Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2688/2022 23.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X20 İdarəsinə, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2, X4 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2688/22 (açar sözlər: edilmiş qəsd və maneələrə son qoyulması və torpaq sahəsi hüdudları daxilində avtoduracaq kimi istifadə olunan ərazinin cavabdeh Baş X20 İdarəsi BDYPİ tərəfindən boşaldılması, həmin ərazidə yerləşdirilmiş bütün növ nəqliyyat vasitələrinin cavabdeh Baş X20 İdarəsinin BDYPİ-nin hesabına məcburi olaraq çıxarılması, torpaq sahəsi hüdudları daxilində Cavabdeh5 tərəfindən istifadə edilə n yeməkxana (kafe), qaraj, mətbəx və köməkçi tikililərin cavabdehin hesabına sökülməsi, cavabdehin əmlakları ilə birlikdə həmin torpaq sahəsindən çıxarılması, Cavabdeh2 və onun övladları olan iş üzrə digər cavabdehlərin həmin torpaq sahəsi hüdudları daxilində özbaşına olaraq inşa etdikləri tikilidən – yaşayış evindən məcburi olaraq çıxarılması, özbaşına tikilinin sökülməsi, həmin torpaq sahəsinin və torpaq sahəsindəki ümumi sahəsi 202,0 kv.metr olan əmlak kompleksi kimi müəssisənin boşaldılaraq MTK-ya təhvil verilməsi) Bakı şəhəri, 23 may 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı Bağçasaray Mənzil Tikinti Kooperativinin cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X20 İdarəsinə, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2, X4 qarşı “ torpaq sahəsinə edilmiş qəsd və maneələrə son qoyulması və torpaq sahəsinin boşaldılması və torpaq sahəsindəki ümumi sahəsi 202,0 kv.metr olan əmlak kompleksi kimi müəssisənin boşaldılaraq MTK-ya təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)6829/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən Cavabdeh5 kassasiya şikayətinə 23 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları və iş üzrə məhkəmə icraatı 1. ünvan 1 ünvanda yerləşən və sahəsi 202,0 kvm olan əmlak kompleksi ilkin olaraq Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Akif Baxş iyevə icarəyə verilmiş və bu barədə onların arasında xx.xx.2014-cü il tarixli 6496 saylı icarə müqaviləsi bağlanmışdır. xx.xx.2014-cü il tarixdə isə onların arasında icarəyə verilmiş əmlakın alqı-satqısına dair 5363 saylı müqavilə bağlanmışdır. Akif Baxşıyevin əmlak kompleksi üzərində hüquqları xx.xx.2014-cü ildə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və bu barədə ona daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarış verilmişdir. Həmin çıxarışda əmlak kompleksinin yerləşdiyi və istifadəsində olan torpaq sahəsinin 0.02368 ha olmaqla dövlət mülkiyyətində olduğu qeyd edilmişdir. xx.xx.2014-cü il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsi həmin ünvanda yerləşən 47322.1 kvm torpaq sahəsini Əmlak kompleksinin istifadəsində olan torpaq sahəsi kimi Akif Baxşıyevə satmış və bu barədə on ların arasında göstərilən tarixdə 5068 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. xx.xx.2014-cü ildə bağlanmış alqı-satqı müqaviləsinə əsasən Akif Baxşıyev mülkiyyətində 4.73221 ha torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən 202,0 kvm qeyri-yaşayış sahəsini 400.000 manata Ramil Alışova satmış, Ramil Alışov isə mülkiyyət hüququ qeydə alındıqdan sonra həmin torpaq sahəsini və qeyri-yaşayış sahəsini xx.xx.2015- ci ildə eyni qiymətə "xxxx" MTK-ya satmışdır. 2. "xxxx" MTK-nın qeyd olunan torpaq sahəsi və əmlak kompleksi üzərində mülkiyyət hüququ xx.xx.2015-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş və hazırda həmin MTK-nın mülkiyyətindədir. MTK-nın (əvvəlki adı "X15" MTK) 24 may 2013-cü il tarixdə təsis edilmişdir. Akif Baxşıyev MTK-dakı 20 faiz payın sahibidir. a) Bi rinci instansiya məhkəməsində icraat
3. İddiaçı Bağçasaray” Mənzil Tikinti Kooperativi (bundan sonra “iddiaçı”) Cavabdeh5 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X20 İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, iddiaçının mülkiyyətində olan, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 134 “C” ünvanında yerləşən ümumi sahəsi 202,0 kv.metr olan tikili və 4,73221 ha. torpaq sahəsi (əmlak kompleksi kimi müəssisə), Zığ yolu 4 ünvanında yerləşən ümumi sahəsi 215,4 kv.metr olan tikili və 1,27324 ha torpaq sahəsi və Zığ yolu 4 ünvanlnda yerləşən ümumi sahəsi 536,5 kv.metr olan qeyri-yaşayış binası və binanın yerləşdiyi 0,06033 ha torpaq sahəsi üzərindəki mülkiyyət hüquqlarına cavabdehlər tərtəfindən edilmiş qəsd və maneələrə son qoyulması, Cavabdeh5 əmlakları ilə birgə RX seriyalı ******* saylı, RX seriyalı ******* saylı və RX seriyalı ******* saylı çıxarışlara əsasən iddiaçıya məxsus tikili və tikililərin yerləşdiyi torpaq sahəsindən çıxarılması, həmin torpaq sahələrinin, cərimə meydançasının Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X20 İdarəsi tərəfindən boşaldılması və həmin ərazidə yerləşdirilmiş bütün nəqliyyat vasitələrinin öz hesablarına çıxarılması, torpaq sahələrində cavabdehlər və qeyriləri tərəfindən özbaşına inşa edilmiş bütün tikililərin sökülməsi, torpaq sahələrinin və üzərindəki bütün tikililərin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətanamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı sonradan tələbini dəqiqləşdirmiş mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu ərazisində Nobel prospekti 13 4 C ünvanında yerləşən 4,73221 ha torpaq sahəsi (reyestr nömrəsi **********54- 12301, çıxarış: RX seriya ******* nömrə) üzərindəki mülkiyyət hüquqlarına cavabdehlər Azərbaycan Respublikası DİN BDYPİ, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X10 tərəfindən edilmiş qəsd və maneələrə son qoyulması və həmin torpaq sahəsi hüdudları daxilində avtoduracaq kimi istifadə olunan ərazinin cavabdeh BDYPİ tərəfindən boşaldılması, həmin ərazidə yerləşdirilmiş bütün növ nəqliyyat vasitələrinin cavabdeh BDYPİ-nin hesabına məcburi olaraq çıxarılması; həmin torpaq sahəsi hüdudları daxilində Cavabdeh5 tərəfindən istifadə edilən yeməkxana (kafe), qaraj, mətbəx və köməkçi tikililərin cavabdehin hesabına sökülməsi, cavabdehin əmlakları ilə birlikdə həmin torpaq sahəsindən çıxarılması; Cavabdeh2 və onun ö vladları iş üzrə digər cavabdehlərin həmin torpaq sahəsi hüdudları daxilində özbaşına olaraq inşa etdikləri tikilidən – yaşayış evindən məcburi olaraq çıxarılması; özbaşına tikilinin sökülməsi; həmin torpaq sahəsinin və torpaq sahəsindəki ümumi sahəsi 202,0 kv.metr olan əmlak kompleksi kimi müəssisənin boşaldılaraq MTK-ya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu ərazisində Nobel prospekti 134 C ünvanında yerləşən ümumi sahəsi 202,0 kv.metr olan tikili və 4,73221 ha. torpaq sahəsi (əmlak kompleksi kimi), ), Zığ yolu 4 ünvanında yerləşən ümumi sahəsi 215,4 kv.metr olan tikili və 1,27324 ha torpaq sahəsi və Zığ yolu 4 ünvanlnda yerləşən ümumi sahəsi 536,5 kv.metr olan qeyri-yaşayış binası və binanın yerləşdiyi 0,06033 ha torpaq sahəsi iddiaçıya məxsusdur. Qeyd edilən əmlakların iddiaçıya məxsusluğun təsdiq edən müvafiq çıxarışlar vardır. Hər üç daşınmaz əmlak və torpaq sahələri yanaşı yerləşir, hasarla əhatə olunub və torpaq sahələri arasında arakəsmə hasarlar var.
6. Uzun müddətdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin böyük bir hissəsini cavabdeh olan BDYPİ zəbt edərək cərimə meydançası kimi istifadə edir, adı çəkilən qurumun həmin sahədə gözətçi köşkü də mövcuddur. Hazırda həmin sahədə BDYPİ-nin 5 nömrəli Siqnal-cərimə meydançası yerləşməkdədir.
7. Bununla bağlı xx.xx.2016-cı il tarixli məktubla BDYPİ-nin rəisinə də məlumat verilmiş və cərimə meydançasının həmin sahədən köçürülməsi üçün müvafiq göstəriş verilməsi xahiş edilmişdir. Lakin məktub bu günədək cavablandırılm amış, nəqliyyat vasitələri həmin ərazidən çıxarılmamış və orada cərimə meydançası fəaliyyəti bu günədək davam etdirilir.
8. Həmçinin, iddiaçının mülkiyyətində olan əmlakların bir hissəsini də cavabdeh özbaşına zəbt etmiş və orada yeməkxana təşkil etmişdir. Hazırda həmin yeməkxana da fəaliyyət göstərməkdədir.
9. Bundan başqa, iddiaçının mülkiyyətində olan 4,73221 ha torpaq sahəsinin hüdudları daxilində yerləşən özbaşına tikilidə məcburi kökünlər olan Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X10 yaşyırlar. Bu şəxslər həmin ərazini özbaşına olaraq zəbt ediblər, orada yaşayış evi kimi istifadə edilən tikili inşa ediblər.
10. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 157-ci maddəsinə istinad etmişdir.
11. Cavabdehlər hər biri ayrı-ayrılıqda iddiaya etiraz ediblər.
12. Birinci instansiya mə hkəməsi 19 sentyabr 2017-ci il tarixli qərardaı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin etmişdir.
13. Məhkəmə Ekspertizası Mərkəzinin 05 yanvar 2018-ci il tarixli, 25514 saylı rəyinə əsasən iddiaçının mülkiyyətində olan 4,73221 ha torpaq sahəsinin hüdudları daxilində avtduracaq, yeməkxana (kafe), qaraj, mətbə və köməkçi tikililər vardır.
14. Birinci instansiya məhkəməsi 4,73221 ha torpaq sahəsinə yerloi baxış da keçirmişdir.
15. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 fevral 2018-cı il tarixli 2(011)1347/2018 saylı qətnaməsi ilə iddia təmin edilmiş, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 134C ünvanında yerləşən, sahəsi 4,73221 ha olan torpaq sahəsi üzərindəki mülkiyyət hüquqlarına – cavabdehlər tərəfindən edilmiş qəsd və maneələrə son qoyulm ası, həmin torpaq sahəsi hüdudları daxilində avtoduracaq kimi istifadə olunan ərazinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X20 İdarəsi tərəfindən boşaldılması, həmin ərazidə yerləşdirilmiş bütün növ nəqliyyat vasitələrinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X20 İdarəsinin hesabına məcburi olaraq çıxarılması, həmin torpaq sahəsi hüdudları daxilində Cavabdeh5 tərəfindən istifadə edilən yeməkxana (kafe), qaraj, mətbəx və köməkçi tikililərin Cavabdeh5 hesabına sökülməsi, Cavabdeh5 əmlakları ilə birlikdə həmin torpaq sahəsindən çıxarılması, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X3 həmin torpaq sahəsi hüdudları daxilində özbaşına olaraq inşa etdikləri tikilidən – yaşayış evindən məcburi olaraq çıxarılması və özbaşına tikilinin sökülməsi, həmin torpaq sahəsi və üzəri ndəki ümumi sahəsi 202,0 kv.metr olan əmlak kompleksinin boşaldılaraq "xxxx" MTK-ya təhvil verilməsi qət edilmişdir, ekspertzia xarəci Cavabdeh5 tutulmuşdur. (hakim Namidar Misirzadə)
16. Birinci instansiya məhkəməsi iş materiallarına, o cümlədən, ekspert rəyi və yerli baxışın nəticələrinə istinadən müəyyən etmişdir ki, qeyd edilən torpaq sahəsi iddiaçının mülkiyyətindədir, cavabdehlər həmin torpaq sahəsini qanunsuz zəbt edərək orada tikililər inşa etmiş, həmçinin həmin sahədə avtomobillər saxlanmışdır. Tikililər cavabdehlər tərəfindən onlar üçün ayrılmayan və iddiaçıya məxsus torpaq sahəsində, buna lazımi icazələr alınmadan tikilmişdir.
17. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən iddia tələbinin əsaslı olması nəticəsinə gəlmiş, gəldiyi nəticəni də Mülki Məcəllən in 152.1,157.2,157.4,180.1,180.2-ci, Torpaq Məcəlləsinin 111-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
18. Qətnamədən narazı qalan cavabdehlər Cavabdeh2 və Cavabdeh5 ayrıayrılıqda apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişlər.
19. Cavabdeh2 apellyasiya şikayətinin dəlilləri ondan ibarət olub ki, birinci instansiya məhkəməsi onların məcburi köçkün olmasını nəzər almamış, iddiaçı tərəfinən heç bir təzminat ödənilmədiyi halda onları evdən çıxarmışdır. Halbuki evi onlar özləri tikiblər.
20. Cavabdehin (Cavabdeh5) apellyasiya şikayətinin dəlilləri: - qətnamənin məzmununa görə məhkəmə Nobel prospekti, 134 Cünvanda yerləşən 4,73221 ha. torpaq sahəsinin iddiaçının mülkiyyəti kimi qəbul etmiş və iddianın təmin edilməsinin əsası kimi də ona istinad etmişdir. Lakin bu yanlış qənaətdir, həmin torpaq sahəsi iddiaçının mülkiyyətində deyildir və buna dair işdə hər hansı sübut yoxdur; - həmin torpaq sahəsi mişar daşı ilə hasara alınmış və girişində 1 ədəd metal darvaza quraşdırılmış vəziyyətdə Bakı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsusdur. Qeyd olunan 4,6814 ha. torpaq sahəsində ASC-yə məxsus 33,9 kv.metr “A” tikilisi, 17,8 kv.metr “B” tikilisi, 5,6 kv.metr “C” tikilisi, 328,8 p.metr dəmir yolu xətti, 1 ədəd metal darvaza, 991,75 p.metr daş hasar, 1 ədəd daşdoğruyan qurğu və s. bina və qurğularlardan ibarət ASC-nin xammal bazası yerləşir; - "xxxx" ASC ilə Cavabdeh5 arasında əmlakın alğı-satqısı barədə xx.xx.2004-cü il tarixdə Bakı şəhəri 6 saylı dövlət notariat kontorunda rəsmiləşdirilmiş və 4- Ə-1254 sayla reyestrdə qeydiyyata alınmış müqaviləyə əsasən ASC-yə məxsus səhmlər paketi, yuxarıda qeyd olunan xammal bazasındakı bina və qurğular mülkiyyət və həmin əmlakların yerləşdiyi 46.814,3 kv.m. torpaq sahəsinə dair istifadə hüququ ilə birlikdə 62.000.000 (köhnə miqyasda) manata satın alınmışdır. Lakin qeyd olunan alğı-satqı müqaviləsi əsasında Cavabdeh5 daşınmaz əmlak olaraq 4,6814 ha. torpaq sahəsinə və onun üzərində mövcud adı yuxarıda çəkilən bina və qurğulara əldə etdiyi hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmadığına, göstərilən bina və qurğulardan ibarət daşınmaz əmlaklar və onların yerləşdiyi 4,6814 ha. torpaq sahəsinə dair hüququ Dövlət Reyestrində əvvəlki qaydada "xxxx" ASC-nin adında qalmışdır və hazırda da həmin hüquq reyestr məlumatlarına əsasən ASC-yə m əxsusdur; - adı çəkilən əmlaklara dair ASC-nin adına xx.xx.2004-cü il tarixdə tərtib olunmuş Əmlakın İnventarlaşdırılması Bürosu tərəfindən müəssisə və obyektin “Texniki pasportunun” məlumatına əsasən, alğı-satqı predmeti olan daşınmaz əmlakın yerləşdiyi ərazinin 46.814,3 kv.m. (4,6814 ha.) torpaq sahəsindən ibarət olduğu göstərilmiş və buna dair plan-cizgi verilmişdir. Verilmiş "xxxx" 4,6814 ha. torpaq sahəsində yuxarıda qeyd olunan, ASC-nin Xammal bazasında mövcud tikililərdən başqa tikililərin olduğu qeydə alınmamışdır. Qeyd olunan ərazıdə texniki pasportun verildiyi xx.xx.2004-cü il tarixdən sonrakı müddətlərdə hər hansı bina və qurğuların inşa olunduğuna dair məhkəməyə sübut təqdim edilməmişdir; - iddiaçı tərəfindən iddia olunan əmlak və torpaqla bağlı təqdim etdiyi sənədlərə əsasən, o cümlədən xx.xx.2014-cü il tarixli 5363 saylı müqavilənin məzmunundan aydın olur ki, X6 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə bağladığı xx.xx.2014-cü il tarixli 6496 saylı icarə müqaviləsi əsasında icarəyə götürdüyü və daha sonra da satın aldığı 202,0 kv.m. əmlak kompleksi sonuncu tərəfındən 47.992 manata ona satılmışdır. Alqı-satqı sənədində 202 kv.m. tikilinin iddia ərizəsində qeyd olunan 4,73221 ha. torpaq sahəsində yerləşməklə, əmlak kompleksi olduğu qeyd olunmur. Eləcə də 202 kv.m. tikilinin satılmamışdan əvvəlki vəziyyətinə dair bu barədə, yəni 4,73221 ha. torpaq sahəsi üzərində yerləşən vahid əmlak kompleksi olduğuna dair sübut mövcud deyildir. Tam əksinə, işdə olan sübutlar əlaqəli eyniləşdirildikdə, 202 kv.m. və onunla yanaşı iddiaçı tərəfə verilmiş digər tikililərin ümumilikdə üzərində yerləşdikləri torpaq sahəsinin cəmi 0,05081 ha. və ya 508,1 kv.m olduğu müəyyən edilir. Qeyd olunan 202 kv.m. tikilinin alğısatqı və daha sonra qeydiyyat sənədlərində və həmçinin alğı-satqıdan əvvəl mövcud sənədlərində onun Bakı "xxxx" ASC-yə məxsus 4,6814 ha. torpaq sahəsinin hüdudlarında yerləşdiyi müəyyən olunmur. Əks təqdirdə, bu, eyni əmlakın ilkin olaraq ASC-yə, daha sonra da hazırkı iddiaçıya olmaqla iki dəfə satıldığı kimi çıxış edərdi ki, bu da yol verilməz və cinayət məsuliyyətinə səbəb olan əməldir; - iddiaçı tərəfindən ona hər hansı tikilinin ASC tərəfındən dövr edildiyinə dair məhkəməyə sübut təqdim edilməmişdir. Bununla da bir daha bəlli olur ki, iddiaçı tərəfindən əldə edilmiş 202 kv.m. və ya başqa ölçüdə bina tikililəri, "xxxx" ASC-yə məxsus, qeyd olunan ünvanda yerləşən 4,6814 ha. torpaq sahəsinin hüdudlarından kənarda yerləşir. Lakin məhkəmə Bakı "xxxx" ASC-yə məxsus 4,6814 ha. torpaq sahəsini də iddiaçının mülkiyyətində olan sahə kimi qəbul edərək, 4,73221 ha. torpaq sahəsinin iddiaçının mülkiyyəti olduğu kimi səhv qənaətə gəlmiş, işdə mövcud olmayan dəlilə istinad edərək, qətnaməni işdə olmayan sübutla əsaslandırmışdır. Bununla da rayon məhkəməsi MPM-nin 217-ci maddənin tələblərini kobud şəkildə pozmuşdur; - bundan başqa, iddiaçı sahəsi 202 kv.m. olan tikiliyə əldə etdiyi hüququ dövlət reyestrində qeydə aldırmaq üçün, həmin əmlakın alğı-satqısına dair müqaviləni Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsinə təqdim etmişdir. Sonuncu tərəfindən isə barəsində alğı-satqısı təqdim edilmiş 202 kv.m. əmlaka tərtib edilmiş 11/369 inventar nömrəli, xx.xx.2014-cü il tarixli "xxxx", alğısatqı müqaviləsinin məzmununa zidd olaraq, həmin tikili “əmlak kompleksi kimi müəssisə” adı altında qeyd edilib, "xxxx" ASC-yə məxsus 46.814 kv.m. torpaq sahəsindən 46.049,7 kv.m. açıq torpaq sahəsi hissəsi onun istifadəsində olduğu kimi göstərilməklə, cizgisi çəkilmişdir. Adı çəkilən cizgi aid olduğu 202 kv.m. qeyri-yaşayış sahəsinə dair əvvəllər mövcud qeydiyyat, daha sonra da alğı-satqı, son olaraq “Reyestrdən çıxarışın” məlumatlarına ziddir və bu iddiaçıya da bəllidir; - eyni zamanda cizginin mülkiyyət hüququ yaratmadığı da bəllidir. Buna baxmayaraq, şəxsi marağı dairəsindən çıxış edən iddiaçı həmin cizginin bü gün olmadığını bilə-bilə, özgəsinə məxsus əmlakı ələ keçirmək niyyətinə düş müş və aşkar qanuna zidd niyyətini məhkəmə qaydasında pərdələmək yolunu seçmişdir. Lakin məhkəmə bu halların heç birini aydınlaşdırmamış, mövcud dəlilləri hüquqi qiymətdən kənarda qoymuş, ziddiyyətli məqamları aradan qaldırmadan qətnamə qəbul etmişdir. Bundan başqa, "xxxx" ASC 2002ci ildə özəlləşdirilərək yenidən qeydiyyata alınmış və bu barədə adına Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2002-ci il tarixli, 0102- A1-1313 nömrəli Dövlət Qeydiyyatı haqqinda Şəhadətnamə verilmişdir. Adı çəkilən 4,6814 ha. torpaq sahəsi və onun üzərində yerləşən yuxarıda qeyd olunan əmlaklara dair Əmlakın İnventarlaşdırılması Bürosu tərəfindən xx.xx.2004-cü il tarixdə hüquqi şəxs olaraq "xxxx" ASCnin adına qeydiyyat aparılmış və “Texniki pasport” verilmişdir. Həmin əmlak nisbətində də səhm ləri Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2004-cü il tarixdə, 10/2-118 nömrə ilə qeydə alınmışdır. Göründüyü kimi, mübahisəli əmlaka ilkin olaraq hüquq ASC tərəfindən əldə edilmişdir və qeyd olunan hüququn etibarsızlığı və ya başqa formada ləğvi barədə hər hansı dəlil yoxdur. İddiaçı tərəf isə həmin ərazidə yerləşən cəmi 202 kv.m. tikili sahəsini 2014-cü ildə, 10 il sonra əldə etmişdir. Bu əsaslara görə iddiaçıya məxsus əmlakın cavabdehə məxsus olan əmlak kompleksinə və ya torpaq sahəsinin hüdüdlarında yerləşdiyi istisna olunur; - bundan başqa, əmlakdan çıxarılması tələb olunan digər cavabdehlərin bir qismi artıq 20 ildir ki, həmin tikililərdə məskunlaşmış, digər qisminin isə istifadəsindədir. Bu da iddiaçı tərəfindən iddia edilən əmlakın əldə edilməsindən azı 15 il əvvələ təsadüf edir. İşin məhkəmədə müəyyən edilmiş hallarından görünür ki, iddiaçının qeyd etdiyi əmlaklar, alğısatqıdan əvvəl onun icarəsində olmuşdur. Bütün bunlar iddiaçının onun istifadəsinə verilməsini tələb etdiyi əmlakın, rəsmi qaydada hüququ ona verilmiş əmlak olmadığına bir daha sübutdur. Ya da ki, iddiaçı tərəf bu səhnəni qəsdən, özgəsinin hüququna müdaxilə etməklə, başqasına məxsus əmlakı ələ keçirmək məqsədi ilə 202 kv.m. əmlakı ona satan şəxs(lər) ilə əlbir olaraq, qurmuşdur. Lakin rayon məhkəməsi bunu diqqətə almamış, hüquqi qiymətdən kənarda qoymuşdur; - torpaqla bağlı və ya əmlakın koordinatına görə yerləşməsi vəziyyəti ilə bağlı ekspertin rəyinə gəlincə, qeyd edilir ki, iddiaçı tərəfə çıxarış verilərkən, əmlakın yerləşmə koordin atları əvvəlki sənədinə görə deyil, sonradan dəyişdirilmiş koordinatlarla Bakı "xxxx" ASC-yə məxsus ərazinin koordinatlarına uyğun qeyd edilmişdir. Yəni 202 kv.m sahəsi olan tikilinin koordinatları ASC-yə məxsus torpaq sahəsinə otuzdurulmuşdur. Bu da məlum məsələdir ki, mübahisə zamanı xüsusi qurğu mübahisəli əmlakın koordinatını onun qeyd edildiyi ərazini göstərəcəyi mübahisəsiz haldır. Ona görə də belə mübahisələrdə bu məqamların nəzərə alınması vacib məsələlərdən biridir. Əks təqdirdə məhkəmə qabaqcadan düşünülmüş qəsdlərin qanuniləşdirilməsi vasitəsinə çevrilməklə ədalət mühakiməsi mahiyyətini itirmiş olar.
21. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7031/2018 saylı mülki iş üzrə 29 iyun 2018-ci il il tarixli qətnaməsi ilə cavabdehlər tərəfindən ayrı ayrılıqda verilmi ş apellyasiya şikayətlərinin təmin edilməməsi, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 fevral 2018-ci il tarixli qətnaməsini dəyişdirilmədən saxlanılması və cavabdehlər tərəfindən ödənilmiş dövlət rüsumunun onların özünə aid edilməsini qət edilmişdir. (hakimlər Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Xəyal Sarıyev, Həmid Həmidov)
22. Apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, işin araşdırlımş hallarına əsasən cavabdehlər sözügedən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun yaranmasının qanunazidd olduğunu bildirsələr də, bu halı təsdiq edə biləcək sübutları tədiqm edə bilmirlər. Əksinə, qeyd edilən torpaq sahəsinin iddiaçının mülkiyyətində olması müəyyə edilir və cavabdehlər həmin torpaq sahəsini qanunsuz zəbt edərək, orada tikililər inşa etmişlər.
23. Apellyas iya instansiyası məhkəməsinin mövqeyinə görə mübahisəli torpaq sahəsi iddiaçıya məxsusdur, cavabdehlər həmin torpaq sahəsini qanunsuz olaraq zəbt edib, orada özbaşına tikililər inşa etməklə iddiaçının mülkiyyət hüququnu pozublar.
24. Apellyasiya instansiyası məhkəməsi bu baxımdan belə nəticəyə gəlib ki, Cavabdeh5 apellyasiya şikayətində ifadə olunmuş torpaq sahəsinin iddiaçının mülkiyyətində olmaması barədə dəlilləri əsasızdır, Cavabdeh2 apellyasiya şikayətinin dəlilləri isə formal xarakterlidir və bu dəlillə ona, ailə üzvlərinə münaisbətdə iddianın rədd edilməsi üçün əsas ola bilməz. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
25. Qətnamədən Cavabdeh5 kassasiya şikayəti vermişdir.
26. Cavabdeh5 kassasiya şikayəti apelyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılıb.
27. A zərbaycan Respublikasının Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)3370/2019 saylı, 08 may 2019-cu il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edərək, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 29 iyun 2018-ci il tarixli qətnaməsi cavabdeh X7 aid hissədə ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmışdır.
28. Kassasiya instansiyası məhkəməsinin mövqeyi belə olub: - əvvəla apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən S. Zayidovun işdə iştirakı təmin edilməmiş, nəticədə kobud prosessual hüquq pozuntusuna yol verilmişdir; - ünvan 1 ünvanda yerləşən 202 kv.m. qeyri-yaşayış sahəsi və 4.73221 ha torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüququnun mübahisəsiz olmasına dair apellyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı deyil. Belə ki, Cavabdeh5 əsas dəlili mübahisəli torpaq sahəsinin əvvəlcə Bakı "xxxx" ASC-nin istifadəsində olması və Əmlakın İnventarlaşdırılması Bürosunun verdiyi xx.xx.2004-cü il tarixli Texniki pasport əsasında Bakı "xxxx" ASC-nin həmin sahəni ona satmasıdır. Cavabdeh5 bununla bağlı notariat qaydasında təsdiqlənmiş 11 noyabr 2004-cü il tarixli alqı-satqı müqaviləsini təqdim etmişdir. Eyni zamanda, MTK və Cavabdeh5 mübahisəli daşınmaz əmlaklarla bağlı tərəf olduğu digər mülki iş (№ 2(102)-2307/19) üzrə Ali Məhkəmənin MK-nın 16 aprel 2019-cu il tarixli qərarında apellyasiya məhkəməsinin qətnaməsinin ləğvinə səbəb olan pozuntulardan biri kimi o hal da göstərilmişdir ki, “...Akif Baxşıyevin əmlak kompleksi üzərində hüquqları xx.xx.2014-cü ildə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınarkən çıxarışd a əmlak kompleksinin yerləşdiyi və istifadəsində olan torpaq sahəsinin 0.02368 ha olduğu qeyd edilsə də, xx.xx.2014-cü il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsi həmin ünvanda yerləşən 47322.1 kvm torpaq sahəsini Əmlak kompleksinin istifadəsində olan torpaq sahəsi kimi Akif Baxşıyevə satmış və bu barədə onların arasında göstərilən tarixdə 5068 saylı alqısatqı müqaviləsi bağlanmışdır. Halbuki, daşınmaz əmlakın dövlət reyestrində olan rəsmi məlumatlara əsasən həmin vaxt Əmlak kompleksinin istifadəsində 47322.1 kvm deyil, cəmi 0.02368 ha torpaq sahəsi olmuşdur. Hazırkı işdə də iddiaçı 202 kvm əmlak kompleksi adı altında satılmış tikililərin əslində 202 kvm deyil, 1035,6 kv.m olduğunu, bu tikililərin xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən ona məxsus olduğunu və 47322.1 kvm to rpaq sahəsində yerləşdiyini göstərmişdir”; - göründüyü kimi, MM-in 140-cı maddəsi daşınmaz əmlakın dövlət reyestrindəki qeydin təkzibedilməzliyini nəzərdə tutmur. Əksinə, qeydin olması həmin qeydə əsaslanan şəxsi sübuetmə yükündən azad edir, lakin mübahisənin qarşı tərəfinə həmin qeydin həqiqiliyini mübahisələndirmək imkanından məhrum etmir. İşə baxmış apellyasiya məhkəməsi isə Cavabdeh5 irəli sürdüyü dəlillərə lazımi hüquqi qiymət verməmiş, eyni zamanda, mübahisəli torpaq sahəsi ilə bağlı Bakı "xxxx" ASC-nin hər hansı hüququnun olub-olmamasını, Texniki pasporta əsasən Bakı "xxxx" ASC-nin istifadəsində olan torpaq sahəsinin mübahisəli torpaq sahəsi ilə bağlılığını müəyyənləşdirməmişdir; - bundan başqa, mübahisəli torpaq sahəsində yerləşən hansı tikililərin Cavabdeh5 tərəfindən və hansı tar ixdə, hansı əsasla inşa edildiyi məsələsinə dair hüquqi qiymət verilməmişdir. Belə ki, S.Zayidov Bakı "xxxx" ASC ilə bağladığı notariat təsdiqli 11 noyabr 2004-cü il tarixli alqı-satqı müqaviləsi əsasında mübahisəli torpaq sahəsinə hüququnun olduğunu iddia edir. Keçən müddət ərzində həmin torpaq sahəsinin və üzərindəki tikililərin S. Zayıdovun istifadəsində olduğu mübahisəsizdir; əks halda, MTK hazırki iddia ilə məhkəmədə iddia qaldırmazdı. Lakin Cavabdeh5 mübahisəli torpaq sahəsindəki konkret olaraq hansı tikililəri hansı tarixdə inşa etdiyi müəyyənləşdirilməmiş, sadəcə olaraq iddia ərizəsində sadalanan tikililərin (yeməkxana (kafe), qaraj, mətbəx və köməkçi tikililərin) cavabdehin hesabına sökülməli olması qət edilmişdir. Halbuki torpaq sahəsinin MTK-nın mülkiyyətində olması ehtimalında belə, həmin tikililərin S. Zayıdov tərəfindən inşa edilibedilmədiyi dəqiq və sübutlar əsasında müəyyənləşdirilmədən onların sökülməsi vəzifəsinin Cavabdeh5 üzərinə qoyulması MM-in tələblərinə uyğun deyildir. Çünki MM-in 180.4-cü maddəsinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normaları və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Beləliklə, işin göstərilən halları onu təsbit edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh5 aid hissədə prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır və bu iş üzrə düzgün olmayan qətnamənin qəbul ed ilməsi ilə nəticələnmişdir ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
29. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9746/2019 nömrəli, 31 iyul 2019 il tarixli qətnaməsi ilə cavabdeh X5 apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1347/2018 saylı iş üzrə 16 fevral 2018-ci il tarixli qətnaməsi X7 aid hissədə ləğv edilməsi, iddia tələbinin X7 aid hissədə təmin edilməməsi qət edilmişdir. (hakimlər Azad İmanov (sədrlik edən və məruzəçi), İsmayıl Xəlilov, Vahid Sadıqov)
30. Apellyasiya instansiyası məhkəməsi hazırki iş üzrə Ali Məhkəmənin 08 may 2019-cu il tarixli Qərarında qeyd edilənlərə əsasən belə nəticəyə gəlib ki, birinci instansiya məhkəməsi Cavabdeh5 qarşı hissədə iddianı təmin etməklə səhv nəticəyə gəlmişdir. d)Kassasiya inst ansiyası məhkəməsindəki ikinci icraat 31.İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən – iddnaını Cavabdeh5 qarşı təmin edilməyən hissəsində ləğv, iddianın həmin hissədə təmin edilməsini xahiş etmişdir.
32. Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)128/2020 saylı, 23 yanvar 2020-ci il tarixli Qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
33. Kassasiya instansiyası məhkəməsi qəbul etdiyi qərarında qeyd edib ki, Cavabdeh5la bağlanan 11 noyabr 2004-cü il tarixli alqı-satqı müqaviləsinin məzmununa əsasən Bakı "xxxx" ASC istifadəsində olan Xətai rayonu, Zığ şossesinin sağındakı 46814,3 kv.m torpaq sahəsi üzərində yerləşən Xammal bazasındakı bina və qurğuları: 33,9 kv. “A” tikilisi, 17,8 kv.m “B” tikilisi; 5,6 kv.m “C” tikilisi, 328,8 p.m dəmir yolu xətti, 1 ədəd metal darvazanı, 991,75 p.m daş hasarı və 1 ədəd daşdoğrayan qurğunu nəğdedici ilə birlikdə Cavabdeh5 satmışdır. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Göründüyü kimi, alqı-satqı müqaviləsi alıcı və satıcının qarşılıqlı iradə ifadəsi əsasında bağlanmaqla hər iki tərəf üçün hüquq və vəzifələr yaradır. Mülki Məcəllənin daşınmaz əmlaka hüququn əmələ gəlməsi əsaslarını müəyyən edən 146-cı maddəsinin tələblərinə görə daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Notarial qaydada təsdiqlənmiş müqavilə bağlandığı vaxtdan həmin əmlak Cavabdeh5 istifadəsinə və sahibliyinə verilmiş, keçən müddət ərzində sonuncunun istifadəsində və sahibliyindədir. Deməli, Cavabdeh5 qeyd edilən torpaq sahəsinə dair heç bir hüququnun olmamasına əsaslanan iddia tələbi özü-özlüyündə əsassızdır. e) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində icraat 34. "xxxx" Mənzil Tikinti Kooperativinin şikayət i üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 23 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunu yoxlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 dekabr 2020-ci il tarixli qərarına əsasən"xxxx" Mənzil-Tikinti Kooperativinin cavabdehlər Cavabdeh5, Cavabdeh2 və qeyrilərinə qarşı mülkiyyət hüququna qəsd və maneələrə son qoyulması, onların tikililərdən və torpaq sahəsindən çıxarılması və s. tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 23 yanvar 2020-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 29 və 60-cı maddələrinin İ hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 418.1-418.3-cü maddələrinə uyğun olmadığ ından qüvvədən düşmüş hesab edilməklə işə bu Qərarda ifadə edilmiş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılması qərara alınmışdır. ə) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində icraat
35. İddiaçı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə şikayətlə müraciət edərək Ali Məhkəmənin Mülki Kollegiyasının 23 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.
36. İddiaçı şikayətini onunla əsasladırıb ki, kassasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140 və 146-cı maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417.1.3 v ə 418.1-ci maddələri düzgün tətbiq edilməmiş, nəticədə onun Konstitusiyanın 29 və 60-cı maddələrində təsbit edilmiş mülkiyyət, hüquq və azadlıqların məhkəmə təminatı hüquqları pozulmuşdur.
37. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 22 dekabr 2020-ci il tarixli qərarı ilə "xxxx" Mənzil-Tikinti Kooperativinin cavabdehlər Cavabdeh5, Cavabdeh2 və qeyrilərinə qarşı mülkiyyət hüququna qəsd və maneələrə son qoyulması, onların tikililərdən və torpaq sahəsindən çıxarılması və s. tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 23 yanvar 2020-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 29 və 60-cı maddələrinin İ hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 418.1-418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, işə bu Qərarda ifadə edilmiş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılması qərara alınmışdır.
38. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belə olmuşdur: - daşınmaz əmlaka, o cümlədən torpağa mülkiyyət hüququ və onunla bağlı digər hüquqların dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları Mülki Məcəllədə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda və digər qanunvericilik aktlarında müəyyən edilmişdir; - qanunverici mülkiyyət hüququnun təminat mexanizmini məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat ilə şərtlənd irmişdir. Həm dövlət, həm də mülkiyyətçinin mənafelərinin qorunması baxımından daşınmaz əmlaka dair məlumatların vahid dövlət reyestrində qeydiyyatı zəruridir. Şəxsin daşınmaz əmlaka mülkiyyət hüququnun dövlət qeydiyyatı nəticə etibarı ilə bu hüququn pozulmasının qarşısının alınmasına xidmət edir. Daşınmaz əmlakın dövlət qeydiyyatı, həmçinin əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi çıxış edir; - “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasları müəyyən etmişdir. Belə ki, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydad a icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri və sair əsas kimi göstərilmişdir; - “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2-ci maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi və dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur; - göründüyü kimi, texniki pasport daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki sənədi olmaqla qeydiyyat orqanına təqdim edilən ərizəyə əlavə olunan sənəd kimi göstərilmişdir. Texniki pasport texniki sənəd kimi, həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 6.1.1.2, 6.1.4 və 6.2-ci maddələrində göstərilmişdir; - beləliklə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.5-ci maddəsinin tələbləri baxımından 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfində n verilmiş daşınmaz əmlak üzərində mülkiyyət hüquqları şəhadətnamələr, qeydiyyat vəsiqələri və sair sənədlərlə öz təsdiqini tapmalıdır. Burada texniki pasport texniki sənəd olduğu üçün daşınmaz əmlaka dair mülkiyyət hüququnu təsdiq edən hüquqmüəyyənedici sənəd kimi göstərilməmişdir; - mülki işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, məhkəmələr yuxarıda qeyd olunan maddi hüquq normalarının müddəalarına nəzər yetirmədən Bakı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 26 avqust 2004-cü il tarixli texniki pasporta əsasən istifadəsində olan mübahisəli torpaq sahəsi üzərində yerləşən bina və qurğuların satılmasına dair Cavabdeh5la bağlanmış və 11 noyabr 2004-cü il tarixində notariat qaydasında təsdiq edilmiş alğı-satqı müqaviləsinə əsaslanmışlar; - kassasiya instansiyası mə hkəməsi Cavabdeh5 şikayəti əsasında apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ona aid hissədə ləğv olunmasının hüquqi əsası kimi Mülki Məcəllənin 140-cı maddəsinə əsaslanaraq belə qənaətə gəlmişdir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi Cavabdeh5 irəli sürdüyü dəlillərə lazımi hüquqi qiymət verməmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi mübahisəli torpaq sahəsi ilə bağlı Bakı "xxxx" ASC-nin hər hansı hüququnun olub-olmamasını, texniki pasporta əsasən onun istifadəsində olan torpaq sahəsinin mübahisəli torpaq sahəsi ilə bağlılığını müəyyənləşdirməmiş, həmin torpaq sahəsində yerləşən hansı tikililərin hansı tarixdə və əsasla Cavabdeh5 tərəfindən inşa edildiyi məsələsinə hüquqi qiymət verilməmişdir. Həmçinin kassasiya instansiyası məhkəməsi cavabdehin Bakı "xxxx" ASC ilə texniki pasport əsasında bağladığı alğı-satqı müqaviləsini mübahisəli torpağa dair mülkiyyət hüququnu təsdiq edən hal kimi qəbul etmişdir; - işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 140-cı maddəsini tətbiq edərək belə nəticəyə gəlmişdir ki, 11 noyabr 2004-cü il tarixli alğı-satqı müqaviləsinin həqiqiliyi və tamamlığı prezumpsiyasının qüvvədə olduğu nəzərə alınaraq mübahisəli torpaq sahəsi ilə bağlı Cavabdeh5 mülkiyyətçi kimi hüquqları məhdudlaşdırıla bilməz. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnaməsini qüvvədə saxlamaqla, həmçinin Mülki Məcəllənin 146-cı maddəsinə istinad edərək, Bakı "xxxx" ASC ilə bağlanmış 11 noyabr 2004-cü il tarixli alğı-satqı müqaviləsi əsasında mübahisəli torpaq sahəsi üzərində Cavabdeh5 sahi blik və istifadə hüququnun olduğu qənaətinə gəlmişdir. - Mülki Məcəllənin 140-cı maddəsində, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı maddəsində əks olunmuş daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət reyestrinin açıqlığı prinsipindən irəli gəlir. Belə ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir; - dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezum psiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır; - “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə müvafiq olaraq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası alğı-satqı müqaviləsini deyil, dövlət reyestrindən çıxarışı ehtiva edir; - lakin işə təkrar baxan kassasiya instansiyası məhkəməsi 23 yanvar 2020-ci il tarixli qərarında mülki prosessual qanunvericiliyin tələblərinə əməl etməyərək apellyasiya i nstansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən maddi hüquq normalarının düzgün tətbiq olunmamasına hüquqi qiymət verməmiş, bununla da "xxxx" MTK-nın Konstitusiyanın 29 və 60-cı maddələrinin İ hissəsində nəzərdə tutulmuş mülkiyyət, hüquq və azadlıqların məhkəmə təminatı hüquqları pozulmuşdur; - iddiaçı kassasiya şikayətində və konstitusiya məhkəmə icraatı zamanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəyinə əsaslanaraq bildirmişdir ki, ünvan 5 ünvanda yerləşən sahəsi 202 kv.m əmlak kompleksi və onun istifadəsində olan 47322.1 kv.m torpaq sahəsi Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyində İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansında olmaqla 2014-cü ildə özəlləşdirilməsinə qədər dövlət mülkiyyətində olmuş və onun barəsində sərəncam vermək hüququ yalnız dövlətə məxsus olmuşdur; - həmin rəydə göstərilən hallar işin tam araşdırılması üçün xüsusi əhəmiyyət kəsb etdiyindən, mülki mübahisəyə yenidən baxılması zamanı həqiqətin müəyyən edilməsi məqsədi ilə həmin subyektin işə cəlb edilməsi olduqca vacibdir. Nəzərə alınmalıdır ki, mülki mübahisəyə məhkəmələrdə yenidən baxılması zamanı ƏMDX-in işə cəlb edilməsi Bakı "xxxx" ASC ilə texniki pasporta əsasən istifadəsində olan mübahisəli torpaq sahəsi üzərində yerləşən bina və qurğulara dair Cavabdeh5la bağlanmış 11 noyabr 2004-cü il tarixli alğı-satqı müqaviləsinin qanunvericiliyin tələblərinə uyğun bağlanıbbağlanmamasının yoxlanılması, həmin müqavilənin etibarsız hesab edildiyi təqdirdə Cavabdeh5 müvafiq tələb irəli sürmək hüququnun yaranması ilə bağlı m əsələlərin həll edilməsinə yönəlmiş olar. f)Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunda icraat
39. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 13(102)-7(k)2021 nömrəli qərarına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-128/2020 nömrəli, xx.xx.2020 tarixli qərarı və onunla bağlı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 iyul 2019-cu il tarixli qətnaməsi ləğv edilərək iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
40. Ali Məhkəmənin Plenumunun qərarı Konstitusiya Məhkəməsi Plenumunun 23 yanvar 2020-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə uyğun əsaslandırılmışdır. g) Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat
41. Mülki iş yeni apellyasiya baxışına qaytarıldıqdan sonra Azər baycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin tabeliyində olan İstehsalat və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
42. İşə üçüncü dəfə baxan apellyaisya məhkəməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, həmin Xidmətin yanında Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müvafiq sorğular vermişdir.
43. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktuba əsasən "xxxx" Dövlət Şirkətinin tabeliyində “Bakı Üzlük Materialları Kombinatı” icarə müəssisəsi “Mərməri’ QSC-y ə çevrilərkən Xətai rayonu, Zığ şosesi ünvanında yerləşən "xxxx" "Mərmər QSC-nin özəlləşdirilən əmlakının tərkibinə daxil olmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyində olan İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin xx.xx.2014- cü il tarixli 20 nömrəli əmri ilə Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi ünvanında yerləşən "xxxx" İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin sərəncamına qəbul edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə X13 arasında bağlanılmış xx.xx.2014-cü il tarixli, 5363 nömrəli alqısatqı müqaviləsinə əsasən Xətai rayonu, Nobel prospekti, 134 C ünvanında yerləşən 202,0 kv.m əmlak kompleksi X1. Sözügedən əmlak kompleksinin yerləşdiyi 47322,1 kv.m torpaq sahəsi də xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X2. xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən əmlak kompleksi və onun yerləşdiyi torpaq sahəsi X13 tərəfindən Aİışov Ramil Veysəl oğluna satılmışdır. xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən sözügedən əmlak kompleksi və onun yerləşdiyi torpaq sahəsi Aİışov Ramil Veysəl oğlu tərəfindən "xxxx" MTK-ya qatılmışdır və əmlak hazırda onun mülkiyyətindədir. xx.xx.2004-cü il tarixdə tərtib edilmiş texniki pasportun etibarsız sayılması barədə İqtisadi İnkişaf Nazirliyinin Əmlakın İnventarlaşdırılması Bürosunun Ü-10 nömrəli xx.xx.2006-cı il tarixli əmri və əmrin verilməsinə əsas olmuş sənədlər “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin arxivində mövcud deyildir.
44. Azərbaycan Respublik ası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktuba əsasən ünvan 1 ünvanda yerləşən əmlak kompleksi kimi müəssisə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə bağlanmış xx.xx.2014-cü il tarixli 5363 nömrəli İcarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2014-cü il tarixində X8 adına ilkin qeydiyyatdan keçmişdir. Sözügedən əmlak kompleksi kimi müəssisənin yerləşdiyi 47322,1 kv.m torpaq sahəsi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə bağlanmış xx.xx.2014-cü il tarixli 5068 nömrəli özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alqı-satqı müqaviləsinə əsasən (vahid əmlak olmaqla) xx.xx.2014-cü il tarixind ə X8 adına qeydiyyatdan keçmişdir. 6 saylı Dövlət Notariat Kontorunun 4Ə-645 reyestr nömrəli xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən əmlak kompleksi kimi müəssisə və onun yerləşdiyi torpaq sahəsi xx.xx.2014-cü il tarixində X9 adma qeydiyyatdan keçmişdir. 6 saylı Dövlət Notariat Kontorunun 4Ə-47 reyestr nömrəli xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən sözügedən əmlak kompleksi kimi müəssisə və onun yerləşdiyi torpaq sahəsi xx.xx.2015-ci il tarixində “Bağçasaray" MTK-nın adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Həmçinin xx.xx.2004-cü il tarixində tərtib edilmiş texniki pasportun (etibarsız sayılması barədə İqtisadi İnkişaf Nazirliyinin Əmlakın İnventarlaşdırılması İ Bürosunun Ü-10 nömrəli xx.xx.2006-cı il tarixli əmri və əmrin verilməsinə əsas olmuş sənədlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin arxiv materiallarında aşkar edilməmişdir
45. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6829/2021 saylı, xx.xx.2021 il tarixli qətnaməsi ilə Cavabdeh5 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 fevral 2018-ci il tarixli qətnaməsi Cavabdeh5 aid hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Tofiq Səmədov (sədrlik edən və məruzəçi), İkram Şirinov, Anar Tanrıverdiyev)
46. Apellyasiya instansiyası məhkəməsi ilkin olaraq qeyd edib ki, iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin Cavabdeh5 aid hissədə qanuniliyinin və əsaslılığının mübahisələndirilən hissədə yoxlanılması təşkil edir.
47. Apellyasiya instansiyası mə hkəməsi apellyasiya baxışının predmeti olan hissə üzrə vurğulayıb ki, Cavabdeh5 sözügedən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun yaranmasının qanunazidd olduğunu bildirsə də, bu halı təsdiq edə biləcək sübutları təqdim edə bilməmişdir, bunun əksinə, işin həqiqi halları ilə müəyyən olunur ki, qeyd edilən torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Cavabdeh5 həmin torpaq sahəsini qanunsuz zəbt etmiş, orada tikililər inşa etmişdir. Göründüyü kimi, qeyd edilən tikililər cavabdeh tərəfindən onlar üçün ayrılmayan və iddiaçıya məxsus torpaq sahəsində və buna lazımi icazələr alınmadan tikilmişdir.
48. Apellyasiya instansiyası məhkəməsi hesab edib ki, mübahisəli torpaq sahəsi iddiaçıya məxsusdur. Lakin cavabdeh mübahisəli torpaq sahəsini zəbt edərək, qeyd edilən tikililəri aparmaqla, mübahisəli sahədən könüllü olaraq çıxmaması nəticəsində iddiaçı torpaq sahəsinə olan hüquqlarını həyata keçirə bilməmişdir. Odur ki, iddiaçı mübahisəli torpaq sahəsində cavabdehlər tərəfindən aparılmış qanunsuz tikililərin cavabdehin hesabına sökülməsini, cavabdehlərin torpaq sahəsindən çıxarılaraq torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsini və sair tələb etməkdə haqlıdır.
49. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 139.1, 140, 152.1,180.1, 180.2-ci, Torpaq Məcəlləsinin 111-ci, Mülki Prosessual Məcəlləninn 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
50. Cavabdeh5 (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası qətnaməsinin ləğv edilməsi, işin təkrar apellya siya baxışına qaytarılmasını xahiş etmişdir.
51. Kassasiya şikayətinin dəlilləri: - iddiaçının adına 47.322,1 kv.m. torpaq sahəsinin qeydiyyatı zamanı 46.814,3 kv.m. hissəsinin qeydiyyatında səhvə yol verilmiş, iddiaçının maraqları dairəsində qəsdən yanlış qeydiyyat aparılmışdır. İddiaçının xeyrinə qeydə alınmış əmlakın 46.814,3 kv.m. yanlış qeydiyyat aparıldığı aşkar şəkildə görünür və bunun iddiaçı tərəfin qabaqcadan bildiyi mübahisəsiz haldır. Çünki adı çəkilən 46.814,3 kv.m. tam şəkildə hasarlanmış şəkildə və uzun müddətdir ki, cavabdehin istifadəsindədir. Əmlakı görmədən də onu aldığını demək ağla batan deyildir; - məhkəmə işdə olan dəlilləri, təqdim edilmiş alqı-satqı müqavilələri, daha sonra onlardan irəli gələn hüququn qeydiyyata alınmasına dair sənədlərində mövcud uyğunsuzluğu nəz ərə almamış, mübahisəyə yarandığı vaxtda qüvvədə olan maddi hüquq normalarını tətbiq etməmişdir; - iddiaçı tərəfindən təqdim edilmiş qeyd olunan 47.322,1 kv.m. torpaq sahəsinin ona aid olduğuna dair əldə etdiyi qeydiyyat sənədi 46.814,3 kv.m hissəsində şübhəlidir. Həmçinin həmin halı təkzib edən yetərincə müəyyən edilən dəlillər mövcud olduğu halda, nədənsə məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş həmin dəlili daha üstün sübut kimi qəbul etmiş, lakin həmin sübutların üstünlüyünün nədən irəli gəldiyini qətnamədə izah etməmişdir; - cavabdhə aid əmlaka dair tərtib edilmiş və cizgi daxilində 46814,3 k.vetr torpaq sahəsinin qeydiyyata alındığı qeyd edilən texniki pasportun 2006-cı ildə etibarsız hesab edildiyi dəlilə əsasən torpaq sahəsinin cavabdehə aid olması rədd edilir. Lakin qətnamədə qey d edilib ki, 26 avqust 2004-cü ildə tərtib edilmiş texniki pasportun etbarsız sayılmsı barədə 24 fevral 2006-cı il tarixli əmr və həmin əmrin verilməsinə əsas olmuş sənədlər “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi.əxsin 1 saylı Bakı Ərazi İdarəsini arxivində mövcud deyil. b) Kassasiya şikayətinə yazılı etirazın dəlilləri
52. Kassasiya şikayətinə iddiaçının yazılı etirtazı daxil olmuşdur.
53. Etirazın dəlilləri ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün MPM-in 418-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur, apellyasiya məhkəməsi maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqla r, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan i stifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiy yətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsi Maddə
111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur, öz başına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqlan zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulmasıapellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
54. Kassasiya instansiyası məh kəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
55. Kassasiya şikayətində qətnamə tam mübahisləndirildiyindən, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Kollegiya onu da qeyd edir ki, apellyasiya baxışının predmeti iddianın Cavabdeh5 qarşı təmin olunan hissəsi olub, apellyaisya məhkəməsinin qətnaməsi də həmin hissədə qəbul edilib. Bu bxaımdan, qətnamənin tam yox lanılması dedikdə, apellyasiya baxının predmeti olan hissə başa düşülür.
56. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
58. Apellyasiya instansiyası məhkə məsi iş üzrə qanuni nəticəyə gəlmişdir.
59. İşdən görünür ki, apellyasiya məhkəməsi hazırki iş üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarlarında şərh edilən göstərişlər üzrə əlavə araşdırmalar aparaq, mübahisədə adı keçən torpaq sahəsinin iddiaçının adına dövlət reyetrində mülkiyyət hüququ ilə qeydə alnmasını, Cavabdeh5 sözügedən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun yaranmasının qanunazidd olması barədə dəlillərinin sübut olunmamasını müəyyən etmişdir.
60. Qanunvericiliyin tələbinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, hab elə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. (Mülki Məcəllə, 139.1, 140-cı maddələr)
61. Nəzər alınsa ki, iddiaçının mülkiyyət hüquqları dövlət qeydiyyatına alınıb və qeydin həqiqiliyi və tamamlığı prezumpsiyasının qüvvədə olması müəyyən edilib, belə olan halda, iddiaçının mülkiyyət hüquqlarının bərpası ilə bağlı gəlinən nəticə də dü zgün olmuşdur. Belə ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. (Mülki Məcəllə, 157.2, 157.4)
62. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən iddiaçının adına 47.322,1 kv.m. torpaq sahəsinin qeydiyyatı zamanı 46.814,3 kv.m. hissəsinin qeydiyyatında səhvə yol verilməsi barədə kassasiya şikayətinin dəlillərini də əsassız sayır və bir daha vurğulayır ki, iddiaçının göstərilən həcmdə torpaq sahəsinə mülkiyyət hüquqları dövlət qeydiyytaına alınmışdır.
63. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
64. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh5 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6829/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.