008-ci il tarixli məktubundan görünür ki, özəlləşdirilmiş avtoyuyucu məntəqəsinə ünvan təyin olunması haqqında müraciətə Memarlıq və Şəhərsalma Baş İdarəsində baxılmışdır. Bakı şəhəri, Nizami rayonu, 8-ci km yaşayış sahəsi, Mikayıl Əliyev və ünvan 1i küçələrinin kəsişdiyi ərazidə, 2404-cü məhəllədə yerləşən X4 tərəfindən özəlləşdirilmiş avtomobillərin yuyulma məntəqəsinin (G tikilisinin) ünvanı aşağıdakı kimi dəqiqləşdirilir. Ünvan: 8-ci km y/sahəsi, ünvan 1i küçəsi,9 “A” qeyd olunmuşdur. İş materiallarında olan DƏDRX-nın 1 saylı Bakı Şəhər Ərazi İdarəsinin İddiaçı ünvanlanmış 17.07.2021-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nizami rayonu, ünvan 1i küçəsi, 9A ünvanında yerləşən qeyri-yaşayış binasının döngə nöqtələrinin yazılı formada təqdim olunması ilə bağlı ********** nömrəli, 12.07.2021-ci il tarixli ərizəyə baxılmışdır. Müraciəti ilə əlaqədar olaraq bildirilir ki, idarənin mütəxəssisləri tərəfindən baxış keçirilərkən məlum olmuşdur ki, **********40-06301 reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş qeyri-yaşayış binası sökülmüşdür. Bu səbəbdən döngə nöqtələrinin koordinatlarını təyin etmək mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası "xxxx" mərkəzinin 05.08.2021-ci il tarixli 207 nömrəli mütəxəssis rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, ünvan 12 ünvanında "xxxx" MMC-nin mülkiyyətində olan torpaq sahəsinin faktiki ümumi sahəsinin 19708.01 kv.m təşkil etdiyi müəyyən edilir. Rəyə ərazinin faktiki vəziyyətinə dair sxem əlavə edilmişdir. Həmin torpaq sahəsinin, faktiki sahəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı Çıxarışda, RX seriyalı, ******* saylı Çıxarışda və Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə edilməsi Üzrə Dövlət Komitəsi tərəfindən tərtib edilmiş 19.05.2009-cu il tarixli Şəhadətnamədə göstərilən sahələr ilə eyni olduğu və hər hansı kənarlaşma olmadığı müəyyən edilir. "xxxx" MMC-yə məxsus əmlakın (və ya bir hissəsi) ünvan 1i küçəsi 9 və ya 9A ünvanında yerləşmədiyi müəyyən edilir. İş materiallarında olan 27.04.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, 2404-cu məhəllə, Mikayıl Əliyev küçəsi 9 əmlak kompleksi kimi müəssisə "xxxx" MMC-nin xüsusi mülkiyyətindədir. Əmlak tam mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına ********** qeydiyyat nömrəsi ilə, 14.11.2015-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışdan görünür ki, əvvəlki adı "xxxx", hazırki adı "xxxx" olan MMC 05.04.1994-cü il tarixdə 8152 nömrəsilə, nömrəsi ********** olan VÖEN-lə, dövlət qeydiyyatına alınmışdır. MMC-nin hüquqi ünvanı ünvan 142015-ci il tarixdə **********888200 nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışdan görünür ki, "xxxx" MMC-nin qanuni təmsilçisi Cavabdehdur. Çıxarış 11.11.2015-ci il tarixdə **********888200 nömrəsi ilə qeydiyyata alınmışdır. Təsisçilər və nizamnamə kapitalında mayalarının miqdarı 100 faiz həcmində Cavabdeh məxsusdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, mütəxəssis rəyini, sorğuların cavabını, ünvanın naturada müəyyən olunmasını, təqdim olunmuş sübutları tədqiq edərək, tərəflərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin olunmamalıdır. Belə ki, təqdim olunmuş sübutlardan müəyyən olunur ki, müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb olunmuş "xxxx" MMC-nə məxsus əmlak kompleksi ünvan 15 ünvanında yerləşir və Bakı şəhəri, Nizami rayon, ünvan 1i küçəsi 9A ünvanında Cəmiyyətə məxsus əmlak yoxdur. Təqdim olunmuş çıxarışlardan müəyyən olunur ki, hazırda "xxxx" MMC-nə məxsus əmlak kompleksi 1994-cü ildə dövlət qeydiyyatından keçmiş “AQAS” firmasına məxsus olmuşdur. 4,1052 ha. torpaq sahəsi “AQAS” firmasına Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 21.02.2003-cü il tarixli 87 saylı və Nizami Rayon İcra Hakimiyyəti Başçısının 02.01.2004-cü il tarixli 03 saylı Sərəncamları əsasında “İaşə obyektinin tikintisi” üçün icarəyə ayrılıb verilmişdir. Verilmiş hüquq Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X14 kitabında 08,05.2007-ci il tarixdə, 713 nömrə ilə uçota alınıb, bu barədə A№ 003733 seriyalı torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Daha sonra mülkiyyətçilər arasında paylara uyğun bölgü aparılmaqla ayrılmışdır. Bölgüdən sonra “AQAS” firması ona qalmış 19708,2 kv.m. (1,97082 ha.) torpaq sahəsini özəlləşdirmiş və 19,05.2009-cu il tarixdə, Reyestr kitabında 001936 nömrəli qeydiyyat aparılmaqla Şəhadətnamə verilmişdir. “AQAS” firması alqı-satqı ilə qeyd olunan 1,97082 ha. torpaq sahəsinə və onun üzərində mövcud olan 7.255 kv.m. tikiliyə əldə etdiyi mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində 29.09.2009-cu il tarixdə qeydə alınmış və bu barədə MH seriyalı, ******* nömrəli Çıxarış verilmişdir. “AQAS” firmasının hüquqi varisi olan "xxxx" MMC 27.03.2014-cü il tarixdə Əmlakın Dövlət Reyestrində qeydə alınmış və bu barədə onun adına verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən 1,97082 ha. torpaq sahəsi və üzərində olan 7255 kv.m. tikili, əmlak kompleksi kimi onun xüsusi mülkiyyətinə keçmişdir. Daha sonra "xxxx" MMC-nin adı dəyişdirilərək "xxxx" MMC-yə çevrilmişdir. "xxxx" MMC 11 noyabr 2015-ci il tarixdə ********** dövlət qeydiyyat nömrəsi ilə Dövlət Reyestrində qeydə alınmışdır. "xxxx" MMC-nə məxsus əmlaklar 14.11.2015-ci il tarixdə "xxxx" MMC-nin adına Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmış və bu barədə verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən 1,97082 ha. torpaq sahəsi və üzərində olan 7255 kv.m. tikili, əmlak kompleksi bugünədək onun xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş Bakı Şəhəri Nizami Bələdiyyəsinin 26.04.2006-cı il tarixli 05 nömrəli qərarından görünür ki, Bakı şəhəri, Nizami rayonu, ünvan 1i küçəsi 2405ci məhəllədə yerləşən 25.04.2006-cı tarixli H-107 saylı cizgidə göstərilən“ Avtomobillərə texniki xidmət” obyekti vətəndaş İddiaçı adına rəsmiləşdirilərək obyektin altında yerləşən 6,7m x 15m ölçüdə torpaq sahəsi üçün onunla icarə müqaviləsi bağlanması, obyektdən təyinatı üzrə istifadə etməsi, ətraf ərazinin abadlığına və sanitariya normalarına əməl etməsi, obyektin yerləşdiyi torpaq sahəsinə görə 10 (on) gün müddətində Nizami Bələdiyyəsi ilə icarə müqaviləsi bağlanması, obyektin altında yerləşən torpaq sahəsini, Nizami Bələdiyyəsinin razılığı olmadan başqa şəxslərə satmaq, bağışlamaq, icarəyə vermək qadağan edilməsi vətəndaş İddiaçı tapşırılmışdır. Qərarın surəti müvafiq MİS-ə, RPİ-nə, nəzarət üçün X5 Daimi Komissiyasına və vətəndaş İddiaçı göndərilməsi qərara alınmışdır. Eyni zamanda iddiaçı tərəfindən təqdim olunmuş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, ünvan 1i küçəsi 9A ünvanında yerləşən qeyri-yşayış binası İddiaçı xüsusi mülkiyyətindədir. Əmlak dövlət qeydiyyatına ********** qeydiyyat nömrəsi ilə iddiaçının adına 17.11.2014-cü il tarixdə qeydiyyata alınmışdır. Məhkəmənin verdiyi sorğuya cavab olaraq DƏDRX-nın 1 saylı Bakı Şəhər Ərazi İdarəsinin 06.08.2021-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nizami rayonu, ünvan 1i küçəsi ünvanında yerləşən 0.00816 ha torpaq sahəsi və üzərində inşa edilmiş 9A nömrəli 67.2 kv.m qeyri-yaşayış sahəsinin mülkiyyətçisi barədə məlumat, əmlaka dair çıxarışın və texniki pasportun surətlərinin təqdim edilməsi barədə müraciəti ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq, Bakı şəhəri, Nizami rayonu, ünvan 1i küçəsi, 9A saylı ünvanda yerləşən 67.2 kv.m qeyri-yaşayış binası İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Sorğu ilə əlaqədar olaraq müvafiq çıxarışın surətini göndərilmişdir. Həmçinin, sözügedən qeyri-yaşayış binasına dair tərtib edilmiş texniki pasportun arxiv nüsxəsi İdarənin arxivində saxlanılmaması qeyd olunmuşdur. Beləliklə, tərəflərin sübut kimi təqdim etdiyi hüquqmüəyyənedici sənədlərdən görünür ki, İddiaçı mülkiyyətində olan və sökülmüş avtoyuyucu Bakı şəhəri, Nizami rayonu, ünvan 1i küçəsi 9A ünvanında, müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin mülkiyyətində olan əmlak kompleksi ünvan 15 ünvanında yerləşir. Göründüyü kimi mülkiyyətlər ayrı-ayrı ünvanlarda yerləşir. Lakin İddiaçı iddia tələbində, eyni zamanda məhkəmə iclasında verdiyi izahatında təkidlə onun mülkiyyətində olan, lakin faktiki olaraq sökülmüş avtoyuyucunu "xxxx" MMC-nin təsiscisi hazırkı iş üzrə cavabdeh olan Cavabdeh ilə şifahi razılaşma əsasında sökülərək "xxxx" MMC-nin avtodayanacağına qatılmasını bildirmişdir. Avtoyuyucunun "xxxx" MMC-nin ərazisinə düşüb-düşməməsini müəyyənləşdirmək üçün məhkəmə və tərəflər çoxsaylı sorğular və ərizələr vermişlər. "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə 02.08.2021-ci il tarixli "xxxx" MMC-nə müraciətində mütəxəssis qarşısında qoyulmuş suallara cavab olaraq "xxxx" MMC-nin 05.08.2021-ci il tarixli 207 nömrəli mütəxəssis rəyinin tədqiqat hissəsində ünvan 12 ünvanında "xxxx" MMC-nin mülkiyyətində olan torpaq sahəsinin faktiki ümumi sahəsinin 19708.01 kv.m təşkil etdiyi müəyyən olunmuşdur. Rəyə ərazinin faktiki vəziyyətinə dair sxem əlavə edilmişdir. Həmin torpaq sahəsinin, faktiki sahəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı Çıxarışda, RX seriyalı, ******* saylı Çıxarışda və Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə edilməsi Üzrə Dövlət Komitəsi tərəfindən tərtib edilmiş 19.05.2009-cu il tarixli Şəhadətnamədə göstərilən sahələr ilə eyni olduğu və hər hansı kənarlaşma olmadığı müəyyən edilmişdir. "xxxx" MMC-yə məxsus əmlakın (və ya bir hissəsi) ünvan 1i küçəsi 9 və ya 9A ünvanında yerləşmədiyi müəyyən edilmişdir. Daha sonra "xxxx" MMC-nin müraciətinə DƏDRX-nin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinin 02.09.2021-ci il tarixdə verilmiş cavabından görünür ki, ünvan 12 və Bakı şəhəri Nizami rayonu, ünvan 1i küçəsi 9A ünvanların koordinatlarının araşdırılması ilə bağlı ********** nömrəli 12.08.2021-ci il tarixli ərizəyə baxılmışdır. Müraciət ilə əlaqədar olaraq bildirilir ki, təqdim olunmuş çıxarışda göstərilən "xxxx" MMC-yə məxsus M.Əliyev küçəsi 9 ünvanında yerləşən əmlak kompleksi (torpaq sahəsi 1.97082 ha) ilə M.Əliyev küçəsi 9A ünvanının (torpaq sahəsi 0.00816 ha) koordinatları üst-üstə düşmür. Bundan başqa Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi Şəhər Ərazisinin Tikinti-Planlaşdırma İdarəsinin İddiaçı ünvanlanmış 07.04.2008-ci il tarixli məktubundan görünür ki, özəlləşdirilmiş avtoyuyucu məntəqəsinə ünvan təyin olunması haqqında müraciətə Memarlıq və Şəhərsalma Baş İdarəsində baxılmışdır. Bakı şəhəri, Nizami rayonu, 8-ci km yaşayış sahəsi, Mikayıl Əliyev və ünvan 1i küçələrinin kəsişdiyi ərazidə, 2404-cü məhəllədə yerləşən X4 tərəfindən özəlləşdirilmiş avtomobillərin yuyulma məntəqəsinin (G tikilisinin) ünvanı aşağıdakı kimi dəqiqləşdirilir. Ünvan: 8-ci km y/sahəsi, ünvan 1i küçəsi,9 “A” qeyd olunmuşdur. Memarlıq və Şəhərsalma Baş İdarəsi Şəhər Ərazisinin Tikinti-Planlaşdırma İdarəsinin cavabından da görünür ki, qeyd olunan mülkiyyətlərin ünvanları fərqlidir. Buna baxmayaraq İddiaçı DƏDRX-nın 1 saylı Bakı Şəhər Ərazi İdarəsininə ərizə ilə müraciət edərək qeyri-yaşayış sahəsi olan avtoyuyucunun döngə nöqtələrinin koordinatlarının təyin olunmasını xahiş etmişdir. Ona ünvanlanmış 17.07.2021-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nizami rayonu, ünvan 1i küçəsi, 9A ünvanında yerləşən qeyri-yaşayış binasının döngə nöqtələrinin yazılı formada təqdim olunması ilə bağlı ********** nömrəli, 12.07.2021-ci il tarixli ərizəyə baxılmışdır. Müraciəti ilə əlaqədar olaraq bildirilir ki, idarənin mütəxəssisləri tərəfindən baxış keçirilərkən məlum olmuşdur ki, **********40-06301 reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş qeyri-yaşayış binası sökülmüşdür. Bu səbəbdən döngə nöqtələrinin koordinatlarını təyin etmək mümkün olmaması qeyd olunmuşdur. DƏDRX-nın 1 saylı Bakı Şəhər Ərazi İdarəsinin İddiaçı ünvanlamış 13.09.2021-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nizami rayonu, ünvan 1i küçəsi, 9A ünvanında yerləşən əmlakın koordinatlarının naturada müəyyən edilməsi barədə ********** nömrəli, 02.09.2021-ci il tarixli ərizəyə baxılmışdır. Müraciət ilə əlaqədar olaraq bildirilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, ünvan 1i küçəsi, 9A ünvanında yerləşən İddiaçı mülkiyyətində olan qeyri-yaşayış binası sökülmüşdür. Arxiv və elektron bazada olan koordinatlara əsasən yerində sözügedən qeyri-yaşayış binasının döngə nöqtələri sizə göstərildi. Bakı şəhəri, Nizami rayonu, ünvan 1i küçəsi, 9A ünvanında yerləşən əmlakın koordinatları X 409073,784; 409065,854; 409062,837; 409071,026. Y 4473647,041; 4473643,248; 4473648,420; 4473652,385 müəyyən edilmişdir. Məhkəmə Azərbayacan Respublikası Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsinin tələbinə əməl etməklə həqiqətə nail olmaq üçün işi hərtərəfli, tam və obyektiv araşdırmaq məqsədilə həmin Məcəllənin 202-ci maddəsinə əsasən tərəflərin iştirakı ilə yerində müayinə keçirmişdir. Müayinə zamanı İddiaçı avtoyuyucunun yerləşdiyi yeri göstərmək təklif olunmuşdur. O, ünvan 1i küçəsində yerləşən “Neolit Hall” şadlıq sarayının avtodayanacağının giriş hissəsinin sol küncünü göstərmişdir. Lakin göstərilən yerdə iddiaçı tərəfindən qeyd olunan avtoyuyucu söküldüyü üçün aşkar olunmamışdır. Belə olan halda Məhkəmə 13 oktyabr 2021-ci il tarixdə DƏDRX-nın 1 saylı Bakı Şəhər Ərazi İdarəsinin 13.09.2021-ci il tarixli məktubunda qeyd olunmuş koordinatları naturada müəyyən etmək üçün yerində müayinə keçirmişdir və bu barədə akt tərtib olunmuşdur. Koordinatların naturada müəyyən olunması zamanı məhəkəmə tərəflərin və DƏDRX-nin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinin mütəxəssislərinin iştirakını təmin etmişdir. Müayinədə İddiaçı, Vəkil, Nümayəndə, DƏDRX-nın 1 saylı Bakı Şəhər Ərazi İdarəsinin mütəxəssisləri mühəndis İmanov İlkin və Quliyev Mahir iştirak etmişlər. Koordinatlar (GPS Trimble TSC3) cihazı vasitəsilə naturada müəyyən olunmuşdur. Baxış zamanı 23.05.2008-ci il tarixli korrektə edilmiş Daşınmaz Əmlakın Texniki pasportunda qeyd olunmuş qeyri-yaşayış sahəsi olan sökülmüş avtoyuyucunun yeri və torpaq sahəsi müəyyən olundu. Avtoyuyucu “Şərq Sarayı” şadlıq evinin ərazisinə, torpaq sahəsi isə bir hissəsi “Şərq Sarayı” şadlıq evinin digər hissəsi, "xxxx" Hall ("xxxx" MMC-nin) sahəsinə düşdüyü müəyyən olundu. Avtoyuyucunun koordinatları aşağıdakı kimi müəyyən olundu: X 409045,4700; 409056,3714; 409059,2138; 409048,312. Y 4473639,7700; 4473644,7860; 4473638,6086; 4473633,593. Məhkəmə obyektiv və ədalətli araşdırma nəticəsində iddiaçıya məxsus əmlakın sökülərək "xxxx" MMC-yə məxsus əraziyə əlavə olunmadığı qənaətinə gəlir. Belə ki, iddiaçının ona məxsus ünvan 1i küçəsi 9A ünvanında mövcud olmuş və 25 avqust 2015-ci ildə sökülmüş 672 kv.m. qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən "xxxx" MMC-yə məxsus əraziyə əlavə olunmasına dair qeyd etdikləri öz təsdiqini tapmadı. Bu səbəbdən İddiaçı iddia etdiyi avtoyuyucunun cavabdehin tərəfindən sökülərək təsisçisi olduğu "xxxx" MMC-nin əmlakına əlavə olunması məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir və iddiaçı tərəfindən iddia tələbində qeyd olunan hallar məhkəmə araşdırması zamanı təqdim olunmuş sübutlarla tam təkzib olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlarla yanaşı məhkəmə aşağıdakıları bildirməyi zəruri hesab edir. Mülki Məcəllənin 52.2-ci maddəsinin tələbinə görə hüquqi şəxsin təsisçisi hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin öhdəlikləri üçün cavabdeh deyildir. Hazırki mübahisədən görünür ki, "xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilmişdir. Halbuki, "xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi yox cavabdeh kimi cəlb olumalı və tələb hüquqi şəxsə yönəlməli idi. Lakin iddia ərizəsinin dəqiqləşməsi ilə iddiaçı hüquqi şəxsin təsisçisini Cavabdeh kimi cəlb etmişdir. Hazırki tələb vindikasiya tələbidir. Vindikasiya iddiası dedikdə, öz əşyası üzərində faktiki sahibliyi itirən mülkiyyətçinin həmin əşyanı naturada özgənin (başqa şəxsin) qanunsuz sahibliyindən geri tələb etməsi başa düşülür. Vindikasiya iddiasının təyinatı və məqsədi mülkiyyətçinin əşya üzərində itirilmiş sahibliyini bərpa etməkdən ibarətdir; o, əşyanın mülkiyyətçiyə qaytarılmasına nail olmaq məqsədinə xidmət edir. Sahiblik çox vaxt əşyadan istifadə və onun barəsində sərəncam vermək səlahiyyətləri ilə bağlı olduğuna görə vindikasiya iddiası eyni zamanda həmin səlahiyyətləri də müdafiə edir. Deməli, vindikasiya iddiası ilə mülkiyyətçinin üçlük (sərəncam, sahiblik, istifadə) səlahiyyətinin hamısı, başqa sözlə desək, onun əşya üzərində mülkiyyət hüququ bütovlükdə müdafiə olunur. Vindikasiya predmeti olmadıqda yalnız vurulmuş zərərin ödənilməsi haqqında öhdəlik-hüququ tələbi qaldırıla bilər. Tələbin Bakı şəhəri, Nizami rayonu, ünvan 1i küçəsində yerləşən İddiaçı məxsus “0,00816 ha torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyindən alınaraq qanuni sahibinə qaytarılması” hissəsində Məhkəmə hesab edir ki, iddiaçının qeyd olunan tələbin irəli sürməyə subyektiv hüququ yoxdur. Belə ki, qeyd olunan torpaq sahəsi Bələdiyyə torpağı olmaqla 02.05.2006-cı il tarixdə iddiaçı ilə icarə müqaviləsinə əsasən 10 il müddətinə icarəyə verilmişdir. Mübahisələndirilən torpağın “qanunsuz sahiblikdən alınaraq qanuni sahibinə qaytarılması”na dair iddia tələbini yalnız Bakı Şəhəri Nizami Bələdiyyəsi qaldıra bilərdi. Göründüyü kimi Bakı Şəhəri Nizami Bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış icarə müqaviləsinin müddəti bitmişdir və yeni müqavilə bağlanmasına dair sübut məhkəməyə təqdim olunmamışdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” 29 iyun 2001-ci il tarixli Azərbaycan Respublikasinin Qanununun 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək bələdiyyələrin səlahiyyətlərinə daxildir. Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququn yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Prosessual qənaət prinsipi baxımından məhkəmə iddia tələbinin “vurulmuş maddi ziyan, əldən çıxmış fayda və vurulmuş mənəvi ziyan” hissəsinə münasibətdə qeyd edir ki, tələbin bu hissəsi əsas yəni “əmlakın qeyri-qanuni sahiblikdən geri götürülməsi və mülkiyyət hüququnun müdafiəsi” hissəsindən törəmə tələb olduğundan və həmin tələb təmin edilmədiyindən məhkəmə həmin hissədə iddia tələbini təmin etməməkdə haqlıdır. Məhkəmə mübahisələndirilən iddia tələbi üzrə “vurulmuş maddi ziyana və əldən çıxmış faydaya görə 180.000 (bir yüz səksən min) manat məbləğində pulun, vurulmuş mənəvi ziyana görə 100.000 (bir yüz min) manat məbləğində pulun tutulması” hissəsinə dair əlavə araşdırmaya lüzum görməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 41-ci maddəsinin tələblərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərər vurulduqda ödənilə bilər. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, "İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. "İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə tələbinə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən, bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cəlb edilməklə Cavabdeh qarşı "əmlakın qeyri-qanuni sahiblikdən geri götürülməsi və mülkiyyət hüququnun müdafiəsi" tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cəlb edilməklə Cavabdeh qarşı "əmlakın qeyri-qanuni sahiblikdən geri götürülməsi və mülkiyyət hüququnun müdafiəsi" tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar