Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-25/2022 12.05.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə4 iştirakı ilə, İddiaçı ləğv prosesində olan “Kredobank" ASC-nin cavabdehlər "Qədir" X4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ləğv prosesində olan “Kredobank" ASC-nin cavabdehlər "Qədir" X4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə4 iddia tələbini onunla əsaslandırdı ki, 19 avqust 2011-ci il tarixli 14kt No-li kredit müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən Cavabdeh1 X4 illk 7%-lə 60 ay müddətinə 150000 manat məbləğində kredit verilib.Həmin kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 məxsus İmişli şəhəri, L.Vəliyev küçəsi 33 A ünvanında yerləşən ümumi sahəsi 67.2 kv.m, yaşayış sahəsi 52.1 kv.m olan olan fərdi yaşayış evi 0.04 ha torpaq sahəsi ilə birlikdə 23.09.2011-ci il tarixli ipoteka müqaviləsi ilə bank qarşısında yüklü edilib. İpoteka müqaviləsi notarial qaydada təsdiq olunub və dövlət reyestrində qeydə alınıb.Eyni zamanda kredit müqaviləsinin təminatı olaraq Cavabdeh4 məxsus İmişli şəhəri, M.Əsədov küçəsində yerləşən ümumi sahəsi 239,4 kv.m, yaşayış sahəsi 84.0 kv.m olan 9 nömrəli fərdi yaşayış evi 0,08 ha torpaq sahəsi ilə birlikdə 23.09.2011-ci il tarixli ipoteka müqaviləsi ilə bank qarşısında yüklü edilib. İpoteka müqaviləsi notariat qaydada təsdiq olunub və dövlət reyestrində qeydə alınıb.Eyni zamanda həmin kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh6 məxsus ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak 15.11.2011-ci il tarixli ipoteka müqaviləsi ilə bank qarşısında yüklü edilib. İpoteka müqaviləsi notarial qaydada təsdiq olunub və dövlət reyestrində qeydə alınıb. 07.08.2019-cu il tarixədək Cavabdeh1 X3 19.08.2011-ci il tarixli kredit müqaviləsi üzrə ləğv prosesində olan İddiaçı ASC-nə 91878,95 manat əsas borcu, müqavilə müddəti üçün hesablanan 38598,12 manat faiz borcu, 34269,70 manat cərimə borcu, müqavilənin bitdiyi tarixdən 07.08.2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla hesablanan 13627,68 manat borcu, cəmi 178374,45 manat məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər müqavilə üzrə öhdəliklərinə yerinə yetirməkdən imtina edirlər. Bu səbəbdən qanunla müəyyən olunmuş müddətdə və qaydada ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün reyestr orqanına ərizə göndərilib.Ərizə həmin orqanda qeydə alınıb, müddət keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibət bildirməyib. Qeyd olunanlara əsasən, "Qədir" X1 91878,95 manat əsas borc, müqavilə müddəti üçün hesablanan 38598,12 manat faiz borcu, 34269,70 manat cərimə borcu, müqavilənin bitdiyi tarixdən 07.08.2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla hesablanan 13627,68 manat borcu olmaqla cəmi 178374,45 manat məbləğində borcun,ipoteka haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 90 manat rüsumun və 30 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması,tutmanın Cavabdeh2 məxsus İmişli şəhəri, L.Vəliyev küçəsi 33 A ünvanında yerləşən ümumi sahəsi 67.2 kv.m, yaşayış sahəsi 52.1 kv.m olan olan fərdi yaşayış evi və 0.04 ha torpaq sahəsinə yönəldilməsi,həmin mənzilin açıq hərracdan satılması və əldə olunan vəsait hesabına "Qədir" X3 "xxxx" ASC-nə olan borcunun tutulması,həmin əmlak satıldıqdan sonra 1 ay müddətində Cavabdeh2 və Cavabdeh3 mənzildən çıxarılması, mənzilin boşaldılması və ləğv prosesində olan "xxxx" ASC-nə təhvil verilməsi,Cavabdeh4 məxsus İmişli şəhəri, M.Əsədov küçəsində yerləşən ümumi sahəsi 239,4 kv.m, yaşayış sahəsi 84.0 kv.m olan 9 nömrəli fərdi yaşayış evinə və 0,08 ha torpaq sahəsinə yönəldilməsi,həmin mənzilin açıq hərracdan satılması və əldə olunan vəsait hesabına "Qədir" X3 "xxxx" ASC-nə olan borcunun tutulması,həmin əmlak satıldıqdan sonra 1 ay müddətində Cavabdeh4 və Cavabdeh5 mənzildən çıxarılması, mənzilin boşaldılması və ləğv prosesində olan "xxxx" ASC-nə təhvil verilməsi, Cavabdeh6 məxsus Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi 2 saylı evin 48 saylı mənzilinə həmin mənzilin açıq hərracdan satılması və əldə olunan vəsait hesabına "Qədir" X3 "xxxx" ASC-nə olan borcunun tutulması,satışdan əldə olunan vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlər "Qədir" X4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada məlumat verilsə də,cavabdehlər məhkəməyə gəlməmiş və ya nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki,iddia qismən təmin olunmalıdır. İş materiallarında olan 19 avqust 2011-ci il tarixli 14kt N°-li kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 X4 illik 7 %-lə 60 ay müddətinə 150000 (bir yüz əlli manat) məbləğində kredit vəsaiti verilmişdir. İş materiallarında olan 19 avqust 2011-ci il tarixli 14kt N°-li kredit müqaviləsinə əlavə kredit və ona hesablanmış faizlərin ödəniş cədvəlindən görünür ki, cavabdeh hər ayın 19-u tarixindən gec olmayaraq 24 ay müddətinə 875 manat faiz məbləğini, digər aylarda cədvəldə qeyd olunan ümumi məbləği banka ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan KB seriyalı 020451 nömrəli qəbzdən görünür ki, İddiaçı ASC 100000 manat məbləğində vəsaiti 28 sentyabr 2011-ci il tarixdə X2 vermişdir. İş materiallarında olan KB seriyalı 020452 nömrəli qəbzdən görünür ki, İddiaçı ASC 42000 manat məbləğində vəsaiti 15 noyabr 2011-ci il tarixdə X2 vermişdir. İş materiallarında olan AR ƏMDK yanında DƏDRX tərəfindən verilmiş MA seriyalı ******* nömrəli çıxarışdan görünür ki, İmişli şəhəri, L.Vəliyev küçəsi 33 A saylı mənzil Cavabdeh2 xüsusi mülkiyyətindədir. Fərdi yaşayış evi Cavabdeh2 adına 01.06.2011-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. İş materiallarında olan 04.08.2011-ci il tarixli ********** nömrəli arayışdan görünür ki, İmişli şəhəri, L.Vəliyev küçəsi 33 A ünvanında yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 7 nömrəli reyestr kitabının 176 nöməli vərəqində Cavabdeh2 adına qeydiyyata alınmışdır. İş materiallarında olan AR ƏMDK yanında DƏDRX tərəfindən verilmiş MA seriyalı ******* nömrəli çıxarışdan görünür ki, İmişli şəhəri, L.Vəliyev küçəsi 33 A fərdi yaşayış İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. İş materiallarında olan AR ƏMDK yanında DƏDRX tərəfindən verilmiş MA seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, ev 2 ünvandakı 48 saylı mənzil Cavabdeh6 tərəfindən İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. Yüklülük daşınmaz əmlakın dövlət reyestrində 1508 nömrəli 137680 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan 18 iyul 2019-cu il tarixli **********670 saylı bildirişin məzmunundan görünür ki, Bank tərəfindən Cavabdeh4 kredit borcunun ödənilməsi üçün müvafiq qaydada məlumatlandırılmış, əks halda Azərbaycan Respublikasının müvafiq məhkəmə orqanına müraciət olunacağı bildirilmişdir. İş materiallarında olan 18 iyul 2019-cu il tarixli **********644 saylı bildirişin məzmunundan görünür ki, Bank tərəfindən Cavabdeh2 kredit borcunun ödənilməsi üçün müvafiq qaydada məlumatlandırılmış, əks halda Azərbaycan Respublikasının müvafiq məhkəmə orqanına müraciət olunacağı bildirilmişdir. İş materiallarında olan 18 iyul 2019-cu il tarixli **********644 saylı bildirişin məzmunundan görünür ki, Bank tərəfindən Cavabdeh6 kredit borcunun ödənilməsi üçün müvafiq qaydada məlumatlandırılmış, əks halda Azərbaycan Respublikasının müvafiq məhkəmə orqanına müraciət olunacağı bildirilmişdir. İş materiallarında olan 14.08.2019-cu il tarixli **********724 nömrəli maliyyə arayışından görünür ki, 07.08.2019-cu il tarixinə "Qədir" X3 Ləğv prosesində olan İddiaçı ASC-nə 91878.95 manat məbləğində əsas, 38.598.12 manat məbləğində müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz, 34269.70 manat məbləğində cərimə borcu, müqavilənin bitdiyi tarixdən 07.08.2019-cu il tarixinədək gecıkdırilmış vaxt üçün illik beş faiz olmaqla hesablanmış 13627.68 manat borc, cəmi 178374.45 manat məbləğində borcu vardır. İş materiallarında olan 16.08.2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı dövlət rüsumunun ödənilməsi üçün 30.40 manat pul "xxxx" ASC-yə ödəmişdir. İş materiallarında olan 16 iyul 2019-cu il tarixli **********636 saylı bildirişin məzmunundan görünür ki, Bank tərəfindən Sadığov Mirzəli Dadaş oğlu kredit borcunun ödənilməsi üçün müvafiq qaydada məlumatlandırılmış, əks halda Azərbaycan Respublikasının müvafiq məhkəmə orqanına müraciət olunacağı bildirilmişdir. İş materiallarında olan 23 .09.2011-ci il tarixli 14/3 nömrəli ipoteka müqaviləsindən görünür ki, 19 avqust 2011-ci il tarixli 14kt N°-li kredit müqaviləsinin təminatı olaraq Cavabdeh4 məxsus İmişli şəhəri, M.Əsədov küçəsində yerləşən ümumi sahəsi 239.4 kv.m, yaşayış sahəsi 84.0 kv.m sahədən ibarət olan 9 nömrəli fərdi yaşayış evi 0.08 ha torpaq sahəsi ilə birlikdə 23.09.2011-ci il tarixli ipoteka müqaviləsi ilə Bank qarşısında yüklü edilmişdir. İş materiallarında olan 23 .09.2011-ci il tarixli 14/2 nömrəli ipoteka müqaviləsindən görünür ki, 19 avqust 2011-ci il tarixli 14kt N°-li kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 məxsus İmişli şəhəri, L. Vəliyev küçəsi 33 A ünvanında yerləşən ümumi sahəsi 67.2 kv.m, yaşayış sahəsi 52.1 kv.m sahədən ibarət olan fərdi yaşayış evi 0.04 ha torpaq sahəsi ilə birlikdə 23.09.2011-ci il tarixli ipoteka müqaviləsi ilə Bank qarşısında yüklü edilmişdir. İş materiallarında olan 23 .09.2011-ci il tarixli 14/5 nömrəli ipoteka müqaviləsindən görünür ki, 19 avqust 2011 -ci il tarixli 14kt №-li kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh6 məxsus ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak 15.11.2011-ci il tarixli ipoteka müqaviləsi ilə bank qarşısında yüklü edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 30 dekabr 2020-ci il tarixli 9/5054 saylı ekspert rəyindən görünür ki, “Kredobank" ASC ilə Cavabdeh1 X5 arasında bağlanmış 19 avqust 2011-ci il tarixli 14kt No-li kredit müqaviləsinə əsasən cavabdehin banka əsas borcu 79.517.59 manat əsas, 05 % dərəcəsi ilə hesablanan faiz borcu da nəzərə alınmaqla 27.319.52 manat faiz borcu,cəmi 106.837.11 manat borcu vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 19 mart 2020-ci il tarixli 9/204 saylı ekspert rəyindən görünür ki, “Kredobank" ASC ilə Cavabdeh1 X5 arasında bağlanmış 19 avqust 2011-ci il tarixli 14kt No-li kredit müqaviləsinə əsasən cavabdehin banka əsas borcu 79.517.59 manat əsas, 05 % dərəcəsi ilə hesablanan faiz borcu da nəzərə alınmaqla 27.319.52 manat faiz borcu,cəmi 106.837.11 manat borcu vardır. "xxxx" MMC-nin 11 aprel 2022-ci il tarixli 0292/22Kredo saylı qiymətləndirmə rəyindən görünür ki, Cavabdeh6 məxsus Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi 2 saylı evin 48 saylı mənzilin bazar qiyməti 72000 manat,likvid qiyməti isə 62000 manat, Cavabdeh2 məxsus İmişli şəhəri, L.Vəliyev küçəsi 33 A ünvanında yerləşən ümumi sahəsi 67.2 kv.m, yaşayış sahəsi 52.1 kv.m olan olan fərdi yaşayış evi və 0.04 ha torpaq sahəsinin bazar qiyməti 55000 manat, likvid qiyməti isə 46000 manat, Cavabdeh4 məxsus İmişli şəhəri, M.Əsədov küçəsində yerləşən ümumi sahəsi 239,4 kv.m, yaşayış sahəsi 84.0 kv.m olan 9 nömrəli fərdi yaşayış evinin və 0,08 ha torpaq sahəsinin bazar qiyməti 80000 manat,likvid qiyməti isə 68000 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəlləinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin hallarından göründüyü kimi tərəflər arasında qanunla müəyyən olunan qaydada kredit müqaviləsi bağlanmış, iddiaçı müqavilənin şərtlərinə əməl edərək razılaşdırılmış məbləğdə krediti cavabdehə vermişdir.Kreditin qaytarılmasının təminatı kimi,yuxarıda qeyd olunan əmlaklar bank qarşısında ipoteka ilə yüklü edilmişdir.Buna baxmayaraq cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri pozaraq yerinə yetirməmişdir. Nəticədə"Qədir" X3 faizlər və cərimə ilə birlikdə banka ödənilməmiş 178374,45 manat məbləğində borcu qalmışdır. Ona görə də məhkəmə iddia tələbini qismən 79.517.59 manat əsas, 05 % dərəcəsi ilə hesablanan faiz borcu da nəzərə alınmaqla 27.319.52 manat faiz borcu,cəmi 106.837.11 manat borc hissəsində əsaslı hesab edir. İddianın 34269,70 manat cərimə borcunun tələb olunması hissəsinə qiymət verərkən məhkəmə hesab edir ki, qeyd olunan məbləğdə cərimə əsas borca nisbətdə mütanasib deyil ona görə də cərimənin azaldılaraq 3400 manat müəyyən olunmasını məqsədəuyğun sayır.Bu nəticəyə gələrkən məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərini rəhbər tutur. Belə ki,həmin maddəyə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə iş üzrə toplanmış sübutları tam və hərtərəfli araşdırıb, qiymətləndirərək, hesab edir ki, iddia təmin edilməli, 19 avqust 2011-ci il tarixli kredit müqaviləsinə əsasən "Qədir" X1 79.517.59 manat əsas, 05 % dərəcəsi ilə hesablanan faiz borcu da nəzərə alınmaqla 27.319.52 manat faiz borcu, 3400 manat cərimə cəmi 110237.11 manat məbləğində borc, ipoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 90 manat rüsum və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə tutulmalı, tutma Cavabdeh2 məxsus, bazar qiyməti 55000 manat,likvid qiyməti isə 46000 manat olan İmişli şəhəri, L.Vəliyev küçəsi 33 ünvanında yerləşən ümumi sahəsi 67,2 kv.m, yaşayış sahəsi 52,1 kv.m sahədən ibarət olan fərdi yaşayış evinə (0,04 ha torpaq sahəsi ilə birlikdə) yönəldilməli, həmin mənzil açıq hərracdan satılmalı və borc həmin fərdi yaşayış evinin hərracdan satışından əldə olunan vəsait hesabına ləğv prosessində olan "xxxx" ASC-nə ödənilməli, tutma yönəldikdən və mənzil satıldıqdan 1 ay sonra Cavabdeh2 və Cavabdeh3 həmin mənzildən çıxarılmalı, həmin mənzil boşaldılmalı və ləğv prosesində olan hərracı udan şəxsə təhvil verilməli, tutma Cavabdeh4 məxsus bazar qiyməti 80000 manat,likvid qiyməti isə 68000 manat olan, İmişli şəhəri, M.Əsədov küçəsində yerləşən ümumi sahəsi 239,4 kv.m, yaşayış sahəsi 84,0 kv.m sahədən ibarət olan 9 nömrəli fərdi yaşayış evinə (0,08 ha torpaq sahəsi ilə birlikdə) yönəldilməli, həmin mənzil açıq hərracdan satılmalı və borc həmin fərdi yaşayış evinin hərracdan satışından əldə olunan vəsait hesabına ləğv prosesi olan "xxxx" ASC-nə ödənilməli, tutma yönəldikdən və mənzil satıldıqdan 1 ay sonra Cavabdeh4 və Cavabdeh5 həmin mənzildən çıxarılmalı, mənzil boşaldılmalı və hərracı udan şəxsə təhvil verilməli, tutma Cavabdeh6 məxsus, bazar qiyməti 72000 manat,likvid qiyməti isə 62000 manat ünvan 3 ünvanında yerləşən daşınmaz əmlaka yönəldilməli, həmin mənzil açıq hərracdan satılmalı və borc həmin fərdi yaşayış evinin hərracdan satışından əldə olunan vəsait hesabına ləğv prosesində olan "xxxx" ASC-nə ödənilməli, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilməlidir. Ekspertiza tədqiqatının dəyəri olan 150 manat "Qədir" X1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. 19 avqust 2011-ci il tarixli kredit müqaviləsinə əsasən "Qədir" X1 79.517.59 manat əsas, 05 % dərəcəsi ilə hesablanan faiz borcu da nəzərə alınmaqla 27.319.52 manat faiz borcu, 3400 manat cərimə cəmi 110237.11 manat borc məbləğində borc, ipoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 90 manat rüsum və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə tutulsun. Tutma Cavabdeh2 məxsus, bazar qiyməti 55000 manat,likvid qiyməti isə 46000 manat olan İmişli şəhəri, L.Vəliyev küçəsi 33 ünvanında yerləşən ümumi sahəsi 67,2 kv.m, yaşayış sahəsi 52,1 kv.m sahədən ibarət olan fərdi yaşayış evinə (0,04 ha torpaq sahəsi ilə birlikdə) yönəldilsin, həmin mənzil açıq hərracdan satılmaqla borc həmin fərdi yaşayış evinin hərracdan satışından əldə olunan vəsait hesabına ləğv prosessində olan "xxxx" ASC-nə ödənilain, tutma yönəldikdən və mənzil satıldıqdan 1 ay sonra Cavabdeh2 və Cavabdeh3 həmin mənzildən çıxarılsınlar, həmin mənzil boşaldılsın və hərracı udan şəxsə təhvil verilsin; Tutma Cavabdeh4 məxsus bazar qiyməti 80000 manat,likvid qiyməti isə 68000 manat olan, İmişli şəhəri, M.Əsədov küçəsində yerləşən ümumi sahəsi 239,4 kv.m, yaşayış sahəsi 84,0 kv.m sahədən ibarət olan 9 nömrəli fərdi yaşayış evinə (0,08 ha torpaq sahəsi ilə birlikdə) yönəldilsin, həmin mənzil açıq hərracdan satılmaqla borc həmin fərdi yaşayış evinin hərracdan satışından əldə olunan vəsait hesabına ləğv prosesi olan "xxxx" ASC-nə ödənilsin, tutma yönəldikdən və mənzil satıldıqdan 1 ay sonra Cavabdeh4 və Cavabdeh5 həmin mənzildən çıxarılsınlar,mənzil boşaldıldılsın və hərracı udan şəxsə təhvil verilsin; Tutma Cavabdeh6 məxsus, bazar qiyməti 72000 manat, likvid qiyməti isə 62000 manat ünvan 3 ünvanında yerləşən daşınmaz əmlaka yönəldildilsin, həmin mənzil açıq hərracdan satılmaqla borc həmin fərdi yaşayış evinin hərracdan satışından əldə olunan vəsait hesabına ləğv prosesində olan "xxxx" ASC-nə ödənilsin. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 150 manat "Qədir" X1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-25/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-25/2022
12.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver