Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-37/2022 29.06.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, İddiaçı vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mülkiyyət hüququnun bərpası və cavabdehlərin torpaq sahəsindən çıxarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Zaqatala rayonu, Mamrux kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində ********** nömrəsi ilə qeydiyyata alınmış ümumi birgə mülkiyyət hüququ ilə ailə üzvlərinə məxsus olan 0,6599 ha torpaq sahəsindən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 çıxarılması və mülkiyyət hüquqlarının bərpa olunmasına dair qərar qəbul edilməsini xahiş edir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Zaqatala rayonu, Mamrux kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində ********** nömrəsi ilə qeydiyyata alınmış ümumi birgə mülkiyyət hüququ ilə ailə üzvlərinə məxsus 0,6599 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsi Zaqatala rayonu, Gözbarax kənd sakinləri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən zəbt olunmuşdur. Cavabdehlərə dəfələrlə torpaq sahəsinin boşaldılması və qeyri-qanuni sahibliyinə son qoyulması məqsədi ilə müraciət etmələrinə baxmayaraq cavabdeh qanunsuz hərəkətlərinə son qoymamış, onlara məxsus torpağı zəbt etmişlər. Nəticədə, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Mülki iş üzrə iddiaçı və cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında dəfələrlə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, və gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı vəkili Vəkil çıxış edərək iddia tələbini müdafiə etdiyini bildirdi və iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə baxışı iclaslarında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək göstərmişdir ki, Zaqatala rayonu, Mamrux kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində ********** nömrəsi ilə qeydiyyata alınmış ümumi birgə mülkiyyət hüququ ilə ailə üzvlərinə məxsus 0,6599 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsi Zaqatala rayonu, Gözbarax kənd sakinləri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən zəbt olunmuşdur. Cavabdehlərə dəfələrlə torpaq sahəsinin boşaldılması və qeyri-qanuni sahibliyinə son qoyulması məqsədi ilə müraciət etmələrinə baxmayaraq cavabdehlər qanunsuz hərəkətlərinə son qoymamış, onlara məxsus torpağı zəbt etmişlər. Nəticədə, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Əvvəlki məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək göstərmişdir ki, iddia ərizəsində qeyd edilən torpaq sahəsini 1983-cü ildən istifadə edir. Həmin torpaq sahəsi ona kolxoz tərəfindən verilmişdir. Torpağa dair hər hansı sənədi yoxdur. Həmin torpaq sahəsindən 4 ailə istifadə edir. Hazırda torpaq sahəsi üzərində fındıq və qoz ağacları əkmişdir. Həmin torpaq sahəsinin başqasına məxsus olduğunu bilsə idi, ordan çoxdan çıxardı və orada fındıq və qoz ağaclarını əkməzdi. İstifadəsində olan həmin torpaq sahəsi iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst üstə düşmür. Əvvəlki məhkəmə baxışı iclaslarında iştirak edən cavabdehlər Cavabdeh2, Cavabdeh3 digər Cavabdeh1 verdiyi izahata uyğun izahat verərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İşin halları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsin tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, daşınmaz əmlakın dövlət reyestrində 209 nömrəli reyestr kitabının 24 nömrəli vərəqində xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış, reyestr nömrəsi **********49 olan Zaqatala rayonu Mamrux kəndində yerləşən 0,6599 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında X6, İddiaçı, X1, X7, X9 və X4 məxsusdur. AA seriyalı 602703 nömrəli Torpaq sahəsinin planı və ölçüsü hazırlanaraq çıxarışa əlavə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 07 iyun 2022-ci il tarixli 10/3161 nömrəli rəyindən görünür ki, "xxxx" MMC-nin Şəki LTİ-nin mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış X6, İddiaçı, X1, X7, X9 və X2 adına qeydiyyata alınmış 0,6599 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.1060 ha hissəsinin Cavabdeh4, 0.0761 ha hissəsinin Cavabdeh3. 0.1445 ha hissəsininin Cavabdeh2. 0.1531 ha hissəsinin isə Cavabdeh1 tərəfindən istifadə edildiyi müəyyən edildi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 07 iyun 2022-ci il tarixli 10/3161 nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılır. 111.3-cü maddəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 89-cu maddəsinə əsasən yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3 və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolu 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmənin mövqeyi: Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə iclası zamanı işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, reyestr nömrəsi **********49 olan Zaqatala rayonu Mamrux kəndində yerləşən 0,6599 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında X6, İddiaçı, X1, X7, X9 və X2 adına daşınmaz əmlakın dövlət reyestrində 209 nömrəli reyestr kitabının 24 nömrəli vərəqində xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. İddiaçı iddia ərizəsi ilə müraciət edərək ümumi birgə mülkiyyət hüququ əsasında ona məxsus Zaqatala rayonu Mamrux kəndində yerləşən 0,6599 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edildiyini bildirmiş və cavabdehlərin həmin torpaq sahəsindən çıxarılması və torpaq sahəsi üzərində mülkiyyət hüququnun bərpa edilməsini xahiş etmişdir. Cavabdehlər iddia tələbini qəbul etməmişlər və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 07 iyun 2022-ci il tarixli 10/3161 nömrəli mütəxəssis rəyi ilə müəyyən olunmuşdur ki, X6, İddiaçı, X1, X7, X9 və X2 adına qeydiyyata alınmış 0,6599 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,1060 ha hissəsi Cavabdeh4, 0.0761 ha hissəsi Cavabdeh3, 0.1445 ha hissəsi Cavabdeh2 və 0.1531 ha hissəsi isə Cavabdeh1 tərəfindən istifadə edilir. Nəzərə almaq lazımdır ki, mülkiyyət hüququ hər bir cəmiyyətin demokratik, stabil və dinamik inkişafını, eləcə də onun dayanıqlı və etibarlı olmasını şərtləndirən ən mühüm dəyərlərdən biridir. Mülkiyyət hüququ istifadə hüququna münasibətdə daha üstün hüquqdur və bu hüquqların kolliziyası (toqquşması) halında hər bir halda mülkiyyət hüququna üstünlük verilməlidir. Göründüyü kimi, iddiaçı Zaqatala rayonu Mamrux kəndində yerləşən 0,6599 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mülkiyyətçilərindən biridir və onun öz əmlakından öz istədiyi kimi istifadə etmək hüququ vardır. Cavabdeh4 torpaq sahəsinin 0,1060 ha hissəsini, Cavabdeh3 torpaq sahəsinin 0.0761 ha hissəsini, Cavabdeh2 torpaq sahəsinin 0.1445 ha hissəsini, Cavabdeh1 torpaq sahəsinin 0.1531 ha hissəsini zəbt etmişdir. Cavabdehlərin torpaq sahəsi üzərində qanunla qorunan hər hansı hüquqları əmələ gəlməmişdir. Cavabdehlərin hər hansı hüquqları əmələ gəlmədiyi halda zəbt edilmiş torpaq sahəsindən istifadə edirlər. Buna görə də, məhkəmə hesab edir ki, mülkiyyətçinin özünə mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsindən sərbəst və maneəsiz istifadə etmək hüququ bərpa olunmalı, Cavabdeh4 iddiaçıya ümumi birgə mülkiyyət hüququ əsasında məxsus torpaq sahəsinin 0,1060 ha hissəsindən, Cavabdeh3 iddiaçıya ümumi birgə mülkiyyət hüququ əsasında məxsus torpaq sahəsinin 0.0761 ha hissəsindən, Cavabdeh2 iddiaçıya ümumi birgə mülkiyyət hüququ əsasında məxsus torpaq sahəsinin 0.1445 ha hissəsindən, Cavabdeh1 iddiaçıya ümumi birgə mülkiyyət hüququ əsasında məxsus torpaq sahəsinin 0.1531 ha hissəsindən çıxarılmalı, həmin torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ bərpa edilməlidir. İş materiallarından da göründüyü kimi, mübahisə predmeti olan 0,6599 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X6, İddiaçı, X1, X7, X9 və X2 xüsusi mülkiyyəti kimi adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 hazırda həmin torpaq sahəsinə heç bir hüquqları yoxdur. Qeyd olunanlar ekspert rəyi ilə də öz təsdiqini tapmışdır. İddiaçı tərəfindən dövlət büdcəsinə ödədiyi 10 (on) manat dövlət rüsumu onun tərəfindən tələb edilmədiyinə görə onun özünə aid edilməlidir. İş üzrə təyin edilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat ekspertiza xərci cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X5 kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************4. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227.1 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi İddia təmin edilsin. Ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı məxsus Zaqatala rayonu Mamrux kəndində yerləşən reyestr nömrəsi **********49 olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 06 aprel 2021-ci il tarixli çıxarışda göstərilən 0,6599 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin "xxxx" MMC-nin Şəki LTİ-nin mütəxəssis rəyinə əlavə edilmiş sxemə uyğun olaraq zəbt etdiyi 0,1060 ha hissəsindən Cavabdeh4, 0.0761 ha hissəsindən Cavabdeh3, 0.1445 ha hissəsindən Cavabdeh2, 0.1531 ha hissəsindən Cavabdeh1 çıxarılsınlar, həmin torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ bərpa edilsin. İddiaçı tərəfindən dövlət büdcəsinə ödədiyi 10 (on) manat dövlət rüsumu onun özünə aid edilsin. İş üzrə təyin edilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat ekspertiza xərci cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X5 kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************4. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Həsənov
Məhkəmə qərarları › İş №2(033)-37/2022
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-37/2022
29.06.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver