Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1086/2022 21.09.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mülkiyyət hüququnun bərpası və cavabdehlərin torpaq sahəsindən çıxarılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: mülkiyyət hüququnun bərpası, torpaq sahəsindən çıxarılma) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mülkiyyət hüququnun bərpası və cavabdehlərin torpaq sahəsindən çıxarılması tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli 2(033)-37/2022 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsin tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla daşınmaz əmlakın dövlət reyestrində 209 nömrəli reyestr kitabının 24 nömrəli vərəqində xx.xx.2021ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış, reyestr nömrəsi **********49 olan Zaqatala rayonu Mamrux kəndində yerləşən 0,6599 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında X6, İddiaçı, X1, X7, X13 və X2 mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsi Zaqatala rayonu, Gözbarax kənd sakinləri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən istifadə olunur. Birinci instansiya məhkəməsində icraat: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Zaqatala rayonu, Mamrux kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində ********** nömrəsi ilə qeydiyyata alınmış ümumi birgə mülkiyyət hüququ ilə ailə üzvlərinə məxsus olan 0,6599 ha torpaq sahəsindən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 çıxarılması və mülkiyyət hüquqlarının bərpa olunmasına dair qərar qəbul edilməsini xahiş edir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Zaqatala rayonu, Mamrux kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində ********** nömrəsi ilə qeydiyyata alınmış ümumi birgə mülkiyyət hüququ ilə ailə üzvlərinə məxsus 0,6599 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsi Zaqatala rayonu, Gözbarax kənd sakinləri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən zəbt olunmuşdur. Cavabdehlərə dəfələrlə torpaq sahəsinin boşaldılması və qeyri-qanuni sahibliyinə son qoyulması məqsədi ilə müraciət etmələrinə baxmayaraq cavabdeh qanunsuz hərəkətlərinə son qoymamış, onlara məxsus torpağı zəbt etmişlər. Nəticədə, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Mülki iş üzrə iddiaçı və cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında dəfələrlə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, və gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı vəkili Vəkil çıxış edərək iddia tələbini müdafiə etdiyini bildirdi və iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə baxışı iclaslarında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək göstərmişdir ki, Zaqatala rayonu, Mamrux kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində ********** nömrəsi ilə qeydiyyata alınmış ümumi birgə mülkiyyət hüququ ilə ailə üzvlərinə məxsus 0,6599 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsi Zaqatala rayonu, Gözbarax kənd sakinləri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən zəbt olunmuşdur. Cavabdehlərə dəfələrlə torpaq sahəsinin boşaldılması və qeyri-qanuni sahibliyinə son qoyulması məqsədi ilə müraciət etmələrinə baxmayaraq cavabdehlər qanunsuz hərəkətlərinə son qoymamış, onlara məxsus torpağı zəbt etmişlər. Nəticədə, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Əvvəlki məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək göstərmişdir ki, iddia ərizəsində qeyd edilən torpaq sahəsini 1983-cü ildən istifadə edir. Həmin torpaq sahəsi ona kolxoz tərəfindən verilmişdir. Torpağa dair hər hansı sənədi yoxdur. Həmin torpaq sahəsindən 4 ailə istifadə edir. Hazırda torpaq sahəsi üzərində fındıq və qoz ağacları əkmişdir. Həmin torpaq sahəsinin başqasına məxsus olduğunu bilsə idi, ordan çoxdan çıxardı və orada fındıq və qoz ağaclarını əkməzdi. İstifadəsində olan həmin torpaq sahəsi iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst üstə düşmür. Əvvəlki məhkəmə baxışı iclaslarında iştirak edən cavabdehlər Cavabdeh2, Cavabdeh3 digər Cavabdeh1 verdiyi izahata uyğun izahat verərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, reyestr nömrəsi **********49 olan Zaqatala rayonu Mamrux kəndində yerləşən 0,6599 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında X6, İddiaçı, X1, X7, X13 və X2 adına daşınmaz əmlakın dövlət reyestrində 209 nömrəli reyestr kitabının 24 nömrəli vərəqində xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. İddiaçı iddia ərizəsi ilə müraciət edərək ümumi birgə mülkiyyət hüququ əsasında ona məxsus Zaqatala rayonu Mamrux kəndində yerləşən 0,6599 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edildiyini bildirmiş və cavabdehlərin həmin torpaq sahəsindən çıxarılması və torpaq sahəsi üzərində mülkiyyət hüququnun bərpa edilməsini xahiş etmişdir. Cavabdehlər iddia tələbini qəbul etməmişlər və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 07 iyun 2022ci il tarixli 10/3161 nömrəli mütəxəssis rəyi ilə müəyyən olunmuşdur ki, X6, İddiaçı, X1, X7, X13 və X2 adına qeydiyyata alınmış 0,6599 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,1060 ha hissəsi Cavabdeh4, 0.0761 ha hissəsi Cavabdeh3, 0.1445 ha hissəsi Cavabdeh2 və 0.1531 ha hissəsi isə Cavabdeh1 tərəfindən istifadə edilir. Nəzərə almaq lazımdır ki, mülkiyyət hüququ hər bir cəmiyyətin demokratik, stabil və dinamik inkişafını, eləcə də onun dayanıqlı və etibarlı olmasını şərtləndirən ən mühüm dəyərlərdən biridir. Mülkiyyət hüququ istifadə hüququna münasibətdə daha üstün hüquqdur və bu hüquqların kolliziyası (toqquşması) halında hər bir halda mülkiyyət hüququna üstünlük verilməlidir. Göründüyü kimi, iddiaçı Zaqatala rayonu Mamrux kəndində yerləşən 0,6599 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mülkiyyətçilərindən biridir və onun öz əmlakından özistədiyi kimi istifadə etmək hüququ vardır. Cavabdeh4 torpaq sahəsinin 0,1060 ha hissəsini, Cavabdeh3 torpaq sahəsinin 0.0761 ha hissəsini, Cavabdeh2 torpaq sahəsinin 0.1445 ha hissəsini, Cavabdeh1 torpaq sahəsinin 0.1531 ha hissəsini zəbt etmişdir. Cavabdehlərin torpaq sahəsi üzərində qanunla qorunan hər hansı hüquqları əmələ gəlməmişdir. Cavabdehlərin hər hansı hüquqları əmələ gəlmədiyi halda zəbt edilmiş torpaq sahəsindən istifadə edirlər. Buna görə də, məhkəmə hesab edir ki, mülkiyyətçinin özünə mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsindən sərbəst və maneəsiz istifadə etmək hüququ bərpa olunmalı, Cavabdeh4 iddiaçıya ümumi birgə mülkiyyət hüququ əsasında məxsus torpaq sahəsinin 0,1060 ha hissəsindən, Cavabdeh3 iddiaçıya ümumi birgə mülkiyyət hüququ əsasında məxsus torpaq sahəsinin 0.0761 ha hissəsindən, Cavabdeh2 iddiaçıya ümumi birgə mülkiyyət hüququ əsasında məxsus torpaq sahəsinin 0.1445 ha hissəsindən, Cavabdeh1 iddiaçıya ümumi birgə mülkiyyət hüququ əsasında məxsus torpaq sahəsinin 0.1531 ha hissəsindən çıxarılmalı, həmin torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ bərpa edilməlidir. İş materiallarından da göründüyü kimi, mübahisə predmeti olan 0,6599 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X6, İddiaçı, X1, X7, X13 və X2 xüsusi mülkiyyəti kimi adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 hazırda həmin torpaq sahəsinə heç bir hüquqları yoxdur. Qeyd olunanlar ekspert rəyi ilə də öz təsdiqini tapmışdır. İddiaçı tərəfindən dövlət büdcəsinə ödədiyi 10 (on) manat dövlət rüsumu onun tərəfindən tələb edilmədiyinə görə onun özünə aid edilməlidir. İş üzrə təyin edilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat ekspertiza xərci cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X4 kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************4. Zaqatala Rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli 2(033)-37/2022 saylı qətnaməsi ilə (hakim Tural Həsənov) iddia təmin olunmuş, ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı məxsus Zaqatala rayonu Mamrux kəndində yerləşən reyestr nömrəsi **********49 olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 06 aprel 2021-ci il tarixli çıxarışda göstərilən 0,6599 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin "xxxx" MMC-nin Şəki LTİ-nin mütəxəssis rəyinə əlavə edilmiş sxemə uyğun olaraq zəbt etdiyi 0,1060 ha hissəsindən Cavabdeh4, 0.0761 ha hissəsindən Cavabdeh3, 0.1445 ha hissəsindən cavabdeh sayev Səfər Qurban oğlu, 0.1531 ha hissəsindən Cavabdeh1 çıxarılmaları, həmin torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun bərpa edilməsi, İddiaçı tərəfindən dövlət büdcəsinə ödədiyi 10 (on) manat dövlət rüsumunun onun özünə aid edilməsi, iş üzrə təyin edilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat ekspertiza xərcinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X4 - kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************4. qət edilmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152 və 157-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsin tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, daşınmaz əmlakın dövlət reyestrində 209 nömrəli reyestr kitabının 24 nömrəli vərəqində xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış, reyestr nömrəsi **********49 olan Zaqatala rayonu Mamrux kəndində yerləşən 0,6599 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında X6, İddiaçı, X1, X7, X13 və X5 məxsusdur. AA seriyalı 602703 nömrəli Torpaq sahəsinin planı və ölçüsü hazırlanaraq çıxarışa əlavə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 07 iyun 2022-ci il tarixli 10/3161 nömrəli rəyindən görünür ki, "xxxx" MMC-nin Şəki LTİ-nin mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış X6, İddiaçı, X1, X7, X13 və X2 adına qeydiyyata alınmış 0,6599 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.1060 ha hissəsinin Cavabdeh4, 0.0761 ha hissəsinin Cavabdeh3. 0.1445 ha hissəsininin Cavabdeh2. 0.1531 ha hissəsinin isə Cavabdeh1 tərəfindən istifadə edildiyi müəyyən edildi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 07 iyun 2022-ci il tarixli 10/3161 nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh2 аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh2 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Zaqatala rayonu Mamrux kənd ərazisindən 0.6599 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X6, İddiaçı, X1, X8, X13 və X2 ümumi birgə mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Həmin torpaq sahəsi Mamrux (hal-hazırda Gözbarax bələdiyyəsi) bələdiyyəsinin mülkiyyətində olan çaylaq ərazisi olmuşdur. Belə olan halda Mamrux kənd ərazisində yerləşən 0.6599 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yerləşdiyi ərazi torpaq islahatının predmeti ola bilməzdi. O və digər mərhum olmuş şəxslər X9, X10 və X3 tərəfindən 1987-ci il tarixdə çay hövzəsini yararlı vəziyyətə salınaraq tut-gər ağacları, daha sonra isə mərhumların varisləri tərəfindən çoxillikəkmələr fındıq kolları əkilmişdir. Həmin Mamrux kənd ərazisində yerləşən 0.6599 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yerləşdiyi faktiki ərazi torpaq sahəsinin planı ölçüsü sənədi ilə üst-üstə düşmür. Ona görə ki, həmin ərazi onların sayəsində yararlı vəziyyətə salınaraq, hal-hazırda da istifadələrindədir. Əgər torpaq islahatı zamanı həmin ərazi paylanmış olsaydı, üstünlük hüququ onlarda idi. Təyin edilmiş məhkəmə baxışı iclasına ucqar kənddən gəldiyi üçün 5-10 dəqiqə arası gecikmişdir. Bu müddət ərzində artıq məhkəmə iclası sonlanmışdı. Maraqlıdır ki, belə bir qısa zamanda məhkəmə araşdırması necə yekunlaşmışdır. Məhkəmə iclasda iştirakıyla bağlı onunla maraqlanmamışdır. Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 07 iyun 2022-ci il tarixli 10/3161 nömrəli rəyi ilə məni tanış etmədən məhkəmə baxışı iclası təyin edərək qətnamə qəbul etmişdir. Hesab edir ki, məhkəmə mülki işə qərəzli baxmışdır. O, xx.xx.2022-ci il tarixdə Şəki İnzibati Məhkəməsinə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsindən verilmiş xx.xx.20201-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsi barədə iddia ərizəsi ilə müraciət etmişdir. Həmin çıxarış onun mülkiyyət hüquqlarını pozur. Hesab edir ki, Şəki İnzibati Məhkəməsinin icraatında olan işə baxılıb yekun qərar verilənədək, hazırkı mülki iş dayandırılmalıdır. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli 2(033)-37/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 birincinin apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. İddiaçı və vəkili Vəkil işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. İddiaçı vəkili Vəkil məhkəməyə elektron kabinet vasitəsilə ərizə göndərərək məhkəmə iclasında iştirak edə bilməyəcəklərini, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılır. 111.3-cü maddəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Həmin Məcəllənin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Həmin Məcəllənin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Cavabdeh Zaqatala Rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli 2(033)-37/2022 saylı qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hazırki iş üzrə mübahisələndirilən torpaq sahəsinin cavabdehlər tərəfindən istifadə olunduğu Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 07 iyun 2022-ci il tarixli 10/3161 nömrəli rəyi ilə sübut olunur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsin tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, daşınmaz əmlakın dövlət reyestrində 209 nömrəli reyestr kitabının 24 nömrəli vərəqində xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış, reyestr nömrəsi **********49 olan Zaqatala rayonu Mamrux kəndində yerləşən 0,6599 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında X6, İddiaçı, X1, X7, X13 və X5 məxsusdur. AA seriyalı 602703 nömrəli Torpaq sahəsinin planı və ölçüsü hazırlanaraq çıxarışa əlavə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 07 iyun 2022-ci il tarixli 10/3161 nömrəli rəyindən görünür ki, "xxxx" MMC-nin Şəki LTİ-nin mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış X6, İddiaçı, X1, X7, X13 və X2 adına qeydiyyata alınmış 0,6599 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.1060 ha hissəsinin Cavabdeh4, 0.0761 ha hissəsinin Cavabdeh3. 0.1445 ha hissəsininin Cavabdeh2. 0.1531 ha hissəsinin isə Cavabdeh1 tərəfindən istifadə edildiyi müəyyən edildi. Cavabdehlər həmin torpaq sahəsinə hər hansı hüquqlarının olduğunu və ola biləcəyini sübut edəcək heç bir sübut və dəlil təqdim etməmişdir. Eyni zamanda, birinci instansiya məhkəməsində verdikləri izahatda həmin torpaq sahəsinə dair heç bir sənədlərinin olmadığını bildirməklə torpaq sahəsinə heç bir hüquqlarının olmamasını özləri etiraf etmişlər. Belə olan halda, cavabdeh Şəki İnzibati Məhkəməsində müvafiq Çıxarışın ləğvi barədə iddia qaldırmış olsa belə, məhkəmə kollegiyası hesab edir ki, hazırki işin icraatının həmin işə görə dayandırılmasına lüzum yoxdur. Hazırki iş üzrə iddia tələbi təmin edilməklə, sözü gedən Çıxarışın hüquqi qüvvəsi və hüquqi nəticələr yaratması məsələsi də həll edilmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə ümumilikdə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Zaqatala Rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli 2(033)-37/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh2 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli 2(033)-37/2022 saylı qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Vəzirxan Məlikov
Məhkəmə qərarları › İş №2(107)-1086/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1086/2022
21.09.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver