Məhkəmə qərarları › İş №2(007)-254/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-254/2021

05.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-254/2021 05.04.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair” iddia ərizəsi ilə məhkəməyə mürаciət еdərək, Cavabdeh2 MMC-dən 200 000 (iki yüz min) manat əsas, 32 375.98 (otuz iki min üç yüz yetmiş beş manat 98 qəpik) manat müddət sonuna hesablansan faiz, 305.56 (üç yüz beş manat 56 qəpik) manat kredit müqaviləsinin müddət bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun plaraq) hesablanmış məbləğ olmaqla, cəmi 232 681.54 (iki yüz otuz iki min altı yüz səksən bir manat 54 qəpik) manat kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi, ipoteka qoyulmuş, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, ev 21-də yerləşən 113 kv.m yaşayış sahədən ibarət 7 otaqlı 63/64/65/67 nömrəli mənzillərə tutmanın yönəldilməsi, həmin evin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh2 MMC-nin borcunun tam ödənilməsinə kifayət etmediyi halda qalan borc məbləğinin Cavabdeh2 MMC- dən tutularaq Ləğv prosesində olan İddiaçı ASC -nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra “Bank”) ilə Cavabdeh2 MMC (bundan sonra “Cavabdeh”) arasında bağlanmış xx.xx.2014-cu il tarixli, 299/14 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 60 ay müddətinə, illik 6% (altı faiz) ödənilmək şərtilə, 200.000 (iki yüz min) manat məbləğində kredit vəsaiti verilmişdi. Həmin kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh1 ilə həmin tarixdə 229/14/1 saylı ipoteka müqaviləsi bağlanmış və həmin ipoteka müqaviləsinə əsasən, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan, Bakı şəhəri, Səbail nyonu, Zərilə Əliyeva küçəsi, ev 21-də yerləşən 113 kv.m yaşayış sahədən ibarət 7 otaqlı 63/64/65/67 nömrəli mənzillər ‘‘Zaminbank” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Lakin buna baxmayaraq Cavabdeh2 MMC həmin redit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Kredit müqaviləsinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürmüşdür. Müqaviləyə əsasən borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə əlaqədar borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qətnaməsi tam icra olunub başa çatanadək hesablanmış faizləri Banka ödəməlidir. Hazırda cavabdehlərin Banka ödənilməmiş 200 000 manat əsas, 32 375.98 (otuz iki min üç yüz yetmiş beş manat 98 qəpik) manat müddət sonuna hesablanan 305.56 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24 12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublkası MM-in 445.7-c maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 232 681.54 manat borcu mövcuddur. Məhkəmə iclasında iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclaslarına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış 19 avqust 2014-cü il tarixli kredit müqaviləsinin surətindən görünür ki, "Bank” tərəfindən “borcalan”a 60 ay müddətinə, illik 6 faiz olmaqla, 200 000 manat məbləğində pul ayrılmışdır. Cavabdeh2 MMC həmin müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür; - İddiaçı ASC ilə borcalan Cavabdeh2 MMC və ipoteka qoyan Cavabdeh1 arasında bağlanmış 20 avqust 2014-cü il tarixli ipoteka müqaviləsindən görünür ki, ipoteka qoyan özünə məxsus olan Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, ev 21-də yerləşən 113 kv.m yaşayış sahədən ibarət 7 otaqlı 63/64/65/67 nömrəli mənzilləri (ipotka predmetinin bazar dəyəri 280 000 manat məbləğində qiymətləndirilməklə) kredit müqaviləsi üzrə Cavabdeh2 MMC-nin yaranmış öhdəliyinin təminatı kimi ipoteka qoymuşdur; - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX Seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, ev 21-də yerləşən 113 kv.m yaşayış sahədən ibarət 7 otaqlı 63/64/65/67 nömrəli mənzilləri İddiaçı ASC-nin xeyrinə yüklü edilərək 27 avqust 2014-cü il tarixdə qeydiyyata alınmışdır. - Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun 24 sentyabr 2019-cu il tarixli malaiyyə arayışından görünür ki, Cavabdeh2 MMC-nin İddiaçı ASC-yə 19 avqust 2014-cü il tarixli kredit müqaviləsi üzrə 200 000 manat əsas borc, 32 375.98 manat faiz borcu, 305.56 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla ümumilikdə 232 681.54 manat borc vardır. - xx.xx.2020-ci il tarixli qəbzin surətindən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı ASC tərəfindən 30,0 manat dövlət rüsumu ödənilmişdir; - Məhkəmənin qərardadına əsasən "xxxx" MMC tərəfindən ipoteka predmeti olan mənzilin qiymətləndirilməsi aparılmış, 26 yanvar 2021-ci il tarixli rəylə müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, ev 21-də yerləşən 63/64/65/67 nömrəli mənzillərə hazırkı bazar qiyməti 600 000 manat təşkil edir; Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış 19 avqust 2014-cü il tarixli kredit müqaviləsinə əsasən, "Bank” tərəfindən “borcalan”a 60 ay müddətinə, illik 6 faiz olmaqla, 200 000 manat məbləğində pul ayrılmışdır. Cavabdeh2 MMC həmin müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. İddiaçı ASC ilə borcalan Cavabdeh2 MMC və ipoteka qoyan Cavabdeh1 arasında bağlanmış 20 avqust 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən, ipoteka qoyan özünə məxsus olan Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, ev 21-də yerləşən 113 kv.m yaşayış sahədən ibarət 7 otaqlı 63/64/65/67 nömrəli mənzilləri (ipotka predmetinin bazar dəyəri 280 000 manat məbləğində qiymətləndirilməklə) kredit müqaviləsi üzrə Cavabdeh2 MMC-nin yaranmış öhdəliyinin təminatı kimi ipoteka qoymuşdur. Lakin Cavabdeh2 MMC müqavilə ilə üzərlərinə düşən öhdəliklərə əməl etməyərək ödənişləri tam həyata keçirməmiş, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilənlərlə müəyyən olundu ki, borclu Cavabdeh2 MMC İddiaçı ASC ilə bağladığı 19 avqust 2014-cü il tarixli kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl etməyib, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh2 MMC öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bununla da, Mülki Məcəllənin 421.2-ci maddəsinə uyğun olaraq iddiaçının tələbi ilə həmin müqavilənin və ona dair razılaşmanın ləğv edilməsi əsasları yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər; 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir; “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır; 47.4-cü maddəsinə əsasən ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. 59.3.2-ci maddəsinə əsasən ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olduqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Bununla da, müəyyən olundu ki, borclu Cavabdeh2 MMC Cavabdeh1 məxsus mənzili ipoteka qoyma yolu ilə təmin etdiyi kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirmədiyi üçün “İpoteka haqqında” Qanunun qeyd edilən maddələrinə və Mülki Məcəllənin 295-ci maddəsinə əsasən ipoteka saxlayan İddiaçı ASC-nin tələbləri həmin ipoteka predmetinə yönəldilməli, ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, ev 21-də yerləşən 113 kv.m yaşayış sahədən ibarət 7 otaqlı 63/64/65/67 nömrəli mənzillərin hərracda ilkin satış qiyməti qiymətləndiricinin rəyinə uyğun olaraq 600 000 manat məbləğində müəyyən edilməli, iddia tələbi üzrə borc məbləği Mülki Məcəllənin 296.1-ci maddəsinə əsasən ipoteka predmeti olan mənzilin dəyərindən Mülki Məcəllənin 279-cu maddəsində nəzərdə tutulduğu qaydada borcun və digər xərclərin ödənilməsinə yönəldilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir; 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər; 449.2-ci maddəsinə əsasən bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən müqavilə müddətinin bitdiyi tarixindən illik 5 faizlə hesablanmış əldən çıxmış fayda tələbi əsaslıdır və iddia həmin hissədə də təmin edilməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh2 MMC-dən 19 avqust 2014-cü il tarixli kredit müqaviləsi üzrə 200 000 (iki yüz min) manat əsas, 32 375.98 (otuz iki min üç yüz yetmiş beş manat 98 qəpik) manat müddət sonuna hesablansan faiz, 305.56 (üç yüz beş manat 56 qəpik) manat kredit müqaviləsinin müddət bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 232 681.54 (iki yüz otuz iki min altı yüz səksən bir manat 54 qəpik) manat və 30 manat ödənilmiş dövlət rüsümunun əvəzi tutularaq İddiaçı ASC-yə ödənilməli, tutma ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, ev 21-də yerləşən 113 kv.m yaşayış sahədən ibarət 7 otaqlı 63/64/65/67 nömrəli mənzillərə yönəldilməli, mənzilin ilkin satış qiyməti 600 000 (altı yüz min) manat müəyyən edilməli və həmin mənzil açıq hərracdan satılmalı, əldə olunacaq vəsait hesabına kredit borcu ödənilməli, satışdan əldə edilən məbləğ qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilməlidir. Tutulma ipoteka predmetinə yönəldildikdə və o satıldıqdan 1 ay sonra Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, ev 21-də yerləşən 113 kv.m yaşayış sahədən ibarət 7 otaqlı 63/64/65/67 nömrəli mənzil boşaldaraq, Banka təhvil verilsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, qiymətləndirmənin aparılması üçün "xxxx" MMC ödənilməli olan 400 manat məbləğində xərc cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh2 MMC-dən 19 avqust 2014-cü il tarixli kredit müqaviləsi üzrə 200 000 (iki yüz min) manat əsas, 32 375.98 (otuz iki min üç yüz yetmiş beş manat 98 qəpik) manat müddət sonuna hesablansan faiz, 305.56 (üç yüz beş manat 56 qəpik) manat kredit müqaviləsinin müddət bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 232 681.54 (iki yüz otuz iki min altı yüz səksən bir manat 54 qəpik) manat və 30 manat ödənilmiş dövlət rüsümunun əvəzi tutularaq İddiaçı ASC-yə ödənilsin. Tutma ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, ev 21-də yerləşən 113 kv.m yaşayış sahədən ibarət 7 otaqlı 63/64/65/67 nömrəli mənzillərə yönəldilsin. Mənzilin ilkin satış qiyməti 600 000 (altı yüz min) manat müəyyən edilsin və həmin mənzil açıq hərracdan satılsın. Əldə olunacaq vəsait hesabına kredit borcu ödənilsin. Satışdan əldə edilən məbləğ qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilsin. Tutulma ipoteka predmetinə yönəldildikdə və o satıldıqdan 1 ay sonra Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, ev 21-də yerləşən 113 kv.m yaşayış sahədən ibarət 7 otaqlı 63/64/65/67 nömrəli mənzil boşaldaraq, Banka təhvil verilsin. Əmlakın qiymətləndirilməsi ilə bağlı 400 manat xərc məbləği Cavabdeh2 MMC-dən tutularaq "xxxx" MMC-yə (Hesablaşma hesabı: “AccessBank” Həzi Aslanov filialı, filialın kodu: 511038, VÖEN: ********** H\H AZ88ACAB********************, SWİFT: ACABAZ22, müxbir hesab AZ10NABZ********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar