Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5154/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əşyaların yaşayış evindən çıxarılması tələbi) 19.10.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “əşyaların yaşayış evindən çıxarılması” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(105)-863/2022 saylı qətnaməsindən Cavabdeh kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İ ddiaçı (bundan sonra mətndə iddiaçı) və Cavabdeh (bundan sonra mətndə cavabdeh) bacıdılar.
2. Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu ərazisində özünə məxsus fərdi yaşayış evini 26 oktyabr 2020-ci il tarixdə satmışdır. Hal-hazırda Saray qəsəbəsində qohumlarının birinin evində yaşayır. Ona məxsus olan əşyalar isə iddiaçının mülkiyyətində olan fərdi yaşayış evində yerləşir.
3. Abşeron rayonu Digah qəsəbəsi ünvanında yerləşən 0.02 ha torpaq sahəsi iddiaçının adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 4. ünvan 1 ünvanında yerləşən 0.02 ha torpaq sahəsi üzərində yerləşən 108.3 kv.m. olan fərdi yaşayış evi iddiaçının adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
5. Abşeron rayon Polis İdarəsi nin xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Abşeron rayonu Saray qəsəbəsi M.Ələsgərov küçəsi 52 saylı evdə yaşayan Cavabdeh müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh mülki qaydada aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı əşyaların yaşayış evindən çıxarılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh məxsus əşyaların onun mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması və mülkiyyətində olan torpaq sahəsinin boşaldılaraq ona t əhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh məxsus əşyaların onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması, mülkiyyətində olan yaşayış evi və torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı mövqeyini belə əsaslandırmişdır ki, iddiaçının bacısı, Cavabdeh özünə məxsus əşyaları müvəqqəti olaraq, onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə yerləşdirmişdir. Hal-hazırda cavabdeh iddiaçıya qarşı Abşeron rayon Polis İdarəsinə müraciət ed ərək, Digah qəsəbəsində yerləşən torpaq sahəsinin və üzərində inşa edilmiş tikililərin ona məxsus olmasını iddia etmişdir. Cavabdeh özünə məxsus mənzilini satdığına görə, özünə məxsus əşyalarını da iddiaçının razılığı ilə mülkiyyətində olan yaşayış evinə müvəqqəti yerləşdirmişdir. Lakin hal-hazırda cavabdeh həmin əmlakların yaşayış evindən çıxarılmasından imtina edir. Mübahisəli mənzilin mülkiyyətçisi kimi iddiaçı ilə cavabdeh arasında mənzildən istifadəyə dair notarial qaydada bağlanmış hər hansı bir müqavilə və eləcə də cavabdehin mənzildən istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə müqavilə mövcud deyildir. İddiaçının mülkiyyətçi kimi öz mənzilinə sərbəst surətdə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək, həmin mənzilə başqa şəx slərin sahibliyinə yol verməmək, ona məxsus əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri etmək hüququ vardır.
9. Cavabdeh izahatında göstərmişdir ki, Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən mənzil onların ata mülkləri olmuşdur. Həmin ev plana düşdükdən sonra mənzilin satışından əldə olunmuş pul bölünərək 120.000 manat iddiaçıya, 80.000 manat ona və 150.000 manat isə qardaşı Fərhada çatmışdır. O və bacısı-iddiaçı həmin pul vəsaiti hesabına fərdi yaşayış evləri almışlar. Belə ki, iddiaçı ünvan 1 ünvanında yerləşən 0.02 ha torpaq sahəsini almış, üzərində 108.3 kv.m. olan fərdi yaşayış evini inşa etdirmiş, həmin daşınmaz əmlaklar İddiaçı adına dövlət qeydiyyatına alınsa da onun şəxsi pul vəsaiti hesabına alınmış və inşa edilmişdir. İddiaçı həmin ikimərtəbəli evdə heç vaxt ya şamamışdır. O, özünə məxsus olan əşyaları isə həmin evə yerləşdirmişdir. Belə ki, iddiaçı borc içində olduğuna görə o, Bakı şəhəri Binəqədi qəsəbəsindəki evini 68.500 manata satmış və 15.000 manatı borc vermişdir. İddiaçı qalan pula Digah qəsəbəsində torpaq alıb ev tikməyi ona məsləhət görmüşdür. Bu işdə ona tanışı, makler Rövşən Salmanovun kömək edəcəyini söyləmişdir. Rövşən Salmanov əvvəllər polisdə xidmət etmişdir. İlk baxışda Rövşənin və iddiaçının çoxdan tanış olduqları təsüratı yaransa da iddiaçı bunu təkzib etmişdir. Sonradan o, bunun həqiqətən belə olduğunu öyrənmişdir. İddiaçı onun puluna Digah qəsəbəsində tikilmiş evi ondan xəbərsiz öz adına keçirmiş və bu evi də satmaq istəmişdir.
10. Abşeron Rayon Məhkəməsi (bundan sonra birinci instansiya məhkəməsi) (hakim H.Y.Əhmədov 2(012)-4 522/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia ərizəsinin təmin edilməsi və ünvan 1 ünvanında yerləşən 0.02 ha torpaq sahəsinin üzərindəki 108.3 kv.m. olan fərdi yaşayış evindən Cavabdeh məxsus olan əşyalar çıxarılmaqla həmin torpaq sahəsi və fərdi yaşayış evinin İddiaçı təhvil verilməsini qət etmişdir.
11. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı mübahisə predmeti olan daşınmaz əmlaka mülkiyyət hüququ əldə etdiyindən, qanuni istifadəsində və sahibliyində olan daşınmaz əmlakdan istifadə ilə bağlı yaranmış maneələrin aradan qaldırılmasını tələb etmək hüququna malik olduğundan, cavabdehin ona məxsus olan əşyalarını hər hansı bir hüququ olmadığı fərdi yaşayış evinə yerləşdirməsi iddiaçının həmin evə dair mülkiyyət hüququnu məhdudlaşdırdığı ndan, mülkiyyət hüququ toxunulmaz olduğundan və qanunvericiliklə məhdudlaşdırılmasına yol verilmədiyindən iddiaçının iddia tələbləri əsaslıdır.
12. Cavabdeh ona məxsus olan mənzilin satışından əldə olunmuş pul vəsaitindən 15000 manatı iddiaçı-bacısı İddiaçı verdiyini, sonuncunun həmin pul vəsaiti hesabına hazırki torpaq sahəsi alıb fərdi yaşayış evi inşa etdirdiyini qeyd etsə də, 15000 manat pul vəsaitinin həqiqətən də onun tərəfindən verildiyini sübuta yetirə bilməmiş, buna dair mötəbər, təkzib olunmaz sübutlarını məhkəməyə təqdim edə bilməmişdir.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1.,139.3., 152., 152.5., 157.1., 157.2., 157.4., 157.8., 178.1, 178.2., «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqı nda» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında˝ Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 1-ci və 2-ci bəndinə, Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin “G. Əhmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 19 fevral 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair˝ xx.xx.2019-cu il tarixli Qərar ına, Azərbaycan Respublikasının MPM-nin 217.3., 218.3-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Cavabdeh apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2(012)-4522/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
15. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) (hakimlər T.Q.Məmmədov (sədrlik edən və məruzəçi) Ş.R.Abasov və S.A.Qafari) xx.xx.2022-ci il tarixli, 2(105)-863/2022 saylı qətnaməsi ilə Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsi və iş üzrə Abşeron Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2(012)4522/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
16. Apellasiya instansiyası məhkəməsi mövgeyini belə əsaslandırmışdır ki, Cavabdeh mübahisəli evin mülkiyyətçisi olan İddiaçı özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslər kateqoriyasına aid deyildir. Belə olan halda, məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdeh mübahisəli evdən istifadə hüququna malik deyildir. Mübahisəli ev iddiaçının mülkiyyətində olduğundan, qanunvericiliyə görə mülkiyyət hüququ istənilən şəxs tərəfindən pozulmaqdan müdafiə edilməli olduğundan, iddiaçının mülkiyyət hüquqları hər hansı bir şəkildə məhdudlaşdırılmadığından və mülkiyyətindən sərbəst istifadə başqa şəxslərin hüquqlarını pozmadığından, cavabdehə məxsus əşyalar qanuni əsas olmadan mübahisəli evdə saxlanıldığından iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır.
17. Cavabdeh apellyasiya şikayətində və məhkəmə kollegiyasının iclasında mübahisəli torpaq sahəsinin onun pulu ilə alındığını, evin isə onun pulu ilə tikildiyini qeyd etsə də, bu barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmiş, torpaq sahəsinin və fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına aparılmış qeydiyyatı da mübahisələndirməmişdir.
18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139, 152.1., 152.5., 157.2., “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın 1 saylı protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləs inin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
19. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(105)-863/2022 saylı qətnaməsinin ləğv edilməsi və işin təkrar araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
20. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh mübahisəli əmlakın mülkiyyətçisi olmasa da, faktiki həmin əmlak onun sahibliyinə və istifadəsinə verilmişdir, hazırda da əmlakın kimin mülkiyyətinə olması mübahisələndirilir. Mülkiy yətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Bundan əlavə, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxıb, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməyib və qanunu səhv təfsir edib. İşə baxan zaman məhkəmə Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrini düzgün tətbiq etməmiş, tərəflər arasında mülki mübahisə olduğu halda ailə qanunvericiliyinin tələblərini tətbiq etmişdir.
21. Kassator şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcələsinin 157.8, 158.4-cü maddələrinə və Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 318.2-ci maddəsinə istinad etmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
23. Maddə
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsi
24. Maddə
139. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
25. Maddə 152.1. Mülkiyyət h üququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
26. Maddə 152.5. mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
27. Maddə 157.2.Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasını n Mənzil Məcəlləsi
28. Maddə 30.1 Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
29. Maddə 30.2 Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinə əsasən əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-c i fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onla rdan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya insta nsiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıl ır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
40. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən fərdi yaşayış evinin iddiaçının mülkiyyətində olmasına və cavabehin əşyalarının hər hansı hüquqi əsas olmadan həmin ünvanda yerləşməsinə, o cümlədən cavabdehin ev üzərində hər hansı hüquqi yaranmadığına əsaslanmaqla iddiaçının mülkiyyət hüququnun müd afiə olunması nəticəsinə gəlmişdir.
41. Kassasiya şikayətinin Mənzil Məcəlləsinin 30-cu maddəsinin düzgün tətbiq edilməməsinə dair dəlilinə münasibətdə isə qeyd edilməlidir ki, tərəflər arasında ailə hüquq münasibətlərindən yaranan və əşya hüququ yaratmayan istifadə hüququnun yaranmaması ilə bağlı mövqeyini əsaslandırmaq üçün məhz həmin maddi hüquq normasına isinad etmişdir ki, bu isə maddi hüquq normasının düzgün tətbiq olunmaması nəticəsinə gəlməyə əsas vermir.
42. Eyni zamanda qeyd edilməlidir ki, kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onl ara qiymət verilmir.
43. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
44. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 5 may 2022-ci il tarixli, 2(105)863/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.