Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2531/2022 05.10.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, Ərizəçi X4 iştirakı ilə Ərizəçi X4 hüquqi əhəmiyyət olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi X9 hüquqi əhəmiyyət olan faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi tələbini onunla əsaslandırdı ki, 01 iyul 2022-ci il tarixdə evdə olduqları vaxt həyat yoldaşı X3 vəziyyəti pisləşdir. O, dərhal Təcili Yardıma zəng vurmuş,lakin Təcili Yardım gələnə kimi həyat yoldaşı rəhmətə getmişdir. Həyat yoldaşı X5 İsmayıllı rayonu, Uştalqışlaq kənd qəbirsanlığında dəfn etmişlər. Maraqlı şəxsnə həyat yoldaşının ölüm şəhadətnaməsinin alınması ilə müraciət etmişdir. Lakin müvafiq orqan ölüm faktını təstiq edən tibbi şəhadətnamənin olmaması səbəbindən, onun müraciəti təmin olunmayıb. Bu səbəbdən ölüm faktının müəyyən edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət etmək məsləhət görülüb. Həyat yoldaşı X3 ölümünü təsdiq edən şəhadətnamə olmadığından sənədləşmə işlərində problemlərlə üzləşirlər. Bu səbəbdən də məhkəməyə müraciət edir.Odur ki, qeyd olunanları nəzərə alıb xahiş edir ki, xx.xx.1947-ci il təvəllüdlü X3 01 iyul 2022-ci il tarixdə İsmayıllı rayonu Uştalqışlaq kəndində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılsın. Maraqlı şəxs məhkəmə iclasını vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin müddəalarını rəhbər tutaraq, maraqlı tərəf Bakı Şəhərində Nizami Rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş üzrə toplanmış digər sübutları araşdırarıb, onlara qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxs X7 ünvanladığı xx.xx.2022-ci il məktubunda qeyd olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.200-cü tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının” 8.4-cü bəndinə əsasən ölüm haqında məlumat Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyinə ölümün baş verdiyi və ya metitin tapıldığı vaxtdan 10 gündən gec olmayaraq verilməlidir.Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq sizin ərizənin təmin olunması mümkün deyil.X1 ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət olunması tövsiyyə olunur. İş materiallarında olan Azərbaycan Respublikası İsmayıllı Rayon Hakimiyyəti başçısının Qalagah kənd inzibati ərazi üzrə nümayəndəsindən verilmiş 21 iyul 2022-ci tarixli 201 №li arayışdan görünür ki, X8 xx.xx.2022-ci il tarixdə İsmayıllı rayonu Uştalqışlaq kəndində rəhmətə getmiş və Uştalqışlaq kənd qəqəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında İsmayıllı Rayon Mərkəzi X12 Şəxsi tərəfindən verilən Təcili və X11 Stansiyası Xəbərdarlıq vərəqəsindən görünür ki, təcili tibbi yardım briqadası çağırış yerinə çatan zaman, tibbi müayinə zamanı xəstənin dünyasını dəyişdiyi aşkar olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Qeyd olunan Məcəllənin 308-ci maddəsində deyilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Beləliklə, məhkəmə zamanı ərizəçinin izahatı, eləcə də, məhkəməyə təqdim edilmiş sənədlərlə müəyyən olundu ki, həqiqətən də xx.xx.1947-ci il tarixdə İsmayıllı rayonu Uştalqışlaq kəndində anadan olmuş X8 01 iyul 2022-ci il tarixdə İsmayıllı rayonu Uştalqışlaq kəndində ölmüşdür. Qeyd olunan hüquqi əhəmiyyətli faktın müəyyən olunması ərizəçiyə mərhumun doğum haqqında şədadətnmaəsini almaq üçün zəruridir. Həmin sənədin başqa qaydada alınması mümkün deyil. Məhkəmə iş üzrə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.1947 il tarixdə İsmayıllı rayonu Uştalqışlaq kəndində anadan olmuş X3 01 iyul 2022-ci il tarixdə İsmayıllı rayonu Uştalqışlaq kəndində ölməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307.2.3, 308, 309, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.1947-ci il tarixdə İsmayıllı rayonu Uştalqışlaq kəndində anadan olmuş X3 01 iyul 2022-ci il tarixdə İsmayıllı rayonu Uştalqışlaq kəndində ölməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətidə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti veriilə bilər. Hakim: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-2531/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2531/2022
05.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver